Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   95

26 
Suriya  ilə  ticarət  əlaqələrindən  bəhs  edir.  Kür  və  Araz  çayları 
ətrafında pambıq, küncüt, üzüm, zeytun becərildiyini qeyd edirdi. 
Yaqut  Həməvi  XIII  əsrin  əvvəllərində  Azərbaycana  səyahəti 
haqqında yazırdı: mən heç vaxt  və heç harada bu qədər bağlar, bu 
qədər suyu və bulaqları görməmişəm.   
XIII  əsrdə  Mikluxo  –  Maklayın  dərc  etdirdiyi  və  müəllifi 
məlum olmayan mənbəədə Gəncə ətrafında çoxlu bağlar, cürbəcür 
üzüm çeşidləri olduğu qeyd edilir. 
XIII  əsrdə  İran  alimi  Həmdulla  Qəzvini  Təbrizdə,  Urmiya 
ətrafında,  həmçinin  Ordubadda  sortu  və  dadı  ilə  şöhrət  qazanan 
üzüm bağları haqda yazır. 
XIII  əsrdə  yazılmış  və  müəllifi  məlum  olmayan  “Əcaib  əl  – 
dünya”  əsərində  Naxçıvanda  becərilən  üzümün  dünyada  bərabəri 
olmadığı qeyd edilir. 
XIII  əsrdə  monqolların  hücumu  və  ölkə  daxilindəki  çəkiş-
mələr  Azərbaycanda  yetişdirilən  üzüm  sortlarının  və  bağlarının 
azalmasına  səbəb  oldu.  Lakin  xalqın  uzun  müddət  davam  edən 
səyləri  hesabına  XIV  əsrin  əvvəllərində  bağçılıq,  o  cümlədən 
üzümçülük  sahəsində  müəyyən  dirçəliş  baş  verdi.  Demək  olar  ki, 
bu proses də uzun müddət davam edə bilmədi. 
Orta  əsrlərdə  xüsusilə  Azərbaycanda  Elxanilər  dövründə 
(1256-1357)  «Şərab  bəha»  adlanan  vergi  qoyulmuşdu.  Bu  yolla 
əhalidən,  qeyri-qanuni  yolla  elçilər,  döyüşçülər  və  başqalarına 
şərab pulu vermək adı ilə vergi toplanırdı. Bu fakt bir daha həmin 
dövrdə Azərbaycanda şərabın xüsusi şöhrətə malik olmasını sübut 
edir. 
XIV əsrin ikinci yarısında Teymurləng qoşunlarının Azərbay-
canı  işğal  etməsi  və  xalqın  ona  qarşı  apardığı  mübarizə  zamanı 
yeni güclü dağıntılar yaranmış oldu. Tarixi mənbələrdə Teymurun 
qoşunlarının  Naxçıvanda  Əlincə  qalasına  yaxınlaşdığı  zaman  ha-
sar daxilində dağın yamaclarında bağlar, otlaqlar və su mənbəələri 
olduğunu göstərilir.  
XV  əsrdə  Azərbaycanda  iqtisadi  inkişafına  görə  Şirvan 
xüsusilə fərqlənirdi. 
XV  əsr  (1475-  ci  ildə)  Şirvanda  olmuş  Ambredjo  Kontarinin 


27 
Şabran haqqında yazdığı maraq kəsb edir: “O qədər müxtəlif gözəl 
meyvələr  xüsusən  almalar  yetişir  ki,  onlara  baxanda  adam  öz 
gözünə  inana  bilmir”.  Şabran  şəhərinin  beşinci  əsrdə  salındığını 
nəzərə alsaq bağ və üzümlüklərin burada deyilən vaxtdan da çox-
çox  əvvəl  inkişaf  etdiyinə  şübhə  yoxdur.  Burada  son  vaxtlara 
qədər “Şabranı” deyilən maraqlı üzüm sortu yetişdirilirdi. Gilələri 
Qara  Şanıdan  2  dəfə  iri,  Ağadayı  sortu  kimi  çox  iri  giləli  oldu-
ğundan ona yerli bağbanlar bəzən “Qara Ağadayı” deyirdilər.  
Şəhər XVII əsrdə qəsbkarlar tərəfindan dəfələrlə talan edilmiş 
və ən nəhayət yandırılıb məhv edilmişdir. 
Bu  şəhər  Dəvəçi  rayonu  ərazisindəki  Şabran  çayı  kənarında 
indiki Dəvəçi – Xaçmaz rayonun üst tərəfində yerləşmişdi. 
XV  əsrdə  Bakıda  olmuş  məşhur  rus  taciri  Afanasi  Nikitin 
Abşeron yarımadasının şimal sahillərində meyvə və üzüm bağları 
olduğunu qeyd edirdi. 
XVII  əsrdə Azərbaycanda olmuş alman səyyahı  Adam Oleari 
burada  sucuq,  doşab  və  digər  məhsulların  hazırlanması  haqqında 
yazılı məlumat vermişdir. 
Məşhur  türk  alimi,  coğrafiyaşünas  Evliya  Çələbi  10  cildlik 
«Səyahətnamə» əsərində (XVII əsr) Təbriz, Şamaxı və Qarabağda 
keyfiyyətli  üzüm  becərildiyi  və  ondan  çox  müxtəlif  məhsullar,  o 
cümlədən ətirli şirə hazırlandığı haqqında yazmışdır. 
XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanda  olmuş  səyyah 
Biberşteynin fikrincə, Şamaxı üzümçülərinin dağlarda yetişdirdiyi 
üzümlər Fransanın üzüm sortlarından heç də geridə qalmırdı. 
1707-ci  ildə  Şamaxıdan  keçən  məşhur  Holland  səyyahı 
Korneli  de-Bryuin  Şirvanın  ecazkar  sərvətləri,  o  cümlədən  şərabı 
haqqında yazmışdır.  
 Güldenşted  və  Qmelin  isə  Şamaxıda  istehsal  olunan  şərab-
ların  ən  yaxşı  Bordo  və  Burqund  şərabları  ilə  müqayisəyə  layiq 
olduğunu göstərirdi. 
Tarixi mənbələrdən belə məlum olur ki, XIX əsrdə üzümçülük 
və  şərabçılıq  Azərbaycanın  hər  yerində,  xüsusən  Bakı,  Gəncə, 
Şəki, Şamaxı, Quba əyalətlərində, Ordubadda inkişaf etmişdi. Elə 
kəndlər var idi ki, onların əhalisinin başlıca məşğuliyyəti bağçılıq 


28 
və üzümçülük idi. 
XIX  əsrin  ikinci  yarısında  kəndli  islahatının  keçirilməsi 
məhsuldar qüvvələrin inkişafına müəyyən təkan verdi. Bu dövrdə 
Naxçıvan  qəzası,  Zaqatala  dairəsi,  həmçinin  Şamaxı,  Quba, 
Göyçay  qəzalarında  bağçılıq  daha  çox  yayılmışdı.  Bağçılığa  və 
üzümçülüyə  kömək  etmək  məqsədilə  Mərdəkanda  Hacı  Zeyna-
labdin Tağıyev bağçılıq məktəbi açmışdı. Belə bir məktəb Qubada 
da açılmışdı. 
Üzümçülük  və  şərabçılıq  Gəncə  mahalında  xüsusilə  inkişaf 
etdirilirdi.  Sonralar  Qara-Arx  sovxozuna  çevrilmiş  ərazilərdə 
1863-cü ildə ilk bağlar salınmışdı.  Burada knyaz Qolitsinin mali-
kanəsi  yerləşirdi.  1880-ci  ildə  buradakı  üzümlüklərin  sahəsi  41,9 
ha çatmışdı. 
Sonralar  Qara-Çanax  sovxozu  olan  ərazilərdə  1886-cı  ildə 
knyaz  Qorçakovun  malikanəsi  yerləşirdi.  Burada  uzunlüğü  350 
metrdən  çox  olan  tuneləbənzər  yeraltı  şərab  zirzəmiləri  olmuş  və 
indi də qalmaqdadır. 
Azərbaycan  şərabçılığının  inkişafında  respublikamıza  gəlmiş 
Alman  koloniyalarının  böyük  rolu  olmuşdur.  Alman  koloniyaları 
buraya  1816-1818-ci  illərdə  Vürtemberq  krallığından  xüsusi 
dəvətlə  gətirilmişdi.  Bu  işdə  məqsəd  yerli  əhaliyə  zəhmətsevər-
likdə  nümunə  göstərmək,  çörəkçilik  və  şərabçılığın  daha  yaxşı 
üsullarını öyrətmək idi. XIX əsrin ilk iyirmi beş ilində Almaniya-
dan gələnlər tərəfindən Yelenendorf şəhəri (indiki Göy-göl şəhəri) 
və Annenfeld koloniyası (indiki Şəmkir rayonu) yaradıldı. Onların 
zəhmətinin  nəticəsində  yaxşı  məişət  şəraitinə  malik  Georqefeld, 
Qrinfeld,  Eyqenfild,  Alekseyevka  və  Traubenfeld  kimi  qəsəbələr 
tikildi. 
Üzümçülük və şərabçılığın sənaye əsasına keçməsinə yelenen-
dorflu  dərzi  Xristofer  Forerlə,  Fransadan  Şəkiyə  barama  üçün 
gəlmiş fransızların təsadüfi görüşü təkan vermiş oldu. Evə qayıdan 
fransızlar Gəncədən keçərkən yerli əhalidən yaxşı şərab haqqında 
soruşurlar. Onları Gəncədən altı verstlikdə yerləşən Yelenendorfa 
istiqamətləndirirlər.  Burada  onlar  kiçik  üzümçülüyü  və  şərab 
istehsalı  olan  yerli  dərzi  ilə  tanış  olurlar.  Xristofer  Forerin  zirzə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə