HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   2   3   4   5   6   7   8   9   ...   13

____________Milli Kitabxana____________ 

20 


 

Qəsidələr 

 

Müavin mana ol Sübhan olursa,  



Bədəndə ruhi-qüdsi can olursa, 

 

Tutam ömrüm kimi zülfün ucun bərk,  



Nigara, vəslinə dərman olursa. 

 

Çü cövhər dür saçam ol dəm gözümdən,  



Xəyalin lütf edüb mehman olursa. 

 

Necə etsün qərarı can saçınla  



Ki, sir nə əhdü, nə peyman olursa. 

 

Sən ol sultani-cansan, ey diləfruz  



Ki, qapında sığar, min xan olursa. 

 

Nə qəm, sən Xosrovin min cani-Şirin  



Səri-zülfində sərgərdan olursa. 

 



____________Milli Kitabxana____________ 

21 


 

 

Yüzün nuri edər şəksiz hidayət,  



Saçın küfri mənə iman olursa. 

 

Səadət bulur ol dəm nəhsi-əkbər,  



Qapunda, ey Günəş, dərban olursa

 

Şu fəttan eyninin eyninə gəlməz,  



Ucundan dəmdə yüz min qan olursa. 

 

Rüxün şəminə qarşı canı hər dəm,  



Nola pərvanəvəş büryan olursa. 

 

Rüxün, zülfün görüb oldum müsəlman,  



Olur min illik ol rühban olursa. 

 

Əgər dünyadəvü üqbadə sənsən,  



Həmin cana əzimüşşan olursa. 

Oxur can müshəfini bigüman, ol  

Xətü xalın kimə bürhan olursa. 

 

Görən şol vəchi-zibanı, nigara  



Nola gər valehü heyran olursa. 

 

Nə sultansan ki, qapunun gədası  



Durur, min Xosrovü Xaqan olursa. 

 



____________Milli Kitabxana____________ 

22 


 

 

Erəm ruzi-visalə, ey məhi-növ!  



Şəbi-hicranına payan olursa. 

 

Dü aləmdə qəni ola fəqirin,  



Qapundan fəzl ilə ehsan olursa. 

 

Qamu dərdü fəraqindən həmin bəs,  



Bu aşiq dərdinə dərman olursa. 

 

Həyati-cavidan bula Həbibi,  



O qaşın eydinə qurban olursa. 

 



Əla, ey dilbərim, yarım, xərabat, 

Dilü can içrə dildarım, xərabat. 

 

Bu viran dil sarayın vəsl əlilə  



Yap, ey lütf issı memarım xərabat. 

 

Məni zar etməsün, de, xari-hicrin,  



A can bağında gülzarım, xərabat 

 

Məni şol cami-meydən məst eylə  



Ki, sənsən sətri-əsrarım, xərabat. 

 

  




____________Milli Kitabxana____________ 

23 


 

 

Mənim bu mənliyim, mülkümü yoğma  



Çün etdin, türkü tatarım, xərabat. 

 

Məhəllən gülxaninün guşəsidir,  



Sığıncım, bürcümü barım, xərabat. 

 

Girov olsun da piri-meyfiruşə  



Mürəqqa, cübbə, dəstarım, xərabat. 

 

Ümidim bad etmə, badə vergil,  



Ey abu xakimü narım, xərabat. 

 

Ənasir, şeş cəhatü həft kövkəb,  



Bu doqquz çərxi-dəvvarım, xərabat. 

 

Əgər sufi vicudi nur olursa,  



Hədisü nəqlü əxbarım, xərabat. 

 

Kəlamü hikmətü elmi-lədünni  



-Mənim mehrimdir, ənvarım, xərabat. 

 

Bəyanü məntiqü qanuni-heyət,  



Qəzəl, qövlilə əşarım, xərabat. 

 

Dəfü neyü udu şeşta çəngü bərbət,  



Mənim təsnifi-ədvarım, xərabat. 


____________Milli Kitabxana____________ 

24 


 

 Məşami-canə ətrin buyun irgər,  

A tibb ənfas, əttarım, xərabat. 

 

Şu firovni gözünlə qarə zülfin  



Olaldan bərü səhharım, xərabat. 

 

Dəli-divanə oldum məst gözündən,  



Bil, ey danayi-buşyarım, xərabat. 

 

Həbibi niyc ed istiğfarü tövbə



1

  

Ki, əzəldən oldun əhranın, xərabat. 



 

Könül çirkin yu getsin Fəzl əliylə,  

A tahir, pak əbharım, xərabat. 

 

Məni bu ikilikdən birə irgər,  



A həftü pəncümü çarım, xərabat. 

                                                            

1

 Necə istiğfar və lövbə edə 



 


____________Milli Kitabxana____________ 

25 


 

  

 

     Qəzəllər      

 



Dərdi-eşqə hər ki, ol dəmsaz ola  

Ol gərək labüd ki, əhli-raz ola. 

 

Aşiqi-sadiq odur məşuqunun  



Yoluna can tərk edə, sərbaz ola. 

 

Dəmdə min gəz qal edərsə aşiqi,  



Qəmzəsi məşuqunun xud az ola. 

 

Aşiqa, cövrü cəfavü dərdü qəm,  



Zövqü şadi, hüsnü xülqü naz ola. 

 

Hər məzəllət ki, irişə məşuqdən,  



Aşiqə xud ol qəmu ezaz ola. 

 

Aşiq anda necə tövbə edə kim,  



Abü səbzə, şahidü mey saz ola. 

 

  




____________Milli Kitabxana____________ 

26 


 

 

Erişəməz şol hümanın zülfinə  



Mürği-dil gər şahinü şahbaz ola. 

 

Ey Həbibi, xoşdürür cami-şərab,  



Xassə kim, məhbubi xoş avaz ola. 

 



 

Hər kimə həmrah Fəzlullah ola,  

Ana fəzli-feyz ol Allah ola. 

 

Hər nə kim edər kişi, ey yol əri,  



Ol gərək kim, həsbətən lillah ola. 

 

Eşqi-məşuqə qul olan sidq ilə  



Dünyəvü üqba içində şah ola. 

 

Aşiqin işi gərək şamü səhər  



Virdi həsrət göz yaşilə ah ola. 

 

Bu üfüqdən hər sitarə kim doğar,  



Mehri-aləm can gögündə mah ola. 

 

Nur ilə röşən ola bu kainat  



Ol səadət nəcmi Şəmsullah ola. 

 



Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə