Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   95

16 
Burada şair maraqlı müqayisə aparır. Tək daş-qaşın  mücrüdə 
hərəkət  edərək  səs  yaratması  ilə,  yarımçıq  şərab  qabındakı 
proseslərin  oxşar  olduğunu  göstərir.  Eyni  zamanda  o  dövr  üçün 
şərab hazırlanmasında nəhəng sayıla biləcək bir yeniliyə imza atır. 
Şairin bu misra ilə nə demək istədiyi qərb dünyasında yalnız XIX 
əsrdə  Lui  Pasterin  mikrob  nəzəriyyəsindən  sonra  aydın  oldu. 
L.Paster  müəyyən  etdi  ki,  ağzı  yarımçıq  şərab  qablarında  hava 
oksigeni  şəraitində  mikroorqanizmlər  inkişaf  edərək  şərabda  bir 
növ  “coşma”,  “qaynama”-ya  oxşar  hərəkətlilik  əmələ  gətirir. 
Xüsusilə  də  sirkə  turşusu  bakteriyalarının  oksigenli  şəraitdə  fəal 
inkişafı nəticəsində şərabda sirkə turşusunun miqdarı yüksəlir. Son 
nəticədə şərab xəstələnir, keyfiyyəti pisləşir və sıradan çıxır.  
Göründüyü  kimi  N.Gəncəvi  L.Pasteri  700  il  qabaqlayaraq  bu 
prosesin  izahını  verməklə  yanaşı,  onun  qarşısını  almaq  üçün  də 
yol  göstərir  və  şərabın  ağzı  dolu  qablarda  saxlanmasının  vacib 
olduğunu qeyd edir.  
N.Gəncəvi  ilə  eyni  dövrdə  yaşamış  və  XII  əsrin  ən  nəhəng 
simalarından  olan  Ə.Xəqani  də  şərabla  bağlı  mövzuya  müraciət 
etmiş,  nəinki  şərab  hətta  şərab  qabları  istehsalına  dair  dəyərli 
yazılı məlumatlar qoymuşdur. 
 
Söylədim dün gecə saxsı qədəh ilə meyə mən  
Ki, nədən qəm evi olmuş bu dili viranım.  
Hansı torpaqla sudansız ki, sizinlə sönməz 
Qəlbimin atəşi, lakin yanar hər ərkamın. 
 
Gözyaşı tökdü qədh söylədi mən Pərvizin 
Torpağından əmələ gəlmişəm ey xaqanım. 
Al şərab ah çəkərək söylədi mən Pərvizin 
Qanıyam, şahididir bu sözün bağbanım. 
 
Tarixdən məlumdur ki, Pərviz Nuşirivan şahın nəvəsidir. Şair 
bu  misralarda  çini  qablar  istehsalı  və  bunun  üçün  torpaqdan 
istifadə  olunmasını  önə  çəkir.  Qeyd  olunur  ki,  həmin  qablar 
yaşayaraq  ömrünü  başa  vurmuş,  torpağa  basdırılan  və  torpağa 


17 
çevrilmiş  Pərviz  kimi  Şahzadələrin  nəşindən  hazırlanır.  Həmin 
şərab  qabını  (qədəh,  Kuzəni  və  s.)  dolduran  şərabın  isə  torpağa 
kömülmüş  və  torpağa  çevrilmiş  insanların,  o  cümlədən  Pərviz 
kimi  şahzadələrin  qanından  əmələ  gəldiyini  göstərir.  Yəni  üzüm 
tənəyi  kökləri  vasitəsilə  torpaqdan  mineral  maddələri  və  suyu 
udaraq onu məhsula çevirməsinə işarə edilir. 
XI-XII əsrlərdə yaşamış böyük Azərbaycan şairəsi M.Gəncəvi 
də şeirlərində Ə.Xəqaninin fikirləri ilə səsləşən ifadələri ilə diqqəti 
cəlb edir.  
 
Dün kaşı kuzəni daşlara çaldım, 
Sərxoşdum bilmədim əlimdən saldım. 
Kuzə dilə gəlib dedi ki, mən də 
Sənin kimi idim, bu günə qaldım. 
 
Göründüyü kimi burada da kaşı kuzənin insanın son nəticədə 
çevrildiyi torpaqdan əmələ gəldiyinə işarə edilmişdir. 
Üzüm  və  şərab  mövzusu  ölkəmizdə  məşhur  olan  fars  şairi 
Sədi Şirazinin şeirlərində də xüsusi yer verilmiş məsələlərdəndir. 
 
Qalmadı dünyada Hətami-Tai 
Onu yaxşılıqdır daim yaşadan. 
Malından zəkat ver, çünki üzüm də 
Artar meynələri kəsdikcə bağban. 
 
Burada  şair  üzümün  budanmasının  vacibliyini  və  bu  əməliy-
yatın məhsuldarlığın əsas amili olduğuna işarə etmişdir. 
Başqa bir misrada şair üzümün yığılma vaxtının düzgün təyin 
edilməsinin vacibliyini qeyd edir. 
 
Üzüm qora çağı turş olur yəqin
Üç-dörd gün səbr etsən olacaq şirin. 
 
Üzüm və şərab mövzusu böyük Azərbaycan şairi M.Füzulinin 
əsərlərində də yer almışdır. 


18 
 
Bir gün yenə xanəmdə şərab məclisi vardı,  
Nur səpmiş idi hər tərəfə badə çırağı. 
Içdikcə başım qızdı, ürək zövq ilə doldu, 
Bir xeyli zaman tar ilə çəng həmdəmim oldu.  
 
Göründüyü kimi şair şərabı musiqiyə sevgi yaradan və insana 
ruh verən vasitə kimi tərənnüm edirdi.  
M.Fuzulu “Leyli və Məcnun” poemasında yazırdı: 
 
Arayişi söhbət eylə saqi
Ver badə mürüvvət eylə saqi. 
Bir cam ilə qıl damağımı tər, 
Lütf eylə bir mərhəmət göstər. 
 
Burada şair saqiyə, yəni şərab paylayana xitabən badə vermə-
sini  və ona ağız tamını təzələyən (tər edən) mey süzməsini xahiş 
edir. 
Böyük Azərbaycan maarifçisi, filosof və mütəfəkkiri A. şərabı 
verdiyi faydaya görə dəniz suyuna bənzətməklə  yanaşı, onu dərdi 
azaldan və qəmi unutduran vasitə kimi tərənnüm edirdi. 
  
Dəniz suyu acısa da xeyir verər o bizə,  
Ona görə şərabı bənzədirlər dənizə. 
Bəllidir ki, şərab silir ürəklərdən ələmi  
Unutdurur qəm-kədəri, unutdurur aləmi.   
1.1.3. Toponimlər və ağız ədəbiyyatı  
Araşdırmalar göstərir ki, ölkəmizdə mövcud olan bir sıra yaşa-
yış  məntəqələrinin  adı  həmin  yerlərdə  çox  qədimdən  üzümçülük 
və şərabçılıqla məşğul olunduğuna dəlalət edir. 
Şamaxı yaxınlığında “Meysəri” adlı kənd vardır. “Mey” farsca 
şərab,  “sər”  isə  baş  deməkdir.  Yəni  kəndin  adının  mənası 


19 
şərabların  başı  deməkdir.  Tarixi  mənbələrə  görə  həmin  kəndə 
təqribən  850  il  bundan  əvvəl  ermənilər  köçürülmüşdü.  Deməli, 
kəndin adı həmin tarixdən xeyli əvvələrə gedib çıxır.  
Şamaxı rayonunda “Sağıyan” kəndinin adı da şərabla birbaşa 
bağlıdır. Belə ki, “Saqi” fars dilində şərab paylayan mənasındadır.  
Göyçay,  İmişli  və  Masallı  rayonlarında  “Çaxırlı”  adlı  kəndin 
olması  qədimdən  burada  bu  sahənin  populyar  olmasından  xəbər 
verir. 
Salyan,  Ucar,  Şərur  rayonlarında  Xalac  adlı  kəndin  olması 
burada qədimdən becərilən yerli Xalac üzüm sortu ilə əlaqədar ola 
bilər. Xalac adının bəzən qədim türk tayfaları ilə bağlı olmasını da 
iddia edirlər. 
Gəncədə “Bala bağban” və “Böyük bağban” adında iki kəndin 
olmasına dair tarixi məlumatlar vardır. Bu kəndlərdə tarixən yerli 
Gəncə üzüm sortu becərildiyi göstərilir. Son dövrlərə qədər burada 
üzümlüklərin  becərilməsində  “Molla  çəpəri”  deyilən  sistemdən 
istifadə  olunurdu.  Bu  halda  hər  üzüm  tinginin  dibinə  3  qarğı 
bastırılırdı. Qarğılar bir-birinə və tingə bağlanırdı. Budama zamanı 
zoğlar əyilib elə kəsilirdi ki, ucları yerə dəyməsin. Belə vəziyyətdə 
hər  zoğun  üzərində  6-8  gözcük  saxlamaq  mümkün  olurdu. 
Tənəklər çox yüklənmədiyinə görə hər il stabil məhsul alınması və 
yığılan üzümün  yüksək keyfiyyət göstəriciləri (şəkərlik, turşuluq 
və s.) ilə fərqlənməsi müşahidə olunurdu.  
Hazırda  həmin  kəndlər  Gəncə  ilə  birləşmiş  və  şəhərin 
məhəllələri kimi adlarını və mövcudluğunu saxlamaqdadır.  
Zərb  məsələlər,  xalq  mahnıları  və  tapmacalar  da  azərbay-
canlıların həyatının tarixən üzümçülük-şərabçılıqla bağlı olduğunu 
sübut edir.  
 
Səbr elə halva bişər ey qora səndən, 
Bəsləsən atlaz olar tut yarpağından. 
Necə-necə şərab olur üzüm suyundan. 
 
“Doşab aldım bal çıxdı”, “Tülkünün əli üzümə çatmadı, dedi - 
turşdur”, “Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar” və s. zərb 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə