Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   95


keyfiyyətini  yüksəltməyə  doğru  yönəldilmiş  ən  əsas  tədbirlərdən 
biri olan istehsalata mikrobioloji nəzarətdir.  
N.F.Saenkonun rəhbərliyi altında və şəxsi iştirakı ilə ekspress-
üsul  işlənib  hazırlanmışdır.  Bu  üsulda  -  qabların  təmiz  olması, 
avadanlıqlar, istehsalat binalarının  havasının, köməkçi  materialla-
rın  və  s.  üzərində  mikrobioloji  nəzarət  məsələsi  işlənib  hazır-
lanmaqla, həmçinin onların vəziyyətinə qiymət vermək üçün şkala 
hazırlanmışdır.  
Mikrobioloji  nəzarətin  təşkili  və  əsaslandırılmasında  (şərab-
çılıq sənayesində) A.M.Şumakov, N.K.Mogilyanski, M.A.Maltse-
va,  N.İ.Drboqlav,  D.K.Çalenko  və  T.A.Çistoviçin  xidmətləri 
vardır. 
Uzaq  xaricdə  üzüm,  şirə  və  şərabın  mikrobiologiyası,  mikro-
orqanizmlərin  törətdiyi  proseslər  və  onların  tənzimlənməsinə  dair 
L.Paster,  E.Hanzen,  Q.Şandrel,  J.Ribero  Qayon,  E.Peyno  və  b. 
tədqiqatçıların dəyərli işləri olmuşdur.  
Ölkəmizdə sahə üzrə kadrlar hazırlığı və tədqiqat işləri Azər-
baycan Dövlət Aqrar Universiteti (ADAU) və Azərbaycan Texno-
logiya  Universitetlərində  (ATU),  Azərbaycan  Elmi-Tədqiqat 
Üzümçülük və Şərabçılıq İnstitutu (AETÜŞİ) və sonuncunun Nax-
çıvan  və  Gəncədə  yerləşən  Təcrübə  stansiyalarında  aparılır. 
ADAU  və  ATU-da  bakalavriat,  magistratura  və  doktorantura 
pillələri  üzrə  mütəxəssislər  hazırlanır.  Azərbaycan  Dövlət  Aqrar 
Universiteti  ilə  keçmiş  SSRİ-nin  müvafiq  universitet  və  Elmi 
Tədqiqat  İnstitutları,  həmçinin  Avropanın  (Almaniya,  İtaliya  və 
b.) qabaqcıl universitetləri arasında əlqələr qurulur.  
 
 



BİRİNCİ FƏSİL  
AZƏRBAYCANDA ŞƏRABÇILIĞIN QISA TARİXİ VƏ 
MÜASİR VƏZİYYƏTİ 
1. 1. Şərabçılığın tarixini əks etdirən qaynaqlar 
Üzümçülük  və  şərabçılığın  tarixinin  öyrənilməsində  mühüm 
olan  bir  sıra  qaynaqlar  tədqiqatçılar  üçün  əsas  mənbəə  kimi  əhə-
miyyətini bu gün də saxlamaqdadır. Onlara arxeoloji qazıntılar və 
bu zaman əldə olunan tapıntılar; yazılı mənbələr - ölkəmizə gələn 
səyyahlar,  alimlər,  salnaməçilər  və  b.  yazıb  qoyduğu  materiallar 
və  ölkəmizin  ziyalı  şəxsləri  və  dövlət  quruluşlarının  qoyduğu 
yazılı məlumatlar; xalqimizin sahə ilə bağlı əsrlər boyu dildən-dilə 
ötürərək  yaşatdığı  və  bu günə  qədər gətirib çıxardığı şifahi  məlu-
matlar, deyimlər, atalar sözləri, bayatılar və s. ilə ifadə olunan ma-
teriallar  aid  edilə  bilər.  Buraya  yerlərin  adlanmasında  qədimdən 
istifadə olunmuş və bu günə qədər gəlib çıxan terminləri də əlavə 
etmək olar.  
1.1.1. Arxeoloji tədqiqatlar  
Aparılan  arxeoloji  qazıntılar  ölkəmizin  sahə  üzrə  çox  qədim 
ənənələrə malik olduğunu göstərir.  
1963-cü  ildə  Azərbaycan  Geologiya  idarəsinin  əməkdaşları 
Bozdağın  qərbində  1-2  milyon  il  əvvəl  əmələ  gəlmiş  Abşeron 
adlandırılan çöküntüləri tədqiq edərək orada çoxlu miqdarda bitki 
qalıqları,  xüsusilə  də  yabanı  meşə  üzümünün  yarpaqlarının  daş 
üzərindəki  izlərini  aşkar  etdilər.  Bu  tapıntı  yabanı  üzümün  bu 
yerlərdə yarım milyon il bundan əvvəl meydana gəlməsinə dəlalət 
edirdi.  Sonralar  bunu  Naxçıvan  MR-da  tapılan  daşlaşmış  üzüm 
yarpaqları da təsdiq etmiş oldu. 


10 
Hazırda  yabanı  meşə  üzümünə  ölkəmizin  Kür  çayı  və  onun 
qolları  boyunca,  Alazan  çayının  aşağı  hissəsində,  Şəki-Zaqatala 
bölgəsində, Böyük Qafqaz dağlarının cənub ətəyində, Naxçıvanda, 
Gəncə bölgəsində və s. təsadüf etmək olur. 
Göründüyü kimi ölkəmizdə mədəni üzümün əcdadları sayılan 
ilk yabanı üzüm formaları çox geniş yayılmışdır. Bu isə alimlərin 
– mədəni üzümün vətənini yabanı üzüm geniş yayıldığı ərazilərdə 
axtarmaq lazımdır – fikrini doğrultmaqla bərabər ölkəmizin mədə-
ni üzümün ilk və əsaslı məskənlərindən olduğunu sübuta  yetirir.  
Azərbaycanın  Gəncə-Qazax  və  Gürcüstanın  Marneuli  düzən-
liklərində  eramızdan  əvvəl  (e.ə.)  6-4-cü  minilliklərə  aid  edilən 
abidələri  tədqiq  edən  alimlər  onları  “Şomutəpə  mədəniyyəti”  adı 
altında  ümumiləşdirmişlər.  Belə  adlandırma  Ağstafa  rayonundakı 
Şomutəpə  abidəsinin  adı  ilə  əlaqədardır.  1960-1964-cü  illərdə 
İ.Q.Nərimanov  tərəfindən  aparılan  tədqiqatlar  zamanı  Şomutəpə 
mədəniyyəti  abidələrində  mədəni  və  yabanı  arpa,  buğda  qalıqları 
üzüm  toxumları,  müxtəlif  qablar,  sürtkəc  və  s.  aşkar  edilmişdir 
(şəkil  1.1).  Məlum  olmuşdur  ki,  bu  dövürdə  əkinçilikdə  suvarma 
tətbiq  olunurmuş.  Bu  dövr  Zaqafqaziyada  ibtidai  əkinçilik  və 
maldarlığın erkən mərhələsini səciyyələndirir. 
Ağdam rayonunda tunc dövrünə (e.ə. II minilliyin I  yarısı və 
ortalarına)  aid  edilən  Üzərliktəpə  abidəsində  aparılmış  qazıntılar 
zamanı  müxtəlif  alətlər,  gil  qablar,  üzüm  toxumları  və  s.  tapıl-
mışdır.  Bu  tipli  abidələr  Azərbaycanın  cənub-şərq  hissəsində  və 
Naxçıvan MR-da da tapılmışdır. 
Müxtəlif  dövrlərə  (tunc,  antik  və  s.)  aid  edilən  belə  abidələrə 
Sarıtəpə (Qazax, Beyləqan rayonları), Meynətəpə (Fizuli, Şəmkir 
rayonları), Qaraçıbulax və ya Qəleyçibulax (Ağsu rayonu), Şəkili 
(İsmayıllı  rayonu)  və  başqalarını  misal  göstərmək  olar.  Bu 
abidələrdən  tapılmış  üzüm  toxumları,  kömürləşmiş  üzüm  gilələri, 
içərisində  şərab  xıltı  olan  küplər,  üzüm  əzən  daşlar,  sürtkəclər, 
həmçinin təsərrüfat alətləri (dəhrə, bıçaq, qayçı və s.) xırda qablar 
(kuzə,  qədəh,  cam  və  s.)  Azərbaycanda  üzümçülük  və  şərabçı-
lığının tarixinin 5-7 min il bundan əvvələ gedib çıxdığını göstərir. 
Antik və erkən orta əsrlərə aid (Qaraçıbulaq, Meynətəpə, Şəkili və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə