HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   ...   5   6   7   8   9   10   11   12   13

____________Milli Kitabxana____________ 

69 


 

 

- Hey-hey, bu nə əqiqi-Yəməndir? - dedim, dedi: 



- Gözdən axan cigərdəki qanındürür sənin. 

 

Gəşt ilə çıxdı gülşənə ol sərvi-gül-üzar,  



Əlvanı meyvə daməninə tökdü şaxsar.  

Mən gördüm anda püstəvü badamü sibü nar,  

Bir mürğ oxurdu arizi bağında zar-zar, 

- Ol mürğ nə mürğ, bu nə çəməndir? - dedim, dedi: 

- Baği-çəməndə mürği-rəvanındürür sənin. 

 

Göz gördügüncə könlüm olur hüsnü maili,  



Eylər dəli bu şivə ilə neçə aqili,  

Sehr eyləmiş yüzündə yenə çahi-Babili,  

Bənd etmiş anda bir neçə sahibnəzər dili, 

- Çin söylə, bu nə çahi-zəqəndir? - dedim, dedi: 

- Ey çox xəlalı, kəndü məkanındürür sənin. 

 

Yaşım yürüdü su kimi ol sərv suyinə,  



Göz baxa qaldı zülfü xətü ruyü muyinə,  

Piranəsər könül axub ol qəddi-cuyinə,  

Aldandı tifltək dil anın rəngi-ruyinə, 

- Bu nə xöcəstə sərvi-səməndir? - dedim, dedi: 

- Bəxti-səidü ömri-cəvanındürür sənin. 

  



____________Milli Kitabxana____________ 

70 


 

 

Nərgis oyandı, bu çəmən damənü caməxab



1

,  


Gül çıxdı, pirəhən yaxasından açub niqab,  

Təb düşdü canə, cümleyi-afaqi tutdu tab,  

Ol dəm ki, doğdu qibleyi-məşriqdən afitab, 

- Bir zərrə gördüm anda, dəhəndir! - dedim, dedi: 

- Bu söz yəqin, Həbibi, gümanındürür sənin. 

  

                                                            



1

 Misra bütöv deyil. 

  

 



____________Milli Kitabxana____________ 

71 


 

Qitə 

 

Səfa həngamıdır, işrət dəmidir, ey güli-rəna,  



Açü baği-lətafətdə görünsün pərçəmin, cana,  

Münəvvər eyləsün ruyun dili-üşşaqi-qəmxari,  

Dili-naşadi şad eylə, budur xasiyyəti-məna. 

  



____________Milli Kitabxana____________ 

72 


 

 

LÜĞƏT 

 



Abdullah - Allahın qulu 

Abi-heyvan - dirilik suyu 

Abi-rəvan - axan su 

Abi-zindəgi - dirilik suyu 

Akif- islahedici 

Aləm əfruz- aləmi işıqlandıran 

Ariz - üz 

Aşiyan - yuva 

Aşub - qalmaqal, fıtnə 

Ayruq - ayrı, qeyri, artıq 

 



Bad - yel 

Badi-bahar - bahar yeli 

Bəsirət - həqiqəti görmək 

Bidirəng - qorxusuz, çəkinmədən, gözləmədən 

Bihəmta - tayı-bərabəri olmayan 

Birah - yolsuz, yolunu azan 

Bürhan - dəlil, isbat 

Büryan - yanmaq, qovrulmaq 

Bulmaq - əldə etmək, tapmaq 

 



____________Milli Kitabxana____________ 

73 


 

 



Canpərvər - ruhu oxşayan  

Cəbin - alın 

Cənnəti-fırdövs - cənnət bağı  

Cilvə - görünmək, parıldamaq  

Cübbə - üst geyim  

Cüdi-binəhəyat - sonsuz səxavət  

Cürə - bir udum  

Cürm - təqsir, günah  

Cüstücu - aramaq 

 

Ç 



Çah - quyu 

Çeşmə-bina - görən göz 

Çin - 1. Ölkə adı; 2. Doğru; 3. Qıvrım saç 

Çözgil - həll etmək, xırdalamaq, əlac etmək 

 



Dai - iddia edən 

Dam - tələ 

Dana-bilici 

Darüşşəfa - şəfa evi, xəstəxana 

Deyr - monastır, rahibxana 

Dəhr - dünya, aləm 

Dəmsaz - uymaq, məşğul olmaq 


____________Milli Kitabxana____________ 

74 


 

 

Dəprətmək - tərpətmək 



Dərban - qapıçı, keşikçi 

Dəstar - əmmamə, çalma, sarıq 

Dəti-qüdrət - Allahın əli, qüdrətin əli 

Dəvan - qaçan 

Dəvvar - dövr eləyən 

Diləfkar - ürəyi pərişan, qəmli 

Diləfruz - ürəyə yatan, qəlbi işıqlandıran 

Dili-pürxun - ürəyi qan ilə dolu 

Dilriş - qəlbi yaralı; şeirdə: aşiq, vurğun 

Diraz - uzun 

Duxan - duman, tüstü 

Dur - uzaq 

Duruşmaq - tab gətirmək, dözmək 

Dünyavü üqba - dünya və axirət 

Dürd- şərabın xıltı 

 



Elmi-qeyb - qeybdən xəbər verən elm  

Elmi-lədünni - Allah vergisi olan elm  

Erişmək, ermək (irişmək, irmək) - yetişmək, çatmaq,  

qovuşmaq, birləşmək və s, 



Eyd - bayram 

Eydür - söylər, xitab edər 

Eyni-aşub - fitnəli göz 

  



____________Milli Kitabxana____________ 

75 


 

 

Ə 



Əbcədi-hürufi - ərəb hərflərinin tərtibi və onların rəqəmləri 

Əbhər - nərgiz gülü 

Əbr - bulud 

Ədəm - yoxluq 

Ədvar - dövrlər 

Əfi zülfin - ilan saçın 

Əfyun – tiryək 

Əhəd-tək 

Əhli-şirk - Allaha şərik çıxan, yolunu azan 

Əklədi-əlavə etdi 

Əla - hündür, uca 

Əltaf - lütflər 

Əma - kor 

Ənasir - ünsürlər: su, od, torpaq, külək (ab, atəş, xak, bad) 

Ənbərbar - ətir saçan 

Ərcimənd - alicənab, qiymətli 

Ərşül-əzim - böyük kainat 

Əsəhh - çox doğru, səhih 

Əsfəl - alçaq 

Əsma - isimlər 

Ətiyyə - bəxşiş 

 



____________Milli Kitabxana____________ 

76 


 

 

Əyyam - günlər  



Əyyar - çevik, hünərli  

Əzim-üşşan - şanı uca, yüksək 

 



Ferz - şahmat oyununda vəzir fiquru 

Fəhm - anlaq 

Fəm - ağız 

Fərdi-yekta - tək, misli olmayan 

Fərəs - at; şahmat oyununda at fiquru 

Fəttan - fitnəli 

Fəzl - alim, müdrik 

Fəzli-feyz - müdrikliyin feyzi, əhəmiyyəti 

Fitnə-əngiz - fitnə doğuran 

 



Giran - bahalı  

Gireh - düyün  

Gülrux - gülüzlü 

 



Həqqi-təala - yüksək Allah, tanrı  

Həmta - bərabər  

Həyati-cavidan - əbədi həyat  

Həzar - min 

 



____________Milli Kitabxana____________ 

77 


 

Hidayət - doğru yola çağıran, həqiqətə dəvət edən  

Huri-cinan - behişt hurisi  

Hüma - ənqa quşu, cənnət quşu  

Hürufi-həca - əlifbanı təşkil edən hərflər 

 



Xaki-pak - pak torpaq  

Xali-dilkəş - ürəyə yatan xal  

Xar - alçaq  

Xədd-yanaq  

Xəti-yaqut - qırmızı üz  

Xuni-süvəyda - qanla yazılmış  

Xülq - xasiyyət 

 

İ 



Imtizac-qarışıq  

İsmi-hüsn - gözəllik adı  

İssı - sahib, yiyə  

İzaz - əziz, izzət 

 



Kah - saman 

Kamankeş - kaman çəkən, ox atan 

Kaşanə - saray, imarət 

 



____________Milli Kitabxana____________ 

78 


 

Kəman-əbru - qaşı kaman  

Kamtər - həqir, kimsəsiz  

Karan - kənar, sahil  

Kəsrət - çoxluq  

K-o - ki, o  

Kövkəb - ulduz  

Küfr - günah, örtmək 

 



Qal - söyləmək. danışmaq 

Qamu - hamı 

Qəbiçə - don 

Qəddi-bala - yüksək boy 

Qəmərrux - ay üzlü 

Qəni - varlı 

Qüsl - təmizlik, yuyunmaq, pak olmaq 

 



Laləgun - laləüzlü, lalə rəngli  

Layəqəl - ağlını itirmiş, ağılsız  

Ləmyəzəl - Allah  

Lölö - ləl, qiymətli daş 

  



____________Milli Kitabxana____________ 

79 


 

 



Ma -su 

Masiva - bundan başqa 

Mehr - məhəbbət; Günəş 

Meykədə - meyxana, şərab içilən yer 

Meysaz - şərab hazırlayan 

Məad-axirət - gediləcək yer 

Məccani - pulsuz 

Məfxər - iftixar səbəbi 

Məhi-növ - təzə Ay, yeni doğulan ay 

Məkr - hiylə 

Məqami-ali - ali yer, müqəddəs yer 

Mənşur - yayılmış 

Məstur - örtülü, gizli 

Məşam - burun 

Məşqi-qeyb - qeybin yazısı 

Məşşatə - bəzəkçi 

Məzhər - zahir olunan, görünən 

Misbah - çıraq, işıq saçan 

Mizac - təbiət 

Mövlana - böyük, ağa 

Müavin - kömək 

Müdam - daima 

Müənbər-zülf- ətirli saç 

Mühəqqəq - həqiqət, doğrulduğu bəlli 

  



____________Milli Kitabxana____________ 

80 


 

 

Müxəyyər - ixtiyar sahibi 



Münfəil - peşman 

Müntəha - sonu, intəhası olmayan 

Mürdə - ölü 

Mürəqqə - dərvişlərin geydiyi libas, xirqə 

Miqim - məskən salan 

Müsəbbe - yeddidən ibarət 

Müsəffa - 1. Sefa bəxş edən; 2. Saf, xalis 

Müshəf- Quran 

Müstədam - daim 

Müstəhəq - möhtac, haqqı olan 

Müstəmənd - biçarə, zavallı, dərdli, möhtac 

Müşfiq - şəfqətli, mehriban 

Müşki-xəta - Çin ətri 

Müttəli - xəbəri 

 



Nab - xalis, saf 

Nafeyi-Çin - Çin ətri, Çin müşkü  

Nari-hicran - ayrılıq odu  

Naseh - nəsihət edən  

Nay - çalğı aləti, ney  

Nəng - namus, həya, ar  

Nargisi-məxmur - xumar gözlü  

Nəshi-əkbər - böyük fəlakət 

  



____________Milli Kitabxana____________ 

81 


 

 

Nəsnə - şey 



Nəva - oxumaq, fəryad etmək 

Nuri-hüveyda - görünən işıq 

 

Ö 



Ömri-baqi - qalan ömür, əbədi ömür  

Öygənmək - təşbeh etmək, bənzətmək 

 



Payan - son 

Peyda - gözə görünən, aşkar 

Pərtövi-hüsnün - üzünün işığı, ziyası 

Pərvanəvəş - pərvanə kimi 

Piçü tab - dolaşmaq, əzab-əziyyət 

Piranəsər - qocaman, müdrik, dünya görmüş, yaşlı 

adam 


Piri-meyfüruş - qoca şərabçı 

Piri-muğan - xərabat əhlinin müdrik başçısı 

 



Rahi-nicat - qurtuluş yolu 

Rahzən – yolkəsən 

Rəhman - rəhm edən, Allahın adı 

Rəmim - çürümüş sümük 

Rəncur - xəstə 

Rəsən - ip, kəndir 


____________Milli Kitabxana____________ 

82 


 

 

Rətb - yaş, təzə 



Rətəl - xoş kəlam 

Rəz - tənək 

Ritli-giran - böyük qədəh 

Röhban - tərki-dünya, rahiblər 

Rövzeyi-hüsn - gözəllik bağı 

Rovzə - bağça 

Rudsaz - musiqi aləti düzəldən 

Ruhi-qüds - müqəddəs ruh 

Rüəsa - rəislər 

 



Sağər - şərab piyaləsi 

Said- qol, yüksəkliyə ucalan 

Saqınmaq - qorunmaq, gözləmək 

Sane - yaradan, sənətkar 

Sayqu - xəstə, özündə olmayan 

Seylab - sel suyu; şeirdə: çoxlu göz yaşına işarədir 

Səbül-məsani - Quranın fatihə surəsini təşkil edən yeddi ayə. Hürufizmdə 

insan surəti  



Səhh - təsdiq əlaməti  

Səhm - qorxu, pay  

Səmag - iki parlaq ulduz  

Səncileyin - sənin kimi  

Səngisar - daşqalaq 

  



____________Milli Kitabxana____________ 

83 


 

Sərgərdan - düşkün, avara 

Sərvi-ravan - yeriyən sərv ağacı (ucaboylu gözələ 

işarədir) 



Sib - alma 

Siratül-müstəqim - doğru yol 

Sirri-əsma - adların sirri 

Siruş - mələk 

Söyləşmək - deyişmək, sorğu-sual və s. 

Sunmaq - vermək, irəli uzatmaq 

Sur - şadlıq 

Sübhan - Allahın adlarından biri, yaradan 

Süvəyda - ürəkdə olan qara nöqtə 

Şafı - kafi, kifayət edən 

Şahpər - qanad 

Seş-cəhət - altı tərəf 

Şəb - gecə 

Şabab - gənclik 

Şəbi-hicran - ayrılıq gecəsi 

Şəbrəng - qaranlıq 

Səmsəddin - dinin günəşi 

Sətarət - qorxmaz, qayğısız, dəcəl 

Sövq - həvəs 

Şu-bu 

 



____________Milli Kitabxana____________ 

84 


 

 



Tağ - qat 

Taha -Quran ayəsi 

Tahir - təmiz, pak 

Tapu - hüzuz, qulluq, xidmət, səcdə, təzim və s. 

Tapunmaq - sitayiş etmək 

Təbah - puç 

Təmənnayi-vüsal - vüsala yetişmək arzusu 

Tən - bədən 

Tərəbnak - şad, şən 

Təzvir - hiylə, yalan 

Tirkəş - ox qabı 

Tirqamət - düz qamət 

Tiz - iti 

Türreyi-tərrar - dağınıq saç 

 



Urumaq - vurmaq, qoymaq 

Uşanur - düşür 

 

Ü 



Üftadə - düşkün  

Üqdə - düyün  

Ülum - elmlər  

Üstüxan - sümük 

 



____________Milli Kitabxana____________ 

85 


 

 



Vəch - üz 

Vəhy - ilham 

Vicudi-kainat - kainatın varlığı 

Vird - təkrar etmə, bir şeyi təkrar-təkrar oxumaq 

 



Yabis - quru  

Yengi -yeni  

Yəğma - talan etmək 

 



Zəhri-nab - xalis zəhər 

Zəkat-onda bir  

Ziba - gözəl  

Ziəcəb - təəccüblü  

Zücac - büllur, şüşə 

  



____________Milli Kitabxana____________ 

86 


 

 

MÜNDƏRİCAT 

 

Füzulini heyran edən şairimiz.........................................................4 



Tövhid...........................................................................................17 

Qəsidələr.......................................................................................20 

Qəzəllər.........................................................................................25 

Müsəddəs......................................................................................68 

Qitə................................................................................................71 

Lüğət.............................................................................................72 

  



____________Milli Kitabxana____________ 

87 


 

 

 HƏBİBİ 



 

ŞEİRLƏR 

 

           "ŞƏRQ-QƏRB" 



 

BAKI-2006 

  



____________Milli Kitabxana____________ 

88 


 

 

Buraxılışa məsul:   Əziz Güləliyev 



 

Texniki redaktor: 

 

Rövşən Ağayev 

 

Tərtibatçı-rəssam:   Nərgiz Əliyeva 

 

Kompyuter səhifələyicisi: 



Azər Quliyev 

 

Korrektor:  



 

Pərinaz Səmədova 

 

 



 

 

Yığılmağa verilmişdir 27.06.2006. 



Çapa imzalanmışdır 17.07.2006. 

Formatı 60x90 

1

/

32



. Fiziki çap vərəqi 2,75. 

Ofset çap üsulu. Tirajı 25000. Sifariş 87. 

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  

Bakı, Aşıq Ələsgər küçəsi, 17. 



Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə