HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   2   3   4   5   6   7   8   9   ...   13

____________Milli Kitabxana____________ 

 



1514-cü ildə I Sultan Səlim Səfəvi hökmdarı  Şah  İsmayıla 

müharibə elan etdi. Mənbələrdə göstərilir ki, Çaldıran müharibəsindən 

sonra Həbibi ömrünü Türkiyədə keçirmişdir. Lakin nə Azərbaycan, nə 

İran, nə də osmanlı mənbələrində şairin öz doğma vətənindən ayrılıb 

Türkiyəyə getməsinin səbəbləri barədə dürüst məlumat yoxdur. XVI 

əsr osmanlı  təzkirəçisi Aşıq Çələbi Sultan Bəyazid hakimiyyətinin 

sonlarında Həbibinin Türkiyəyə  gəldiyini, "əhli-elm-şivə  və  səyahət-

pişə" bir şəxsiyyət olduğunu qeyd edir. İkinci Bəyazidin hakimiyyəti 

isə 1481-1512-ci illər arasında olduğundan Həbibinin 1512-ci ildən bir 

qədər  əvvəl Türkiyəyə  gəlməsi anlaşılır. M.F.Köprülü daha mötəbər 

məlumat verir: "Bu xüsusda bizi aydınlata biləcək bir tək mənbə 

"Camiünnəzair"dir. Bu mühüm məcmuəsini 1512-ci (hicri 918-ci) ildə 

tamamlayan Hacı Kamal oraya Həbibinin bir çox şeirlərini almış 

olduğundan  şairimizin Türkiyəyə  hər halda bundan bir kaç yıl  əvvəl 

gəlmiş və şöhrətinin yayılmış olması icab edər. Buna görə Həbibi Şah 

İsmayılın məiyyətində  təxmini olaraq 1502-1516 yıllar arasında 

bulunmuş olmalıdır" (göstərilən əsəri, səh.88). 

Lakin mənbələrdə  Həbibinin Səfəvi sarayındakı görkəmli 

mövqeyindən  əl çəkib Türkiyəyə  gəlməsinin səbəbi, Türkiyədə necə 

yaşaması,  İstanbulda və ya Anadolunun başqa  şəhərlərində  məskən 

salması barədə heç bir məlumat yoxdur. Həbibinin nə zaman öldüyü 

barədə də mənbələrdə heç bir qeydə rast gəlmirik. Lakin Lətifi onun I 

Səlim dövründə, yəni 1520-ci ildən əvvəl öldüyünü söyləyir. 

  



____________Milli Kitabxana____________ 

 



 

Övliya Çələbi isə "Cəfərabad təkyəsi"ndə  şairin dəfnindən bəhs 

edərək yazır: "Kəndusi  əcəmdir (azərbaycanlı olmasına işarə edilir- 

Ə.M.).  Şah Səlim  əvvəlin nüdəmasındandır. Həqqa ki, pakizə  əşarı 

vardır. Bu, Südlücədə  Cəfərabad təkyəsində  mədfundur" (İsmayıl 

Hikmət, Azərbaycan  ədəbiyyatı tarixi. I cild, Azərnəşr, 1928, 

səh.240). 

Göründüyü kimi, bu məlumatlar Həbibinin Anadoluda da bir şair 

kimi böyük şöhrət qazandığını təsdiq edir. 

 

* * * 


 

Həbibi XIV əsr görkəmli Azərbaycan şairi Nəsimi ilə XVI əsrdə 

yaşamış böyük Füzuli arasında yetişən qüdrətli bir şairdir. Yuxarıda 

qeyd etdiyimiz kimi, şairin əsərləri bizə tamamilə gəlib çatmamışdır. 

Həyat və  sənətkarlığı barədə ilk və  dəyərli məlumat verən Sam 

Mirzədən sonra Türkiyə təzkirəçilərindən Lətifi, Aşıq Çələbi və Həsən 

Çələbi, XVII əsrdə övliya Çələbi, XIX əsrdə Şəmsəddin Sami ondan 

qısa şəkildə bəhs etmişlər. 

Həbibinin həyatı  və yaradıcılığı haqqında bizim dövrümüzdə ilk 

dəfə 1921-ci ildə mərhum ədəbiyyatşünas Salman Mümtaz yazmışdır. 

O, Sam Mirzənin Həbibi haqqında fars dilində verdiyi maraqlı 

məlumatı Azərbaycan dilinə  tərcümə etmiş  və onu istedadlı bir şair 

kimi tanıtmışdır. S.Mümtaz çap etdirdiyi məqaləyə Həbibinin məşhur: 



____________Milli Kitabxana____________ 

 



Gər səninçün qılmasam çak, ey büti-nazik bədən,  

Gorum olsun bu qəba, əgnimdə pirahan kəfən – 

 

beyti ilə başlayan qəzəlinin və Füzulinin onun bu şerinə yazdığı 



təxmisi daxil etmişdir (göstərilən əsəri, səh.31-35). Oxuculara təqdim 

olunan bu "Şeirlər" kitabına isə  şairin 47 şeri daxil edilmişdir. 

Müxtəlif mənbələrdən əldə edilən bu şeirlərdən yeddi bənddən ibarət 

olan müsəddəs (altılıq) Rusiya Elmlər Akademiyası Sankt-Peterburq 

bölməsinin  Əlyazmalar  şöbəsində (inv. №34l), üç qəzəl Azərbaycan 

MEA-nın M.Füzuli adına  Əlyazmalar  İnstitutunda (A-340/11918) 

1636-cı ildə  tərtib edilmiş cüngün 54a, 59b, 112a vərəqələrində 

saxlanılır. Bunlardan aşağıdakı  mətlə ilə başlayan iki qəzəl başqa 

mənbələrdə yoxdur: 

 

Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,  



Bülbülü-şuridə olsun vəsli-gülzar istəyən. 

(var. 54a) 

və 

 

Şol mübarək zatına işim sənadır, yə nəbi,  



Asilik bimarına adın şəfadır, yə nəbi. 

(vər. 112a) 

Bundan başqa, Salman Mümtaz fondunda 4 qəzəl və  Əlabbas 

Müznibin şəxsi fondunda isə 3 qəzəl saxlanılır. 




____________Milli Kitabxana____________ 

10 


 

 S.Mümtazın arxivində olan aşağıdakı  mətlə ilə başlayan iki qəzələ digər 

mənbələrdə rast gəlmədik: 

 

Ey afitabi-dövlət, vey kövkəbi-hidayət,  



Ey mətləyi-təcəlla, vey nuri-bibidayət. 

 

və 



 

Müstədam olğıl həmişə, ey gözəl xanım mənim,  

Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim. 

(ƏYİ, arx.38, Q-4[l 14]) 

 

Əlabbas Müznibin şəxsi fondunda saxlanılan Həbibi şeirlərindən aşağıdakı 



mətlə ilə başlayan bir qəzəl başqa mənbələrdə yoxdur: 

 

Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,  



Zülfi bənöfşə, hüsni çəmən, boyu yasəmən. 

(ƏYİ, arx.37, Q-13(316])  

 

Beləliklə, kitaba daxil edilmiş 47 şeirdən 42-si qəzəl, biri tövhid, biri 



müsəddəs, ikisi qəsidə  və biri qitədir. Buradakı  qəzəllərdən çoxu isə 

M.F.Köprülü tərəfindən yuxarıda adı  çəkilən XVI əsr müəlliflərindən Hacı 

Kamalın "Camiunnəzair" əlyazma məcmuəsindən seçilib çap edilmişdir. 

Kitaba daxil edilən bu şeirlərdən aydınlaşır ki, Həbibi qəzəl tərzində daha 

çox müvəffəq olmuşdur. Onun qəzəlləri və bir müsəddəsi XV əsr Azərbaycan 

poeziyasının gözəl nümunələridir. 




Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə