Harold Pinter Ad Günü



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   2   3   4   5   6   7   8   9   ...   15
    Bu səhifədəki naviqasiya:
  • Stənli

 

Stənli ona baxır. 

 

Stənli. Səncə sən kiminlə danışırsan? 

Meq. (Çaşqın halda) Nə? 

Stənli. Bura gəl. 

Meq. Nə? 

Stənli. Bura gəl. 

Meq. Yox. 

Stənli. Mən səndən bir şey soruşmaq istəyirəm. (Meq əsəbi halda yerində vurnuxur

Stənliyə yaxınlaşmaq istəmir). Bura gəl. (Sükut) Yaxşı. Mən sualımı buradan da 

soruşa bilərəm. (Qəsdən) Xanım Bols, siz mənə müraciət edəndə fikirləşirsiniz ki, 

kiminlə danışırsız? 

 

Sakitlik.  Meq inildəyir. Onun bədəni qabağa əyilir, başını əllərinin arasına alır. 



 

Meq. (Yavaş səslə) Səhər yeməyi xoşuna gəldi, Stən? (Meq stola yaxınlaşır) Stən? 

Nə vaxt yenidən piano çalacaqsan? (Stənli deyinir)Həmişə olduğu kimi. (Stənli 

deyinir) Sənin piano çalmağın mənim xoşuma gəlir. Nə vaxt sən yenə piano 

çalacaqsan? 



Stənli. Bacarmaram, bacararam ki? 

Meq. Niyə də yox? 

Stənli. Mənim pianom yoxdur axı! Elə deyil? 

Meq. Yəni sənin işləməyini nəzərdə tuturam. 

Stənli. Get bazarlıq elə. 

Meq. Əgər sənin işin olsa, onda sənin çölə çıxmağa ehtiyacın olmayacaq. Onda sən 

körpü qarşısında piano çala bilərsən. 

 

O, Meqə baxır, sonra isə öz-özünə danışmağa başlayır. 



 

Stənli. Mən ... e... Yeri gəlmişkən mənə iş təklif olunub. 

Meq. Nə? 

Stənli. Hə. Mən indi həmin təklifi götür-qoy edirəm. 

Meq. Düz deyil. 

Stənli. Yaxşı işdir. Gecə klubu. Berlində. 

Meq. Berlin? 

Stənli. Hə Berlində. Gecə klubunda pianoçu. Çox böyük əmək haqqı verirlər. 

Meq. Hansı müddətə gedirsən? 

Stənli. Biz Berlində qalmayacağıq. Sonra Afinaya gedəcəyik. 

Meq. Hansı müddətə? 

Stənli. Hə. Sonra biz təyyarə ilə gedəcəyik... o... adı necəydi onun... 

Meq. Hara? 

Stənli. İstanbula. Zaqrebə. Vladivostoka. Bu, dunya turudur. 

Meq. (Stulda əyləşərək) Sən bu yerlərdə əvvəllər piano çalmısan? 


Stənli. Piano? Mən dünyanın hər yerində piano çalmışam. Ölkənin hər yerində ifa 

eləmişəm. (Sükut) Hələ bir dəfə konsert də vermişəm. 



Meq. Konsert? 

Stənli. (Həmin anda) Hə. O da çox gözəl idi. Hər kəs həmin gecə orada idi. Bu çox 

böyük uğur idi. Aşağı Edmontonda olmuşdu. 



Meq. Sən nə geyinmişdin? 

Stənli. (Öz-özünə) Mənə yaxınlaşdılar və minnətdarlıqlarını bildirdilər. Nə qədər 

şampan içdik! (Sükut) Hətta atam mənə qulaq asmağa gəlmişdi. Mən ona dəvətnamə 

vermişdim. Amma inanmırdım ki, o gələcək. (Sükut) Konsertdən sonra onlar 

bilirsən nə etdilər? Mənim adımı həkk etdiər. Hər şey hazırlanmışdı. Mənim sonrakı 

konsertim. Qışda olacaqdı. Mən ora gedəndə zal bağlı idi. Orada heç kim yox idi. (O 

eynəyini götürür və pijaması ilə onu silir) Mən bilmək istəyirdim ki, buna görə kim 

cavabdehdir.  (Eynəyini taxır və Meqə baxır) Ona bax. Sən sadəcə bir parça 

köhnəlmiş bir şeysən. (O qalxır və Meq tərəfə stola əyilir) Sən elə bir şeysən, elə 

deyil? 

Meq. Sən yenə harasa gedəcəksən? Sən burada qoca Meqlə qalacaqsan. (O inildəyir 

və stolun üzərinə əyilir) Sən bu gün yaxşı deyilsən, Stən? Sən bu gün harasa 

gedəcəksən? 

 

Stənli bir az dayanır, sonra aramla qalxıb Meqə tərəf çevrilir və yavaşca danışır. 



 

Stənli. Meq, bilirsən nə var? 

Meq. Nə? 

Stənli. Sən son xəbərləri eşitmisən? 

Meq. Yox. 

Stənli. Mərc gəlirəm ki, eşitmisən. 

Meq. Yox, eşitməmişəm. 

Stənli. Sənə deyim? 

Meq. Nəyi, son xəbərləri? 

Stənli.: Eşitməmisən? 

Meq. Yox. 

Stənli. Onlar bu gün gəlirlər. Özü də furqonda gəlirlər. 

Meq. Kim? 

Stənli. Bilirsən onların furqonunda nə var? 

Meq. Nə? 

Stənli. Orada əl arabası var. 

Meq. (Həyəcanla) Ola bilməz. 

Stənli. Ola bilər. 

Meq. Yalan deyirsən. 

Stənli. Böyük bir əl arabası. Maşın dayananda onlar o arabanı gətirib bağda qoyub 

sonra qapını döyəcəklər. 



Meq. Yox, ola bilməz. 

Stənli. Onlar kimisə axtarırlar. 

Meq. Elə deyil. 

Stənli. Onlar kimisə axtarırlar. Müəyyən bir adamı. 


Meq. (Xırıltılı səslə) Yox, elə deyil! 

Stənli. İstiyirsən sənə deyim kimi axtarırlar? 

Meq. Yox! 

Stənli. İstəmirsən deyim? 

Meq. Sən yalan deyirsən! 

 

Qabaq qapı qəflətən döyülür. Lulunun səsi eşidilir: Ooh – ooh! Meq Stənlinin 



yanından keçib bazarlıq etdiyi çantanı götürür. Sonra çölə çıxır. Stənli qapıya 

yaxınlaşır və qulaq asır. 

Səs gəlir. Salam, Xanım Bols... 

 

Meq. Oh, artıq gəlib? 



Səs: Hə, elə indicə gəlib. 

Meq. Budur? 

Səs: Hə, məncə budur. 

Meq. Qəşəngdir? 

Səs: Hə. Bununla nə edəcəm? 

Meq. Mən ...(pıçıldayır) 

Səs: Yox, əlbəttə yox ...(pıçıldayır) 

Meq. Yaxşı, bəs ...(pıçıldayır) 

Səs: Mən ...(pıçıldayır) Ta – ta, Xanım Bols. 

 

Stənli tez gedib stulda əyləşir. Lulu içəri girir. 



 

Lulu: Oh, salam. 

Stənli. Salam. 

Lulu: Mən bunu burada qoymalıydım. 

Stənli. Buyur. (Lulu mətbəx şkafına tərəf gedir və onu qoyur). Bu böyük bir şeydir. 

Lulu: Ona əl vurma. 

Stənli. Nəyə görə mən ona toxunmalıyam? 

Lulu: Yaxşı olar ki, əl vurmayasan. 

 

Lulu yuxarı qalxır. 



 

Lulu: Nəyə görə qapını açmırsan? İçəri boğanaqdı. 

 

Lulu arxa qapını açır. 



 

Stənli. (qalxaraq) Boğanaqdı? Mən səhər buranın havasını dəyişmişəm. 

Lulu: (qapının yanında) Lap yaxşı. 

Stənli. Bu gün deyəsən yağış yağacaq. Sən necə fikirləşirsən? 

Lulu: Məncə hə. Necə bildin? 

Stənli. Mən səhər yeddinin yarısında dəniz sahilində idim. 

Lulu: Doğrudan? 


Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə