Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   2   3   4   5   6   7   8   9   10   ...   35

27 
 
nına  and  da  içmişdi  ki,  onları  da  öz  oğlu  kimi  istə-
yir.  Qısası,  Şərifin  sözü  ilə  desək,  Məhyəddin  kimi 
rəis işləmək hər oğulun bacarığı deyildi.   
          İşçı  heyəti  ilə  birlikdə  yeddi  yüzədək  insanın 
ömrü  keçdiyi  müəssisənin  səliqə-sahmanı  cəmisi  on 
dörd  nəfər  olan  üzdənirağın  boynunda  idi.  Başqa 
yerlərdə adları ilə çağırılan bu binəvaları Məhyəddin  
guya  onların  heysiyyətinə  toxunmamaqdan  ötrü  sa-
nitar adlandırılmalarına göstəriş vermişdi. Sanitarlar 
cinayət  aləminin  ən  aşağı  təbəqəsi  –  kastası  hesab 
edildiyindən  qalan  ümumi  məhkumlardan  hər  mə-
sələdə,  hər  yerdə  fərqləndirilir,  təcrid  olunurdular. 
Onların  yatacaq  və  yemək  yerləri  ayrı  olurdu.  Ha-
mamda, tibb məntəqəsində, klubda, kars deyilən cə-
rimə təcridxanasında da onlar üçün yer ayrılırdı. Sa-
nitarlar  səhər  tezdən  hava  qaralanadək  bölüşdürül-
müş  qaydada  müəssisənin  həyətini,  yataqxanaların, 
kabinetlərin,  ictimai  yerlərin  sahələrini,  döşəmələri-
ni,  ayaqyolularını  süpürür,  silir,  təmizləyir,  zibilini 
yığıb  toplayırdılar.  Lazım  gələndə  bu  işlərdən  əlavə 
aparılan təmir, abadlıq işlərində də onlardan istifadə 
olunurdu. 
          Kənardan onlar cinsi azlıq kimi qəbul edilsə də, 
heç  də  hamısı  homoseksual  deyildi.  Yarıya  qədəri 
passiv, bir qədəri aktiv, bir cütlük biseksual idi. İçə-
rilərindəki  üç  nəfər  isə  heç  birindən,  sadəcə  hansısa 
“günahına”  görə  cinayət  aləminin  cəzalandırdığı  – 


28 
 
“yandırdığı” bədbəxtlər idi. Onların hər birinin özü-
nəməxsus cinayət tarixçələri olsa da, nəticə etibari ilə 
əksərinin sonları bir-birinə oxşayırdı. Başçıları, briqa-
dir  sayılan  İkram  “yandırılmış”  üç  nəfərdən  biriydi. 
O, necə oldu ki, üzdənirağa, sanitara çevrildi, indi də 
düşünəndə ağlına sığışdıra bilmirdi. Bu hala düşmə-
sinin baiskarı ilk növbədə rəis Məhyəddin idi. 
          Bəxtinin  təkərinin  dönməsi  əvvəlki  cəzaçəkmə 
müəssisəsindən bura yatabla göndərilən gün baş ver-
di. Həmin gün məhkum yoldaşları yatab qabağı onu 
da təşkil elədikləri tiryək  “qonaqlığına” qatmışdılar. 
Bu “qonaqlıq” nəyə görə, nədən ötrü idi anlamamış-
dı.  Göstərilən  səxavətdən  istifadə  edib,  o  da  hallan-
mışdı.  Sonra  komvoy  maşınına  mindirilib  Gülbaxta 
gətirilmişdi.  Zona  daxil  olanda  ağlı  özündə  olma-
mışdı.  Bir  də  səhəri  gün  lomkadan  ayılanda  özünü 
üzdəniraqların içində görmüşdü. Nə səbəbə? Günahı 
nə idi? Məlum olmuşdu ki, onu bura Məhyəddin at-
dırıb. Şübhəsiz, rəis kimi hər bir məhkumun yerini o 
müəyyən  edirdi.  Qızğınlıqla  hay-küy  salıb  Məhyəd-
dinin qəbuluna gəldi: 
          –Ay  rəis,  mən  üzdəniraq  deyiləm,  niyə  məni 
onların barakına göndərmisən. Belə olmaz axı, nə gü-
nah sahibiyəm?  
          Məhyəddin tövrünü pozmadı: 
          –Bilirsən  nə  var,  sən  haqlısan.  Sənin  heç  bir 
günahın  yoxdur.  Amma,  olanda  olur,  biz  də  səhv 


29 
 
edə bilərik. Səni başqası ilə səhv salmışıq. Heç demə, 
həmin adam sən deyilmişsən. 
        İkram sevindi, lakin sevinci uzun çəkmədi. 
         –Gəl ki, artıq gecdir. İş elə gətirib ki, səhvən də 
olsa  sən  bir  gecə  sanitarların  barakında  yatmısan. 
Özün  neçə  illərin  dustağısan.  Yəqin  ki,  qayda  qa-
nunlardan  xəbərin  var.  İndi  hansı  məhkum  –  mujik 
razı olar ki, sən gedib onlarla yanaşı çarpayıda yata-
san?.. 
          Düzü İkram heç bu yerini düşünməmişdi. Düş-
düyü  acınacaqlı  vəziyyətdən  ürəyi  göynədi,  nə  de-
yəcəyini bilmədi. 
          –Gəl  belə  edək,  –  Məhyəddin  sözünə  davam 
etdi, – olan olub, keçən keçib. Sən yenə orda, sanitar-
ların  barakında  qalmaq  məcburiyyətindəsən.  Sənə 
ancaq bir köməyim, yaxşılığım keçər ki, onların baş-
çılığını,  ixtiyarını sənə verim. Necə lazımdır sanitar-
ları  idarə  edərsən,  işlədərsən,  sözünə  baxmayanı  da 
döyərsən. Olarsan əsl briqadir. İndi özün fikirləş, elə-
belə sanitar qalmağın  yaxşıdır, yoxsa briqadir olma-
ğın? 
          Nitqi  qurumuş  İkramın  razılaşmaqdan  başqa 
yolu qalmamışdı. Nə etsin? Məhyəddinə təşəkkür et-
sin, yoxsa üzünə tüpürsün?.. 
          Sonralar  qulağına  dəyən  söhbətlərdən  Məh-
yəddinin yalan danışmasına şübhələri artmışdı. Çox 
güman ki, onu əvvəlcə narkotika ilə hallandırıb, son-


30 
 
ra  da  Məhyəddinin  əli  ilə  üzdəniraq  edilməsi  yerli-
lərindən  olan  düşmənlərinin  sifarişiydi.  Təki  Məh-
yəddinin  “hörmətini”  et,  belə  məsələlər  onun  üçün 
heç nə idi... Çöldən ona sifariş verilərkən yeni gələn 
məhkumla  sanitar  vasitəsilə  məzələnmək  sevimli 
məşğuliyyətindən biri sayılırdı. Daha çox Andrey ça-
ğırılan  sanitarı  öyrədib  toplantı  zamanı  həmin  məh-
kumla əllə görüşdürər, ya da qucaqladıb öpdürərdi. 
Sonra: “Sən də oldun sanitar”,  – deyib şaqqanaq çə-
kib gülərdi...  
          O,  bir  axşam  bir  sanitarı  onu  tanımayan  yeni 
məhkumla  bir  kameraya  saldırar.  Səhəri  günü  öyrə-
dilmiş sanitar ağzından söz yayar ki, guya gecəni bir 
yerdə  yatıblar.  Sanitarlara  qatıldığını  anlayan  yeni 
məhkum  danışılan  sözün  yalan  olduğunu  sübut  et-
mək  üçün  and-aman  edər,  yalvarar  ki,  onu  üzdən-
iraqlara aid etməsinlər. Səylərinin faydasız olduğunu 
görüncə istehsalat yerindəki sexlərdən birinin damı-
na çıxıb, əgər ona inanmasalar özünü yerə atacağını 
bildirər.  Yenə  də  sözünə  əhəmiyyət  verilmədiyini 
görəndə dediyi kimi özünü damdan yerə atar və hər 
iki  qıçı  sınar.  Bu  səhnədən  təsirlənən  sanitar  daha 
dözməyib  yalan  danışdığını  boynuna  alar.  Üzdən-
iraq  olmaması,  təmizliyi  təsdiqlənən  məhkum  isə 
qıçları sınsa da sevincindən ağlayar... 
                                            *  *  *        


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə