Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
  1   2   3   4   5   6   7   8   9   10
    Bu səhifədəki naviqasiya:
  • Ikinci


 

 

 





ﻢﯿﺣﺮﻟا ﻦﻤﺣﺮﻟا ﷲا ﻢﺴﺑ

 

Həccin vacib olması: 

Həcc  İslamın  beş  əsasından  biridir.  Onun  həddi-büluğa  çatanlara 

vacib  olmasını  Quran,  sünnə  və  müsəlman  alimləri  yekdilliklə 

təsdiq edirlər. 

Allah  təalə  buyurur:  "Onun  yoluna  gücü  çatan  hər  bir  kəsin  həccə 

gedib  o  evi  ziyarət  etməsi  insanların  Allah  qarşısında  borcudur. 

Kim  bunu  inkar  edərsə.  Əlbəttə,  Allah  aləmlərə  möhtac  deyildir".  

(3: 97) 


Peyğəmbər  (s.a.s)  buyurub:  "İslam  beş  əsas  üzərində  qurulub:  ..." 

bunlardan biri də həcdir (Buxari və Müslim rəvayət etmişlər). 

Həmçinin  başqa  hədisdə  Peyğəmbər  (s.a.s)  buyurur:  "Ey  insanlar 

Allah  sizə  həcc  etməyi vacib etmişdir. Siz də həcc edin..." (Müslim 

rəvayət  etmişdir).  İslam  ümməti  imkanlı  adama,  ömüründə  bir dəfə 

də olsa, həccin vacib olmasında ittifaq etmişdir. 



 

Həccin vacib olmasının şərtləri: 

1.  Müsəlman  olmaq.  (ət-Tövbə:  28).  Çünki  müşrik  və  kafirlərin 

həcci batil sayılır. 

2.  Ağıllı  olmaq.  Dəli  insana  ağlı  başına  gələnə  qədər  nəinki  həcc, 

həmçinin  digər  ibadətlər  də  vacib  deyil.  Peyğəmbər  (s.a.s) 

buyurub:  "Üç  adamın  üzərindən  (yəni,  əməl  dəftərindən  –  tər.) 

qələm  qaldırılmışdır:  dəli  adam  ağıllanana  qədər,  yatan 

oyanana  qədər,  uşaq  həddi-büluğa  (yetkinlik  yaşına)  çatana 

qədər"  (Əbu  Davud,  Tirmizi,  Nəsai  və  Ibn  Macə  rəvayət 

ediblər, Albani hədisin etibarlı olduğunu bildirib). 

3.  Həddi-büluğa  çatmaq.  Həcc,  həddi-büluğa  çatmayan  uşağa 

vacib  deyil.  Həcc  edən  uşağın  həcci  doğru  olsa  da  o,  həddi-

büluğa  çatandan  sonra  İslamın  əsaslarından  olan  həcci  yerinə 

yetirməlidir. 

4.  Azad  olmaq.  Kölələrə  həcc  etmək  vacib  deyil.  Onlar  köləlik 

vaxtı  etdikləri  həcc  doörudur.  Lakin  azadlığa  çıxdıqdan  sonra 

İslamın əsaslarından olan həcci etməlidir. 

5.  Imkanlı  olmaq. Həcc imkanı olan adama vacibdir. Bu, Quranda 

açıq-aydın,  sünnədə  isə  dəlillər  ilə  varid  olmuşdur.  Müsəlman 



 

 

 



alimləri  bu  məsələdə  yekdil  fikir  söyləmişlər.  Imkanı  olmayan 

adamın həcci doğru sayılır. 

Qadınlara  məxsus  əlavə  bir  şərt  vardır  ki,  bu  da  onun  yanında 

məhrəminin  olmasıdır.  Necə  ki,  Peyğəmbər  (s.a.s)  bir  hədisdə 

buyurub:  "Bir  kişi  ilə  qadın  məhrəm  olmayan  yerdə  tənha 

qalmasın,  bir  qadın  da  məhrəmsiz  səfərə  çıxmasın"  bir  nəfər  ayağa 

qalaraq:  Ey  Rəsuləllah!  Mənim  zövcəm  həccə  yola  düşüb.  Mən  isə 

bəzi  döyüşlərə  yazılmışam.  Peyğəmbər  (s.a.s)  buyurdu:  "Get, 

zövcənlə həcc et!" (Buxari rəvayət edib). 

 

Yuxarıda  sadalanan  şərtlərə  cavab  verən  adama  həmin 



vaxtdan  həcc  etmək  vacib  olur. Bu halda onu təxirə salmaq olmaz. 

Ibn  Abbas  t  hədisdə  deyir  ki,  Peyğəmbər  (s.a.s) buyurub: "Həccə 

tələsin,  çünki  sizlərdən  heç  kəs  başına  gələcəkləri  bilmir"  (Əhməd, 

Əbu Davud, İbn Macə və s. rəvayət ediblər. Albani hədisin etibarlı 

olduğunu  bildirib).  Peyğəmbərin  (s.a.s)  bu  cür  əmr  etməsi  həccin 

vacibliyinə  sübutdur.  Demək  həccin  şərtlərinə  cavab  verən  adama 

həcc  etmək  vacibdir.  Əgər  həcc  etməyə  qadirdirsə  bunu  özü  icra 

etməli,  yox  əgər  qadir  deyilsə,  onda  aşağıdakı  iki  haldan  birini 

etməlidir: 

Birinci:  Əgər  xəstəliyinin  sağalacağına  ümid  bəsləyirsə 

həcci  gecikdirə  bilər.  Əgər  həmin  müddətdə  vəfat  edərsə,  bunu 

onun əvəzinə varisləri yerinə yetirməlidirlər. 

Ikinci:  Əgər  qarşısındakı  maneə  daimidirsə,  öz  əvəzinə 

həcc etdirməlidir. 



 

Başqasının əvəzinə həcc etmək! 

Üzərində  həcc  şərtləri  tamamlanan,  lakin  həcc  etməyə 

qüvvəsi  olmayan  adam,  öz  əvəzinə  başqasına  həcc  etdirməlidir. 

Bu,  hədislərdə  varid  olmuşdur.  Həmçinin  başqasının  əvəzinə  həcc 

edən  adam  əvvəlcədən  öz  həccini  yerinə  yetirmiş  olmalıdır.  Necə 

ki,  Peyğəmbər  (s.a.s)  bir  nəfərin:  "Ləbbeykə  an  Şubrumə"  -

dediyini  eşidərək  buyurur:  "Şubrumə  kimdir?"  Həmin  şəxs: 

"qardaşım  və  ya  qohumumdur"  -  deyə  cavab  verir.  Peyğəmbər 

(s.a.s)  buyurur:  "sən  öz  yerinə  həcc  etmisənmi?"  O  dedi:  xeyr. 

Peyğəmbər  (s.a.s)  buyurur:  "Əvvəlcə  öz  yerinə,  sonra  isə 




 

 

 



Şubrumənin  əvəzinə  həcc  et!"  (Əbu  Davud,  Ibn  Macə,  Əhməd 

rəvayət edib. Albani hədisin etibarlı olduğunu bildirib). 

 

Həcc və Ümrənin fəziləti! 

1.  Peyğəmbər  (s.a.s)  buyurub:  "Kim  bu  evi  (Kəbəni)  heç  bir 

günah  etmədən  həcc  edərsə  anadan  doğulduğu  kimi  olar" 

(Buxari  və  Müslim).  Başqa  bir  rəvayətdə  isə  buyurulur:  "Kim 

bu  evi  (Kəbəni)  heç  bir  günah  etmədən  ziyarət  edərsə  anadan 

doğulduğu kimi olar" (Müslim). 

2.  "Ümrədən  ümrəyə  günahlar  bağışlanır,  günah  işləmədən  yerinə 

yetirilən  həccin  isə  cənnətdən  başqa  savabı  yoxdur!"  (Buxari). 

Günah  işləmədən  yerinə  yetirilən  həcc:  riyakarlıq  etmədən,  heç 

kəsə  əziyyət  vermədən,  şan-şöhrət  xatirinə  olmayan,  bütün 

əhkamları  layiqincə  icra  edilən  bir  həcdir.  Həccin  qəbul 

olmasının  əlamətlərindən  biri  də,  insanın  həcdən  öncə  etdiyi 

günahlara qayıtmaması və daha əməlisaleh olmasıdır. 

3.  Peyğəmbər  (s.a.s)  Amr  İbn  əl-Asa  buyurub:  "Məgər  İslamın 

özündən öncə olanları, hicrətin özündən öncə olanları, eləcə də 

həccin 


özündən  öncə  olanları  silməsini  bilmirsənmi?" 

(Müslim). 

4.  Peyğəmbərdən  (s.a.s):  Hansı  əməl  daha  əfzəldir?  –  deyə 

soruşulduqda  o,  buyurdu:  "Allaha  və  Rəsuluna  olan  iman". 

Əshabələr  dedilər:  sonra  hansı?  Peyğəmbər  (s.a.s)  buyurdu: 

"Allah  yolunda  cihad".  Onlar  soruşdular:  sonra  hansı?  O, 

buyurdu: "Günah işləmədən yerinə yetirilən həcc". (Buxari). 

5.  Peyğəmbər  (s.a.s)  buyurub:  "Həcc  və  ümrəni  davamlı  edin! 

Çünki  onlar  kasıblığı  və  günahları,  od  dəmirin,  qızılın  və 

gümüşün  pasını  apardığı  kimi  aparırlar.  Günah  işləmədən 

yerinə  yetirilən  həccin  cənnətdən  başqa  savabı  yoxdur"  (Nəsai, 

Tirmizi,  İbn  Macə  və  Əhməd  rəvayət  ediblər.  Albani  hədisin 

etibarlı olduğunu bildirib). 

6.  Aişə  t Peyğəmbərdən (s.a.s) soruşdu: Ya Rəsuləllah! Qadınlar 

üçün  cihad  varmı?  Peyğəmbər  r  buyurdu:  "Bəli,  onlar  üçün 

döyüşsüz  cihad:  Həcc  və  Ümrə  -  vardır" (Əhməd  və İbn  Macə 

rəvayət ediblər. Albani hədisin etibarlı olduğunu bildirib). 



Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə