Harold Pinter Ad Günü



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   ...   7   8   9   10   11   12   13   14   15

Meq. Hə, indi gedirəm. (Çantasını götürür) Başım yaman ağrıyır. (Meq arxa qapıya 

doğru gedir və birdən geri dönür) Sən bu gün səhər həyətdə olanı görmüsən? 



Petey. Nəyi? 

Meq. Həyətdəki o böyük maşını. 

Petey. Hə. 

Meq. Dünən orada maşın yox idi. Sən … sən onun içinə baxmısan? 

Petey. Elə diqqətlə baxmamışam. 

Meq. (Həyəcan və pıçıltı ilə danışaraq) Onun içində nə isə var idi? 

Petey. İçində? 

Meq. Hə. 

Petey. Necə yəni içində? 

Meq. Yəni maşının içində. 

Petey. Necə bir şey? 

Meq. Yəni...Mən demək istəyirəm...orada...orada araba var idi? 

Petey. Araba? 

Meq. Hə. 

Petey. Mən görmədim. 

Meq. Görmədin? Əminsən? 

Petey. Mister Qoldberq araba ilə nə edəcək? 

Meq. Mister Qoldberq? 

Petey. Bu onun maşınıdır. 

Meq. (Rahatlanaraq) Onun maşınıdır? Oh, mən bilmirdim ki, bu onun maşınıdır. 

Petey. Əlbəttə onun maşınıdır. 

Meq. İndi rahatlandım. 

Petey. Nə olub? 

Meq. İndi daha da rahatlandım. 

Petey. Yaxşı olar ki, çıxıb bir az hava alasan. 

Meq. Hə, indi gedəcəm. Gedib bazarlıq edəcəm. (Meq arxa qapıya doğru gedir. Yuxarıda  

 

 



qapının səsi eşidilir. O, geri çevrilir) Bu Stənlidir! O, aşağı düşür – mən indi ona səhər 

yeməyi üçün nə verəcəm? (Tez mətbəxə qaçır) Petey, mən ona nə verəcəm? (O mətbəxin 

pəncərəsindən baxır) sıyıq artıq qurtarıb. (İkisi də qapıya baxır. Qoldberq içəri girir

qapının ağzında dayanır, bir az gülümsəyib içəri keçir). Elə bildim bu Stənlidir. 



Qoldberq. Bizim oxşarlığımız var? 

Meq. Xeyr, siz tamam fərqli insanlarsız. 

Qoldberq. (İçəri keçir) Əlbəttə tamam fərqliyik. 

Meq. (Mətbəxdən içəri gəlir) Mən elə bildim bu Stənlidir, səhər yeməyi üçün aşağı 

düşür. O hələ səhər yeməyini yeməyib. 



Qoldberq. Sizin arvadınız çox gözəl qəhvə hazırlayır, mister Bols, bunu bilirdiz? 

Petey. Hə, hərdən hazırlayır, hərdən unudur. 

Meq. O, aşağı düşəcək? 

Qoldberq. Aşağı? Əlbəttə, düşəcək. Belə gözəl, günəşli gündə sizcə aşağı düşməz? 

(Oturur) 



Meq. Mister Qoldberq. 


Qoldberq. Bəli? 

Meq. Mən bilmirdim ki, bayırdakı sizin maşınınızdır. 

Qoldberq. Xoşunuza gəlir? 

Meq. Siz gəzintiyə çıxacaqsız? 

Qoldberq. (Peteyə) Yaxşı maşındır, elə deyil? 

Petey. Yaxşıdır. 

Qoldberq. Qabaqda və arxada yer var. (Çaydanı götürür) Çaydan istidir. Çay, mister 

Bols?  


Petey. Xeyr, sağ olun. 

Qoldberq. (Çay süzərək) O maşın? O maşın heç vaxt məni yolda qoymayıb. 

Meq. Siz gəzintiyə gedəcəksiz? 

 

Qoldberq cavab vermir və çayını içir. 



 

Meq. Yaxşı mən gedim. (Arxa qapıya tərəf gedir və çevrilir) Petey, əgər Stənli aşağı 

düşsə... 



Petey. Nə?  

Meq. Ona de ki, mən gecikməyəcəm. 

Petey. Deyərəm.  

Meq. Gecikməyəcəm. (Çıxıır) 

Qoldberq. (Çayını içərək) Yaxşı qadındır. Gözəl qadındır. Mənim anam da belə idi. 

Petey. O bu gün necədir? 

Qoldberq. Kim? 

Petey. Stənli? Bir az yaxşılaşıb? 

Qoldberq. (Bir az qeyri müəyyənliklə) Hə...bir az yaxşıdır, məncə, bir az yaxşıdır. Mən 

tam əminliklə deyə bilmərəm. Yaxşı olardı ki, ixtisaslı həkim onu müayinə etsin. 



Petey. Hə. 

Qoldberq. Hər halda Dermot onunladır. Onu tək qoymur. 

 

 

Petey. Dermot? 

Qoldberq. Hə. 

Petey. Dəhşətli haldır. 

Qoldberq. (Dərindən nəfəs alaraq) Hə. Şənlik onu çox yordu. 

Petey. Ona nə olub? 

Qoldberq. Nə olub? Tab gətirməyib. Sadəcə olaraq mister Bols əsəbləri tab gətirməyib. 

Petey. Bəs qəflətən ona nə oldu? 

Qoldberq. (Qalxır) Bu hər zaman baş verə bilər, mister Bols. Dostum bu haqda mənə 

demişdi. Biz ikimis də ondan çox narahat idik. Nə isə, dostum mənə demişdi ki, bu 

hadisə birdən başlayır, sonradan günbəgün artır-artır... Sonra isə hamısı birdən baş ver 

verir və əsəblər dözmür. Heç bir təmunat yoxdur ki, bu necə baş verəcək, amma müəyyən 

insanlar üçün bu labüddür. 

Petey. Doğrudan? 

Qoldberq. Dostum bu haqda mənə demişdi. (O birdən ayağa durur, siqaret qutusunu 

gətirir və oradan bir siqaret götürür) Siqaret götürün. 




Petey. Xeyr, istəmirəm. 

Qoldberq. Mən də hərdən siqaret çəkirəm. 

Petey. Necə gecə idi. (Qoldberq kibritlə siqreti yandırır) İçəri girəndə işıqlar hamısı 

sönmüşdü. Avtomata bir şilinq pul saldım, içəri girəndə şənlik artıq bitmişdi. 



Qoldberq. (Aşağıya düşərək) Siz avtomata şilinq saldınız? 

Petey. Hə. 

Qoldberq. Və işıqlar söndü? 

Petey. Hə, sonra mən içəri girdim. 

Qoldberq. (Gülür). Mən and içərəm ki, bu elktrik qapağı olub. 

Petey. (Davam edərək) Çox sakit idi. Heç bir səs belə eşidilmirdi. Ona görə mən yuxarı 

qalxdım və dostunuz Dermotla rastlaşım və o mənə dedi. 



Qoldberq. (Qışqıraraq) Kim? 

Petey. Sizin dostunuz – Dermot. 

Qoldberq. (Ağır-ağır). Dermot. Hə. (Oturur). 

Petey. Buna baxmayaraq bəzən onu üstələmək olur, elə deyilmi? Yəni demək istəyirəm  

ki, bundan sağalmaq olur. 



Qoldberq. Sağalmaq? Hə, bəzən sağalmaq olur. 

Petey. Deyirəm yəni o indiyə qədər sağala bilərdi, elə deyil? 

Qoldberq. Ağlabatan fikirdir. 

 

Petey qalxır, çaydanı və fincanı götürür. 



 

Petey. Əgər lança qədər o yaxşı olmasa, mən həkim çağıracam. 

Qoldberq. (Əsəbi halda) Mister Bols, Stənli üçün hər şey edilir. Narahat olmayın.  

Petey. Nə demək istəyirsiz? (MəkKen, iki çamadanla içəri girir). Hər şey hazırdır. 

 

Petey çaydanı və fincanı mətbəxə aparır. MəkKen çamadanları yerə qoyur. Pəncərəyə 



tərəf gedir və çölə baxır. 

 

Qoldberq. Yaxşıdır? (MəkKen cavab ermir) MəkKen, mən sənən soruşdum, yaxşıdır? 



MəkKen. (Çevrilmədən) Nə yaxşıdır? 

Qoldberq. Necə yəni nə? (MəkKen cavab vermir) 

MəkKen. (Hirslə çevrilib Qoldberqə baxır) Mən ora bir də qalxmayacam. 

Qoldberq. Nə olub ki? 

MəkKen. O indi sakitir. O artıq heç nə etmir. 

 

Petey mətbəxin pəncərəsindən anlaşılmazlıqla baxır. 



 

Qoldberq. O nə vaxt hazır olacaq? 

MəkKen. Bu dəfə özün gedib öyrənərsən. 

Qoldberq. Sənə nə olub? 

MəkKen. (Sakitcə) Mən ona verdim. 

Qoldberq. Nəyi? 

MəkKen. Mən eynəyini ona verdim. 

Qoldberq. O eynəyini geri aldığına görə sevinirdi? 


Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə