Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə7/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   2   3   4   5   6   7   8   9   10   ...   72

23
Haqq-nahaqq seçilər Haqq divanında
daxilələrə başladı. Gürcüstanın, Gəncəbasarın, Qarabağın 
işğalından sonra növbə Naxçıvan və  İrəvan xanlıqlarına 
çatmışdı. Bu işdə sözsüz ki, feodal pərakəndəliyi, Nadir 
şahın öldürülməsindən sonra cırtdan dövlətlər-xanlıqların 
əmələ gəlməsi səbəbindən onların işğalının daha da asan-
laşması faktoru həlledici rol oynadı.  İrandakı hakimiyyət 
boşluğundan istifadə edən bu xanlıqlar hakimiyyətin dadını 
duyandan sonra Rusiyanın təhriki ilə əvvəlki status-kvoya 
qayıtmaq istəmirdilər.Bu işdə Rusiya dövləti onları hər cür 
yağlı vədlərlə qızışdırır və separatçılıq fəaliyyətlərini güc-
ləndirirdi. Sözsüz ki, İranda baş verən iştişaşlar, ara müha-
ribələri, Tehranda hakimiyyəti ələ alan yeni sülalələrin öz 
maliyyə dayaqlarını möhkəmləndirmək üçün soyğunçuluq 
etmələri də mərkəzdənqaçma qüvvələrini gücləndirirdi və 
1828-ci ilin Türkmənçay müqaviləsi ilə başa çatan mühari-
bələrin nəticəsində Rusiya Naxçıvan və İrəvan xanlIqlarını 
da ilhaq etdi. Türkmənçay müqaviləsi ilə bu əraziləri ilhaq 
etməklə gözü doymayan Rusiya İran hökumətinin üzərinə 
gümüş pulla 20 milyon rubl təzminat da yükləmiş və gələ-
cəkdə bu torpaqlarda toplayacağı vergilər haqqında aydın 
təsəvvürlərə malik olmaq istəyirdi. 
İrəvan və Naxçıvan xanlıqlarının ilhaqından cəmi bir 
ay keçməmiş çar I Nikolayın fərmanı ilə bu iki xanlıq ləğv 
edilərək onların yerində Erməni Vilayəti yaradıldı. İmperi-
yanın buradakı dayaqları, sadiq nökərləri olan ermənilərin 
miladdan sonra IV əsrdən sonra 1500 illik arzularının həya-
ta keçməsində birinci addım atılmış, bu torpaqlar xristian 
dövlətinin protektoratına keçmişdi, indi onun II mərhələ-
si-Erməni Vilayətinin erməniləşdirilməsi dururdu. Erməni 
Vilayətinin yaradılması haqqında I Nikolayın fərmanından 
sonra bu proses də başlandı-erməni zabiti Lazarevin başçı-
lığı ilə İranın Salmas, Xoy, Maku və digər vilayətlərindən, 
eləcə  də Türkiyədən buralara-keçmiş Naxçıvan və  İrəvan 


24
Nazir Əhmədli
xanlıqlarının ərazisinə ermənilərin köçü başlandı. Təbliğat 
və  təşviqatın kifayət etmədiyini görən Rusiya hökumə-
ti köçənlər üçün maddi yardım göstərməkdən başqa, yeni 
məskunlaşdıqları yerlərdə ermənilərin 6 il vergidən azad 
olunması haqqında güzəşt  də vermişdi.
Əgər işğaldan qabaq Erməni Vilayətini təşkil edən 
Naxçıvan və  İrəvan xanlıqlarında 11.251 müsəlman ailə-
si və 60.026 nəfər yaşayırdsa (müsəlmanlar 73,1 % təşkil 
edirdi), işğaldan sonra qısa müddət ərzində İrandan 6.279 
ailə (32.553 nəfər) və Türkiyədən 3.671 ailə(21.618) nəfər, 
cəmi 9.950 ailə(54.174 nəfər) erməni köçürməklə, milli tər-
kibi dəyişməyə nail oldular. Bu köçürmələrdən sonra artıq 
müsəlmanlar vilayətin cəmi 44 %-ni təşkil edirdilər(vilayə-
tin ümumi əhalisi 136.260 nəfər idi). Qeyd etmək lazımdır 
ki, erməni köçü 1828-ci ildən sonra da davam etmişdir.
Bu iki xanlığın, eləcə də Qarabağın, Zəngəzurun tale-
yində  məşum rol oynayan tarixlərin biri də birinci dünya 
müharibəsinin gətirdiyi fəlakətlərin bir parçası olaraq  qəd-
dar və quldur Andranikin və onun kimi digər erməni silahlı 
dəstələrinin Qafqazda törətdiyi yanğın və qırğınlarla bağ-
lıdır. 
Qafqaz türklərinin həyatındakı növbəti faciə 1948-ci 
ildə baş verdi-o vaxt Sovetlər İttifaqının rəhbərliyində təm-
sil olunan A.Mikoyanın dövlət rəhbərliyinə yarınması  və 
fi tnə-fəsadları nəticəsində Ermənistan SSR adlanan ərazidə 
yaşayan azərbaycanlıların xaricdən Ermənistana gətiriləcək 
ermənilərə yer açmaq üçün Azərbaycana köçürülməsi baş 
verdi. 1953-cü ildə İ.Stalinin ölümündən sonra rejimdə baş 
verən yumşalmadan istifadə edərək, bu insanların xeyli his-
səsi yenidən öz doğma yurd-yuvalarına qayıtdılar.
1988-ci ildə Dağlıq Qarabağ  ətrafında baş verən mü-
naqişələrin nəticəsi olaraq bütün türklər bu dəfə son nəfə-
rinə qədər doğma yurdlarından məhrum edildilər.


25
Haqq-nahaqq seçilər Haqq divanında
Taleyin istehzasına bax ki, bu insanların həyatında-
kı məşum tarixlərin hamısı 8 rəqəmi ilə bitir-1828, 1918, 
1948, 1988...
O vaxt Erməni Vilayəti üzrə  İdarədə müşavir vəzifə-
sində çalışan  İ.Şopen yazır ki,  bu əraziləri fəth edən və 
Erməni vilayəti üzrə İnzibati İdarənin başçısı təyin olunan 
Paskeviç məni yanına çağırıb təklif etdi ki, yeni yaradılan 
Erməni Vilayətini inventarlaşdırım: burada yaşayan bütün 
əhalini siyahıya alım, onun coğrafi yasını, tarixi abidələrini, 
ümumiyyətlə hər şeyini təsvir edim. Mən onun təklifi ni qə-
bul edib 1829-cu ilin aprel ayında işə başladım və 1832-ci 
ilin may ayında bitirdim.
Göründüyü kimi, çar hökuməti  ələ keçirdiyi əraziləri 
bir daha itirməmək və ondan maksimum faydalanmaq üçün 
oralarda olan hər şeyi-hətta əhalinin mentalitetini də öyrə-
nir və ondan yararlanırdı.
Əslində İ.Şopenin müəllifi  olduğu 1831-ci ilin Kame-
ral siyahısı Erməni Vilayətində bu tipdən tərtib edilən ilk 
belə  sənəd deyildi. Türkmənçay Müqaviləsinin  şərtlərinə 
görə İran hökuməti bu xanlıqlara aid bütün maliyyə-vergi 
sənədlərini 6 ay ərzində Rusiya hökumətinə təqdim etməli 
idi ki, yeni idarəçilər keçmiş xanlıqların ərazisində yığılan 
vergilər haqqında aydın təsəvvürə malik olsunlar və ver-
gi yığanda həmin sənədə  əsaslansınlar.  İrəvan xanlığında 
tərtib olunan bu tipli əsas sənəd İrəvan xanının Vəziri(onu 
maliyyə naziri də adlandırırlar) Mirzə İsmayılın tərtib et-
diyi sənədlər idi. Bu sənədlərin saxtalaşdırılacağından və 
vergiləri az göstərəcəyindən şübhələnən İrəvan Əyaləti İn-
zibati İdarəsi onu yoxlamış və ciddi olmasa da bəzi uyğun-
suzluqlar aşkar etmişdi.
Naxçıvan  əyaləti üzrə  Şopendən  əvvəl tərtib edilmiş 
sənədlərlə vəziyyət daha dolaşıq idi.Naxçıvan əyaləti üzrə 
vergi yığmaq üçün Paskeviçin tapşırığı ilə general Merli-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə