Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə72/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   64   65   66   67   68   69   70   71   72

276
Nazir Əhmədli
dimdən ay təqvimindən istifadı edən ərəblərdə il bəzən indi 
olduğu kimi 12 aydan ibarət idi(354 gün), bəzi illərdə 13-
cü ayı da artırırdılar və buna “nəhs ay”, yəni artırılmış 
ay deyilirdi. Bir-birini müəyyən ildən bir əvəz edən illər bü-
tövlükdə 24 illik tsikl əmələ gətirirdi. Bu illərin 15-də illər 
qısa-12 aylıq, 9-da isə uzun-13 aylıq olurdu. Maraq xatirinə 
gəlin belə bir hesablama aparaq: qısa illər dediyimiz kimi 
354 gündür. 354-ü 15-ə vuraq. 5.310 gün edir. Uzun il 1 
ay, yəni 30 gün çoxdur və 384 gündür. 384-ü də 9-a vuraq: 
3.456 gün. İndi bu rəqəmləri toplayaq: 5310+3.456=8.766 
gün. Yəqin başa düşdünüz bu rəqəm nə deməkdir: bu rəqəm 
24 ildəki (15+9)  günlərin sayıdır. İndi həmin rəqəmi 24-ə 
bölüb, riyaziyyatda “ədədi orta”, məişət dilində isə “orta-
lama” dediyimiz rəqəmi tapaq: 8.766: 24=365,25!! İnsanı 
heyrətə gətirən rəqəm! Tam müasir rəqəmlə, həm də Ömər 
Xəyyamın rəqəmi ilə üst-üstə düşür. Belə çıxır ki, qədim 
ərəblər də ilin 365 gün 6 saatdan ibarət olduğunu bilir-
dilər! Müasir din təfsirçiləri isə bizə sübut etməyə çalışır 
ki, Ərəbistanda islamdan qabaqkı dövr “cahiliyyə dövrü” 
idi. Düzdür, Allaha şərik qoşduqlarına görə “müşrik” ad-
landırılan bu insanları dini baxımdan cahil adlandırmaq 
mümkün olsa da, elmin həmin dövrdəki vəziyyətinə görə, 
ərəblər başqa xalqlarla müqayisədə heç də cahil və avam 
olmayıblar!
İslam peyğəmbəri 13-cü, nəhs ayı ləğv edərək ili 354 
gündən ibarət etmiş və dediyimiz kimi, hicri-qəməri adla-
nan bu təqvim ili normal ildən 11 gün az olmuş  və  ərəb 
təqvimindəki aylar hər il 11 gün “irəliləməyə” başlamışdır. 
Ərəb təqvimində ilin birinci ayı  məhərrəm, ikinci ay isə 
səfər ayıdır. Tutaq ki, məhərrəm ayının 1-i də  İran təqvi-
mindəki kimi martın 21-nə düşüb. Növbəti ildə məhərrəmin 
1-i martın 10-a düşəcəkdir. 


277
Haqq-nahaqq seçilər Haqq divanında
İndiki ərəb təqviminin ən qüsurlu cəhəti təkcə ilin ast-
ronomik, elmi mahiyyətinin pozulması deyil. Burada hansı 
ayların hansı fəsilə aid olduğu barədə də aydındır ki, danışa 
bilmərik. Əgər müəyyən bir ildə Səfər ayı yaz fəslinə dü-
şübsə, başqa bir ildə yaya, payıza, hətta qışa da düşəcəkdir!
İndi Aşıq Musanın vəfat etdiyi 1331-ci hicri-qəməri ili-
ni miladi tarixə çevirək. Bunun üçün əvvəlcə 1331-i 32,18-
ə bölüb bu tarixin hicri-şəmsi ilindən nə qədər qabağa get-
diyini tapırıq: 1331:32,18=41,36(bu rəqəmin kəsr hissəsi 
olan 0,36-nı atırıq). Tapdıq ki, Musanın məzar daşında ya-
zılmış hicri-qəməri 1331-ci il hicri-şəmsi tarixində (1331-
41=1290) 1290-ci il olub. Bu tarixin üzərinə hicrət tarixi 
olan 622-ni gəlməklə tapırıq ki,(1290+622=1912) Aşıq 
Musa doğrudan da miladi tarixlə 1912-ci ildə, yəni 59 
yaşında vəfat edib.Qızı Qaratel isə iddia edirdi ki, atası 93 
il yaşayıb və ölənə qədər də Ağkilsədə oxuyanda, zodlular 
da, zarzebillilər də onun məlahətli və gur səsini eşidirdilər!! 
Ah, bu dastansevər xalqım!
Hicri tarixindən bəhs edərkən bunun şəmsi, yoxsa 
qəməri təqvimi olduğunu qeyd etməyən, çox güman ki, 
bunu bilməyən prof. Sədnik Paşayevin Aşıq Musanı Aşıq 
Ələsgərdən daha yaşlı etməsi haqqındakı mülahizəsi da 
səhv çıxdı!  Ələsgər ondan 1 yaş böyük olub. Və  gələcək 
aşıq-şairin saza-sözə olan marağını  nəzərə alsaq, nəzəri 
olaraq düşünməliyik ki, Ələsgər aşıq “nağıllarına” qulaq 
asmağa özündən 13 yaş balaca olan Paşa ilə yox, 1 yaş 
balaca olan Musa  ilə gedirmiş! 
Aşıq Musanın “Sazlı-sözlü Göyçə” kitabına daxil edil-
miş bir qoşması ilə onun haqqındakı söhbətimi tamamla-
maq istəyirəm:
Dəli könül, səndə nələr dolanır,
Biri qışdır, bir payız, biri yaz.


278
Nazir Əhmədli
Üç əlamət gözəllərin nişanı:
Biri işvə, biri qəmzə, biri naz.
Coşqun çaylar kimi qaynadım, axdım,
Heyva tək saraldım, gül kimi soldum.
Gedər ikən üç gözələ tuş oldum:
Biri qarı, biri gəlin, biri qız.
Qürbət eldə kimdi halın soruşan?
Ağ üzündə qoşa xal verir nişan.
Üç şeydir ki, bu otağa yaraşan:
Bir Musa, biri söhbət, bir saz.
Amma orasını mütləq qeyd etməliyəm ki, 4-4-3 bölgü-
sündə yazılmış bu şeirin bəzi misralarında bu bölgü pozula-
raq 6-5 şəklinə düşür(5-ci, 6-cı və 10cu misralar) ki, bu ya 
aşığın, ya da tərtibçinin ciddi qüsurudur.


Son söz yerinə
Bu kitabda Azərbaycan ədəbiyyatşünaslığına aşağıdakı  
yeniliklər gətirilmişdir:
1.Aşıq  Ələsgərin, atasının,  əmisinin,  əmisi oğlanları-
nın, qardaşlarının, oğlanlarının, müasirlərinin doğum tarixi 
müəyyən edildi. Alməmmədin qardaşı(atası yox!) Allahver-
di 1814-cü ildə, Alməmməd 1824-cü ildə,  Ələsgər 1852-
ci ildə, Salah 1855-ci, Xəlil 1861-ci, Məhəmməd 1871-ci 
ildə, Ələsgərin oğlanları Bəşir 1882-ci(1867-ci ildə deyil), 
Əbdüləzim 1888-ci, Talıb 1892-ci(1877-ci ildə deyil) ildə 
doğulublar. İndiyə qədər yazıldığı kimi Alməmməd 1868-ci 
ildə ölməyib (1873-cü ilə aid arxiv sənədində 49 yaşında və 
sağ göstərilmişdir). Talıb 102 il deyil, təxminən 87 il yaşa-
yıb.
2.Sübut edildi ki, indiyə  qədər yazıldığı kimi Allah-
verdi Alməmmədin atası yox, ona atalıq etmiş qardaşıdır. 
Atalarının adı Haxverdidir. Allahverdi atasının adını böyük 
oğluna qoyub.
3.Ələsgərin həyatı haqqında yazılanlar ”Ələsgərlə Səh-
nəbanı” dastanındakı rəvayətlərdən götürülüb, bu rəvayət-
lərin isə əksəriyyəti uydurmadır. Mustafa Səhnəbanı ilə ev-
lənəndə atası “Pullu Məhərrəm” həyatda yox idi.
4.Səhnəbanının Kərbəlayi Qurbanın yeganə övladı ol-
ması həqiqətə uyğun deyil. Ələsgər onun evində nökərçiliyə 
başlayanda Qurbanın Həsən adında 1 yaşında oğlu vardı.
5.Kərbəlayi Qurbangil 7 qardaş olmaqla kəndin ən zən-
gin ailəsi idi, Ələsgərin ailəsi isə çox yoxsul idi.
6.Alməmmədə  və Allahverdiyə aid edilən  şeirlərin 
müəllifi  onlar deyil.


280
Nazir Əhmədli
6.Səhnəbanının ailəsi Ağkilsəyə  Dərəçiçək mahalının 
Ulaşıq kəndindən gəlib, Ələsgərin ailəsinin haradan gəldiyi 
məlum deyil. 1831-ci ildə  Gərnibasar mahalının Gilanlar 
kəndində qeydiyyata alınmış bir qarapapaq ailəsi bu ailəyə 
oxşayır, amma dəqiq olmaya da bilər.
7.1831-ci ildə Ağkilsə kəndi boş idi, hələ məskunlaşdı-
rılmamışdı və orada heç kim yaşamırdı.
8.Ələsgər 41 yaşında deyil, 25 yaşında evlənib.
9.Ələsgərin Paşa adlı həmkəndlisi ilə uşaqlıq dostu ol-
ması həqiqətə uyğun deyil, çünki Paşa ondan 13 yaş balaca-
dır. Paşa iddia edildiyi kimi 120 il deyil, cəmi 75 il yaşayıb 
(1865-1940).
10.Aşıq  Ələsgərlə  Aşıq Alı 1876-ci ildə deyişib. Bu 
vaxt Ələsgərin 24, Alının 41 yaşı vardı.
11.Ələsgər indiyə qədər iddia edildiyi kimi 105 il deyil, 
cəmi 74 il yaşayıb (1852-1926).
12.Ələsgər qarapapaq tayfasının bosçalı tayfasına mən-
subdur. Hesab edilir ki, “bosçalı” sözü sonradan “borçalı” 
şəklini alıb.
13.Məşhur  şair-jurnalist, “Qafqaz” qəzetinin redakto-
ru Polonskinin Aşıq Ələsgəri görməsi və bu haqda məqalə 
yazması uydurmadır. Polonnski həmin məqaləni yazan 
vaxt(1850-ci il) Aşıq Ələsgər hələ anadan olmamışdı.
14.Ələsgərin sevdiyi Səhnəbanının  əsil adı  Səkinəba-
nudur.
15.Müəyyən olundu ki, Kərbəlayi Qurbanın arvadı-
nın adı xalq şairi O.Sarıvəllinin yazdığı kimi Saray deyil, 
Yetərdir. 
16.Ələsgər Alməmmədin böyük oğlu deyil. Onun bö-
yük oğlu Ələsgərdən 3 yaş böyük Məhəmməd olub. 1849-
cu ildə doğulan Məhəmməd cavan rəhmətə gedib və Al-
məmməd 1871-ci ildə anadan olan sonuncu oğluna onun 
adını qoyub. Sonradan o Şair Məhəmməd kimi tanınıb.


281
Haqq-nahaqq seçilər Haqq divanında
17.  Ələsgərin yazı-pozu bilməməsi doğru deyil. O, 
dərin bilikli və yazı-pozu bilən savadlı adam olub, Quran 
oxuyurmuş. Həmin biliyini isə 5 il yanında təhsil aldığı, şə-
yirdlik etdiyi Aşıq Alıdan alıb.
18.Aşıq Alı indiyə  qədər yazıldığı kimi 1801-ci ildə 
Qızılvənk kəndində deyil, 1835-ci ildə Göyçə mahalının 
Şişqaya kəndində anadan olub.
19.1831-ci ildə  Qızılvənk kəndi hələ  məskunlaşdırıl-
mamışdı və orada heç kim yaşamırdı. 
20.Bəzi tədqiqatçıların iddia etdiyi kmi (Ə.Əbülhəsə-
noğlu) Aşıq Alı milli mənsubiyyəti baxımından milli kürdü 
deyil, ayrımlı türküdür.  
21.Aşıq Alının həyat yoldaşı  Bəstinin atası Niftalı 
Şahəli oğlu milli tayfasına mənsubdur.
22.1911-ci ildə vəfat edən Aşıq Alı indiyə qədər iddia 
edildiyi kimi 110 il deyil, cəmi 76 il yaşayıb.
23. Aşıq Alının əsil adı Almədətdir.
24.Aşıq Alının atası Mirzənin atasının adı Haxverdi de-
yil, Ovçudur.
25.Mirzənin Nəbi adında bir qardaşı olub.
26.Mirzə  və  Nəbi qardaşları 1848-1850-ci illərdə 
Şişqaya kəndindən Qızılvənk kəndinə köçüblər.
27.Aşıq Alının Abbas adında qardaşı olub.
28.Alının oğlanları doğuluş ardıcıllığına görə belədir: 
Abdulla, Məhəmməd və Hüseyn. Hüseyn cavan rəhmətə 
gedib və sonradan onu ya Nəbinin oğlu, ya da Ağ Aşığın 
oğlu İsmayılla səhv salıblar.
29. Alının qayınatası Niftalı Şahəli oğlu Çamurlu kən-
dinin deyil, Qızılvənk kəndinin sakini olub, burada da 
1857-1859-cu illər arasında vəfat edib. Qızılvənk kəndinə 
isə  Göyçə mahalının Yarpızlı kəndindən gəlib.


282
Nazir Əhmədli
30.Təxminən həmin tarixdə  məskunlaşan Çamıurlu 
kəndinə Qızılvənk kəndindən 14 ailə gedib və Niftalı yox, 
oğlu Şahəli də onların arasında olub.
31.Alı ilə Bəsti 1856-cı ildə nişanlanıb, 1857-ci ildə ev-
lənib və onların böyük oğlu Abdulla 1858-ci ildə doğulub.
32.”Aşıq Alının Türkiyə səfəri” dastanındakı Hacı Məj-
lum, Hacı Nağı tarixi şəxsiyyətlərdir və adları arxiv sənəd-
lərində təsbit olundu. 
33.Aşıq Alının ustadı Ağ Aşıq indiyə  qədər yazıldığı 
kimi 1750 və ya 1754-cü ildə deyil, 1791-ci ildə doğulub.
34.Qara Osman onun babas deyil, atasıdır.
35.Milliyəti milli tayfasına mənsubdur.
36.Aşıq Allahverdi Osman oğlu 1831-ci ilin kameral 
siyahısında Göyçə mahalının əhalisi milli olan Aşağı Keyti 
kəndində 16 nömrəli ailə kimi qeydə alınıb.
37.Ağ Aşıq Göyçənin Kərkibaş kəndində deyil, İranın 
Sulduz mahalında doğulub.
38.1831-ci ildə  Kərkibaşı  kəndi də Ağkilsə  və  Qızıl-
vənk kəndləri kimi hələ boş idi və  məskunlaşdırılmamışdı.
39.Göyçə mahalında 1831-ci ildə qeydə alınmış 227 
milli ailəsinin  əksəriyyəti hansısa səbəbdən 1842-ci ildən 
qabaq Göyçə mahalından köçüblər, amma Aşıq Allahverdi 
Göyçədə qalıb və yeni yaranan Kərkibaş kəndinə köçüb.
40.İndiyə kimi iddia edildiyi kimi Ağ Aşıq-Aşıq Allah-
verdi 105 il deyil, 68 ilə yaxın yaşayıb.
41.Şərur mahalının Kosacan kəndində 1820-1840-cı 
illərdə doğulduğu və 1920-ci ildə Arazın sağ sahilində yer-
ləşən Ərəblər kəndində 80-100 yaşlarında öldüyü haqqın-
da mülahizə yürüdülən Aşıq Allahverdi Baba oğlu  Şə-
rur-Dərələyəz qəzasının Kosacan kəndinə aid olan Kameral 
siyahıda aşkar edildi. Məlum oldu ki, Allahverdi Baba oğlu 
1857-ci ildə doğulub.


283
Haqq-nahaqq seçilər Haqq divanında
42.Ağ Aşığın  İrəvan Sərdarı Hüseynqulu xan tərəfi n-
dən təqib olunduğu, incidildiyi haqqındakı mülahizələr 
həqiqətə uyğun deyil.
43.”Ağ  Aşıq” ləqəbi bəzilərinn uydurduğu kimi ona 
ata-anasının üzünə  ağ olmasına görə yox(belə bir hadisə 
ümumiyyətlə olmayıb), piqment olmadığına görə dərisinin 
və tüklərinin ağlığına görə verilib. Belə canlılar rəngləri də 
seçmir, zəif görür və “albinos” adlanırlar. 
44.Ağ Aşığın böyük oğlu Məhərrəm 1821-ci ildə doğu-
lub və 52 yaşına çatmadan ölüb. Aşığın digər oğlu İsmayıl 
isə 1839-cu ildə doğulub və indiyə qədər deyildiyu kimi ca-
van vəfat etməyib. 1873-cü ilin kameral siyahısına görə 34 
yaşında hələ yaşayırdı, həmin vaxt onun atası Aşıq Allah-
verdi də, böyük qardaşı Məhərrəm də ölmüşdü və Məhərrə-
min Allahverdi adında 8 yaşlı oğlu İsmayıl əmisinin ailəsin-
də yaşayırdı.İsmayıl 47 yaşına çatmadan ölüb və Ağ Aşığın 
nəsli Məhərrəmin oğlu Allahverdi ilə davam edib.
45.Aşıq Hüseyn Şəmkirli kimi tanınan məşhur sənət-
karın  əsil adı “Hüseyn” yox, “Söyün”dür. “Söyün” sözü 
“Hüseyn” sözünün dialekt şəkili olsa da, onu Hüseyn kimi 
yazmaq düzgün deyil.
46.Aşıq Söyün Şəmkirli indiyə  qədər deyildiyi kimi 
1811-ci ildə deyil, 1838-ci ildə doğulub. Əsgər adlı qardaşı, 
Çoban adında oğlu olub. Qardaşı cavan rəhmətə getdiyinə 
görə, oğlunun adını dəyişdirib Əsgər qoyub.
47.  İddia edildiyi kimi Aşıq Söyün Şəmkirli Molla 
Pənah Vaqifi n bacısı oğlu və ya bacısı nəvəsi deyil, çünki 
1717-ci ildə doğulduğu yazılan Vaqif 1838-ci ildə doğulan 
Aşıq Söyündən 121 yaş böyükdür və bu cür qohumluq is-
tisna olunur.
48.1842-ci ildə Yelizavetpol quberniyasının Qaracaə-
mirli kəndində (indi Şəmkir rayonunda yerləşir) Aşıq Qara, 
Aşıq Rüstəm və Şair Mustafa adında üç yeni sənətkar üzə 


284
Nazir Əhmədli
çıxarılıb  ədəbi ictimaiyyətə  təqdim edildi. Qaracaəmirli 
kəndinin XIX əsrdə mühüm mədəniyyət mərkəzi olduğu 
göstərildi.
49.1800-cü və ya 1801-ci illərdə Göyçə mahalının 
Daşkənd kəndində doğulduğu iddia edilən Şair Məmməd-
hüseynin 1816-cı ildə Göyçə mahalının Qızılcıq(başqa adı 
Abul) kəndində doğulduğu müəyyən edildi.
50.Ağkilsə  kəndində doğulan Göyçəli Aşıq Musanın 
bəzi tədqiqatçıların yazdığı kimi 1816-cı və ya 1830-cu il-
lərdə deyil, 1853-cü ildə doğulduğu müəyyən edildi.
51.Aşıq Musa qızı Qaratelin dediyi kimi 92-93 il deyil, 
cəmi 59 il yaşayıb.
52.Hicri-qəməri təqvimlə verilən bir sıra tarixlər 
dəqiqləşdirildi. Müəyyən edildi ki, Aşıq  Ələsgərlə  Aşıq 
Alının deyişdiyi hicri-qəməri 1294-cü il miladi tarixlə 1875 
deyil, 1876-cı ildir.


Kitabın içindəkilər
Elmi redaktordan ................................................................ 3
Aşıqlarımızın ömür yoluna aydınlıq gətirməyin 
yeni mərhələsi başladı ........................................................ 7
Müəllifdən ........................................................................ 21
Adım Ələsgərdir, Göyçə mahalım ................................... 28
Ələsgərlə Səkinəbanu ....................................................... 37
Zöhrə və Paşa ................................................................... 46
Sənədlər nə deyir? ............................................................ 48
Nağıllar ............................................................................ 62
Ulaşıq ............................................................................... 64
Gökçələr ........................................................................... 84
Aşıq Ələsgərin savadı vardımı? ....................................... 87
Başqa uydurmalar .......................................................... 103
Polonski və Aşıq Ələsgər ............................................... 107
Bəxtsiz dahi .................................................................... 109
Şəmkirli Aşıq Hüseyn  ................................................... 148
Yeni adlar-yeni tarixi şəxsiyyətlər ................................. 156
Ondan qalan qatar-qatar söz oldu................................... 158
Gəşt eylədim  Bağdad, Bəsrə, Buxara ........................... 223
Yatıb, oyanmaz, oyanmaz .............................................. 257
Göyçəli Aşıq Musa ......................................................... 265
Astronomiyaya qısa səyahət .......................................... 268
Təqvimlər ....................................................................... 273
Son söz yerinə ................................................................ 279


286
QEYD ÜÇÜN
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________


287
QEYD ÜÇÜN
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________


Йыьылмаьа верилмишдир: 10.05.2017. Чапа имзаланмышдыр: 22.05.2017.
Юлчц: 84х108 1/16. Чап вяряги: 18,0. Сифариш: 108/17. Сай: 500 ядяд.
Бакы, Az1122, H.Зярдаби пр. 78
Тел: 4977021 / Faks: 4971295
Е-почту: office@nurlar.az
Nяшriyyat-Poliqrafiya 
Мяrkяzi
NAZİR SURXAY OĞLU
ƏHMƏDLİ
HAQQ-NAHAQQ SEÇİLƏR 
HAQQ DİVANINDA



Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə