Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə8/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

26
Nazir Əhmədli
ni tərəfi ndən tərtib edilmiş Kameral təsvirlə(1828) yanaşı, 
başqa sənədlər də mövcud olsa da, onların heç biri İnziba-
ti  İdarəni və onun komandanı Paskeviçi qane etməmişdi. 
Bu cür sənədlərdən ikincisi Erməni Vilayəti üzrə  İnzibati 
İdarənin müşaviri Petrikov tərəfi ndən tərtib olunmuş Ra-
port, üçüncüsü Polkovnik Voljinskinin təqdim etdiyi mə-
lumatlar, dördüncüsü Naxçıvan Naibi Ehsan xanın özün-
dən alınan bilgilər, nəhayət, beşincisi isə rus məmurlarının 
əyalət sakinlərindən topladığı bilgilər idi. 5 mənbədən əldə 
edilən məlumatların müqayisəsi zamanı müxtəlf rəqəmlər 
və  fərqlər aşkar edilmiş, Ehsan xanın məlumatları isə  ən 
çox şübhə doğurmuşdu. Ona görə də Feldmarşal Varşav-
ski qraf Paskeviç İrəvanski milliyətcə fransız olan İvan 
Şopeni dəvət edərək ona belə bir təklif etmiş, deməliyik ki, 
Şopen də onun etimadını doğrultmuş və indi heç bir tarix-
çinin və tarix kitabının onsuz ötüşə bilmədiyi adını çəkdi-
yimiz kameral siyahılar və onların təhlilindən ibarət olan 
kitabı ortaya çıxmışdır.
Biz həmin Kameral təsvir sənədlərindən istifadə 
etməklə o qədər də uzaq olmayan tariximizi, əhalinin 
etnik tərkibini, yerdəyişmə dinamikasını, işğaldan son-
ra İrandan və Türkiyədən Qafqaza, xüsusilə Qarabağ
Naxçıvan və İrəvan xanlıqlarına köçürülən ermənilərin 
miqdarını və etnik tərkibin onların xeyrinə necə dəyiş-
dirilməsinin də şahidi oluruq.
İ.Şopen 3 il ərzində bu iki xanlığın ərazisini qarış-qarış 
gəzmiş və köməkçiləri ilə birlikdə bütün mahallar üsrə “ka-
meral təsvir”lər tərtib etmişdir (həmin vaxt İrəvan əyaləti 
15 mahaldan, Naxçıvan əyaləti isə 5 mahaldan ibarət idi). 
Bu sənədlər 3 hissədən ibarətdir: 1)əhalinin adbaad siya-
hısı; 2)mahaldakı boş kəndlərin siyahısı; 3)kameral təsvirə 
ümumi izahat yazısı; 3-cü hissədə-“izahat yazısında” isə 
mahalın yerləşdiyi ərazi, sərhədləri, dağları, su ehtiyatları, 


27
Haqq-nahaqq seçilər Haqq divanında
bitki örtüyü, iqlimi, əkinləri və biçinləri, yolları, vergiləri, 
faydalı qazıntıları,burada yaşayan tayfalar haqqında mə-
lumatlar, nəhayət daha yüksək gəlir  əldə etmək üçün hö-
kumətə edilən səmərələşdirici təklifl ər vardır.
İ.Şopen 3 il ərzində topladığı bu zəngin material əsa-
sında  “Erməni Vilayətinin Rusiya İmperiyasına bir-
ləşdirildiyi dövrdəki vəziyyətinə aid tarixi abidə” adlı 
fundamental əsər yazmış və onu 1852-ci ildə Sankt-Peter-
burqda nəşr etdirmişdir. Bu qiymətli əsər hələ o dövrdə hö-
kumətin diqqətini cəlb etmiş və onu Demidov mükafatına 
layiq görmüşdür.  İ.Şopen gördüyü işin mahiyyətini sanki 
peyğəmbərcəsinə belə qiymətləndirir: “Erməni vilayətinin 
Rusiya  İmperiyasına birləşdirildiyi dövrün vəziyyətini 
təsvir edən bu kitab bir sıra inventarları özündə cəmləş-
dirib. Bu kitabın köməyi ilə  gələcəkdə daim müqayisə 
edib deyəcəklər-nəyimiz var imiş, indi nəyimiz var. Qoy 
bu vilayətin sakinləri bu kitabı əllərində tutduqları vaxt 
daim öz keçmişlərini yaşadıqları dövrlə müqayisə etsin-
lər.”(Adı çəkilən əsər, səh.VI ).
Şopenin nəzərdə tutduğu həmin fərqi bu ərazilərin türk 
və erməni əhalisi indi yaxşı hiss edə bilər: buraların köklü 
sakinləri oradan tamamilə  sıxışdırılıb çıxarıldıqları halda, 
1500 il ərzində yalnız onun-bunun qapısında nökərçilik et-
məklə öz varlığını davam etdirən ermənilər bu ərazilərin sa-
hiblərinə çevrildilər. Əlbəttə, burada Rusiyanın bu işğalına 
şərait yaradan zəif yerli hökumət də, ruslara satılmaq üçün 
növbəyə duran feodallar-xanlar da günahkardır.
İndi bu işğaldan  əlimizdə qalan həmin sənədlərə mü-
raciət etməklə, özümüzə təsəlli verir, tariximizi öyrənməyə 
çalışırıq...


Adım Ələsgərdir, Göyçə mahalım
Yuxarıda qeyd etdiyimiz kimi, Göyçə mahalına aid 
1831-ci ilin kameral siyahısında Aşıq Ələsgərin ailəsinin, 
atasının, qardaşlarının adının tapılmaması, həm də 1831-ci 
ildə Ağkilsə kəndində yaşayışın olmaması məni həm təəs-
süfl əndirdi, həm də  təəccübləndirdi. Doğrudanmı  Aşığın 
indiyə qədərki bioqrafl arı, hətta onun nəvəsi səhv ediblər? 
Axtarışlarımı sonuncu kameral siyahılardan başlayaraq əv-
vələ doğru irəliləmək qərarına gəldim və ilk nəticə  məni 
heyrətləndirdi!! 
Oxucuya orasını da deyim ki, bu kameral siyahıların 
birincisi 1831-ci ildə, sonrakılar isə 1842-ci, 1852-ci, 1859-
cu, 1873-cü və nəhayət, sonuncusu 1886-cı ildə tərtib edi-
lib. Ağkilsə kəndinə aid 1886-ci ilin siyahısını aşkar etmək 
müyəssər olmadı, 2016-cı il oktyabr ayının 24-də 1873-cü 
ilə aid sənədi əldə etdim. Və hər şey bu gündən sonra gö-
zümə başqa rəngdə görünməyə başladı. Məlum oldu ki, 
Ustad Ələsgərin yaşı indiyəcən düz 31 il böyük göstərilib
əmisi Allahverdini onun babası kimi təqdim ediblər, həyatı 
ilə bağlı faktlar ciddi şəkildə təhrif edilib. Hər bir tapıntıda, 
elmi uğurda olduğu kimi, bu tapıntı məni də hədsiz sevin-
dirməli idi, amma sevinmədim...
İndiyə qədər Ustadın 1821-ci ildə doğulduğu əsas götü-
rülərək onun dövlət səviyyəsində 150, 175, 190 illik yubi-
leyləri keçirilmişdir, 200 illik yubileyinin təntənə ilə qeyd 
edilməsinə də bir şey qalmayıb-cəmi 4 il... Bəs necə olsun? 
Bu tapıntının gətirəcəyi diskomfort və tarixi ədalətin bər-
pası gözlərimin önündə canlandı. Hələ orasını demirəm ki, 
rəhmətlik atam Surxay Şahquliyev aşığın qardaşı  Məşə-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə