Haqsız rəqabət haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 41,48 Kb.

tarix26.09.2017
ölçüsü41,48 Kb.


Haqsız rəqabət haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu  Qanun  haqsız  rəqabətin  qarşısının  alınmasının  və  aradan  qaldırılmasının 



təşkilati-hüquqi  əsaslarını  müəyyən  edir,  sahibkarlıq  fəaliyyətinin  ədalətli  üsullarla 

aparılmasına  hüquqi  zəmin  yaradır,  bazar  subyektlərinin  haqsız  rəqabət 

metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. 

Qanun  Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət  göstərən  bütün  bazar 

subyektlərinə şamil edilir. 

 

I fəsil 



 

ÜMUMİ MÜDDƏALAR 

 

M a d d ə 1. Əsas anlayışlar 

Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 

rəqabət— bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri 

uğrunda  mübarizənin  elə  formasıdır  ki,  bu  zaman  onların  müstəqil  fəaliyyəti  hər 

birinin  bazarda  əmtəə  (məhsul,  iş,  xidmət)  dövriyyəsinin  ümumi  vəziyyətinə  təsir 

etmək  imkanını  əsaslı  surətdə  məhdudlaşdırır  və  istehlakçıya  lazım  olan  əmtəələrin 

istehsalını stimullaşdırır; 

haqsız  rəqabət—  bazar  subyektinin  sahibkarlıq  fəaliyyətində  mövcud 

qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da 

digər  bazar  subyektlərinə  (rəqiblərinə)  zərər  vura  bilən,  yaxud  onların  işgüzarlıq 

nüfuzuna xələl yetirə bilən hərəkətləri




qanunsuz  ödənişlər—  rəqabət  mübarizəsində  əsassız  (haqsız)  üstünlüklər  əldə 

etmək  məqsədi  ilə  dövlət  orqanlarının  vəzifəli  şəxslərini,  siyasi  partiyalarda  rəhbər 

vəzifə  tutan  şəxsləri,  kütləvi  informasiya  vasitələri  işçilərini,  bazar  subyektlərinin 

rəhbərliyini və əməkdaşlarını öz tərəfinə çəkmək üçün nəzərdə tutulan maddi və ya 

qeyri-maddi xarakterli ödənişlər; 

rəqib—  müəyyən  bir  əmtəənin  (qarşılıqlı  əvəz  oluna  bilən  əmtəələrin)  bazarına 

əmtəə çıxara bilən bazar subyektidir. 

Bu  Qanunda  istifadə  olunan  digər  anlayışlar  “Antiinhisar  fəaliyyəti  haqqında” 

Azərbaycan Respublikasının Qanununda müəyyən edildiyi kimi tətbiq edilir. 

 

M a d d ə   2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən 



orqanlar 

Haqsız  rəqabət  haqqında  qanunvericiliyin  icrasına  Azərbaycan  Respublikasında 

antiinhisar  siyasətini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanı  və 

qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət 

edirlər. 

 

II f ə s i l 



 

HAQSIZ RƏQABƏT 

 

M a d d ə   3. Haqsız rəqabətin formaları 

Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: 

rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; 

rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; 

rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə

haqsız sahibkarlıq fəaliyyəti; 



haqsız işgüzarlıq davranışı; 

istehlakçıların çaşdırılması. 

 

M a d d ə  4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi 



Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: 

rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici 

tərtibatının,  əmtəənin  texniki  xassələrindən  irəli  gələn  xarici  görünüşü  istisna 

olmaqla, özbaşına təqlid edilməsi

digər  təsərrüfat  subyektinin  patent-lisenziya  hüququnu  pozmaq  yolu  ilə  onun 

məhsulunun birbaşa təkrarlanması; 

eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi 

istifadə  etməsi  halları  istisna  olmaqla,  digər  bazar  subyektinin  əmtəə  nişanının, 

coğrafi  göstəricilərinin,  firma  adının,  əmtəə  markasının,  həmçinin  adının  qanunsuz 

istifadə edilməsi. 

 

M a d d ə  5. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması 



Rəqibin  təsərrüfat  fəaliyyətini  nüfuzdan  salmağa  gətirib  çıxaran  aşağıdakı 

hərəkətlərə yol verilmir: 

digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və 

təhrif olunmuş məlumatların yayılması; 

rəqibin  elmi-texniki  və  istehsal  imkanları  haqqında  məlumatların  təhrif  olunmuş 

şəkildə açıqlanması. 

 

M a d d ə  6. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə 



Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə yol 

verilmir: 




rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi 

və dayandırılması; 

rəqibin  işçilərini  öz  xidməti  vəzifələrini  yerinə  yetirməməyə  sövq  etmək 

məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi. 

 

M a d d ə  7. Haqsız sahibkarlıq fəaliyyəti 



Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: 

bazar  subyektinin  elmi-texniki,  istehsal  və  ya  ticarət  fəaliyyətinə  dair 

məlumatların,  o  cümlədən  kommersiya  sirrinin  qanunsuz  əldə  edilməsi,  istifadə 

olunması və yayılması; 

rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının 

qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi; 

əmtəələrin məcburi əlavə çeşidlə satışı; 

müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması; 

qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına 

şərait  yaratmaq  məqsədilə  əmtəələrin  təsərrüfat  dövriyyəsindən  çıxarılması  və  ya 

dövriyyəyə buraxılmaması. 

 

M a d d ə  8. Haqsız işgüzarlıq davranışı 



İşgüzarlıq davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: 

müəyyən  vaxt  ərzində  rəqabətdən  və  ya  onun  müəyyən  formasından  əl  çəkmək 

haqqında  tərəf  müqabili  ilə  (kontragentlə)  bağlanmış  və  bazar  subyektlərinin 

təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması; 

rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız 

çağırışlar  (müraciətlər)  edilməsi  və  belə  əlaqələrin  yaradılmasına  maneçilik 

törədilməsi. 

 



M a d d ə  9. İstehlakçıların çaşdırılması 

Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə 

yol verilmir: 

əmtəənin  mənşəyi,  hazırlanması  üsulu,  istifadə  üçün  yararlılığı,  keyfiyyəti  və 

başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti 

barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi

əmtəənin  alınması,  yaxud  sövdələşmə  zamanı  istehlakçının  seçmə  sərbəstliyinə 

təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması; 

əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya 

informasiya materialı kimi açıqlanması; 

əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə 

uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; 

əmtəənin  öz  təyinatına  və  ya  ona  qoyulan  tələblərə  uyğun  olmadığının 

gizlədilməsi. 

 

M a d d ə  10. Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişlərin yolverilməzliyi 



Rəqabətdə  birtərəfli  üstünlük  qazanmaq  məqsədilə,  həmçinin  aşağıdakı 

hərəkətlərə görə qanunsuz ödənişlərə yol verilmir: 

bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına, o 

cümlədən  əlverişli  sazişlərin,  kreditlərin,  subsidiyaların  verilməsi,  güzəştli  gömrük 

rüsumunun və vergi rejiminin müəyyən edilməsi; 

müəyyən  sifarişlər  əldə  olunmasında  fərdi  güzəştlər  edilməsi  və  ya  onların 

verilməsinin ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması; 

rəqiblə müqayisədə müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi. 

  

III f ə s i l 



  


QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT 

 

M a d d ə  11. Bu  Qanuna  riayət  olunması  sahəsində  antiinhisar  siyasətini 



həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanının  səlahiyyətləri  və  bazar 

subyektlərinin vəzifələri 

1.   Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra 

hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: 

müvafiq  icra  hakimiyyəti  orqanlarına,  bazar  subyektlərinə  və  onların  vəzifəli 

şəxslərinə  qanun  pozuntusunun  dayandırılması  və  onun  nəticələrinin  aradan 

qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; 

     qanunvericilikdə  nəzərdə  tutulmuş  qayda  və  əsaslarla  maliyyə  sanksiyaları  tətbiq 

edə bilər; 

haqsız  rəqabət  nəticəsində  əldə  olunmuş  mənfəətin  büdcəyə  ödənilməsi  və 

vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər

bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi 

qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. 

2.   Bu  Qanunun  pozulmasına  görə  müvafiq  icra  hakimiyyəti  orqanları,  bazar 

subyektləri və onların vəzifəli şəxsləri: 

qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında 

Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən  mərkəzi  icra 

hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; 

qanunsuz  əldə  olunan  mənfəəti  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

büdcəyə ödəməyə; 

vurulmuş zərəri ödəməyə; 

tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. 

 

M a d d ə  12. Maliyyə sanksiyaları 




1.  Bu  Qanunun  tələblərinin  pozulmasına  görə  bazar  subyektlərinə  aşağıdakı 

maliyyə sanksiyaları tətbiq edilir: 

bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — bazar 

subyektlərinə  qanunsuz  əldə  olunmuş  gəlirin  bir  misli  həcmində,  bundan  sonrakı  il 

ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları; 

bu  Qanunun  5,  6,  7,  8,  9-cu  maddələrində  qadağan  olunmuş  hərəkətlərə  yol 

verdikdə — haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə bazar subyektinin əldə etdiyi 

ümumi  gəlirin  10  faizinədək,  bundan  sonrakı  il  ərzində  bu  hərəkətə  təkrar  yol 

verdikdə 20 faizinədək maliyyə sanksiyası; 

Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən  mərkəzi  icra 

hakimiyyəti  orqanının  icrası  məcburi  olan  göstərişlərini  yerinə  yetirməməyə  və  ya 

vaxtında icra etməməyə görə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 10 

faizinədək maliyyə sanksiyaları; 

Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən  mərkəzi  icra 

hakimiyyəti  orqanına  qəsdən  düzgün  olmayan  məlumat  verdikdə  və  ya  lazımi 

məlumatı vermədikdə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 5 faizinə 

qədər maliyyə sanksiyaları. 

2    (Çıxarılıb) 

3.   Maliyyə  sanksiyaları  bazar  subyektləri  və  vəzifəli  şəxslər  tərəfindən  30  gün 

ərzində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir. 

 

M a d d ə  13. Qanunsuz  əldə  olunan  mənfəətin  geri  alınması  və  vurulmuş 



zərərin ödənilməsi 

Haqsız  rəqabət  fəaliyyəti  nəticəsində  təsərrüfat  subyektlərinin  qanunsuz  əldə 

etdiyi mənfəət məhkəmənin qərarı ilə dövlət büdcəsinə alınır. 

Haqsız  rəqabət  fəaliyyəti  nəticəsində  vurulmuş  zərərin  ödənilməsi  Azərbaycan 

Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll edilir. 



 

M a d d ə  14. Haqsız rəqabətə görə məsuliyyət 

Bu  Qanunun  pozulmasına  görə  təqsirli  şəxslər  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  inzibati  və  cinayət  məsuliyyəti 

daşıyırlar. 

 

M a d d ə  15. Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  həyata 



keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanının  göstərişlərindən  və  qərarlarından 

şikayət verilməsi 

Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən  mərkəzi  icra 

hakimiyyəti  orqanının  göstərişlərindən  və  qərarlarından  Azərbaycan  Respublikası 

qanunvericiliyində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. 



  

Azərbaycan Respublikasının Prezidenti 

    Heydər Əliyev 

      Bakı şəhəri, 2 iyun 1995-ci il. 

№ 1049. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə