Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   2   3   4   5   6   7   8   9   ...   35

11 
 
götürdülər. Hər birinə on il iş kəsdilər. Cinayət orta-
ğını  bilmədiyi  hansısa  səbəbdən  ondan  ayrı saxladı-
lar. Hökmə əsasən birinci üç ilini qapalı həbsxanada 
çəkməli  oldu.  Burada  salındığı  dördnəfərlik  kame-
rada Şirxan deyilən “zeklərdən“ – peşəkar məhkum-
lardan  birisinin  əzəl  gündən  ona  fərqli  nəzərlə  ya-
naşdığını  hiss  etmişdi.  Qırx  beş  yaşının  yarıdan  ço-
xunu həbsdə keçirən Şirxan “krıtıya” cəzaçəkmə mü-
əssisəsindən cəzalandırılıb göndərilmişdi. İçində şey-
tan  gizlənən  bu  adam  uzun  illər  ərzində  xüsusi  du-
yum  qabiliyyəti  qazanmışdı.  Kamerada  yaşadıqları 
bir neçə ay ərzində onun ehtiraslılığını, içində gizlət-
diyi biseksuallığını hiss etmişdi. Heç demə, “sən mə-
nim  kiçik  qardaşımsan”  deyə  Nizamı  hər  dəfə  əziz-
ləyib tumarlayanda öz çirkin niyyətinə hazırlaşırmış. 
Nəhayət, günlərin birində kamera yoldaşları ilə 
birgə hamamda çimərkən Şirxan yarıxoş, yarızor onu 
arxadan  qucaqlayıb  istəyinə  çatdı.  O  an  içində  nəsə 
qırılan  kimi  oldu,  nə  edəcəyini  bilmədi.  Etiraz  elə-
mək,  çapalamaq,  qışqırmaq  istəsə  də  səsi  çıxmadı. 
Çıxsa da yanındakılardan kimsə ona kömək etməyə-
cəkdi.  Qorxdu  Şirxandan,  ətrafındakıların  ona  diki-
lən canavar baxışlarından. Anladı ki, bu tək Şirxanın 
yox, o birilərinin də istəyi imiş. Sadəcə işin başlanğıcı 
Şirxanın  boynunda  imiş.  Xeyri  olmayacaqdı  atılıb 
düşməyinin.  Daha  bundan  sonra  hamı  onu  üzdəni-
raq, petux sayacaqdı... 


12 
 
          Sonralar  Şirxan  əclafın  “adətkarlığını”,  ondan 
əvvəl iki cavan oğlanı da bu cür bədbəxt elədiyini bi-
ləcəkdi. 
 İki  aydan  sonra  Nizamı  başqa  kameraya  kö-
çürdülər.  Daha  bütün  həbsxana  onun  üzdəniraq  ol-
duğundan  xəbər  tutmuşdu.  Müxtəlif  kameralardan 
onun  üçün  edilən  “sifarişlərdən”  paqon  da  faydala-
nıb  öz  xeyrini  güdürdü.  Qapalı  həbsxanadakı  cəza-
sının sonunadək beləcə dörd kamera dəyişdi. 
          Gülbaxt cəzaçəkmə  müəssisəsinə göndəriləndə 
qət  etmişdi  ki,  necə  var  cinsi  passivlikdən  əl  çəksin, 
“passiv”  olmasını  gizlətsin.  Ancaq  gizlətmək  müm-
kün  olmadı.  Hər  bir  məhkumun  kim  olması  barədə 
xəbər zona az qala özündən qabaq gəlib çatırdı. Həm 
də  daha  gec  idi,  çər  dəymiş  bədəni  alışmışdı.  “Pas-
siv”liyi artmış, vərdiş olaraq onun üçün xroniki xəs-
təliyə çevrilmişdi: özü ilə heç cür bacarmırdı...  
 
O, mavi kimi nə birinci deyildi, nə də axırıncı. 
Dünyada  onun  sayaq  insanlar  minlərlə,  onminlərlə 
idi.  Onların  içərisində  nə  qədər  tanınmışları,  böyük 
vəzifəliləri də vardı. Amma məşhur və pullu olduq-
ları  üçün  çox  zaman  belələrinin  maviliyinə  göz  yu-
mulurdu. 
 
Eşitmişdi  ki,  müəssisədəki  burjuylardan  biri, 
mujiklərdənsə  bir  neçəsi  əslində  sanitarlara qatılma-
lıdı,  ancaq  həm  avtoritetlər,  həm  də  əməliyyatçılar 


13 
 
üstün vurmayıb onlardan öz məqsədləri üçün yarar-
lanırdılar. 
Əgər onun da pulu və ya pullu arxası olsaydı 
Bəkir də, Niyaz da ona xüsusi hörmət edərdilər. Hət-
ta  qayğı  göstərilməsi  üçün  Məhyəddinə  çöldən 
“zənglər”  də  edilərdi.  Nə  etsin  ki,  kasıbın,  acından 
ölənin  birisi  olduğuna  görə  heç  kim  onu  adam  say-
mırdı.   
          Həmkəndlisi  ilə  zonda  rastlaşanda  isə  səksən-
di, üzdəniraqlığına görə yer ayrılsaydı yerə girməyə 
hazır idi... 
          Ürəyinə daman başına gəldi. Kəndlisinin cəzası 
çox deyildi. Cəzadan azad olan kəndlisi az keçməmiş 
onun üzdəniraq olmasını tanıdığı hər kəsə, hətta va-
lideynlərinə də çatdırmışdı. Eşitdiklərinə inanmaq is-
təməyən valideynləri xəbəri dəqiqləşdirmək üçün cə-
za yerinə, onunla görüşə gəldilər. Həqiqət olduğunu 
biləndə:  “bizim  sənin  adında  oğlumuz  yoxdur”,  – 
deyib  ondan  imtina  etdilər.  Əvvəllər  altı  aydan  bir 
yanına gəlirdilərsə, indi bu söhbətdən iki il keçməsi-
nə baxmayaraq, çöldən kimsə onu axtarmırdı.  
          Belə yaşamaq nə qədər olardı?! Ona görə də ya-
şamamağı, özünü öldürməyi qərara almışdı... 
                                              *   *   *     
          Bütün  zabit  və  nəzarətçi  heyətinə  elan  olundu 
ki,  növbə  təhvil-təslimindən  sonra  hamı  rəisin  kabi-
netinə gəlsin, iclas olacaq. Adətən rəis iclası hər həf-


14 
 
tənin  başlanğıcında  edərdi.  İclasın  növbədənkənar  
olması  aydın  məsələ  idi  ki,  səhər  yoxlaması  zamanı 
baş verən özünə qəsd hadisəsi ilə bağlıydı.  
          Deyilən  vaxtda  hamı  müəssisəyə  girişlə  üzbə-
üzdə  yerləşən  idarənin  qarşısına  yığıldı.  Əməliyyat 
üzrə  müavin  ədliyyə  polkovnik-leytenantı  Kamalza-
də Niyaz  rəisin kabineti ilə üzbəüz otaqdan çıxıb so-
ruşdu: 
          –Gecikən yoxdur? 
          –Xeyr, hamı burdadır. 
          –Rəis  deyir  gəlsinlər,  –  rəisin  böyük  çilçıraqlı, 
geniş kabinetinə daxil olub, çöldəkiləri də içəri dəvət 
etdi, – gəlin arxamca... 
         –Bir az cəld olun, işimiz çoxdu, – rəis işçiləri tə-
ləsdirdi. 
          Müavin  rəisin  stolunun  sağında,  digər  əmək-
daşlar  isə  divarboyu  düzülmüş  stullara  əyləşdilər. 
Rəis stolunun sol tərəfindəki boş oturacağa tərəf ba-
xıb dedi:  
          –Bəs Səfər hardadı, işə gəlib çıxmayıb? 
          –Məhkəməyə gedəndi, hələ gəlməyib. 
          Ədliyyə mayoru Səfər Nəzərli rəisin tərbiyə iş-
ləri üzrə müavini idi. Məhkumların vaxtından əvvəl 
şərti  azadlığa  buraxılması  məsələsində  məhkəmə  ilə 
münasibətləri,  daha  doğrusu  “sövdələşmələri”  yo-
luna qoymaq işini rəis ona tapşırmışdı.  
          –Çöldə kimsə qalmadı? 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə