|
 Haray səsi göylərə, Asimana ucaldı
XOCALI
Haray səsi göylərə,
Asimana ucaldı.
Neçə ata-ananın,
Ürəyi parçalandı.
Xocalı faciəsi,
Bir elin göz yaşıdır.
Xocalı faciəsi,
Sinəmizin dağıdır.
İl-illərə qovuşar,
Bu günü unutmarıq,
Xocalı Şəhidlərin,
Hər zaman xatırlarıq.
Vətən bizi səsləyir,
Qisas qalmasa yerdə.
Qələbə bizimlədir,
Ümüd var hər ürəkdə.
Sura Həsənli
Dostları ilə paylaş: |
|
|