Hava limanında tranzit- məlumat vərəqəsi Xahiş olunur Şengen vizası üçün müraciətə dair ümumi göstərişləri



Yüklə 13,15 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü13,15 Kb.
#38985


 

 

Aktuallaşdırılmışdır: Fevral 2018-ci il 



Hava limanında tranzit- məlumat vərəqəsi 

 

Xahiş olunur Şengen vizası üçün müraciətə dair ümumi göstərişləri nəzərə alın və, hava limanı üçün tranzit 



vizasına  ehtiyac    olub-  olmadığını  yoxlayın.  Trazit  vizasl  üçün  aşağıdakı  sənədləri  toplamaq  lazımdır. 

Sənədləri toplayarkən bu məlumat vərəqəsindən yoxlama siyahısı kimi istifadə edin. 

 

Xarici pasport 

□ müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır 

□ ən az 2 boş səhifəsi olmalıdır 

□ fotoşəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri 

 

□ Şəxsiyyət vəsiqəsi (əsli + ön və arxa səhifələrin surəti) 



□ tam şəkildə doldurulmuş və üç yerdən imzalanmış ərizə-ənket 

□ aktual biometrik  pasport şəkli (3,5 x 4,5 sm) 

□ viza rüsumu (bax: rəsmi internet səhifəsində „Rüsumlar“a dair məlumatlar ) 

 

Səyahət sığorta sənədi (əsli + surəti

□ sığorta ödənişinin minimal məbləği 30.000 €  və ya 50.000 $  

□ bütün Şengen dövlətləri üçün etibarlı olmalı 

 

Yetkinlik yaşına çatmayan şəxslər 

□ doğum şəhadətnaməsində (əsli + surəti

□ valideyn və ya qəyyumun bütün Şengen dövlətlərinə səfər etmək və ərizə ilə müraciət etmək üçün notarius 

tərəfindən təsdiq edilən razılıq bəyanatı (əsli + surəti

□ Valideynlər və ya qəyyumların pasportlarının surətləri 

□ Valideynlər və ya qəyyumların vizalarının surətləri  

 

Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər  

□ Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (əsli + surəti

□ müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə 

 

 



Səfərin məqsədi  

□ uçuş biletlərinin gediş-gəliş üçün iki tərəfli reservasiyası  

□ tələb olunduğu təqdirdə əsas gedəcəyiniz ölkənin vizası (əsli + surəti

  

Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut 

□ bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar 

□ mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)  

□ səyahət çekləri 

 

Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)  

□  ən  yaxın  ailə  üzvü  haqqında  sübut  (evlilik  şəhadətnaməsi,  doğum  şəhadətnaməsi,  şəxsiyyət  vəsiqəsinin 

surəti) 


□ daşınmaz əmlaka sahib olmağınıza dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması 

□ mütəmadi gəlirin olmasına dair sübut 

o

  Pensionerlər:  pensiya arayışı 




o

  Işləyən şəxslər: iş yerindən elektron arayış 



və ya  

iş  yerindən  rəsmi  blank  üzərində  möhür,  imza,  tarix  və  aşağıdakı  məlumatlar  göstərilən  rəsmi 

arayış:  (əsli  ingilis  dilində  və  ya  Azərbaycan  dilində  olmaqla  ingilis  yaxud  alman  dillərində 

tərcüməsi ilə) 

                   - müəssisənin tam şəkildə ünvanı, telefonu faks nömrələri 

                   - imzalayan şəxsin adı və vəzifəsi 

                   - işçinin adı, vəzifəsi, məvacibi və işlədiyi müddət 

o

 



Sərbəst  peşə  fəaliyyəti  ilə  məşğul  olanlar:

 

Dövlət  qeydiyyatı  barədə  şəhadətnamə  və  Vergi 

Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)

 

o

 



Şagirdlər/Tələbələr: məktəbə və ya ali məktəbə qəbul olmaqları haqqında sübut

 

 


Yüklə 13,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə