Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə9/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

29
Haqq-nahaqq seçilər Haqq divanında
di Salahın nəvəsi, çox istedadlı  şair  İsmixan  Ələsgərovla 
yaxın dost olub, adını çəkdiyim İslam Ələsgərov və onun 
qardaşı Haxverdi müəllimlə yaxın münasibətlərdə olublar... 
Mən bu hisslərin arasında ümidsizcəsinə vurnuxarkən, qəti 
qərar qəbul etməyimə təkan verən başqa tapıntılar da baş 
verdi, məlum oldu ki, təkcə Aşıq Ələsgərin deyil, eləcə də 
Göyçənin başqa nəhəng sənətkarlarının-onun ustadı Aşıq 
Alının da, Alının ustadı Ağ Aşığın-Aşıq Allahverdinin də, 
Şair Məmmədhüseynin, Aşıq Musanın, hətta Aşıq Ələsgər-
lə görüşmək və onun qüvvəsini sınamaq üçün Göyçəyə gə-
lib çıxmış Aşıq Söyün Şəmkirlinin də indiyə qədərki tərcü-
meyi-halı uydurmadır.Ona görə də daha geri çəkilməyə yer 
qalmadı və qərarımı verdim.
Əvvəlcə 1873-cü ilə aid olan və aşkar etdiyim ilk rəsmi 
sənəd olan arxiv materialına baxaq:
 “İrəvan quberniyası, Yeni Bəyazid qəzası,
AĞKİLSƏ KƏNDİ. 1873-cü il.
Xəzinə torpaqlarında yaşayan vergi mükəlləfi yyətli 
kənd əhalisi.
1.1.Kərbəlayi Qurban Məşədi Məmmədalı oğlunun 
dul qalmış arvadı Yetər 36 yaşında; oğlu Həsən 8 y; on-
ların qardaşı və bacısı oğlu Mustafa Məhərrəm oğlu 15 
y(ailədə 6 qadın var).
2.2. Qulu Abdulla oğlu 44 y; oğlu Xudaverdi 10 y;  üç 
qardaşı var: Sadıq 39 y(onun iki oğlu: Alı 4 y; İsmayıl 2 y); 
Mustafa 36 y; Novruz 21 y.  
3.1. Kərbəlayi İbrahim Məşədi Məmmədalı oğlu 44 y; 
onun qardaşı Kərim 38 y(onun oğlanları: Allahverən 5 y; 
Qasım 3 y); qardaşı oğlu Ələkbər İmirza oğlu 11 y.
4.3. Ocaqverdi İsmayıl oğlu 34 y; oğlu Ağakişi 3 y.


30
Nazir Əhmədli
5.4. Məhəmməd Məşədi Xəbər oğlu 39 y; üç oğlu var: 
Oruc 10 y; Allahverdi 5 y; Qafar 1 y; qardaşı Həsənin oğ-
lanları: Hüseyn 30 y; Mahmud 28 y; İsmayıl 18 y; Tanrı-
verdi 6 y.
6.4. Hümbət Məşədi Xəbər oğlu 34 y; iki oğlu var: Qa-
sım 12 y; Mərdan 4 y.
7.6. Allahverdi Haxverdi oğlu 59 y; üç oğlu var: 
Haxverdi 38 y(onun oğlu Mehdi 7 y); Kərim 34 y; Hü-
seyn 26 y(onun iki oğlu: Yolçu 6 y; Qərib 3 y). (Ailədə 2 
qadın var).
8.7. Nadir Məhəmməd oğlu 31 y; oğlu Məhəmməd 6 
y; iki qardaşı: Allahverdi 16 y; Hacı 15 y; əmisi Mürsəlin 
oğlanları: Murtuza 20 y; Ağamirzə 4 y; Məhəmməd 2 y.
9.6. Alməmməd Haxverdi oğlu 49 y; dörd oğlu var: 
Ələsgər 21 y; Salah 18 y; Xəlil 6 y; Məhəmməd 2 yailə-
də 3 qadın var).
10.8. İbrahim Ağababa oğlu 44 y; oğlu Bəylər 1 y; qar-
daşı Həsən 40 y(onun oğlu Məhəmməd 2 y).
11.9. Aşur Yusif oğlu 74 y; səkkiz oğlu var: İsmayıl 41 
y; Həsən 32 y; Namaz 34 y; Mahmud 31 y; Hüseyn 28 y; 
Məhərrəm 24 y; Qurban 22 y; Məsim 21 y.
12.10.  Əhməd  Əli oğlu 59 y; beş  oğlu var: Əli 26 y; 
Murad 12 y; İmamverdi 9 y; Şərif 6y; Qasım 2 y.
13.10. Nəbi Əli oğlu 54 y; oğlu Yusif 7 y; qardaşı oğlu 
Əziz Məhəmməd oğlu 15 y.
14.10. Vəli Əli oğlu 50 y; iki oğlu var: Xəlil 8 y; Əli 4 y.
15.10. Hümbət Əli oğlu 47 y; üç oğlu var: Məhəmməd 
6 y; Abbasəli 3 y; Ələkbər 2 y.
16.11. Məhəmməd Elləz oğlu 24 y; altı qardaşı var: İs-
mayıl 21 y; Qurban 10 y; Süleyman 7 y; Yusif 6 y. Alı 5 y; 
Məmməd 3 y.
17.12. Yusif Vəli oğlu 49 y; dörd oğlu var: Vəli 23 y; 
Namaz 20 y; Kazım 5 y; Süleyman 3 y.


31
Haqq-nahaqq seçilər Haqq divanında
18.12. Abbas Vəli oğlu 44 y; iki oğlu var: Rəhim 6 y; 
İsmayıl 3 y.
19.14. Məsim Kərbəlayi Baba oğlu 34 y; iki oğlu var: 
Allahverdi 5 y; Qasım 2 y.
20.15. Binnət Əli oğlu 64 y; altı oğlu var: Həsən 31 y; 
Məhərrəm 28 y; Ağa 22 y; Əli 17 y; Novruzəli 10 y; Ələk-
bər 3 y.
21.16. Hüseyn Mustafa oğlu 49 y; oğlu Əsgər 7 y.
22.17. Rüstəm Molla Məhəmməd oğlu 50 y; üç oğlu 
var: Mirzə 13 y; Həsən 5 y; Məsim 1 y. qardaşı İrza 30 y(o-
nun oğlanları Cabbar 7 y; Qafar 2 y).
23.17. Əli Molla Məhəmməd oğlu 44 y; iki oğlu var: 
Paşa 8 y; Hüseyn 1 y.
24.--.Səfər Mustafa oğlu 70 y(Qazax qəzasının Tatlı 
kəndindən buraya köçüb); iki oğlu var: Kərim 30 y(onun 
oğlanları: Rəhim 4 y; Şərif 2 y; Namaz 1 y);  Musa 20 y.
25.--.Mustafa Pənah oğlu 25 y(Qazax qəzasının Çax-
maqlı kəndindən buraya köçüb);  qardaşları: Qurban 17 
y; İsmayıl 12 y.
26.--. Baba Abbasağa oğlu 40 y; beş oğlu var: Dünya-
malı 20 y; Nəcəf 15 y; Cabbar 10 y; Əmrah 5 y; Əmirəli 3 
y; Babanın qardaşları: Süleyman 20 y; İsmayıl 17 y.
27.16. Qasım Hüseyn oğlu 31 y; oğlu Hüseyn 4 y; qar-
daşları: Ələsgər 28 y; Dünyamalı 26 y; Cəfər 23 y; Zeyna-
labdin 21 y.
28.12. Əli Balı oğlu 39 y; oğlu Allahverdi 7 y.
29.--.Məmmədhüseyn Oruc oğlu 25 y(Novobəyazid 
qəzasının Ağzıbir kəndindən buraya köçub); oğlu Qəh-
rəman 4 y.
30.12. Səfər Əli oğlunun dul qalmış arvadı Telli; oğlu 
Nağdəli 3 y.
Bu siyahıyaalmadan sonra buraya əlavə edilənlər 
(1894-cü il):


32
Nazir Əhmədli
1.Əlmərdan Abdulla oğlu 40 y; qardaşları: İsmayıl 37 y; 
Əhməd 30 y; Əlmərdanın arvadı Pəri 32 y; qızı Gözəl 4 y.
Kameral siyahını  tərtib etdi: Novobəyazid qəza rəisi 
vəzifəsini icra edən Ostaşev”.
(Erm.Milli Arxivi, F.227, siy.1, sax.vah.20)
Dəqiqliyi şübhə doğurmayan bu sənədi qəza rəisi və-
zifəsini tutan Ostaşev imzalamışdır. 
Ələsgərin ailəsi 9-cu sıradadır. Burada onun atası Al-
məmməd Haxverdi oğlunun 49 yaşında olduğu göstərilir. 
Dörd oğlu var: Ələsgər 21, Salah 18, Xəlil 6, evin sonbe-
şik oğlu Məhəmməd isə 2 yaşındadır. Başqa sözlə, sənədin 
tərtib edildiyini göstərən 1873 rəqəmindən onların yaşları-
nı çıxsaq, məlum olur ki, Alməmməd kişi 1824-cü, Ələs-
gər 1852-ci, Salah 1855-ci, Xəlil 1867-ci, Məhəmməd isə 
1871-ci ildə doğulmuşlar. Beləliklə, aydın olur ki, nəinki 
Ələsgər, hətta onun atası Alməmməd kişi də 1821-ci ildə 
hələ həyatda yox idil. Halbuki, Ələsgərin bioqrafl arı onun 
atasına da yaxşı bir doğum tarixi düzüb-qoşmuşdular, onu 
Ələsgərin ustadı Aşıq Alı kimi 1801-ci ildə “həyata gətir-
mişdilər”. 
İslam  Ələsgərin yazdığına görə,  Ələsgərin atası Al-
məmməd kişi əlinə saz götürüb aşıqlıq etməsə də, şair təbli 
adam imiş, hətta ona aid edilən “İnsan” rədifl i gözəl bir qoş-
manı da müəllifi  İ.Əlsgər olan “Sazlı-sözlü Göyçə” (Bakı, 
2002) kitabında oxumaq olar:
“ Axırı fi kr eylə, qafi l dolanma,
Qəlbini şeytandan yad elə, insan.
Elə iş tut, aqibətdə utanma,
Bacar könül yıxma, şad elə insan.
Bu dünya dediyin fanidir, fani,
Əvvəl Nuh gəlmişdi, qalmayıb, hanı?!


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə