Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   95

46 
 
Şəkil 1.12. Flotator qurğusunun yuxarıdan  görünüşü 
 
 
Şəkil 1.13. Flotator qurğusunun sxematik görünüşü 
 
Flatatorda  şirə  axınına  yapışqanlayıcı  reagentlər  əlavə  etmək 
üçün dozalaşdırıcı nasos, aerasiya kalonu, vaakum nasos vasitəsilə 
asılqan  hissəcikləri  çəkmək  üçün  qurğu  və  saxlamaq  mədsədinə 
xidmət edən tutum vardır. Flatatorların tətbiqi şirənin duruldulma-
sını  xeyli  tezləşdirməklə  qıcqırmaya  qədər  şirədən  lazımsız  zülal 
və kolloidləri kənar etməyə imkan verən yapışqanlama aparmağa, 


47 
şirə çöküntüləri toplanmasından qaçmağa imkan verir. Bütün pro-
sesin  axında  getməsi  məhsuldarlığı  xeyli  artırmağa  imkan  verir. 
Yapışqanlanmış  şirədən  qıcqırmadan  sonra  alınan  şərab  materialı 
xeyli asan emal olunur və daha yüksək keyfiyyətdə olur.  
Şirə  və  şərabın  soyudulması.  Şirə  və  şərabların  saxlanması 
üçün  onların  soyudulması  boru-boruya  tipli,  yaxud  axın  tipli 
birbaşa  freonla  soyutma  (ultrasoyuducu)  qurğularından  istifadə 
edilməklə aparılır. Son vaxtlar “Friqouniversal” tipli soyuducular-
dan istifadə olunur (şəkil 1.14, 1.15).  
Birinci  özünü  bir-birinin  içərisində  olan  biri  kiçik,  digəri  bö-
yük diametrli borulardan ibarət konstruksiya kimi göstərir. Borular 
arasında  soyuq  daşıyıcı  dövr  edir.  Məhsul  daxili  boruda  hərəkət 
edərək  istiliyini  soyuq  daşıyıcıya  ötürür.  “Friqouniversal”  (ultra-
soyuducu)  tipli  soyuducu  qurğu  məhsulu  axında  soyutmaq 
üçündür.  Çıxışda  məhsulun  temperaturu  mənfi  12-13
0
C-yə  qədər 
ola bilir.  
 
Şəkil  1.14.  “Boru-boruya”  tipli    istilikdəyişdirici  qurğunun 
ümumi görünüşü 
 
Qurğu  buxarlandırıcıdan,  kompressor  qurğusundan  və 
elektron paneldən ibarətdir. Buxarlandırıcı özünü istilikdəyişdirici 
kimi  göstərib,  paslanmayan  poladdan  hazırlanan  iki  borudan 
ibarətdir.  


48 
 
Şəkil  1.15.  Friqouniversal  soyutma  qurğusunun    ümumi 
görünüşü 
 
Daxili  boruda  emal  olunan  maye,  borular  arası  məkanda 
(buxarlandırıcı  kamera)  soyuq  daşıyıcı  (freon  22)  olur.  Borunun 
daxilində fasiləsiz qaydada fırlanan val əmələ gələn buz qırıqlarını 
kənar edir. Buxarlandırıcı kənardan penopoliuretanla izolə edilmiş 
və paslanmayan polad təbəqə ilə örtülü olur. Kompressor qurğusu 
buxarlandırıcının yuxarısına bir çərçivə üzərinə bərkidilir.  
Qıcqırma  temperaturunun  nizamlanması.  Yüksək  keyfiy-
yətli şərablar istehsalında şirənin qıcqırma temperaturunun düzgün 
tənzimlənməsi  çox  vacibdir  (şəkil  1.16).  Məsələn,  ağ  şərablar 
alınmasında  ən  yaxşı  nəticələr  almaq  üçün  temperatur  18
0
C-dən 
çox  olmamaq  şərti  ilə  tənzimlənməlidir.  14-15
0
C  temperaturda 
qıcqırma daha keyfiyyətli nəticələr verir.  
Məlumdur  ki,  şirənin  qıcqırması  zamanı  istilik  ayrılır  ki,  onu 
da  qıcqırtma  tutumundan  kənar  etmək  tələb  olunur.  Lakin 
qıcqırmanı  dayandırmaq  üçün  şirə  güclü  şəkildə  soyudulmalıdır. 
Yaxşı nəticələr almaq üçün köynəklə təchiz olunmuş paslanmayan 
poladdan  hazırlanmış  qıcqırdıcı  rezervuarlardan  istifadə  olunur. 
Köynəkdə  soyuq  daşıyıcı  dövr  etdirilir.  Tutuma  elektron 
termometr  və  soyuqdaşıyıcını  vermək  üçün  açıb-bağlayan  klapan 
qurulur ki, lazım olan temperatur tənzimlənsin.  


49 
 
Şəkil  1.16.  Qıcqırma  temperaturuna  avtomat  nəzarət 
sisteminin ümumi görünüşü 
 
Qıcqırmadan  sonra  şirədən  şərab  materialı  alınır  ki,  onun  da 
sonrakı emalı tələb olunur.  
Müasir filtrləmə metodları. Şərab istehsalı prosesində üzüm 
şirəsindən  başlayıb  hazır  məhsulun  butulkaya  doldurulmasına 
qədər  təcrübi  olaraq  hər  texnoloji  mərhələdə  çoxqat  filtrasiya 
tətbiq  olunur.  Üzüm  əzintisini  presləyib  şirə  aldıqdan  sonra  onu 
asılqan  hissəciklərdən,  daha  doğrusu  mexaniki  qarışıqlardan 
ayırmaq  lazımdır.  Qıcqırma  başa  çatdıqdan  sonra  alınan  şərab 
materialını maya çöküntüsündən filtirasiya etmək lazımdır. Alınan 
şərab  materialı  müxtəlif  maddələrlə  işlənir.  Məsələn,  doldurulma 
və  lazım  olan  keyfiyyəti  təmin  etmək  üçün  onu  filtirasiya  etmək 
lazımdır.  Kristal  bulanmalara  davamlılıq  yaratmaq  məqsədi  ilə 
şərabı soyudurlar. Bu halda şərab daşı çökür ki, onu da ayırmaq la-
zım gəlir. Kupajın hazırlanma prosesində, daşınma yaxud saxlan-
masında şərabda müxtəlif bulanmalar meydana gələ bilir. Odur ki, 
hər dəfə filtirasiya aparılması vacibdir. Şərabı qablara doldurmaz-
dan  əvvəl  nəzarət  filtirasiyası  aparırlar.  Əgər  steril,  soyuq 
doldurma  istifadə  olunursa,  o  halda  şərabı  nəinki  mexaniki 


50 
qarışıqlardan, həmdə bakteriyalardan filtirasiya etmək lazımdır.  
Qeyd  etmək  yerinə  düşər  ki,  şərab  istehsalında  filtrasiya 
prosesləri  əsas  olub,  onun  dəyəri  məhsulun  maya  dəyərinə  əsaslı 
şəkildə təsir edir. Ona görə də bütün dünya alimləri və avadanlıq 
istehsalçı firmaları belə  əməliyyatların ucuzlaşdırılması  üsullarını 
axtarırlar. 
Bir  çox  ölkə  müəssisələrində  hələ  də  ənənəvi  lövhəli 
filtrlərdən  istifadə  edilir.  Onlarda  filtrləyici  material  kimi  xüsusi 
kardondan istifadə edilir.  
Lövhəli filtrlər. Müxtəlif mayelərin filtrlənməsi üçün ənənəvi 
olaraq lövhəli filtrlərdən istifadə olunur (şəkil 1.17, 1.18). Burada 
filtrləyici  material  kimi  filtr  kardondan  istifadə  olunur.  Adətən 
lövhələrinin  ölçüləri  40x40  sm,  60x60  sm  və  100x100  sm  olan 
filtrlərdən istifadə olunur.  Lövhələrin miqdarı lazım  olan məhsul-
darlıqdan asılı olaraq 21-dən 251 arasında dəyişir.  
 
Şəkil 1.17. Lövhəli filtrlərin ümumi görünüşü 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə