Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   95

20 
məsələlər də qədim tarixə işıq salır.  
Üzüm və şərabı tərənnüm edən tapmacalar da maraq kəsb edir.  
 
Hazar hazara gedər. 
Mehdi bazara gedər. 
Anası üç yaşında, 
Oğlu bazara gedər. 
 
Tapmacanın  cavabı  üzümün  3  illik  olarkən  məhsul  verməsi, 
həmin  məhsulun  və  ondan  alınan  şərabın  bazara  çıxarılması  kimi 
başa düşülməlidir.  
Başqa bir tapmacada isə belə göstərilir: 
 
Atası hərpimiş qoca
Anası yayma xatın. 
Qızı ellər gözəli,  
Oğlu ellər dəlisi. 
 
Burada  atası  hərpimiş  qoca  dedikdə  üzümün  yaşlı  ştambını, 
anası  yayma  xatın  –  üzümün  yarpağını,  qızı  ellər  gözəli  –  üzüm 
salxımını, oğlu ellər dəlisi – şərabı ifadə edir.  
Azərbaycanda 600-ə yaxın yerli sortların olması da bu sahənin 
qədim  tarixini  göstərir.  Çoxlu  sayda  sortlarımız  qədim  şəhər  və 
yaşayış  məskənlərimizin  adını  daşıyır.  Onlardan  Təbrizi,  Bayan-
şirə,  Şirvanşahı,  Mərəndi,  Beyləqani,  Şabranı,  Ordubadı,  Dər-
bəndi, Tatlı, Mədrəsə, Şahtaxtı və b. göstərmək olar.  
Ölkəmizdə  sahənin  qədimliyinin  bir  göstəricisi  də  üzüm  və 
şərab  məhsullarından  müalicə  məqsədi  ilə  istifadənin  qədim 
ənənələrə malik olmasıdır. Belə ki, üzüm və ondan alınan şirədən, 
həmçinin bəhməzdən qaraciyər, böyrək və s. xəstəliklərə həmçinin 
qan azlığına qarşı istifadə olunması yaxşı məlumdur.  
Hələ XII əsrdə Şamaxı rayonun Məlhəm kəndində Kafiyyədin 
Ömər İbn Osman (Əfzələddin Xaqaninin əmisi) “Medrəseyi-tibb” 
və  onun  nəzdində  müalicəxana  açmışdı.  Orada  üzüm  və  üzüm 
məhsullarından  müxtəlif  xəstəliklərin  müalicəsi  üçün  geniş 


21 
istifadə  edilirdi.  Şirin  nar  dənələrini  şərabda  qaynadıb  həvəng-
dəstədə yumşalınca döydükdən sonra qulağa məlhəm şəklində qo-
yurdular. Böyrək xətəliyini müalicə etmək üçün bişmiş balqabağı, 
yaxud kökü üzüm şirəsi  ilə yemək məsləhət görülürdü. Ağ üzüm 
və limon iştah açma keyfiyyətinə görə istifadə olunurdu.  
Qida  əhəmiyyətinə  görə  üzüm  şirəsini  çox  vaxt  ana  südü  ilə 
müqayisə  edirlər.  Azərbaycanda  qədimdən  üzüm  doşabından  qan 
azlığının, baş gicəllənməsinin qarşısını almaq üçün istifadə olunur. 
Doşab  E  vitaminin  əsas  mənbələrindən  olduğundan  ürək  əzələ-
sinin fəaliyyəti üçün vacib sayılır.             
 Mahmud  ibn  İlyas  (XII  əsr),  Mənsur  ibn  Məhəmməd  (XV 
əsr), Məhəmməd Bərgüşadi (XV əsrin sonunu – XVI əsrin əvvəl-
ləri), Məhəmməd Yusif Şirvani (XVIII  əsr) və başqalarının Azər-
baycan    EA-nın  Əlyazmalar  İnstitutunda  mühafizə    edilən  tibb 
kitablarında üzümün müalicə xassələrindən də bəhs olunur, tərki-
bində üzüm və üzüm məhsulları olan onlarla dərmanın adı çəkilir. 
Bu əsərlərdə üzüm və üzüm məhsullarının müxtəlif dərman bitki-
ləri  ilə  qarışığından  hazırlanmış  müalicə  vasitələri  barədə  məlu-
matlar mühüm yer tutur. 
Xalq  arasında  üzüm  qorasından  hazırlanan  abqora  şəkərli 
diabet  xəstəliyinin  yüngül  formasında  çox  xeyirlidir.  Abqoranın 
insan  orqanizminin  xəstəliyə  müqavimətini  artırmağı  və  şəkərin 
qarşısını  almağa  kömək  etdiyini  bilən  əcdadlarımız  onun  içilmə-
sini məsləhət görmüşlər. Piylənmədə, kolit xəstəliyində, əlbəttə, az 
miqdarda  gündəlik  qidaya  daxil  edilə  bilər.  Adı  çəkilən  xəstəlik-
lərin  ağır  formalarında  isə  abqora  içmək  olmaz.  Abqora  başağrı-
sının  dərmanıdır.  Nanə  çövhərini  abqora  ilə  qarışdırıb  içmək  ös-
kürəyə qarşı təsirli dərman hesab edilir. 
Hazırda  Az-Granata  Ağsu  sirə  və  şərab  emalı  zavodunda 
(professorlar:  H.K.Fətəliyev  və  V.Ş.Mikayılovun  təşəbbüsü  ilə) 
Abqoranın  sənaye  üsulu  ilə  istehsalına  başlanılmışdır.  İçki  qısa 
müddətdə    ölkə  daxilində  və  xaricdə  özünə  alıcılar  tapmış  oldu. 
İstehlakçıların rəylərindən aydın olur ki, Azərbaycan bazarında bu 
içkiyə ehtiyac böyükdür və onun istehsalı getdikcə artırılacaqdır.   
Sirkədən  xalq  arasında  bədənin  hərarətini  aşağı  salmaq  üçün, 


22 
eyni  zamanda  başağrısına  qarşı  istifadə  edilir.  Ağbirçək  nənələ-
rimiz  iştaha  olmadıqda  kahını  sirkə  ilə  yeməyin  faydalığını  qeyd 
etmişlər. Azərbaycanda geniş yayılmış sirkədən hazırlanmış iskən-
cəbi  titrətmə-qızdırmaya  qarşı  təsirli  müalicə  vasitəsi  hesab  olu-
nurdu.  
Bayatı  və  qoşmalarımızda  zümrüd  giləli,  kəhraba  üzümümüz 
vəsf edilmişdir.  
 
Əzizim üzüm qara,  
Bağımda üzüm qara. 
Yar yanına gedirəm, 
Əlim boş, üzüm qara. 
 
Əfsanə  və  rəvayətlər  Azərbaycanda  üzüm  yetişdirilməsi  tari-
xini  çox  qədimlərə  aparıb  çıxarır.  Əfsanələrə  görə    Ağrı  dağ 
tufandan  sonra  Nuhun  məskəni  kimi  təsvir  edilir.  Yerli  camaat 
Nuhun  bu  yerlərdə  üzüm  becərməsi  haqda  rəvayətlərii  bu  günə 
qədər çatdırmışdır. Deyilənlərə  görə, Nuhun özünün qəbri Naxçı-
vanda,  arvadı  Nuham  qarının  qəbri  isə  Mərənddə  son  zamanla-
radək  ziyərətgah  olmuşdur.  Bu  baxımdan  üzümçülüyün  vətəni 
hesab  olunan  Naxçıvanda  hələ  Nuh  dövründən  üzüm  becərilməsi 
barədə  el  rəvayəti  dini,  əfsanəvi  xarakter  daşısa  da,  bu  ərazinin 
üzümçülüyün qədim diyarı olmasından xəbər verir.      
Ərazi baxımından elə də böyük olmayan Naxçıvanda 100-dən 
artıq  yerli  üzüm  sortlarının  olması  da  buranın  qədim  üzümçülük 
məskənlərindən  olduğunu  göstərir.  Burada  yalnız  rənginə  görə 
fərqlənən altı kişmiş -  Ağ kişmişi, Qara kişmişi, Qırmızı kişmişi, 
Çəhrayı  kişmişi,  Əsgəri  kişmişi,  Mərməri  kişmişi  sortlarının  
olması  buranın  həm  də  tarixən  qurudulmuş  üzüm  istehsalı 
yönündə ənənələrə malik olduğuna dəlalət edir.   
1.1.4. Yazılı mənbələr  
Miladdan əvvəl IX yüzillikdə Azərbaycan ərazisində təşəkkül 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə