Hazırlanmış metodiki vəsait /tərt ed. A. Əliyeva; red və burax



Yüklə 426,7 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü426,7 Kb.
#52297


 

              



F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

   



 

 

                       Ruhumuzu gözəlləşdirən şair-Aslan Aslanov

 

 

 

 

 

               Aslan Aslanovun 90 illik yubileyi  münasibəti ilə 

               Respublika uşaq kitabxanaları  üçün hazırlanmış 

               metodik vəsait

 

 



 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2016 

  

 




 

Tərtibçi:                                  Aynurə Əliyeva 



 

 

 

 

 

Redaktor və 

buraxılışa məsul:                    Şəhla Qəmbərova 

 

 

 

 

 



 

“Ruhumuzu  gözəlləşdirən  şair-Aslan  Aslanov”,

 

-Aslan  Aslanovun  

90  illik  yubileyi  münasibəti  ilə  Respublika  uşaq  kitabxanaları    üçün 

hazırlanmış metodiki vəsait /tərt. ed. A. Əliyeva; red.  və  burax. məsul 

Ş.Qəmbərova; F. Köçərli adına Respublika Uşaq Kitabxanası 

 

 

 

 

 

 

 

 



 

                                                   2016 




 

                                       Tərtibçidən 



Ziyalı  timsalında  el  özünün  zehni,  mənəvi  varlığının  gerçəkliyini,  öz 

ideallarının  carçısını  görür.  Əsl  ziyalılara  həmişə  ehtiram,  qayğı 

bəsləyir,  onlara  güvənir.  Müasir  dünyada  öz  milli  mövqeyini  dərk 

etməkdə  onlara  hərəkətverici  qüvvə  kimi  baxır. Ziyalı  adını  ləyaqətlə 

daşıyanlar    isə  elin  etibarını,  ümidini    doğrultmağı    müqəddəs  borc 

sayırlar.  Filosof–estetik,    şair,  içtimai  xadim  Aslan  Məmməd  oğlu 

Aslanov  onların  önündə  olan  şəxsiyyətlərdəndir.  Aslan  Aslanovun 

yaradıcılığı    çoxşaxəlidi.  Vətənin,  xalqın,  milli  dəyərlərimizin,  təbiət 

gözəlliklərinin,  hətta gülün-çiçəyin belə tərənnümü özünə məxsus yer 

tutur.


 

Sənətdə    sehrli nə  varsa,  intuisiyanın  gözlənilməz    kəşflərindən 

doğur.    Kimin  intiusiyası  laldırsa,  o  nə  sənətin  dilini  bilər,  nə  sənət 

dilində yaradar. El dilinin saf şeiriyyətinə sahib olanlar poeziyasını bir 

poeziya kimi başqalarına çatdırırlar. Yalnız  sözün  duruluğunda  nəcib 

duyğuların    işığı  könülü  oxşayır.  Sözdə    hisslərinin,  fikrin  vəznini 

artırmaq  istəyənlərin  meyarı-təbii  sadəlikdir.  Elə  burada  şairin 

sözünün sehrini, əfsunlayıcı təsirinin sirlərini görürük. 

                    

    


Nə mənası quru yerdə ad-sanın,

 

 



Ey insanlar, gül-çicəyə yaslanın. 

 

İlk şüarı, al bayrağı Aslanın 



 

Gözəllikdir, gözəllikdir, gözəllikdir! 

 

 

 



 

 

 



 


 

              Ruhumuzu gözəlləşdirən şair-Aslan Aslanov 



 Aslan Aslanov şairlər vətəni Qazax mahalında, 1926-cı il yanvarın 1-

də Ağstafada anadan olub. Atası Məmməd kişi, anası Zeynəb xanım el 

yaradıcılığının,  sazın-sözün  vurğunu  idilər.  Evlərində  tez-tez  aşıq  

məclisləri  olardı.  A.  Aslanov  uşaqlıqdan    onlara    heyranlıqla    qulaq 

asardı.    Hələ  orta  məktəbdə  oxuyarkən  qələmini  şeirdə,  nəsrdə 

sınamışdı.  A.  Aslanov  Ağstafa  dəmiryol    orta    məktəbini  bitirdikdən 

sonra,  ADU-nun  fizika-riyaziyyat  fakültəsinin  qiyabi  şöbəsinə  daxil 

olmuşdur.  Fəlsəfə  üzrə  namizədlik  dissertasiyası  müdafiə  etmiş 

(1958),  dosent    vəzifəsinə  təyin  olunmuşdur.  M.  A.  Əliyev    adına  

Azərbaycan    Dövlət    İncəsənət  İnstitutunun    rektoru  (1977-1987) 

vəzifəsində  işləmişdir.  Beynəlxalq  elmi  konqreslərdə  İsveçrədə 

(1968),    Almaniyada  (1970),    Ruminiyada    (1972),  və  Moskvada 

(1979) məruzə ilə çixiş etmişdir. Ingiltərədə və Almaniyada  Federativ 

Respublikasında  (1978-1979)  keçirilən  sovet  elmləri  günlərinin 

iştirakçisi  olmuşdur.  Aslan  Aslanovun  estetika  sahəsində  dərin  elmi  

axtarışları    onu  bu  fənnin  tanınmış  tədqiqatçıları  sırasına  çıxardı. 

Xüsusən  “İncəsənət  və  tərbiyə”  (1967)    kitabı  əsərləri  içərisində 

seçilirdi.  A.Aslanovun  bu  kitab  əsasında  yazdığı  doktorluq 

dissertasiyası fəlsəfi içtimaiyyətin yüksək elmi qiymətini qazanmışdır. 

A.  Aslanov  1961-ci  ildən  universitetdə  yaradılmış  estetika-etika  

kafedrasına  müdir  seçilmişdir.  Aslan  müəllimin  xeyirxah  fəaliyyəti 

sayəsində  kafedrada  estetikadan,  etikadan  bir  çox  alimlər  yetişdirilib. 

Bütün bu fəaliyyəti   onu elmi, bədii yaradıcılıqdan ayırmamışdır. Bu 

gün  də  A.  Aslanovun    “Bənövşələr”,  “Nəğməli  günlərim”  kitabları 

oxucular tərəfindən daima sevilərək oxunur. 

  

 



 

 

 



 

 



 

            Görkəmli şəxsiyyətlər Aslan Aslanov haqqında 

1.

 

A.Aslanov 



mükəmməl 

təhsil 


görmüş 

görkəmli 

filosoflarımızdandır.  Şairin  kamil  ziyalı  təbiəti  onun  xalq 

ruhunda    yazdığı  şeirlərində  daha  zərif,  daha  təbii  duyğuların  

tərənnümünə  kömək etmişdir.   

 

2.



 

A. Aslanovun lirik qəhrəmanı romantik olduğu qədər də real 

şəxsiyyətdir. O, təbiətin, həyatın konkret mənzərələrinə, 

konkret  anlarına nüfuz etməyi, onları həssas qəlblə duymağı 

bacarır. 

 

 



 

                                     

İlyas Əfəndiyev  

 

 



 

                                           Xalq yazıçısı  



 

3.

 



Aslan Aslanov yaddaqalan, aydın, səmimi bir  dillə uzun ömür 

yolunda görüb götürdüklərini oxucu ilə bölüşür. 

 

 

 



 

                            

Çingiz Əlioğlu. 

 

 



 

 

                                     Şair 



   

 

4.



 

Gənc yaradıcı nəslin təlim-tərbiyəsində, həmçinin çoxsaylı 

alimlər dəstəsinin yetişib formalaşmasında A. Aslanovun 

xidmətləri çox  böyükdür. 

 

                       Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyəti. 



  

Aslan  Aslanovun  yaradıcılığını    oxuculara  tanıtmaq,  şair  qələmini 

onlara sevdirmək və ən əsası da, bütövlükdə  məktəblilərə oxu vərdişi 

aşılamaq üçün kitabxanalarda bir sıra tədbirlər görülür.  

Bu  tədbirlərdən  kitab  sərgisi,  oxucu    konfransı,    şeir  və  rəsm 

müsabiqəsi,  kitab  müzakirəsi,  ədəbi-bədii    və  digər  tədbirləri  misal 

göstərmək olar. Belə tədbirlərdən biri də, kitab sərgisidir. Kitab səgisi 



 

yazıçını    oxuculara  sevdirmək,  onun  əsərlərini    tanıtmaq  məqsədi 



daşıyır. Sərgi müxtəlif başlıqlarla, “Aslan Aslanov - 90”, “Gəldim ki, 

boylanım  nur  bulaqlara”    “Ruhumuzu  gözəlləşdirən  şair-Aslan 

Aslanov”,  “Təbiət  gözəlliklərini  ən  gözəl  tərənnüm  edən  şair-Aslan 

Aslanov”,  “Dili  nəğməli  şair”,  “Nəğməli  günlərim”,  “Vətən!  Sənsən 

dünyada  eşqim,  arzum,  həyatım”  və  s.  verilir.

 

Bundan  başqa  şairin 



rəsmlərindən ibarət  Foto-stent, “Nəğməli günlərim”, “Bənövşələr” və 

digər  kitabları  sərgidə  yer  almaqdadır.    Eyni  zamanda  sərgidə  Aslan 

Aslanovun  haqqında  dövrü    mətbuatda  yer  alan  materiallar    nümayiş 

olunur.  Görkəmli  insanların,  ədiblərin  yazıçı  haqqında  söylədikləri  

kəlamlar  sərgidə  öz  yerini  alır.  Sərginin  sonunda  müxtəlif  şeir 

parçaları verilir.  

Azərbaycan dili anamın dili, 

Nənəmin sevdiyi xananın dili,  

 Böyük Füzulinin Vaqif, Vurğunun,  

Elmimin, komamın, obamın dili! 

Şeir  müsabiqəsinin  keçirilməsi  üçün  əvvəlcədən  məktəblilər  sözü 

gedən  şairin  əsərləri  ilə  tanış  olurlar.  Öz  şeir  seçimlərini  edirlər  və 

müəyyən  vaxt  ərzində  hazırlaşdıqdan  sonra  elan  olunmuş  gündə 

kitabxanaya  gələrək  tədbirdə  iştirak  edirlər.    Tədbirdə  təşkil  edilmiş 

sərgidə şairin şeirlərindən  ibarət olan kitablar, şeir başlıqları və eləcə 

də,  şair  haqqında yazılmış müxtəlif ədib və yazarların kitab və dövrü 

və  mətbuat    səhifələri  nümayiş  olunur.  Kitabxanaçı  səhnəyə  gələrək, 

qonaqları  salamlayır və iştirakçılara  uğurlar arzulayır. Daha sonra isə 

tədbir iştirakçılarına Aslan Aslanovun həyat və  yaradıcılığı  haqqında 

məlumat verir.  Tədbirdə şagirdlərin  əsasən daha çox üstünlük verdiyi 

mövzular  vətən,  dil,  məmləkətimizlə  bağlı  mövzulardır.  Müsabiqədə 

şairin bir neçə şeiri səslənir. Beləlklə, tədbir başlanır, aparıcı səhnəyə 

gələrək  bir-bir  iştirakçıların  adlarını  və  söyləyəcəkləri    şeirin  adlarını 

tamaşaçılara və münsiflərə açıqlayır.  




 

İlk iştirakiçı səhnəyə gələrək şeiri deməyə başlayır.  

 

 

 



İthaf. 

Ömrümün ən əziz,  ən xoş baharı  

Ey gülüm, gülşənim,  Azərbaycanım, 

Mən səndən dünyada düşmərəm ayrı 

Nə qədər canımda mənim var canım. 

Qurban ağacının hər yarpağına,  

Qurban güllərinə, çiçəklərinə. 

Qurban al günəşli nur torpağına, 

Qurban  fırtınalı  küləklərinə. 

Qurban göylərində saysız sayrışan 

Sonsuz ulduzların zər naxışına. 

Pərişan Arazı Kürə qarışan, 

Ana torpağının hər qarışına.  

Qurban qoynundakı obanın, elin 

Qələbə əzmli bayraqlarına, 

Kəhraba zəminin, bəyaz çölünün

İşıqlı Bakının çıraqlarına. 

Qurban qurtarmayan nağıllarının 

Min bir arzusuna, diləklərinə. 

Qurban o sahilin oğullarının  

“Vətən! Vətən!” deyən ürəklərinə . 

Qurban Vaqiflərin, Nizamilərin  

Fikir dünyasına qəlb ağrısına.  

Qurban sazındakı ötən simlərin  

“Kərəmi”, “Divani”, “Koroğlu” suna  

Qurban Nəsiminin bir vaxt bir zaman    

Çəkdiyi əzaba, min işgəncəyə. 

Nizami yurdundan göyə ucalan    

Hüsnü nur cəlallı yeni Gəncəyə! 



 

Qurban tənəyində bir salxımının  



Öz alov, öz atəş, öz odluğuna.  

Alqış! Qədir bilən doğma xalqımın 

            Böyük dostluğuna, azadlığına!  

Alqış sədaları altında iştirakçı öz növbəsində yerini ikinci iştirakçıya 

verır. İştirakçı “Azərbaycan” adlı şeirini söyləmək üçün  səhnəyə 

yaxınlaşır.  

 

 



Mənim əziz, doğma səmam, 

 

 



 

doğma elim, 

 

 

 



doğma anam,  

 

 



 

doğma dilim, 

 

 

 



 doğma gözüm,   

 

 



         doğma sözüm,   

 

Bir dənədir  Azərbaycan! 



 

Güc alıram kəlmə-kəlmə, 

 

Cümlə-cümlə mən bu sözün   



 

             

dünyasından! 

 

Azərbaycan –canımızdır, 



 

 

 



qanımızdır, 

 

adımızdır,  



 

 

sanımızdır.  



                    Qorqudumuz, Nizamimiz, 

                    Füzulimiz, Nəsimimiz,  

                    Vaqifimiz, Vurğunumuz, 

                    Üzeyirimiz, Bülbülümüz, 

                    Əslimiz, nəslimiz, 

                    Bizim bütün hamımızdır! 

                    Yenilməyən qüdrətimiz, 

                    Şərəfimiz, şöhrətimiz, 

                    Sərvətimiz, dövlətimiz,  



 

                    Dost xalqlara, 



 

 

                    Millətlərə hörmətimiz, 



                    Bir kəlmədir -Azərbaycan ! 

                    Yad tonqalı qalayanlar,   

 

                    Pisi pisə calayanlar, 



 

 

       Təzə "meydan sulayanlar” 



       

        Bata bilməz bu kəlmənin  

                          Bir hərfinə! 

                     Əsirlərlə       

     

 

  Heyran qalmış  



 

 

  Yad da, dost da 



                 Azərbaycan məfhumunun  

                 Gur sözünə, gur hərfinə!  

                Azərbaycan deyəndə, ”can” 

 

     Eşidirik nənələrdən  



                Azərbaycan!  Səsin gəlir 

 

    Əsrlərdən, sənələrdən! 



 

                Azərbaycan! Sabahımız  

                Bu  günümüz  səninlədir.  

 

    Bizim  şanlı  pənahımız 



 

 

səninlədir! 



                Azərbaycan! Ətrin gəlir. 

 

hər gülümün  



            yarpağından, 

   Elin-oban ayrılmazdır.  

   Böyük vətən torpağından! 

             

 

Şairin qələmində yurd, el-obamız, bir bənövşə belə daha başqadı, 



gözəl və əvəz olunmazdır. 

 

 



Bənövşələr, bənövşələr.  

 

 



Qurban bükük  boynunuza . 

 

 



Üşüyürsüz, qaçın, gəlin  

 

 



Bizim isti qoynumuza. 


10 

 

 Daha sonra aparıcı üçüncü iştirakçını səhnəyə dəvət edir. İştirakçı 



səhnəyə gələrək  “Mənim anam” şeirini deməyə başlayır. 

 

 



 

Mənə dağdan vüqar almış, 

   

Neçə-neçə nübar almış, 



 

Başım üstə layla çalmış  

 

Mənim anam, mənim anam.  



 

 

Qucağında bəslər məni, 



  

Görməz duman-sislər məni. 

 

Ülviyyətə səslər məni  



 

Mənim anam, mənim anam. 

  

 

 



 

 

 



 

 

 



Saf eşqimin aynasıdır, 

 

Həyatımın mənasıdır, 



 

Anaların anasıdır 

 

Mənim anam, mənim anam. 



 

               

                                                                               

Baharımdır, gülşənimdir, 

Hara getsəm həmdəmimdir, 

Əziz, doğma Vətənimdir 

 

 

Mənim anam, mənim anam. 



Aparıcı  iştirakçıya  təşəkkürünü bildirib,  səhnəyə növbəti iştirakçını  

dəvət edir. İştirakçı “İlk müəllimim”şeirini  qiraətlli şəkildə ifa etməyə 

başlayır.  

 

Hara getsəm, mənim  ilk  müəllimim, 



   Əziz adın bir an düşməz dilimdən . 

  “Ana”, “Vətən” kəlməsini ilk dəfə  




11 

 

  Yazdırmısan  sən tutaraq əllərimdən 



          Dərs deyərək çəkmisən 

 

    Zəhmətimi  bahar, qış, 



 

          O gümüşü saçların  

                                       Bəlkə ondan ağarmış? 

           Xəyalımdan çıxmaz bir an nəzərin, 

          Üstümdədir sanki yenə gözlərin, 

          Geniş həyat yollarında hər dəfə  

          Qollarıma qüvvət vermiş sözlərin. 

                           Dərs deyərək çəkmisən 

                                 Zəhmətimi bahar, qış,  

    O gümüşü saçların  

     Bəlkə ondan ağarmış? 

             Neçə məktəb qurtarsam da əgər  mən,  

   Müəllimim yenə sənsən, yenə sən. 

  “Ata” deyə çəkəcəyəm adını  

            Yaşım ötsə, saçıma da düşsə dən.  

  

Dərs deyərək çəkmisən  



 

 

 



Zəhmətimi bahar, qış 

       O gümüşü saçların  

       Bəlkə ondan ağarmış? 

 

 



 

 

             



Sonda  aparıcı səhnəyə “Lalələr” adlı şeiri demək üçün  sonuncu 

iştirakçını çağırır.  

 

Yayın ortasında Gəncə çölündə  



 

Çıxıblar yenə də dizə  lalələr.  

 

Qıpqırmızı şehli köynəklərini  



                              Səpirlər dərəyə, düzə lalələr. 

 

 



 

Xəyalımdan nələr gəlib nə keçər




12 

 

 



Yaz gələr ellərə durnalar köçər. 

 

Bulaqlar-samavar, ağ daşlar–şəkər 



 

Bənzəyir çəməndə közə lalələr.  

 

  

Meylim üzünüzdə  qara xaldadır, 



 

Aslanın əlacı ilk vüsaldadır, 

 

Nə vaxtdır Bakımın gözü yoldadır,  



 

Bir qonaq gələsiz bizə, lalələr! 

 

Tədbirin sonunda şeiri daha gözəl, qiraətli şəkildə deyən oxucu  



kitabxananın müdiriyyəti tərəfindən mükafatlandırılır. Aslan Aslanov 

öz yaradıcılığında körpələri, uşaqları da unutmamış, öz şeir töhfəsi ilə 

onları  sevindirmişdir. Bunu nəzərə alaraq, şeir müsabiqəsinin ikinci 

hissəsində   azyaşlı uşaqlarlara yer verilir. Müsabiqə zamanı “Qış”, 

“Düşərgəmiz”, “Köhlən atım”, “Dəniz”, “Sənin deyilmi”, “Niyə” və s. 

şeirlərini  uşaqlar qiraətli şəkildə söyləyirlər.  



İlk olaraq səhnəyə birinci iştirakçı gələrək “Dəniz” şeirini deyir. 

 

Dəniz, dəniz, göy dəniz,     



 

Hava təmiz, göy təmiz. 

 

Narın qumlar üstündə 



 

Əks olunur kölgəmiz. 

 

Dalğaların sərindir, sərindir; 



  

 

Dəniz, dəniz, göy dəniz,  



 

Çox sevirik səni biz, 

 

Çimdikcə qucağında  



 

Bərkiyir bədənimiz. 

 

Dalğaların sərindir, sərindir; 



 

Çox üzmərik dərindir, dərindir.  

 



13 

 

 



Dəniz, dəniz, göy dəniz. 

 

Hava təmiz, göy təmiz. 



 

İndi bizi gözləyir  

 

Pioner düşərgəmiz. 



 

Dalğaların sərindir, sərindir; 

 

Çox üzmərik dərindir, dərindir. 



 

İkinci iştirakçı səhnəyə yaxınlaşaraq “Sənin deyilmi?” şeirini deməyə 

başlayır. 

 

Yarpızlı arxlar, 

 

Sərin bulaqlar.  



 

Meyvəli bağlar 

 

Sənin deyilmi? 



 

 

 



Quşlu budaqlar, 

 

Zirvəli dağlar,  



 

Ulduz oğlanlar 

 

Sənin deyilmi? 



 

 

Qövsü qüzehlər,  



 

Yağışlı mehlər, 

 

Gül üstə şehlər 



 

Sənin deyilmi? 

 

 

                            Cüyürlü çöllər, 



 

Sonalı göllər.  

 

Bu gözəl ellər 



 

Sənin deyilmi? 

 

 

 




14 

 

                             Yaşıl talalar, 



 

Qədim qalalar, 

 

Gur şəlalələr  



 

Sənin deyilmi? 

 

 

Gülən səhərlər, 



 

Kəndlər, şəhərlər,  

 

Araz, Kür, Xəzər 



 

Sənin deyilmi? 

 

 

 



Ey mənim gülüm,  

 

Ey şirin dilim, 



 

Bu ömrüm, günüm 

 

Sənin deyilmi? 



Daha  sonra  münsiflər heyəti iştirakçıları  müxtəlif ballarla 

qiymətləndirib, kitab hədiyyə edir.    

 

Kitabxanaçı  az  yaşlı  oxucularla  nağıl    otağında  şair  A.  Aslanovun 



həyat  və  yaradıcılığı  ilə  bağlı    görüş  keçirir.  O,  Aslan  Aslanovun 

yaradıcılığı  ilə  qısa  tanışlıqdan  sonra  onun

 

“Niyə”  şeirini  ucadan  və 



aydın şəkildə oxumağa başlayır və bu şeirlə bağlı onların düşüncələri 

ilə tanış olur.                            



Uşaqlar, şairin sizlərə ünvanladığı suallara cavab verə bilərsizmi? 

Kitabxanaçı:        Göydə quşlar uçur niyə? 

 

      Bağda güllər açır niyə?  



 

      Çöldə ceyran qaçır yenə? 

 

       Kim söyləyər cavabını? 



I  Uşaq:  Quşların  qanadları  olduğu  üçün  uça  bilirlər.  Güllər  isə, 

gözəllik  yaratmaq  üşün  açırlar.Çöldə  vəhşi  heyvanlar  onu  yeməsin 

deyə ceyran qaçmağı bacarır və hər üçü bununla təbiətə gözəllik verir. 

Kitabxanaçı:        Yağış göydən yağır niyə? 




15 

 

 



      Sel sədləri yıxır niyə? 

 

      Çay dənizə axır niyə? 



 

       Kim söyləyər cavabını? 

II  Uşaq:Yağış  buludlardan  süzülüb  gəlir.Buludlar  göy  üzünün  mavi 

xalısıdır.  Güclü  gələn  selin  qarşısında  səd  aciz  qalır.  Çaylar  öz 

başlanğıcını dənizdən  götürür. Axarı da dənizə  tökülür.  

 

Kitabxanaçı:  Domna peçi yanır niyə? 



 

Zəmi dalğalanır niyə? 

 

İgidlər tanınır niyə? 



 

Kim söyləyər cavabını? 

III  Uşaq:  Domna  peçləri  soyuq  havalarda  insanları  qızdırmaq  üçün 

yandırılır. Küləyin xəfif nəfəsi zərif zəmiləri dalğalandırır.İgidlərimiz 

öz məharət və şücaəti ilə ad qazanıb tanınır.  

 

 



Kitabxanaçı:  Fəhlə, kəndli dostdur niyə? 

 

Ölkəmizdə yazdır niyə? 



 

Düşmənlərə yasdır niyə? 

 

Kim söyləyər cavabını?  



IV Uşaq: Fəhlə və kəndli vətən üçün, xalq üçün daim  əl-ələ işləyər. 

Ölkəmiz,    yurdumuz  hər  an  çiçəklənməkdədir.  Sanki  vətənimiz  

təbiətin  həmişə  yaz  fəslini  yaşayır.  Yəni  ölkəmizdə  daim  əmin-

amanlıq hökm sürür. Vətənimizin igid oğulları öz qəhrəmanlıqları ilə 

düşməni  məhv  edər,  aman  verməz.  Düşmən  onların  bu  igidlikləri 

qarşısında daim yas tutar.  

Şairin  yaradıcılığını    oxuculara  çatdırmaq  və  sevdirmək  məqdsədilə 

keçirilən tədbirlərdən biri də  Ədəbi-bədii gecədir.  Şairin ədəbi-bədii 

gecəsi  hər  kəs  tərəfindən  rəğbət    və  maraqla    qarşılanır.  Gecəni 

rəngarəng  edən  niyanslardan  biri  də  sərgidir.  “Nəğməli  günlərim” 

başlığı  adı  altında    sərgi    qurulur.  Sərgiyə  şairin  “Qızlar  və 



16 

 

Bənövşələr”,  “Nəğməli  günlərim”  və  s.  digər  kitabları  qoyulur.  Bu 



kitablarla yanaşı şairin haqqında yazılmış digər ədiblərimizin kitab və 

yazı  materialları,  A.  Aslanov  haqqında    deyilmiş  sitatlar  və  dövrü  

mətbuatda nəşr olunan məqalələrin kartotekası    sərginin  əsasını təşkil 

etməkdədir.  Sərgidə  müxtəlif  adlar    “Təbiilik  olan  yerdə”,  “Kağız 

yazın  a  qızlar,  Yada  salın  siz  məni”,  “...Yerimdə  bir  ömür  açacaq 

çiçək,  Dünya bir çiçək gözəlləşəcək”, “Bir balıqçı babayam”,”Gəldim 

ki,  boylanım  nur  bulaqlara”,  “  Nəğməsiz    günlərim  tez    payızlaşan 

eşqimin  tökülən  xəzəllərimdir”  və  s.  başlıqları  ilə  yerləşdirilir. 

Bununla  yanaşı  şairin  rəsmləri    divardan  asılmaqdadır.  Tədbirə 

ədiblər, şair və yazıçılar, şairin ailə üzvləri, müəllimlər və şagirdlər və 

s.  müxtəlif  adda  qonaqlar  dəvət  olunur.    A.  Aslanovun    yaradıcılığı  , 

onun  qələminin  sehri qonaqları valeh edir və xoş ovqat, maraqlı təsir 

bağışlayır.  Tədbir  qeyri-adi  bir  açılışla,  Aslan  Aslanovun  böyük 

ustalıqla sözlərini yazdığı və istedadlı bəstəkarımız Telman Hacıyevin  

musiqisini  bəstələdiyi  “Lalələr”  mahnısı  möhtəşəm  bir  ifa  ilə,  dahi 

sənətkar Rəşid Behbudovun ifasında   musiqi sədaları altında başlanır. 



İlk olaraq səhnəyə aparıcılar daxil olur. 

I  Aparıcı: Dəyərli qonaqlar, bu  gün filosof-estetik,  şair, içtimai  şair, 

içtimai  xadim  Aslan  Məmməd  oğlu  Aslanovun  xatirə  gecəsinə 

yığışmışıq.  Şairin  nəfəsindən  doğulub,    qələminə    süzülən  nəğməli  

poeziya  gecəsində  xoş  gördük.    Sizləri  şairin  yaradıcılığına  məxsus 

incə lirizm ilə cilalanmış şeirlərindən biri ilə salamlamaq istərdim.  

 

Gəldim ki, boylanım nur bulaqlara, 



 

Görüm qocalmışam, qocalmamışam .   

 

Baxım qürur dolu yaşıl dağlara, 



 

Görüm ucalmışam, ucalmamışam. 



I  Aparıcı:  İstedadlı  şair  A.  Aslanovun  poeziyasında    məhz  təbiətin 

özündən,  dumanlı  dağlardan  meşələrdən,  səhər-səhər    kirimişcə 

puçurlayan    ağaclardan,  narın-narın  yağan  yağışlardan,  mavi  göyləri 

əks  sulardan,  dan  yerinin  ilk  şəfəqlərilə  işıqlanan  şumlardan, 




17 

 

otlaqlardan    və  insan  qəlbinin  incə  çırpıntılarından  gələn  təravətli 



duyğular  hiss  edirsən.    Şair  təbiəti,  insanı  həssaslıqla  duyub  ifadə 

etməyi  bacarır.  O,  heç  zaman  mədhiyyəçilik  etmir.  Sadəlövh 

heyranlığına aludə olmur. O, təbiəti həssas bir rəssam kimi duyur:  

 

Keçdi gecə, ay dolandı, səma aydın, doğdu ülkər, 



 

Əsdi külək güzgü suya yarpaq atdı səhər-səhər. 

 

Silkindilər ağ ördəklər, göy göllərdə üzdülər, bax, 



 

Ala gözlü nazlı qızlar saçlarına çəkdi daraq.  

  

II Aparıcı:Onun  əlvan boyalarla təsvir etdiyi təbiət mənzərələrində 

insan nəfəsi, zərif  insan hisləri kövrək bir aydınlıqla, bəzən həsrətlə 

bəzən nisgillə duyulur. Şair, bütün ömrünü-gününü  bəzən sisli-

dumanlı, bəzən nurlu-günəşli meşələrə bağlamış meşəbəyiyə 

müraciətlə deyir: 

 

Meşəbəyi, qəm eyləmə, 



 

Az qalıbdır,  gələr bahar. 



 

Göy dağların coşar yenə 



 

Sinəsindən  sellər, sular. 



I  Aparıcı:Həqiqi  poeziya  insanın,  təbiətin  gözəlliyini  dərindən 

duymaqdır, sadəcə  mədhiyyə oxumaq deyil!  Onun vətən  sevgisi, bu 

vətənin torpağına-daşına,  güllərinə, çiçəklərinə, zəmilərinə və eləcə də 

insanlarına  təbii bağlılığında,  necə deyərlər,  onlarla “can bir qəlbdə” 

olmasındadır.  O,  bu  hissi    həmişə  təbii  detallarla,  təravətli  cizgilərlə 

tərənnüm  edir.  Aslan  Aslanovun  poeziyasında  əfsunlu  Azərbaycan 

xalq  poeziyasının,  Aşıq  Ələsgər  poeziyasının  məftunedici  ruhu 

duyulur:  

 

Maral dağda mələr gedər, 



 

Ürəyində nələr gedər, 

 

Ay qız, gənclik gələr gedər, 



 

Qoy dolanım mən başına. 

 

II  Aparıcı:  Vətən  dağları-çiçəkləri  lap    qədimdən  bəri  həmişə 

şairlərimizin  ilham  mənbəyi  olmuşdur  və  yazılan  bu  saysız-hesabsız 

şeirlərdən  ancaq elələri yaşamışdır ki, onlarda şairin təzə, təravətli bir 

ruhu,  avazı  hiss  olunsun.  Məsələn:  S.Vurğunun  “Dağlar”  şeiri  kimi. 




18 

 

Bu qoşmada  dağlar  sanki şairin ruhu ilə canlanıb, onun  “düz ilqarlı” 



bir  həmdəminə çevrilib. Sadə bir  həqiqət var:  həqiqi  poeziya,  ayaq 

tutub    gedən  sözçülüyə,    mədhiyyəçiliyə,  konyukturaya  düşməndir! 

Bəzi  nəzmçilər həqiqi şairlərdən çox olur... Aslan Aslanov sözün  əsl 

mənasında şairdir.  Onun poetik dastanları təbii və canlıdır. Ürəyə təsir 

eləyəndir. Sözçülükdən uzaqdır. Onun poetik müşahidələri də təbii və 

canlıdır. Gəncliyində  yazdığı “Bənövşə” şeirinə nəzər salaq: 

 

Ay  dolanır, doğur ülkər,  



 

Yavaş-yavaş dan sökülür, 

 

Bir maral qız səhər-səhər  



 

Sezər səni, ay bənövşə, 

 

Üzər səni, ay bənövşə. 



I Aparıcı: A. Aslanovun  lirik qəhrəmanı  romantik  olduğu qədər də 

real şəxsiyyətdir. O, təbiətin, həyatın  konkret  mənzərələrinə, konkret  

anlarına nüfuz etməyi, onları  həssas qəlblə duymağı bacarır.Yaz vaxtı  

Gəncə  çöllərini  bürüyən  lalələr,  dağda  mələyib  keçən  maral  “göy 

üzündə büsatını açan qövsü-qüzeh”,  “ üstündə şeh damlası olan  gülün 

dəstəsi”  real  olduqları  qədər  də  lirik-romantik  təsirə  malikdirlər.  Bu 

lirik qəhrəmanın duyğularında qəribə bir şəffaflıq var. 

 

Önümdə bir dəstə gül 



 

Üstündə şeh damcısı 

 

Kirpiyimdə parladı 



 

Sevincimdən göz yaşı.  

 

Səhər-səhər yaz günü   



 

Açıq oldu pəncərəm. 

 

Kim qoymuşdu bu gülü 



 

Şüşəbəndə, ah görən?.. 



II  Aparıcı:  Təbiilik,    zərif  və  sadəlik,  aydınlıq,  təbiətə  nüfuz  etmək 

həssaslığı  Aslan  Aslanovun  şeirinin    gözəl  xüsusiyyətlərindəndir. 

Onun dilində xalq dilindən gələn bir şirinlik var. Onda ürəyə yatmayan 

süni  ifadəyə, içi boş  təbirlərə rast gəlmək çətindir.  

                            Azərbaycan dili anamın dili, 

 

Nənəmin sevdiyi xananın dili,  



 

Böyük Füzulinin, Vaqif, Vurğunun, 




19 

 

 



Elimin, obamın, komamın dili. 

I Aparıcı:      Əgər bütün lalələr yığılsaydı bir yerə, 

                       Sahilləri görünməz qızıl ümman olardı. 

 

Dağlar-onun dalğası,  göylər –onun aynası, 



 

Hər  dağ üstə ağ bulud  bir ərməğan olardı.  



II  aparıcı:  Müəllifin  şeirli  anları  onun  nəğməli  günləridir.  Bu  o 

anlardır  ki,  A.  Aslanov  “şair  libası”geyir,  daxili  aləminə  dalır. 

Dünyaya    şair  nəzəri  ilə  baxır.  A.  Aslanovun  şeirlərinin  bir  qismi  

nəğmə mətnləri kimi istifadə olunmuş, ən populyar mahnıların sözləri 

olmaqla  müğənnilərimizin    repertuarında    yer  tutmuşdur.  “Qoy 

dolanım  mən  başına”  1944-cü  ildən,  “Neftçi  qız”  1951-ci  ildən,  

“Küsüb getdi” 1952- ci  ildən, “Mən ki səni sevirəm” 1953- cü ildən, 

“Yasəməndən” 1957- ci ildən, “Mənim anam” 1958-ci ildən, “Yolunu 

gözləyirəm” 1960- cı ildən “Lalələr”, eləcə də başqaları indiyə qədər 

təzə-tər mahnılar kimi səslənir. 



I Aparıcı: Bunlar  şairin nəğməli günlərinin  nəğmələridir. A. Aslanov 

son zamanlarda (1984-cü illərdə)  “Nəğməsiz nəğməli  günlərim”    adlı 

bir şeir də yazmışdır. Elə bil ki, şair bu şeirlə öz poetik  həyatına nəzər 

salır,  nəğmələrini    ömrünün    şən  günləri  və  illəri,  arzusunun  quş 

qanadları    adlandırır,  nəğməsiz  və  nəğməli  günlərini  üz-üzə  qoyub 

deyir: 


 

Nəğməsiz günlərim tez payızlaşan  

 

Eşqimin tökülən xəzəlləridir.  



 

Nəğməli günlərim hey yaşıllaşan  

 

 

Barlı bağçaların  tər gülləridir. 



 

II  Aparıcı:  Yeri  gəlmişkən  deyək  ki,  A.  Aslanovun  şeirlərində   

həyata, təbiətə  əksikliklər  birliyi  kimi  baxışın  poetik ifadəsinə tez-

tez  rast  gəlirik.  Kitabdakı  şeirlər  formasına  görə  də,    məna-

məzmununa görə də müxtəlif  və rəngarəngdir.  Burada  beş hecalıdan 

tutmuş  onbeş  hecalıya  qədər    şeir    nümunələri    vardır.    Müasir  lirik 

şeirlər, rübai və təkbəndlər, uşaqlar üçün şeirlər də var.  

                     Ay dolanar, doğar ülkər,  

 

Yavaş- yavaş dan sökülər




20 

 

 



Bir maral qız səhər-səhər  

 

Sezər səni ay bənövşə, 



 

Üzər səni, ay bənövşə.  

 

 

 



Çıxanda göl qırağına, 

 

Sona baxmaz ayağına, 



 

Ləkə salar yanağına  

 

Gəzər səni, ay bənövşə,  



 

Əzər səni, ay bənövşə. 



I Aparıcı:      Şairin bəzi şeirləri  şairin bütün yaradıcılığına  məxsus 

incə lirizm ilə cilalanmışdır. A. Aslanovun şeirlərində yer tapan bir sıra 

orijinal poetik ifadələr bu lirizmi daha da  güclü edir, onun təsirini 

artırır: “Bulaqlar – samovar,  ağ daşlar- şəkər”, “Göyün hər qatında,  hər   

varağında, Kainat insana  yer irahlayır”, “ Külək  güzgü  suya  yarpaq 

atdı...”, “Payız bir yarpaq da xəzəlləşəcək”, “Dünya bir çiçək də 

gözəlləşəcək”, “Gəlin küknarların duvağı tül-tül” və s.  

                     Payız meşəsində  məhzun ağaclar  

 

Yağışda çimməkçün  çılpaqlanıblar; 



 

Xəzəllər üstündə gəzir turaclar, 

 

Bulaqlar sapsarı yarpaqlanıblar. 



  II  Aparıcı: A. Aslanovun şeir dilində şifahi xalq poeziyasının güclü 

tədrisi  özünü  hər addımda hiss etdirir. Lakin bir yerdə də  görmürük 

ki, şair bu təsirə qapılsın. Ümumən  A.  Aslanovun  şeirlərində təbiətin,  

bu gözəlliklər  aləminin   poetik təsviri xüsusi yer tutur. Bu mövzuda 

yazılmış  “Ağaclar  puçurlayır”,  ”Lalələr”,    “Qızlar  və  bənövşələr”,  

“Söylə necədirlər?”, “Sevirəm Qafqazı mən”, “Meşəbəyi”, “Bənövşə”,  

“Gül  dəstəsi”,    “Səhər”,  və  digər  şeirləri  təbii  və  mənalıdır.  Bununla 

yanaşı  şairin    qələmində  dəfələrlə  Azərbaycan  vəsv  edilir. 

Azərbaycanın    günəşli,  aylı,  ulduzlu  səması  ilə  güllü-çiçəkli,  bağlı-

bağatlı  çölləri,  bərəkətli  zəmiləri  ilə,  Arazı,    Kürü,  Bakısı,  qədim 

Gəncəsi ilə, o tayı-bu tayı ilə tərənnüm edilir:  

 

Qurban göylərində saysız sayrışan 



 

Sonsuz ulduzların zər naxışına, 

 

Pərişan Arazı Kürə qarışan  




21 

 

 



Ana torpağının  hər qarışına. 

I Aparıcı :  Poeziyaya kim əzəldən könül  verirsə, taleyini onda tapır. 

Şairlik sonradan qazanılmır, anadan olanda insanın alnına yazılır. 

Onun üstünə gələn peşə, şöhrət-hamısı poeziyaya tabedir. Şairin gözəl 

anları ilhamla zəhmətin vəhdətindən doğan  şeiriyyətin qələmdən 

kağıza süzüldüyü anlardır. Onun qəlbi yaradanda yaşayır.  Onun 

poeziyasında zərif lirik başlanğıcın  üstünlüyü duyulur. A. Aslanovun 

bir çox şeirlərinə mahnı bəstələnməsi, o mahnıların illərlə təravətini  

saxlaması təsadüfü deyil. Təkcə “Lalələr” in uşaqdan böyüyə, saysız 

ürəklərə hakim olmasını bir daha, xəyalınıza gətirin. 

 

Xəyalımdan  nələr, gəlib nə keçər, 



 

Yaz gələr ellərə durnalar köçər.  

 

Bulaqlar  samovar, ağ daşlar -şəkər, 



 

Bənzəyir çəməndə közə lalələr.  



II Aparıcı:  Dəyərli qonaqlar,  gecənin sonuna gəldik.  Deyilənə görə, 

ömrün mənası müdriklikdə cəmləşir, onda öz tacını tapır. Şairin 

şeirlərində bu müdriklik aydın nəzərə çarpır. O, həyatda ən böyük 

mənanı yaratmaqda duyur. Təbiətin qanunu öz hökmünü verəcək. 

Həyat davam edəcək, dünya yenə gözəlliklər  yaradacaq. 

                  ...Yerimdə bir ömür açacaq çiçək, 

  

Dünya bir çiçək də gözəlləşəcək. 



 

deyən şair şeirləri sətir-sətir, varaq-varaq oxunduqca yaşayacaq, var 

olacaq. O çiçəkdən ruhumuzu oxşayan hər bir misra qəlbimizi 

gözəlləşdirəcək. Qəlbimiz gözəlləşdikcə Aslan  Aslanovun əbədiyyətə 

qovuşan  ruhu daim şad olacaqdır.  

 

 



 

 

 



 

 

 




22 

 

                              Ədəbiyyat siyahısı: 



 

1.Aslan Aslanov. B.: “Uşaq və Gənclər Nəşriyyatı”, 1961.-50 s.  

2.Aslan Aslanov. B.: “Yazıçı”,1985.-177 s. 

 

 



 

          Dövrü mətbuatda: 

 

1.Əlioğlu Ç. “Nəğməli günlərim”. A. Aslanov. haqqında //  



Kommunist qəzeti. -1986. 

2. Mustafayev C.”Müdriklik çağı”. A. Aslanov. haqqında // Ədəbiyyat 

və incəsənət qəzeti.-1987.-s.7. 

3.Seyidov Y. “Nəğməli günlər”.A. Aslanov. haqqında // Ədəbiyyat və 

incəsənət  qəzeti. -1986.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




23 

 

Aslan Aslanovun 90 illik yubileyi münasibəti ilə respublika uşaq 



kitabxanaları  üçün hazırlanmış metodik vəsait 

 

 



 

 

Kompyuter yığımı 



və dizayn:                              Aynurə Əliyeva 

 

 



Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır: 



Tirajı: 

Pulsuz 

Yüklə 426,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə