Haqsız Rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 55,17 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü55,17 Kb.
#2197


Haqsız rəqabət haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Bu  Qanun  haqsız  rəqabətin  qarşısının  alınmasının  və  aradan  qaldırılmasının  təşkilati‐

hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi 

zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini 

nəzərdə tutur. 

Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün bazar subyektlərinə 

şamil edilir. 

I fəsil 

ÜMUMİ MÜDDƏALAR 

M a d d  ə 1. Əsas anlayışlar 

Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 

rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda 

mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə 

(məhsul,  iş,  xidmət)  dövriyyəsinin  ümumi  vəziyyətinə  təsir  etmək  imkanını  əsaslı  surətdə 

məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır; 



haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd 

və  ədalətsiz  üsullarla  üstünlük  əldə  etməyə  yönəlmiş,  bununla  da  digər  bazar  subyektlərinə 

(rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri; 

qanunsuz  ödənişlər  — rəqabət  mübarizəsində  əsassız  (haqsız)  üstünlüklər  əldə  etmək 

məqsədi  ilə  dövlət  orqanlarının  vəzifəli  şəxslərini,  siyasi  partiyalarda  rəhbər vəzifə  tutan 

şəxsləri,  kütləvi  informasiya  vasitələri  işçilərini,  bazar  subyektlərinin  rəhbərliyini  və 

əməkdaşlarını  öz  tərəfinə  çəkmək  üçün  nəzərdə  tutulan  maddi  və  ya  qeyri‐maddi  xarakterli 

ödənişlər; 

rəqib  —  müəyyən  bir  əmtəənin  (qarşılıqlı  əvəz  oluna  bilən  əmtəələrin)  bazarına  əmtəə 

çıxara bilən bazar subyektidir. 

Bu Qanunda istifadə olunan digər anlayışlar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan 

Respublikasının Qanununda müəyyən edildiyi kimi tətbiq edilir. 

M a d d  ə  2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar 

Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar 

siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan 

digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. 

II f ə s i l 

HAQSIZ RƏQABƏT 

M a d d  ə  3. Haqsız rəqabətin formaları 

Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: 

rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; 

rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; 

rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; 




haqsız sahibkarlıq fəaliyyəti; 

haqsız işgüzarlıq davranışı; 

istehlakçıların çaşdırılması. 

M a d d  ə  4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi 

Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: 

rəqibin  əmtəəsinin,  həmçinin  onun  əmtəə  formasının,  qablaşdırılmasının  və  xarici 

tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına 

təqlid edilməsi; 

digər təsərrüfat subyektinin patent‐lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun 

birbaşa təkrarlanması; 

eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə 

etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, 

firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. 

M a d d  ə  5. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması 



Rəqibin  təsərrüfat  fəaliyyətini  nüfuzdan  salmağa gətirib  çıxaran  aşağıdakı  hərəkətlərə  yol 

verilmir: 

digər  bazar  subyektlərinin  işgüzar  nüfuzu  və  maliyyə  vəziyyəti  haqqında  yalan  və  təhrif 

olunmuş məlumatların yayılması; 

rəqibin  elmi‐texniki  və  istehsal  imkanları  haqqında  məlumatların  təhrif  olunmuş  şəkildə 

açıqlanması. 

M a d d  ə  6. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə 

Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə yol verilmir: 

rəqibin  işgüzar  münasibətlərinin  qanunsuz  vasitələrlə  qəsdən  pozulması,  kəsilməsi  və 

dayandırılması; 

rəqibin  işçilərini  öz  xidməti  vəzifələrini  yerinə  yetirməməyə  sövq  etmək məqsədilə  onlara 

qanunsuz vasitələrlə təsir göstərilməsi. 

M a d d  ə  7. Haqsız sahibkarlıq fəaliyyəti 

Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: 

bazar  subyektinin  elmi‐texniki,  istehsal  və  ya  ticarət fəaliyyətinə  dair  məlumatların,  o 

cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması; 

rəqibin  üzərində  əsassız  üstünlük  qazanmaq  məqsədilə  onun  təsərrüfat  qərarlarının  qəbul 

edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi; 

əmtəələrin məcburi əlavə çeşidlə satışı; 

müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması; 

qiymətlərinin  artırılması  nəzərdə  tutulduğu  günədək,  yaxud  qiymətlərin  artmasına  şərait 

yaratmaq  məqsədilə  əmtəələrin  təsərrüfat  dövriyyəsindən  çıxarılması  və  ya  dövriyyəyə 

buraxılmaması. 

M a d d  ə  8. Haqsız işgüzarlıq davranışı 

İşgüzarlıq davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: 

müəyyən  vaxt  ərzində  rəqabətdən və  ya  onun  müəyyən  formasından  əl çəkmək  haqqında 

tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi 

məhdudiyyətlər yaratmayan sazişin pozulması; 

rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar 



(müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi. 

M a d d  ə  9. İstehlakçıların çaşdırılması 

Bazar  subyektlərinin  istehlakçıları  çaşdırmağa  yönəldilmiş  aşağıdakı  hərəkətlərinə  yol 

verilmir: 

əmtəənin  mənşəyi,  hazırlanması  üsulu,  istifadə  üçün  yararlılığı,  keyfiyyəti  və  başqa 

xassələri,  sahibkarın  şəxsiyyəti  və  ya  onun  təsərrüfat  fəaliyyətinin  xüsusiyyəti  barədə 

istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; 

əmtəənin  alınması,  yaxud  sövdələşmə  zamanı  istehlakçının  seçmə  sərbəstliyinə  təsir 

göstərən qanunsuz reklam üsullarından istifadə olunması; 

əmtəənin  istehlakçını  çaşdıra  bilən  yanlış  müqayisə  edilməsi  və  onun  reklam  və  ya 

informasiya materialı kimi açıqlanması; 

əmtəənin  istehlak  və  digər  vacib  xassələri  barədə  istehlakçını  çaşdırmaq  məqsədilə  uyğun 

olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; 

əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. 

M a d d  ə  10. Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişlərin yolverilməzliyi 

Rəqabətdə  birtərəfli  üstünlük  qazanmaq  məqsədilə, həmçinin  aşağıdakı  hərəkətlərə  görə 

qanunsuz ödənişlərə yol verilmir: 

bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına, o cümlədən 

əlverişli  sazişlərin,  kreditlərin,  subsidiyaların  verilməsi,  güzəştli  gömrük  rüsumunun  və  vergi 

rejiminin müəyyən edilməsi; 

müəyyən  sifarişlər  əldə  olunmasında  fərdi  güzəştlər  edilməsi  və  ya  onların  verilməsinin 

ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması; 

rəqiblə müqayisədə müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi. 

III f ə s i l 



QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT 

M a d d  ə  11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən 



mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri 

1.  Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən mərkəzi  icra 

hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: 

müvafiq  icra  hakimiyyəti  orqanlarına,  bazar  subyektlərinə  və  onların  vəzifəli  şəxslərinə 

qanun  pozuntusunun  dayandırılması və onun  nəticələrinin aradan qaldırılması ilə bağlı icrası 

məcburi olan göstərişlər verə bilər; 

qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; 

haqsız  rəqabət nəticəsində  əldə  olunmuş  mənfəətin  büdcəyə  ödənilməsi  və  vurulmuş 



3

zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; 

bu  Qanunun  pozulması  ilə  bağlı  cinayət  əlamətləri  olduqda  materialları  cinayət işi 

qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. 

2.  Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və 

onların vəzifəli şəxsləri: 

qanun  pozuntusunu  dayandırmaq  və  onun  nəticələrini  aradan  qaldırmaq  haqqında 

Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti 

orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; 

qanunsuz  əldə  olunan  mənfəəti  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  büdcəyə 




ödəməyə; 

vurulmuş zərəri ödəməyə; 

tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. 

M a d d  ə  12. Maliyyə sanksiyaları 



5 

1.  Bu  Qanunun  tələblərinin  pozulmasına  görə  bazar  subyektlərinə  aşağıdakı  maliyyə 

sanksiyaları tətbiq edilir: 

bu  Qanunun  4‐cü  maddəsində  qadağan  olunmuş  hərəkətlərə  yol  verdikdə  —  bazar 

subyektlərinə qanunsuz əldə olunmuş gəlirin bir misli həcmində, bundan sonrakı il ərzində bu 

hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları; 

bu  Qanunun  5,  6,  7,  8,  9‐cu  maddələrində  qadağan  olunmuş  hərəkətlərə  yol  verdikdə  — 

haqsız  rəqabət fəaliyyəti  göstərilən  dövrdə  bazar  subyektinin  əldə  etdiyi  ümumi  gəlirin  10 

faizinədək,  bundan  sonrakı  il  ərzində  bu  hərəkətə  təkrar  yol  verdikdə  20  faizinədək  maliyyə 

sanksiyası; 

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti 

orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə 

görə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 10 faizinədək maliyyə sanksiyaları; 

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti 

orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bazar 

subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 5 faizinə qədər maliyyə sanksiyaları. 

2  (Çıxarılıb) 

3.  Maliyyə  sanksiyaları  bazar  subyektləri  və  vəzifəli  şəxslər tərəfindən  30  gün  ərzində 



qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir. 

M a d d  ə  13.  Qanunsuz  əldə  olunan  mənfəətin  geri  alınması  və  vurulmuş  zərərin 



ödənilməsi 

Haqsız rəqabət fəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət 

məhkəmənin qərarı ilə dövlət büdcəsinə alınır. 

Haqsız  rəqabət



fəaliyyəti  nəticəsində  vurulmuş  zərərin  ödənilməsi  Azərbaycan 

Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll edilir. 

M a d d  ə  14. Haqsız rəqabətə görə məsuliyyət 

Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. 

M a d d  ə  15. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi 



icra hakimiyyəti orqanının göstərişlərindən və qərarlarından şikayət verilməsi 

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti 

orqanının  göstərişlərindən və  qərarlarından  Azərbaycan  Respublikası  qanunvericiliyində 

nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. 



Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV. 

Bakı şəhəri, 2 iyun 1995‐ci il.  

№ 1049.  

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 



1.   5  oktyabr  2001‐ci  il  tarixli  190‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 683

2.   12  oktyabr  2001‐ci  il  tarixli  193‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 686

3.   30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 57

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

1 

12  oktyabr  2001‐ci  il  tarixli  193‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 686) ilə 4‐cü maddəsinin dördüncü 

abzasında ʺxidmət nişanınıʺ sözləri ʺcoğrafi göstəricilərininʺ sözləri ilə əvəz edilmişdir. 



2 

30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 57) ilə 11‐ci maddənin 1‐ci hissəsinin 

üçüncü abzasından ʺvə cərimələrʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları və cərimələr tətbiq 

edə bilər; 



3 

5  oktyabr  2001‐ci  il  tarixli  190‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001‐ci  il,  №  11,  maddə  683)  ilə  11‐ci  maddəsinin  1‐ci 

bəndinin dördüncü abzasından ʺvə ya arbitraj məhkəməsinəʺ  sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada 

deyilirdi: 

haqsız  rəqabət nəticəsində  əldə  olunmuş  mənfəətin  büdcəyə  ödənilməsi  və  vurulmuş  zərərin 

ödənilməsi ilə bağlı məhkəməyə və ya arbitraj məhkəməsinə iddia ilə müraciət edə bilər; 

4 

30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 57) ilə 11‐ci maddənin 2‐ci hissəsinin 

beşinci abzasından ʺvə cərimələriʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

tətbiq edilmiş maliyyə sanksiyaları və cərimələri ödəməyə borcludurlar. 

5 

30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  2,  maddə  57)  ilə  12‐ci  maddədə  maddənin 

adından ʺvə cərimələrʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

M a d d  ə  12. Maliyyə sanksiyaları və cərimələr 

6 

30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  2,  maddə  57)  12‐ci  maddənin  2‐ci  hissəsi 

çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

2.Bu  Qanunun  tələblərinin pozulmasına  görə  müvafiq  icra  hakimiyyəti  orqanlarının,  həmçinin 

bazar subyektlərinin vəzifəli şəxslərinə aşağıdakı cərimələr tətbiq edilir: 

bu Qanunun 4, 5, 6, 7, 8, 9‐cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verildikdə—aylıq 

əmək haqqının 3 mislinədək; 

Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti 

orqanına qəsdən düzgün olmayan məlumatlar verdikdə və ya lazımi məlumatı vermədikdə—aylıq 

əmək haqqının 3 mislinədək; 

Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti 

orqanının  bu  Qanuna  uyğun  olaraq  verdiyi  göstərişləri  yerinə  yetirmədikdə  və  ya  bu  Qanunun 

tələblərinin pozulmasına 1 il ərzində təkrar yol verdikdə—aylıq əmək haqqının 5 mislinədək. 




7 

30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  2,  maddə  57)  ilə  12‐ci  maddənin  3‐cü 

hissəsindən ʺvə cərimələrʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

3.  Maliyyə  sanksiyaları  və  cərimələr  bazar  subyektləri  və  vəzifəli  şəxslər tərəfindən  30  gün 

ərzində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir. 



8 

5  oktyabr  2001‐ci  il  tarixli  190‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001‐ci  il,  №  11,  maddə  683)  ilə  13‐cü  maddənin  birinci 

hissəsindən  ʺvə ya arbitraj məhkəməsininʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

Haqsız  rəqabət fəaliyyəti  nəticəsində  təsərrüfat  subyektlərinin  qanunsuz  əldə  etdiyi  mənfəət 

məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı ilə dövlət büdcəsinə alınır. 



Document Outline

  • I fəsi lÜMUMİ MÜDDƏALAR
    • M a d d ə 1. Əsas anlayışlar
    • M a d d ə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar
  • II f ə s i l HAQSIZ RƏQABƏT
    • M a d d ə 3. Haqsız rəqabətin formaları
    • M a d d ə 4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
    • M a d d ə 5. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
    • M a d d ə 6. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
    • M a d d ə 7. Haqsız sahibkarlıq fəaliyyəti
    • M a d d ə 8. Haqsız işgüzarlıq davranışı
    • M a d d ə 9. İstehlakçıların çaşdırılması
    • M a d d ə 10. Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişlərin yolverilməzliyi
  • III f ə s i l QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT
    • M a d d ə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
    • M a d d ə 12. Maliyyə sanksiyaları
    • M a d d ə 13. Qanunsuz əldə olunan mənfəətin geri alınması və vurulmuş zərərinödənilməsi
    • M a d d ə 14. Haqsız rəqabətə görə məsuliyyət
    • M a d d ə 15. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəziicra hakimiyyəti orqanının göstərişlərindən və qərarlarından şikayət verilməsi

Yüklə 55,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə