Harold Pinter Ad Günü


Meq. Petey, onlar bizim haqqımızda eşidiblər?  Petey



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   2   3   4   5   6   7   8   9   ...   15

Meq. Petey, onlar bizim haqqımızda eşidiblər? 

Petey. Yəqin eşidiblər. 

Meq. Yəqin eşidiblər. Yəqin eşidiblər ki, bu yaxşı pansiondur. Elədir. Bu ev 

siyahıdadır. 



Petey. Hə. 

Meq. Bilirəm. 

Petey. Onlar bu gün gələ bilərlər. Hazırlaya bilərsən? 

Meq. Onlara o qəşəng otağı verə bilərəm. 

Petey. Otaq hazırdır? 

Meq. Kreslolu otaq qonaqlar üçün hazırdır. 

Petey. Əminsən? 

Meq. Hə, onda bu gün gəlsələr yaxşı olar. 

Petey. Yaxşı! 

 

O, corabları və digər əşyaları bufetin siyirtməsinə qoyur. 



 

Meq. Gedirəm onu oyadam. 

Petey. Sarayda yeni şou olacaq. 

Meq. Sütunda? Körpü yanında? 

Petey. Yox. Sarayda, şəhərdə. 

Meq. Sütunda olsaydı, Stənli də orada iştirak edə bilərdi. 

Petey. Bu açıq şoudur. 

Meq. Nəyi nəzərdə tutursan? 

Petey. Rəqs və musiqi yoxdur. 

Meq. Onda onlar nə edəcəklər? 

Petey. Ancaq söhbət. 

 

Sükut. 



 

Meq. Eh ... 

Petey. Sən musiqini sevirsən, elə deyilmi, Meq? 

Meq. Pianoya qulaq asmağı sevirəm. Stənlinin piano çalmasına baxmağı sevirəm. 

Əlbəttə, o oxumur. (Qapıya baxır) Mən gedirəm onu oyadam. 



Petey. Onun çayını aparmamısan?  

Meq. Həmişə aparıram. Ancaq bundan xeyli vaxt keçib. 

Petey. Çayı içdi? 

Meq. Onu məcbur etdim. İçib qurtarana qədər orada dayandım. Onu çağırmağa 

gedirəm. (Qapıya tərəf gedir). Stən! Stənni. (Qulaq asır) Stən! Aşağı düşməsən, 

özüm gəlib gətirəcəm. Gəlirəm. Üçəcən sayıram! Bir, iki, üç! Dalınca gəlirəm! 

 

O, otaqdan çıxıb yuxarı qalxır. Bir dəqiqə keçməmiş Stənlinin qışqırtısı, Meqin bərk 



gülüşü eşidilir. Petey boşqabını aparır. Qışqırıq. Gülüş. Petey stulda əyləşir. Sakitlik. 

Meq qayıdır.  Stənli aşağı düşür. Meq tez-tez nəfəs alır və saçını yığır. 

 

Dedim ki, tələsməsə ona səhər yeməyi verilməyəcək. 




Petey. Doğrudan?  Tələsəcək?  Xeyri olacaq ki? 

Meq. Sıyıqığını gətirirəm. 

Meq mətbəxə daxil olur. Petey yenidən qəzetini oxuyur.  Stənli gəlir. Üzü 

qırxılmamış, gözündə eynək əyləşir. 

 

Petey. Sabahın xeyir, Stənli. 



Stənli. Sabahın xeyir. 

 

Sakitlik. Meq əlində bir boşqab sıyıq içəri girir və onu stolun üstünə qoyur.  



 

Meq. Demək nəhayət aşağı düşüb hə? Nəhayət səhər yeməyinə aşağı düşüb. Ancaq 

ona heç nə düşmür, elə deyil, Petey? (Stənli gözünü sıyıqığa zilləyir) Yaxşı 

yatmısan? 

Stənli. Heç yatmamışam.  

Meq. Heç yatmamısan? Eşidirsən, Petey? Yəqin yeməyə taqətin yoxdur, hə? İndi 

yaxşı oğlan ol və sıyıqığını ye! Ye! 

 

O, yeməyə başlayır. 



 

Stənli. Bu gün hava necədir? 

Petey. Çox yaxşı. 

Stənli. İstidir?  

Petey. Zəif külək əsir. 

Stənli. Soyuqdur? 

Petey. Deməzdim soyuqdur. 

Meq. Sıyıq necədir? 

Stənli. Dəhşətdir. 

Meq. Sıyıq? Belə dadlı sıyıq? Sən yalançısan, balaca yalançı. O çox xeyirlidir. Belə 

deyirlər. Xüsusən adamlar yuxudan gec duranda. 



Stənli. Süd ötüb. 

Meq. Ötməyib. Petey özününkünü yedi, elə deyil? 

Petey. Elədir. 

Meq. Onda ye. 

Stənli. Yaxşı, ikinci yeməyə keçəcəm. 

Meq. Birincini qurtarmayıb, ikinciyə keçmək istəyir. 

Stənli. Qızarmış iyi gəlir. 

Meq. Onu sənə verməyəcəm. 

Petey. Ver yesin. 

Meq. (Sol tərəfdə stulda əyləşir). Verməyəcəm. 

 

Sükut. 



 

Stənli. Səhər yeməyi istəmirəm. Sükut. Bütün gecə yuxuda bu yeməyi görmüşəm. 

Meq. Elə bil dedin yatmamısan? 


Stənli. Gündüz yuxuda. İndi mənə heç nə verməyəcək. Hətta stolun üstündəki bir 

tikə çörəkdən belə. Sükut. Yaxşı, deyəsən qarşıdakı gözəl otellərdən birinə köçməli 

olacam. 

Meq. (Cəld qalxaraq) Orada burdan yaxşı yemək verməyəcəklər. (Meq mətbəxə 

daxil olur. Stənli bərk əsnəyir. Meq boşqabla görünür). Al. Bunu xoşlayacaqsan. 

 

Petey qalxır, boşqabı götürüb stola, Stənlinin qarşısına qoyur və oturur. 



 

Stənli. Bu nədir? 

Petey. Qızarmış çörək. 

Meq. (Daxil olur) Mərc gəlirəm ki, bunun nə olduğunu bilmirsən. 

Stənli. Bilirəm. 

Meq. Nədir? 

Stənli. Qızarmış çörək. 

Meq. Bilirmiş. 

Stənli. Nə gözəl sürpriz. 

Meq. Gözləmirdin, eləmi? 

Stənli. Yox. 

Petey. (Qalxır) Yaxşı, gedirəm. 

Meq. İşə qayıdırsan? 

Petey. Hə. 

Meq. Bəs çay? Çay içmədin. 

Petey. Eyb etməz. İndi vaxt yoxdur. 

Meq. Çay hazırdır. 

Petey. Görüşərik. Ta – ta, Stən.  

Stənli. Ta – ta.  

 

Petey gedir. 



 

Meq. (Özünü mudafiə edərək) Nəyi nəzərdə tutursan? 

Stənli. Sən pis həyat yoldaşısan. 

Meq. Kim deyir onu? 

Stənli. Ərinə bir stəkan çay hazırlamamaq! Dəhşət! 

Meq. O bilir ki, mən pis arvad deyiləm. 

Stənli. Əvəzində ona turşumuş süd vermək! 

Meq. O turşumuş süd deyildi. 

Stənli. Biabırçılıq! 

Meq. Öz işinlə məşğul ol. (Stənli yeyir) Sənə deyə bilərəm məndən daha yaxşı arvad 

tapa bilməzsən. Mən yaxşı ev saxlayıram, hər şeyi təmizləyirəm. 



Stənli. Kim! 

Meq. Hə! Və bu ev qonaqlar üçün çox münasibdir, yaxşı pansiondur. 

Stənli. Qonaqlar? Bilirsən, mən burada olandan bəri neçə qonaq qəbul etmisən? 

Meq. Neçə? 

Stənli. Bir. 

Meq. Kimdir o? 


Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə