Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   95

29 
misindəki şərabdan içən fransızlar həmin şərabı ürəkdən tərifləyir 
və  məşhur  burqund  şərabına  bənzədirlər.  Bu  görüş  1856-cı  ilə 
təsadüf  edirdi.  Bundan  bir  neçə  il  sonra  dərziliyi  buraxan  Forer 
özünü tamamilə üzümçülük və şərabçılığa həsr etdi. İşə onun dörd 
oğlu – Fridrix, Qotlob, Xristofer və Henrix də qoşuldu. 
1847-ci ildə bir desyatin üzümlüyü olan forerlərin 1897-ci ildə 
artıq 740 desyatin üzümlüyü var idi. 
Forerlər  ailəsinin  əldə  etdikləri  torpaqlar  əvvəllər  becərilmə-
miş  və  zəhərli  ilanların  məskən  saldığı  yerlər  idi.  Odur  ki,  bu 
torpaqların  istifadəsi  çox  təhlükəli  idi.  Lakin  forerlərin  istedadı 
burada  da  özünü  göstərdi.  Belə  ki,  onlar  həmin  sahəyə  zəhərli 
ilanların  sancmasından  qorxmayan  və  ilanlara  qənim  kəsilən 
donuzları  qovur  və  onların  ardınca  torpaqda  plantaj  şumu  qal-
dırırlar.  Azərbaycan  əkinçilərinin  «kəhriz»lə  suvarma  təcrübə-
sindən  istifadə  edən  forerlər  yeraltı  kanallar  (kəhrizlər)  çəkərək 
bütün üzümlüklərin suvarmaq imkanı əldə edirlər. 
Şuşa  yaxınlığında  dağlıq  «Daşaltı»  malikanəsində  də 
üzümlüklər salınır. 
Kartalin  və  Kaxetdən  fəhlələr  dəvət  edən  Forer  qardaşları 
Yelenendorf  və  Qarayeridə  (indiki  Samux  rayonu)  şərab  hazır-
layan  və  saxlayan  zirzəmilər  tikirlər.  Yelenendorf  zirzəmilərində 
100  min  vedrə,  Qarayeridə  34  min  vedrə  şərab  saxlanırdı.  Hazır 
şərablar  Rusiyanın  Sankt-Peterburq,  Moskva,  Tomsk,  Odessa, 
Vladivostok  şəhərlərində,  həmçinin  Almaniya,  Hollandiya, 
İngiltərə, İsveçrə, İsveç və s. ölkələrdə satılırdı. 
Əmtəəlik nişanı olan «Forer qardaşları», «Hummel qardaşları» 
və digər şərab istehsalçıları müxtəlif bölgələrdə öz ticarət evləri ilə 
müvəffəqiyyətlə  təmsil  olunurdular.  Forer  qardaşlarının  rəmzi 
«şərab  çəlləyi  üzərində  qartal»,  hummellərinki  «üzüm  bitkisi 
üzərində bal arısı» idi. 
Forer  qardaşları  ilə  yanaşı,  Azərbaycanda  üzümçülük  və 
şərabçılığın  inkişafına  Hummel  qardaşlarının  (Yakob,  Albert, 
Georq və Qotlob) da böyük təsiri olmuşdur. Onlar Gəncədə gözəl 
avadanlıqlara  və  tərtibata  malik  1  saylı  Gəncə  şərab  zavodunu 
tikmişlər. 


30 
Tarixi mənbələrdən məlumdur ki, 1892-ci ildə Yelenendorfda 
Forer  qardaşları  tərəfindən  ilk  konyak  zavodu  işə  salınmışdır. 
Alınan  konyak  spirtini  zirzəmilərdə  yerləşdirilmiş  palıd  çəllək-
lərdə yetişdirirdilər. XIX əsrin sonu, XX əsrin astanasında istehsal 
olunan  Azərbaycan  konyakları  dünya  şöhrəti  qazandı.  Fransada 
(Puatye,  Paris,  Lion)  keçirilən  dünyanın  nüfuzlu  baxışlarında 
aparılan dequstasiya zamanı Azərbaycan konyakları üç il dalbadal 
qızıl medallara və qran-priyə layiq görüldü. 
Mixail Ballas 1897-ci ildə nəşr etdirdiyi “Rusiyada şərabçılıq” 
III hissə - Zaqafqaziya kitabında 1895-ci ildə Şamaxı qəzasının 55 
kəndində  6529  ha  və  Göyçay  qəzasının  150  kəndində  8291  ha 
üzümlüklər  olduğunu  göstərirdi.  Həmin  il  üzümlüklər  üçün 
məhsuldar olmasa da Şamaxı qəzasında (317372 pud) 5 min tona 
yaxın,  Göyçay  qəzasında  (635330  pud)  10  min  tona  yaxın  üzüm 
istehsal edilmişdi. Təkcə Qazax ətrafındakı 600 desyatın üzümlük-
dən orta hesabla 130000 vedrə şərab istehsal edilirdi.  
1895-ci  ildə  Azərbaycanda  44756  desyatın  (1  desyatin=1,09 
ha) üzümlükdən 65000 ton üzüm yığılmışdır.  
Qafqaz statistika idarəsinin məlumat məcmuəsinin III cildinin 
275-ci  səfifəsində  qeyd  olunurdu  ki,  “yerli  camaatın  əlində  olan 
bağların  ən  yaxşısı  Jelizavetpol  şəhərindədir”.  İ.L.Serebryakov 
1861-ci ildə şəhərin 1774 desyatın torpağının  yarısından çoxunun 
üzümlüklər altında olduğunu qeyd edirdi. 
1850-1874-cü  illərin  Qafqazla  bağlı  statistik  məlumatlarına 
görə  Jelizavetpol  şəhərində  1000  desyatın  üzümlüyün  hər 
desyatinindən 360 pud üzüm alınmaqla, orada 315000 vedrə şərab 
istehsal edilmişdi.   
1913-cü  ildə  Azərbaycanda  üzümlüklərin  sahəsi  təqribən  25 
min ha, üzüm istehsalı 105 min ton, şərab materialı istehsalı 4 mln 
dala  yaxın,  konyak  0,2  min  dal  olmuşdur.  1867-1908-ci  illərdə 
Azərbaycan şərabları dünya sərgilərində 13 qızıl medal almışdı. 
Bütün bu işlərdə Forer qardaşlarının misilsiz xidmətləri xüsusi 
qeyd  olunmalıdır.  İnqilaba  qədər  kampaniyanın  başçısı  Xristofer 
Forer  dəfələrlə  fəxri  mükafatlara  –  böyük  qızıl  medala,  Stanislav 
lentində gümüş medala və s. layiq görülmüşdür. 


31 
Azərbaycan  Demokratik  Respublikasının  yaradıcıları  tərəfin-
dən  Alman  koloniyalarının  xidmətləri  yüksək  .  Belə  ki,  1918-ci 
ilin  dekabrında  Yelenendorf  koloniyasının  başçısı  Lorens 
Yakvleviç Kun-şuls Azərbaycan parlamentinin üzvü seçilmişdi. 
1941-ci  ildə  Stalinin  ədalətsiz  əmri  ilə  Azərbaycan  sakinləri 
olan almanlar Qazaxıstanın soyuq və ac düzlərinə sürgün olundu-
lar. Lakin onların qurub-yaratdıqları zavodlar, zirzəmilər və yaşa-
yış  binaları  hələ  də  yaşamaqda  öz  memarlığı  baxımından  diqqəti 
cəlb  etməkdədir.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  70  il  Sovet 
hakimiyyəti  dövründə  Azərbaycanda  Forer  və  Hummel  qardaşla-
rının tikib qoyduğu zavodlara oxşar bir zavod belə tikilməmişdir. 
1920-ci  ildə  sabiq  Gəncə  mahalının  mülkədar  malikanələri 
əsasında  ilk  səkkiz  üzümçülük  -  şərabçılıq  sovxozları  yaradıldı. 
Bunlar  «Privokzal»,  «Sadıllı»,  «Xaraba  yeri»,  «Şamxor»,  «Qara 
yeri», «Qara Çanax», «Qara Arx» və «Alabaşlı» sovxozları idi. 
1922-ci  ildə  Azərbaycan  üzümçülük-şərabçılıq  tresti  «Azşə-
rab», Qarabağda «Qarşərab», Naxçıvanda «Naxşərab» yaradıldı. 
1925-ci ildə «Azşərab» idarəsi Azərbaycan Dövlət Şərab-spirt 
trestinə  çevrildi.  Azərbaycanın  rayonlarında  üzümçülük  və  şərab-
çılıqla məşğul olan sovxozlar və kolxozlar yaradıldı. 
1935-ci ildə Xanlar (indi Göygöl) rayonunda Bayanşirə üzüm 
sortundan eksperimental qaydada butulka üsulu ilə şampan alındı. 
1937-ci  ildə  isə  respublikamızda  ilk  dəfə  Xanlar  rayonunda 
şampan şərablarının sənaye istehsalına başlandı. 
1931-ci ildə Kirovabad (indiki Gəncə şəhəri) şəhərində Üzüm-
çülük, şərabçılıq təcrübə stansiyası 1957-ci ildə Naxçıvan, 1958-ci 
ildə isə Xankəndi kompleks zona təcrübə stansiyaları yaradıldı. Bu 
stansiyalar  üzümçülük  və  şərabçılığın  inkişafında  müəyyən  rola 
malikdirlər.  1950-ci  ildə  Azərbaycanda  şərab  istehsalı  1,9  mln 
dala çatdı. 
İkinci  dünya  müharibəsinin  başlanması  kənd  təsərrüfatının 
başqa  sahələrində  olduğu  kimi,  üzümçülük  və  şərabçılığa  da 
böyük  zərbə  vurdu.  Min  hektarlarla    üzümlüklər,  minlərlə  şərab 
zavodu yerlə-yeksan oldu. Təkcə bir faktı qeyd etmək yerinə düşər 
ki,  1947-ci  ildə  respublikamızda  üzümlüklərin  ümumi  sahəsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə