Harold Pinter Ad Günü



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   2   3   4   5   6   7   8   9   ...   15

Stənli. Mən çıxıntıya tərəf getmişdim  və səhər yeməyinə qədər qayıtdım. Sən mənə 

inanmırsan! 

 

Meq oturur, güzgünü çıxarıb burnunu kirşanlayır.  



 

Lulu: (Güzgünü ona uzadaraq) Öz üzünə baxmaq istəyirsən? (Stənli stoldan kənara 

çəkilir). Sən heç çölə çıxırsan? (O, cavab vermir)  Demək istəyirəm ki, bütün günü 

evdə oturub nə edirsən? (Sükut) Xanım Bols səni bütün günü burada saxlamaqdan 

bezmir? 


Stənli: O evi təmizləyəndə mən həmişə stolun yanında dayanıram. 

Lulu: Nəyə görə çimmirsən? Sən dəhşətli görünürsən. 

Stənli. Çimməklə heç nə dəyişməyəcək. 

Lulu: (qalxaraq) Gəl bayıra çıx, bir az hava al. Bu cür görünüşlə 

 sən məni əsəbləşdirisən 

 Stənli. Hava? Oh, mən bu haqda heç nə bilmirəm. 

Lulu: Bayırda hava gözəldir. Məndə bir az qəlyanaltı var. 

Stənli. Hansından? 

Lulu: Pendirlisindən. 

Stənli. Mən yeməyi çox xoşlayıram. 

Lulu: Heç nə olmaz. Mən ac deyiləm. 

Stənli. (Qəfildən) Mənimlə getməyə necə baxırsan? 

Lulu: Hara? 

Stənli. Heç yerə. Biz gedə bilərik. 

Lulu: Hara gedə bilərik? 

Stənli. Heç yerə. Getməyə yer yoxdur. Biz sadəcə gedə bilərik, fərqi yoxdur hara. 

Lulu: Biz həmçinin burada da qala bilərik. 

Stənli. Yox, bura yaxşı deyil. 

Lulu: Yaxşı bəs hara? 

Stənli. Heç yerə. 

Lulu: Hə, bu çox yaxşı təklifdir. (Stənli ayağa durur) Sən bu eynəyi mütləq 

taxmalısan? 



Stənli. Hə. 

Lulu: Sən indi gəzməyə getmirsən? 

Stənli. İndi gedə bilmərəm. 

Lulu: Sən elə bil qoca bir adamsan, elə deyil? 

 

O, sol qapıdan çıxır. Stənli qalxır. Sonra  güzgüyə tərəf gedir və baxır. O, mətbəxə 



gedir, eynəyini çıxarıb, üzünü yuyur. Sükut. Qoldberq və MəkKen arxa qapıdan içəri 

girirlər. MəkKen iki çamadan gətirir, Qoldberqin əlində isə çanta var. Onlar içəridə 

dayanırlar sonra aşağıya doğru gəlirlər. Stənli üzünü silir, onları arxa tərəfdən görür. 

MəkKen və Qoldberq evə tamaşa edirlər. Stənli eynəyini taxır. Mətbəxdən arxa 

qapıya tərəf gedir və çıxır. 

 

MəkKen. Bu odur? 



Qoldberq. Hə, odur. 


MəkKen. Əminsən? 

Qoldberq. Əlbəttə əminəm. 

 

Sükut. 



 

MəkKen. Bəs indi neynəyək? 

Qoldberq. Narahat olma, MəkKen. Otur. 

MəkKen. Bəs sən? 

Qoldberq. Necə yəni mən? 

MəkKen. Sən oturacaqsan? 

Qoldberq. Biz ikimiz də oturacağıq. (MəkKen çamadanları yerə qoyur və sol 

tərəfdəki stulda əyləşir). Arxaya söykən. Rahat ol, MəkKen. Sənə nə olub? Mən bir 

neçə günlüyə səni dəniz sahilinə gətirmişəm. Bir az istirahət et. Dincəlməyi öyrən, 

yoxsa sən belə heç yerə gedib çıxa  bilməyəcəksən. 



MəkKen. Düz deyirsən, Net. Çalışacam. 

Qoldberq. (Sağ tərəfdə stulda əyləşərək) Əsas məsələ nəfəs almaqdadır. 

Məsləhətimə qulaq as. Nəfəs al, nəfəsini burax. Çalış get, sən heç nə itirmirsən. 

Mənə bax. Mən hələ tələbə olanda Berni əmi ayda iki dəfə beşinci günlər məni 

dənizə aparırdı. Brayton, Kənvey adası, Ratinqdin – Berni əmi xırdaçı deyildi. 

Lançdan sonra Şəbbasda biz bir cüt göyərtə stulunda oturardıq, bəzəkli talvarlı kiçik 

qayığımız vardı, qabarma və çəkilməyə baxardıq, günəşin batmasını izlərdik. İnan 

mənə, MəkKen, qızıl günlər idi. (Xatırlayaraq) Berni əmi. Əlbəttə o, əla feldşer idi. 

Qədim məktəbin nümayəndəsi. O zaman onun elə Beyzinqstokda evi vardı. Bütün 

icma ona hörmət edirdi. Mədəniyyət? Mənə mədəniyyətdən danışma. Nə danışırsan, 

o, hərtərəfli adam idi. O, kosmopolit idi. 



MəkKen. Hey, Net ... 

Qoldberq. (Düşünə-düşünə) Hə. Köhnə məktəbdən biri. 

MəkKen. Net. Biz necə biləcəyik ki, bu həmin evdir? 

Qoldberq. Nə? 

MəkKen. Biz necə biləcəyik ki, bu həmin evdir? 

Qoldberq. Nəyə görə sən fikirləşirsən ki, bu həminki deyil? 

MəkKen. Mən qapıdakı nömrəni görmədim. 

Qoldberq. Mən nömrəyə baxmadım. 

MəkKen. Yox? 

Qoldberq. (Oturacaqda özünü rahatlayaraq). Bilirsən Berni əmi mənə nə 

öyrətmişdi? Berni əmi mənə demişdi ki, bir alicənab adamın sözü kifayətdi. Buna 

görə mən iş dalınca bir yerə gedəndə, özümlə pul aparmıram. Oğlanlarımdan biri 

həmişə mənimlə olur. O özü ilə bir az pul götürür.  



MəkKen. Bəs bu haqda necə, Nat? Vaxt deyil ki, kimsə gəlsin? 

Qoldberq. MəkKen, sən niyə belə narahatsan? Sən hara gedirsən elə bil orada dəfn 

mərasimidir. 



MəkKen. Düzdür. 

Qoldberq. Düzdür? Əlbəttə düzdür! Bu daha artıq bir şeydir. Bu bir faktdır. 

MəkKen. Bəlkə də sən düz deyirsən. 

Qoldberq. Nə olub, MəkKen? Sən köhnə vaxtlardakı kimi mənə etibar etmirsən? 


MəkKen. Əlbəttə, mən sənə inanıram, Net. 

Qoldberq. Bəs nəyə görə sən bir şeyi etməzdən əvvəl özünə yer tapa bilmirsən?  

MəkKen. Bilmirəm, Net. Mən biləndə ki, nə edirəm hər şey yaxşı olur. 

Qoldberq. Düz də edirsən. 

MəkKen. Sağ ol, Net. 

Qoldberq. Bilirsən də, mən bu işə başlayanda nə demişdim. Yəni bu işi öhdəmə 

götürəndə. Bilirsən mən kimi istədim bu iş üçün? 



MəkKen. Kimi? 

Qoldberq. Səni. 

MəkKen. Bu sənin tərəfindən çox yaxşı addım idi. 

Qoldberq. Bu heç nədir. Sən çox bacarıqlı adamsan, MəkKen. 

MəkKen. Bu sənin tərəfindən çox böyük komplimentdir. Sənin vəzifəni nəzərə 

almaqla. Bu böyük bir şeydir. 



Qoldberq. Düzdür mənim vəzifəm var, mən bunu inkar etmirəm. 

MəkKen. Əlbəttə. 

Qoldberq. Mən heç vaxt inkar etmirəm ki, vəzifəm var. 

MəkKen. Özü də necə vəzifə! 

Qoldberq. Bu inkar ediləcək bir şey deyil. 

MəkKen. Düzdür, sən mənim üçün çox şey etmisən. Mən bunu qiymətləndirirəm. 

Qoldberq. Daha heç nə demə. 

MəkKen. Sən həmişə həqiqi Xristian olmusan. 

Qoldberq. Nə isə... 

MəkKen. Mən bunu deməliydim ki, etdiklərini qiymətləndirirəm. 

Qoldberq. Hər şeyi qeyd etmək lazım deyil. 

MəkKen. Düz deyirsən. 

Qoldberq. Əlbəttə düz. 

 

Sükut. MəkKen qabağa əyilir. 



 

MəkKen. Net, bircə dənə sual ... 

Qoldberq.  Nə sual? 

MəkKen. Bu iş biz əvvəl gördüyümüz işə bənzəyəcək? 

Qoldberq. Sus.  

MəkKen. Sadəcə cavab ver. Mən bir də soruşmayacam. 

 

Qoldberq dərindən nəfəs alır, ayağa durur, stolun arxasına keçir, ətraflı fikirləşir, 



MəkKenə baxır və sonra sakit, rəsmi formada danışmağa başlayır. 

 

Qoldberq. Əsəs məsələ sənin əvvəlki işlərindən fərqlənir. Müəyyən məsələlər sənin 

əvvəlki işinlə qismən uyğunluq təşkil edir. Bütün bunlar bizim subyektin 

münasibətindən asılıdır. Hər halda, MəkKen, mən səni əmin edirəm ki, bütün bu 

məsələlər nə sənə, nə də mənə ziyan vermədən başa çatacaq. Razı qaldın? 

MəkKen. Əlbəttə, sağ ol, Net. 

 

Meq sol tərəfdən daxil olur. 




Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə