HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   ...   5   6   7   8   9   10   11   12   13

____________Milli Kitabxana____________ 

45 


 

Xaneyi-gözdə xəyalın kölgəsin,  

Şükr kim, mehman yerində görmüşəm. 

 

Gün yüzündə küfri-zülfin, ey sənəm,  



Mən yəqin iman yerində görmüşəm. 

 

Müshəfi-hüsnündə xəttü xalını  



Hərfbəhərf  Quran yerində görmüşəm. 

 

Qaşların yayinə kim eyd ayıdır,  



Canları qurban yerində görmüşəm. 

 

Hər nə cövr etsən, Həbibi, lütf ilə,  



Hüsni-xülq ehsan yerində görmüşəm. 

 

20 



 

Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim,  

Bu səngisar olmuş səri ol camla sərxoş edəlim. 

 

Ruh ilə əqli rah ilə layəqəlü məst eyləyüb,  



Dəhri-zamanın qüssəsin bir dəm fəramuş edəlim. 

 

Bu əql möhkəm qeyd imiş üşşaqə, gördük, ey rəfiq,  



Gəl cəhd edüb, duruşalım, ta anı sərxoş edəlim. 

 

  




____________Milli Kitabxana____________ 

46 


 

 

Gəldim qəbiçə geydürüb, rəz qızı bir qucalım,  



Adın anın cismi-lətif, ruhi-göhərpuş edəlim. 

 

Çünkim zəminü asiman, gördük, sima eylər müdam,  



Gəl biz dəxi meyxanədə şol xum kimi cuş edəlim. 

 

Qoy mədrəsəylə məscidi sufivü şeyxü vaizə,  



Piri-muğanın camını deyr içrə biz nuş edəlim. 

 

Ey saqiyi-ruhi-rəvan, bir dolu sun, billah, rəvan,  



Ta kim Həbibi dərvişi biəqlü bihuş edəlim. 

 

Şol kim edəcəkdür müdam, gəl edəlüm biz sübhi-şam,  



Ey piri püxtə, olma xam, demə ki, uş, uş edəlim. 

 

21 



Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm,  

Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm. 

 

Çün bu siyahkasə cəhan bir dəm bizə verməz aman,  



Sun laləgun anı müdam, hər sübhü hər şam içəlüm. 

 

Ey saqiyi-xöcəstə-fal, hər rüzü həftə, mahü sal,  



Namusi-cami daşa çal, qoy nəng ilə nam, içəlüm. 

 



____________Milli Kitabxana____________ 

47 


 

 

Açıldı çün gülşəndə gül, saqi, ələ al cami-mül,  



Çünkim bizə qalur degül bu dövrü əyyam, içəlüm. 

 

Müfti, müdərris, şeyx, imam gördüm ki, içərlər müdam,  



Biz də

1

 onlara tabe olub, ey əhli-islam, içəlüm. 



 

Çün hazır oldu dəffü ney, gül-səbzə içrə yarü mey,  

Vəqti qənimət anla key, gəl, ey dilaram, içəlüm. 

 

Meydir Məsihün qanı bəs, meydir çü ruhi-sani pəs,  



Sən, ey Həbibi, sözü kəs, kim anı madam içəlüm. 

 

Çün rəz qızı gözlərinin yaşı durur mey, bil müdam,  



Ey saqiyi-adil, bizə dəgmə, anı tam içəlüm. 

 

22 



Can içində dərdi-eşqin olalı, cana, müqim,  

Gözlərindən sayru könlüm oldu sağü müstəqim. 

 

Gün yüzün ayinəsinə baxduğunca hər nəfəs,  



Gözümə rövşən görünür vəchi-rəhman, ey həkim. 

                                                            

1

 Vəznə görə "d" oxunmalıdır. 



 


____________Milli Kitabxana____________ 

48 


 

Hər qaçan bir busə etsə can ləbindən iltimas,  

Bağrımı xunxarə qəmzən edər ol dəmdə dunim. 

 

Nemətü nazın cahanın nə der, ey can, canü dil,  



Kim olara cövri-nazın oldu çün nazi-nəim. 

 

Ey Həbibi, cövrü nazın görəlidən gözlərim,  



Könlümün aramı getdi, canda qəm oldu müqim. 

 

23 



 

Mana mehri ermədi sən məhliqanın, neyləyim,  

Axın olmadı bu cövrü cəfanın, neyləyim. 

 

Bir tükənməz qarə sevdadır başıma saçların,  



Ey cahanın fitnəsi, ucundan anun neyləyim. 

 

Tiz edəldən mənə xəncər mərdi-kafər gözlərin,  



Rahəti qılmadı, getdi cismü canun, neyləyim. 

 

Nə qədər fikri-dəqiq edər olursam bilünü,  



Qayətinə əql erməz ol miyanun, neyləyim. 

 

Xəttü xalın nəqşi dildən göz yaşilə getmədi,  



Yazusudur başuma, çünkim xudanun, neyləyim. 

 

  




____________Milli Kitabxana____________ 

49 


 

Bir nəfəs çün səndən ayrı oldu canım, ey sənəm,  

Varlığın canü cəhanın, kün fəkanun, neyləyim. 

 

Sordu can Ruhül-Qüdüsdən şol dəhanın sirrini,  



Bilməzəm mən sirrini, der, qeybdanun, neyləyim. 

 

Olmadı bu pirə hərgiz xani-vəslindən nəsib,  



Sən səadətlü cəvanmərdi-cəvanın, neyləyim. 

 

Arizin dövrində şol gül cilvə edər kəndünü,  



Gör utanmaz yüzünü ol bihəyanın, neyləyim. 

 

Can gözün, Mərrüx qəmzən seyfi çün ənbər olur,  



Tiri-Zöhrə, Mahi-Mehri-asimanın, neyləyim. 

 

Çün Süheyli ləblərün bir busə verməz canuma,  



Gündə min gəz öpdügünü firqət onun, neyləyim. 

 

Ləlü yaquti rəvanımdan rəvan etməz sana,  



Ey Həbibi, saqiyi-namehribanun, neyləyim. 

 

Ol həvavü bu həvəs kim ləbləri et cam



1

Heç edüb yelə verür zülfün o canun, neyləyim. 



 

24 


                                                            

1

 Misra bütöv deyil. 



 


____________Milli Kitabxana____________ 

50 


 

Gər səninçün qılmayam çak, ey büti-nazik bədən.  

Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən. 

 

Çıxmaya sevdayi-zülfın başdan, ey məh, gər yüz il  



Üstixani-kəlləm içrə dutsa əqrəblər vətən. 

 

Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim



1

,  


Çün mənə həmdəm olan sənsən, nə sən olgil, nə mən 

 

Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,  



Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən. 

 

Ey könül, eşq əhlinə hər dəm gülərdin şamtək,  



Mən deməzmiydim ki, bir gün ağlıyasıdır gülən? 

 

Necə dinlənsün Həbibin sənsiz, ey əndamı gül,  



Çün batar cisminə təndə hər tük olmuş bir tikən. 

                                                            

1

 

Üçüncü beyt cüngdəndir (vər. 596).  



  

 



Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə