Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə35/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   27   28   29   30   31   32   33   34   35

140 
 
danışmağa  eybi  gəlirdi.  Bacısı,  qardaşı  şəhərdə  öz 
dərdi-sərində. Onların da yanına getməyə üzündə üz 
qoymamışdı.  Belə  vaxtda  anası  yadına  düşürdü. 
“Hardasan, ay ana, – gözləri dolurdu, – sən ölməsəy-
din, qalsaydın, kömək olardın. Narınc gəlib evində at 
çapmazdı.  Eh,  doğru deyiblər  –  anasına  bax,  qızı  al. 
Mən axmaq yenilik yaratmaq istədim”... 
          Gücü  yalnız  arağa  çatırdı.  Hər  gün  işdən  evə 
kefli  gəlirdi.  Zibanın  yeməkxanasının  daimi  müştə-
risinə çevrilmişdi. Ziba özü də hiss edirdi ki, Ağarə-
him kefdən deyil, dərddən içir. Ürəyində ona yazığı 
gəlirdi. Bir dəfə ona az içməyi, ağlını başına yığmağı 
da məsləhət bilmişdi:  
          –Bala, yazıqsan bu qədər içmə! O zəhirmardan 
hələ xeyir tapan olmayıb... 
          Evə gələndə Gülbəniz onu  sancmasaydı, uşaq-
ları oxşayar, sonra da səhərədək başına atıb yatardı 
          Evdə  ürəkağrıdıcı  bir  umu-küsü  yaranmışdı. 
Təzəlikiə isinişən uşaqlar ona yenə pis nəzərlə baxır, 
özgələşirdilər.  Ağarəhim  günbəgündən  usanırdı,  iy-
rənirdi belə yaşamaqdan. Tam yəqin etmişdi ki, belə 
çox  çəkə  bilməz:  ya  özünü  öldürməli,  ya  da  əlindən 
xəta törədib təzədən türməyə qayıtmalıdır. 
          Günlərin  birində  axşamtərəfi  yenə  sərxoş  və-
ziyyətdə  evə  gəldi.  Evdə  heç  kəs  yox  idi.  Bir  istədi 
adəti üzrə evə girib öz yerində uzanıb yatsın. “Görə-
sən hara gediblər?” – düşündü. Ürəyinə şeytan girdi, 


141 
 
onu yatmaqdan daşındırdı: “Yəqin uşaqları da götü-
rüb anasıgilə “dərs almağa” gedib”. Anası tək oldu-
ğundan Gülbəniz arabir uşaqları da götürüb ora ge-
dərdi. 
          Darvazanı  hirslə  çırpıb,  qonşu  məhəllədə  olan 
qaynanasıgilə  getdi.  Həyətə  girib  Gülbənizi  çağırdı. 
Səsinə Narınc evin astanasına çıxdı: 
          –Nədi,  yenə  içib  şirə  dönmüsən,  nəriltin  götü-
rüb  aləmi.  Gülbəniz  bura  gəlməyib.  Yoxdu  bizdə 
Gülbəniz. Bir səhv idi elədik, onu sənə verdik. 
          Ağarəhim inanmadı: 
          –Yalan deyirsən, burdadırlar, gizlətmisən evin-
də Gülbənizi də, uşaqlarımı da. Bilirəm, çoxdan eşit-
mişəm, ayırmaq istəyirsən məni onlardan. Plan cızır-
san,  gündə  qızının  qulağını  doldurub,  ağlını  alıb 
məndən soyudursan. Ailəmi dağıtmaq istəyirsən? 
          –Kül Gülbənizin başına ki, sənin kimi ailəsi, əri 
var. Itil, cəhənnəm ol xarabana. 
          –Gülbənizi ver, uşaqlarımı ver... 
          –Yoxdur burda, haramdı sənə onlar. 
           Narınc çığıra-çığıra üstünə gəlir, onu həyətdən 
qovmaq  istəyirdi.  Ağarəhimə  üzbəüz  iki  addım  qal-
mış dayandı, var gücüylə bağırdı: 
          –Dedim  sənə  yoxdur,  çıx  cəhənnəm  ol  həyət-
dən...  
           Ağarəhim  hirsindən  boğulurdu.  Narınc  onun 
bütün səadətini əlindən alan bədheybət əjdahaya ox-


142 
 
şayırdı nəzərində. O, bu əjdahanı məhv eləmək, səa-
dətini onun əlindən qurtarmaq istəyirdi: 
          –Ver Gülbənizi, uşaqlarımı ver... 
          Birdən  gözünə  yaxınlıqdakı  divarın  küncünə 
atılmış  balta  sataşdı.  Qanı  qaynadı,  göz  qırpımında 
baltanı  əlinə  alıb,  Narıncın  üstünə  şığıdı.  Narıncın 
dəhşət dolu səsinin çıxmağı  ilə həyətə uzanmağı bir 
an oldu. Baltanın arxası zərblə onun alnına dəyib pa-
ralamışdı.  Qan  görcək  Ağarəhim  ayılan  kimi  oldu. 
Artıq gec idi, olan olmuşdu.  Baltanı öz yerinə tulla-
yıb  həyətdən  çıxdı.  Qapıdan  çıxması  ilə  qonşu  ar-
vadlar hay-küylə həyətə doluşdular. 
          Ağarəhim bilmirdi hara getsin?.. Daha bu gecə 
gecələməyə onun heç bir evdə, hətta darvazasını çır-
pıb gəldiyi öz evində belə yeri yox idi. Qisməti polis 
şöbəsində gecələmək imiş. Odur ki, öz ayağı ilə polis 
şöbəsinə gedib, elədiyi cinayəti etiraf etdi. 
          Qonşular  Narıncı  tələm-tələsik  xəstəxanaya 
aparsalar da o, yolda keçinmişdi.  Həqiqətən, Gülbə-
niz anasıgildə olmayıbmış, öz rəfiqəsigilə gedibmiş. 
          Etdiyi cinayətə görə on üç il cəza təyin etdilər. 
Birillik azadlıqdan sonra, ona üçüncü dəfə iş kəsildi. 
Yenidən konvoy maşınına mindirib, azadlığa burax-
mış əvvəlki zona – ciddi rejimli düşərgəyə qaytardı-
lar. Elə bil, buradan bir il deyil, dünən çıxmışdı. Ha-
mı onu tanıyırdı. Zabitlər: “Oho, xoş gəlmisən, dözə 


143 
 
bilmədin bayırda? Axır ki, vətənə qayıtdın”, deyərək 
gülümsəyirdilər.  
          Yatabı  qəbul  edən  rəis  onu  görəndə  hirsindən 
daha da coşdu: 
          –Vicdansızın biri, sənə demədim bir də burala-
ra qayıtma... 
          Qulağının  dibində  sanki,  bomba  partladı,  göz-
lərində  qığılcımlar  oynadı.  Açılan  şillənin  zərbinə 
dözə  bilməyən  Ağarəhim  səndələyib  üzü  üstə  yerə 
sərildi. 
          –Əclaf,  havayı  ətin  şorbası  olmur,  eləmi?  Hö-
kumətin  amnistinin  qiymətini  hardan  qanasan,  pul 
verib azadlığa çıxsaydın qədrini bilərdin, qeyrətsiz... 
          Rəis  söyüşlərinə  ara  verəmyib  təpiklərini  işə 
saldı.  Hirsini  ən  çox  sevdiyi  üsulla  –  kürəyinə  çıxıb 
tapdalamaqla  soyutmaq  istəyirdi.  Birdən  üz-gözünü 
yığaraq fikrindən daşınıb kənara çəkildi: 
          –Bu  oğraş  havanı  korladı,  deyəsən,  –  ətrafdakı 
nəzarətçilərə işarə etdi, – çırpın! 
          Söz  rəisiin  ağzından  çıxmışdı  təpik  yağışı  baş-
ladı.  Sifətini  təpiklərdən  qorumaq  üçün  başını  yerə 
soxurmuş kimi əlləri ilə üzünü örtdü. O, bu an yerə 
girməyə, ölməyə razı idi. Nə vurulan təpiklərdən, nə 
də  rəisiin  söyüşlərindən  incimirdi,  öz  payını  alırdı. 
Hamısı haqqına idi, çöldə yaşamağı bacarmamışdı. 
          Ağarəhimi rəisin otağından xərəkdə çıxartdılar. 
Bir aya özünə gəldi. Barakda ilk günlər köhnə tanış-


144 
 
lar onu hörmətlə qarşılayıb kutoklarına aparsalar da, 
aylar, illər ötdükcə yanına kimsənin gəlmədiyini gö-
rüb  ona  qarşı  olan  münasibətlərini  yavaş-yavaş  də-
yişdirdilər.  Əvvəl  onu  başqa  kupeyə  köçürüb  özlə-
rindən  uzaqlaşdırdılar.  Günlərin  birində  isə  aşağı 
çarpayıdakı  yerini  baraka  təzə  gələn  imkanlı  məh-
kuma  verib  onu  yüngül  ayaq  təki  yuxarı  mərtəbəyə 
qalxmağa məcbur etdilər. Cəza çəkdiyi uzun illər ər-
zində hələ bir dəfə də olsun o, ikinci mərtəbədə yat-
mamışdı. Indi onu acından ölənin birisi hesab etdik-
lərindən  artıq  nə  yaşına,  nə  də  həbsxana  “staj”ına 
hörmət  qoyan  yox  idi.  Təzə-təzə  yuxarı  mərtəbəyə 
vərdiş  etmədiyindən  iki-üç  dəfə  yuxulu-yuxulu  yu-
varlanıb  döşəməyə  yıxılaraq  qol-qabırğasını  əzmiş-
di. Sonralar, ikinci mərtəbəyə yıxılmadan qalxıb-düş-
məyə, yatmağa alışdı. Kupedə heç kim onunla çörək 
kəsmədiyi  üçün  və  zəhlətökən  öskürəyi  ilə  hamını 
bezdirdiyinə  görə  ona  zillənən  baxışları  görməmək 
naminə  bütün  gününü  həyətdə  keçirər,  baraka  an-
caq, yatmaqdan-yatmağa gələrdi. Özünə qalsaydı ba-
raka yatmağa da getməzdi.  Bir gecə gözdən  yayınıb 
həyətdə diqqətdənkənar skamyaların birində yatmaq 
istəmişdi.  Təzəcə  gözünü  yummaq  istəyirdi,  başının 
üstünü alan nəzarətçi onu təpikləyərək durğuzub ba-
raka getməyə məcbur etdi. 
          Neçə illər idi ev xörəyinə tamarzı olduğu sayaq 
isti  paltara  da  həsrət  qalmışdı.  Əynindəki  paltarlar 


145 
 
köhnəlib  tökülüb-itdiyindən  azadlığa  çıxanların  ba-
ğışladığı  paltarları  geyinməyə  məcbur  olurdu.  Ötən 
qış  ayaqqabıları  dəlmədeşik  olduğuna  görə  daim 
palçığın, qar suyunun içində qalan ayaqlarında çoxlu 
çatlar yaranmışdı. Qışı dəstə rəisinin yazığı gəlib ver-
diyi köhnə ayaqqabılarda keçirmişdi. 
          Soyuqlar  düşəndən  öskürəyi  ara  vermədi.  Hə-
rarəti  qalxır,  gah  da  canına  üşütmə  düşüb  halsızla-
şırdı. Bərk soyuqladığını zənn edirdi. Yaz gəlib istilər 
başlayanda sevindi, tezliklə sağalacağını güman etdi. 
Amma,  istilərin xeyri  olmadı. Yüngül babatlaşsa da, 
canındakı ağrıları azalmadı. Bədəninin daxilində ge-
dən  mübarizədə  xəstəlik  təslim  olmaq  istəmirdi.  Bir 
yaz səhəri sinəsini boğan öskürəkdən yerə düşən qır-
mızımtıl  nöqtələrin  qan  olduğunu  görəndə  vərəmə 
tutulduğunu başa düşdü. 
          Elə  həmin  gün  təlaşla  sançasta  –  həkimin  qə-
buluna gedib vərəmə yoluxmasını bildirdi, sağalması 
üçün  kömək  istədi.  Həkim,  onu  başdan-ayağa  la-
qeydcəsinə süzdü: 
          –Bilirsən zonda sənin kimi neçə yüz xəstə var? 
Mən  sənə  nə  kömək  edim?  Indi  gərək  sən  güclü  qi-
dalanasan  və  müalicə  ediləsən.  Gəl  günü  sabahdan 
müalicəyə  başlayaq,  de  görüm  dərmanları  kim  ala-
caq? 
          –Həkim, yanıma illərlə gələnim olmur. Dərman 
almağa  da  heç  imkanım  yoxdur,  onda  bəs,  mən  nə 


146 
 
edim? 
          –Bax, əsas məsələ də budur. Məndə də o vacib, 
güclü dərmanlardan yoxdur... 
          –Başına  dönüm  həkim,  dərmanın  hansından 
varsa ver, bəlkə, az da olsa xeyri olar. 
          Həkim ona bir neçə adi həb verib başdansovdu 
yola saldı. 
          Demək, o, sağalmayacaqdı. Bu minvalla cəzası-
nı  axıradək  çəkib  qurtara  bilməyəcəkdi.  Onu  vərə-
min əlindən yalnız ölüm qurtaracaqdı. 
          Güclü qidanı hardan əldə etsin, kimdən istəsin? 
Kimin  ərzağından  oğurluq  etsə,  gec-tez  üstü  açılıb 
onu “krısa” kimi lənətləyəcəkdilər. 
          O,  nə  “paqona”,  nə  də  cinayət  aləminə  lazım 
idi.  Vaxtilə  onu  bir  neçə  dəfə  kabinetlərinə  çağırıb 
söhbət  edən  əməliyyatçılar  öz  tərəflərinə  çəkmək  is-
təmişdilər. Onun üçün müəyyən xoş şərait, gizli im-
tiyazlar  vəd  olunsa  da  sadə  məlumat  daşıyıcısı  ol-
maqdan  da  boyun  qaçırmışdı.  Çünki,  onlara  etibar 
etmirdi.  Bir  gün  atılacağından,  məlum  olarsa,  məh-
kumlar  arasında  xəbər  ötürən  kimi  biabır  olunaca-
ğından  ehtiyatlanmışdı.  O,  buqələmun  olmağı  ba-
carmırdı.  Həmişə  özünü  cinayətkar  saymayıb  cina-
yət  dünyasından  da  kənar  gəzərdi.  Etdiklərinin  ci-
nayət deyil, tale yazısı hesab edirdi. Yaxşı günlərində 
daim məxfi ziddiyyətli bu qüvvələrin heç birisinə ya-
xınlaşmadığına  görə,  pis  günündə  də  gərəksizləşib 


147 
 
ortalıqda  qalaraq  var  ikən  yoxa  dönmüşdü.  Yiyəsiz, 
kimsəsiz, çöldən, ya içəridən gəliri, mənfəəti, faydası 
olmayan məhkum heç kimi maraqlandırmırdı. 
          Nə olaydı, hökumət yenə amnist verəydi, – ar-
zulayırdı  Ağarəhim.  Görən  tale  üzünə  gülüb  bir  də 
amnist qismət etsəydi, onu azadlığa buraxardılarmı? 
          Ürəyindəki  bu  son  ümid  işığını  közərtmək 
üçün  bir  gün  o,  zampalitin  –  rəisin  siyasi  işlər  üzrə 
müavininin qəbulunua getdi. Mayor Ağarəhimi din-
ləyib gülümsədi: 
          –Ağarəhim,  amnist  çıxsa  da  sənə  aid  olmaya-
caq.  Bilirsən  niyə?  Sənin  özündən  xəbərin  var?  Sən 
axırıncı  “qəhrəmanlığından”  sonra  residivist  hesab 
olunursan. Yəni, xüsusi təhlükəli cinayətkar. Otuz il-
dir  işləyirəm  hələ  görməmişəm  residivist  aministə 
düşə. Sənə aministi təkcə Allah verə bilər. 
          Xəbərsiz olduğu residivist “titulu”ndan özü də 
heyrətlənmişdi. Hələ  orta məktəb illərində  oxuduğu 
kitablardan,  gördüyü  filmlərdən  qatı  cani,  qorxulu 
insan  hesab  etdiyi  residivist  sözü  indi  ona  aid  olu-
nurdu. Dünyanın işinə bax, heç demə ondan da resi-
divist olarmış... 
           Zampalitlə  söhbət  etdiyi  gündən  nə  vaxtsa 
azadlığı,  balalarını  görəcəyinə  Ağarəhimin  ümidi  it-
mişdi.  Qalan  cəza  dövrünü  sonadək  yaşamağa  gü-
man ki, vərəm imkan verməyəcəkdi. Vərəmə tutulub 
iki-üç  ildən  artıq  yaşaya  bilməyən  məhkum  yoldaş-


148 
 
larının növbə ilə xəstəxanaya gedib qayıtmaması ona 
belə qəti qənaətə gəlməsinə əsas verirdi. 
          Bəzən  gecələr  gözünə  yuxu  getməyib  darıxdı-
ğından uşaqları üçün burnunun ucu göynəyəndə sə-
sini içinə alıb öskürəyinin səsini boğduğu balışa göz 
yaşlarını axıdardı. Narıncı öldürdüyünə görə Gülbə-
niz də, uşaqları da onu həmişəlik atmışdılar. Ürəyin-
də  Narınca,  dönük  taleyinə  lənətlər  yağdırmaqdan 
başqa  əlacı  qalmamışdı.  O,  balalarına  atalıq  edə  bil-
mədi,  böyüdüb  boya-başa  çatdırmadı.  Vaxt  gələcək, 
onlar  böyüyüb  hərəsi  bir  ailə  olacaqdı,  amma,  onu 
həmişə nifrətlə xatırlayacaq, adını hətta çəkmək belə 
istəməyəcəkdilər. 
          Atalığı  Əmirxan  etdi. Narıncı öldürəndən son-
ra  Gülbənizin  Əmirxanla  münasibətləriinn  daha  da 
“istiləşdiyini”  eşitmişdi.  Əvvəlcə  bir  müddət  hirslə-
nib  özünə  yer  tapmasa  da,  “yeməyənin  malının  ye-
yərlər”  məsəlini  xatırlayıb  sakitləşmişdi.  Günah 
onun  özündə  idi.  Vaxtında  özü  kişi  olsaydı,  Gülbə-
nizin də başqasına ehtiyacı yaranmazdı. Ailəsinə yi-
yəlik edib, namusunu qoruyardı... 
          –Ey, dur, bəsdi yatdın, – iki nəzarətçi hovuzun 
kənarında daş plitənin üstündə uzanmış Ağarəhimin 
başının  üstünü  kəsdirmişdi.  Onlardan  biri  əlindəki 
rezin dəyənəyi ilə onu tərpədib ayıltmaq istəyirdi.  
          –Elə  bil  evində,  isti  yorğan-döşəkdə  yatıb.  Ol-
maya hallanıb? Dayan bir bunun üst-başın yoxlayım. 


149 
 
          O biri nəzarətçi istehza ilə güldü: 
          –Sən də adam tapdın ilişməyə. Görmürsən cın-
dırından cin hürkür? Acından ölənin birisidir. Onda 
hal  var  ki,  hallansın  da...  Vaxtını  itirib  əllərini  bula-
ma, durğuz yoxlamaya gecikməsin.  
          Rezin dəyənəyin qoluna dəyən ağrısından ayı-
lan  Ağarəhim  nəzarətçilərin  onu  tələsdirdiyini  gör-
dü: 
          –Tərpən,  axşam  yoxlamasıdır.  Yoxlamaya  ge-
ciksən yuxuvun qalanını karsda yatacaqsan. 
          Nahardan  sonra  dincəlmək  məqsədi  ilə  hovu-
zun kənarında əyləşən Ağarəhim halsızlıqdan huşu-
nu  itirib  yuxuya  getmiş,  daş  plitənin  üzərində  üzü 
göylərə uzanıb qalmışdı. 
          Çətinliklə  dikəldi.  Bədəninə  sızıltılı  ağrı  dol-
muşdu.  Özünü  əzgin,  taqətsiz  hiss  edirdi.  Yeriməyə 
gücü tükənmişdi. Ayaqlarını sürüyə-sürüyə yoxlama 
keçirilən  meydana  tərəf  addımladı.  Beş-on  addım 
getmişdi  ki,  müvazinətini  itirib  asfalt  yolun  üzərinə 
yıxıldı. Ətrafdakı məhkumlar ona kömək etmək, aya-
ğa  durğuzmaq  istədilər.  Lakin,  Ağarəhimin  ayağa 
durulası  halı  yox  idi.  Zərblə  yerə  dəydiyindən  sinə-
sindən  açılan  qan  ağzından  yerə  yayılıb  asfaltı  qır-
mızı rəngə boyamışdı. 
          Kənarda  dayanıb  hər  tərəfə  göz  qoyan,  qolun-
da qırmızı sarğı olan növbətçi, şişman mayor Ağarə-
himin başına yığılan məhkumlara tərəf acıqlandı: 


150 
 
          –Qorxmayın,  ölən  zibil  deyil.  Xərəyi  gətirib 
aparın sançasta, şirin çay içirin özünə gəlsin. 
          Tibb hissəsində ona qüvvə gəlməsi məqsədi ilə 
mayorun dediyi sayaq şirinçay içirib çarpayıya uzat-
dılar.  Həkimlərdən  biri  o  birinin  qulağına  narahat-
lıqla pıçıldadı: 
          –Deyəsən bu “yetişib”. Sabahacan tab gətirsəy-
di xəstəxanaya rədd eləyərdik. 
          –Tab  gətirməyib  nə  edəcək,  qırıb  qaçmayacaq 
ha... 
          Həkimin  verdiyi  bir  həb  və  bir  neçə  stəkan  şi-
rinçaydan  sonra  Ağarəhim  iki-üç  saat  azca  özünə 
gəlsə də gecə yaxınlaşdıqca ağrıları şiddətlənirdi. Bü-
tün gecəni canındakı hərarətdən, nəfəsini kəsən san-
cıların  ağrısından  qıvrıla-qıvrıla,  qan  tər  içində  ça-
paladı. 
          Səhərə  yaxın  yarıyuxulu  Ağarəhimə  elə  gəldi 
ki, kimsə onu boğur. Narınc idi. Gözlərindən qəzəb, 
nifrət  yağırdı.  Əcinnəyə  bənzər  bu  məxluq  onun  si-
nəsi üstə çökərək, əllərini boğazına keçirib var gücü 
ilə  sıxırdı.  Ağarəhimin  nəfəsi  çatmadığından  boğazı 
xırıldayırdı.  Ciyərlərindən  qayıdan  hava  ilə  yanaşı 
ağzından yatağına qan fışqırırdı. 
          Axşamdan  bəri  boguq  öskürəyinə,  əzab  çək-
məsinə  məhəl  qoymayan,  öz  canlarının  ağrılarından 
oyaq  olan  palata  yoldaşları  xırıltını  eşitcək  daha  la-
qeyd  qala  bilmədilər.  Son  nəfəsə  oxşayan  xırıltı 


151 
 
ölümlə  həyatın  mübarizəsindən  xəbər  verirdi.  Gecə-
nin  bu  vaxtı,  aləmin  ölgün  anlarında  ölümün  at  oy-
natmasına acizanə tamaşa etməkdən savayı nə etmək 
olardı?! 
          Çox  çəkmədi  çapalayıb  sakitləşən  Ağarəhimin 
xırıltısı  tamam  kəsildi.  Sanki,  o,  yatağındakı  kiçik 
qan gölməçəsində boğulmuşdu. Göz qapaqlarını ört-
məyə  ehtiyac  olmadı.  Həyatın  əzablarından  cana 
doyduğundan könüllü gözlərini yummuşdu. 
          Onun keçindiyinə əmin olduqda üstünü köhnə 
mələfə ilə örtdülər. 
          Səhər işçilər gələn kimi lazımi yerlərə məlumat 
verilib Ağarəhimin ölümü barədə sənədlər hazırlan-
dı. Təcili teleqramla rayona – evinə xəbər göndərildi. 
Sonra,  yiyələri  gələnədək  saxlamaq  üçün  cənazəni 
morqa – meyitxanaya apardılar. 
                                            * * * 
          Rəis  daha  iki  gün  də  ardıcıl  Ağarəhimin  evinə 
teleqram  vurdu.  Amma,  üç  gün  ötməsinə  baxmaya-
raq, rayondan kimsə gələn, teleqramlara cavab verən 
olmadı. Bu zaman Gülbəniz qızının ad gününü qeyd 
etməyə  hazırlıq  görürdü.  Heç  kimin  qanının  qaral-
maması  üçün  aldığı  teleqramları  hamıdan,  hətta  ya-
xın  “sirdaşı”  saydığı  gizlin  aşnası  –  Əmirxandan  da 
gizlətmişdi. 
          ”Neynim ölüb, qalıb kimə gərək idi, – Gülbəniz 
düşünürdü,  –  ondan  nə  vaxt  ərlik  gördüm  ki,  ərim 


152 
 
kimi ölüsünə yiyəlik edim də... Yox a, anamın qatili-
nə  yas  məclisi  quracağam.  Nə  istəyirlər  etsinlər, 
mənlik deyil...” 
          Səhəri  gün  morqun  müdiri  rəisə  zəng  edib  şi-
kayətləndi: 
          –Belə olmaz axı, gəlin ölünüzə yiyə durun. So-
yuducu  xarab  olub,  daha  saxlaya  bilmirik.  Siçovul-
ları qovmaqdan yorulmuşuq, daraşıblar meyidə... 
          Rəisin  göstərişi  ilə  bir  neçə  zabit  və  nəzaərətçi 
özləri  ilə  bel,  çalov  götürüb,  müəssisənin  yük  maşı-
nında morqa yola düşdülər. 
          Siçovulların paralayıb pis günə qoyduqları me-
yidi  ağ  parçaya  büküb,  morqdan  götürdüb  dəfn  et-
məyə,  şəhərdən  uzaq  qəbiristanlığa  gətirdilər.  Qəbi-
ristanlığın müdiri ölünün yiyəsiz məhkum olduğunu 
bilincə,  torpağa  heyfi  gəlib  korlamamağı,  nişan  ver-
diyi  köhnə  qəbirlərdən  birinə  basdırmağı  məqsədə-
uyğun saydı. 
          Ağarəhimi  qəbiristanlığın  hasara  yaxın  kənar 
hissəsində, sökülmüş  qəbirlərin  birində dəfn etdilər. 
Məzarın  yerini  ayırd  etmək  üçün  haradansa  tapdıq-
ları iri çay daşını baş daşı əvəzi qoydular. 
          Dünyada bir residivist azaldı. Atılmış, xeyirsiz, 
zavallı caniyə dünyanın ehtiyacı yox idi... 
                                                                                       
1996 


153 
 
 
     
 
 
         
 
 
İÇİNDƏKİLƏR 
 
 
Qazamat “sanitarlar”ı ................................3 
 
Residivist ..................................................103 
 
 
 
 
   
      
 

Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə