Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
1   2   3   4   5   6   7   8   9   10

 

 

 



12 

yaxınlaşdıqda  isə  ehram  paltarını  geyinməli  və  niyyətlərini 

deməlidirlər.  Onu  təyyarəyə  minmədən  öncə  də  geyinmək  olar. 

Lakin  niyyət  miqata  çatanda  və  ya  yaxınlaşanda  deyilməlidir. 

Çünki  Peyğəmbər  (s.a.s)  yalnız  miqatdan  keçərkən  niyyət  edib. 

Yaşayış  yerləri  bu  miqatlardan  sonra  olanlar  evlərindən  niyyət 

edirlər.  Məkkə  əhli  isə  evlərindən  ümrəyə  deyil,  yalnız  həccə 

niyyət  edirlər.  Miqatı  ehrama  girmədən  keçənlər  ya  yenidən 

miqata  qayıdıb  ehrama  girməli  yaxud  da  qoyun  kəsməlidirlər.  Bu 

miqatlardan  həcc  və  ümrə  niyyəti  ilə  keçməyənlərə  ehram  vacib 

deyil. 

Həcc və ya ümrə edənin miqatda yerinə yetirəcək əməlləri! 

Ümrə  və  ya  həcc  edən  miqata  yetişdikdə  aşağıdakılara  riayət 

etməlidir: 

1.  Dırnaqları  tutmaq,  bığları  qısaltmaq,  qoltuqaltı  və  övrət 

yerlərini qırxmaq müstəhəbdir. 

2.  Bütün  paltarları  çıxartmalı  və  yalnız  bundan  sonra  ehram 

paltarını geyinməlidir. Həmçinin qüsl alması bəyənilir. 

3.  Başına  və  ya  saqqalına  ətir 

sürtə 

bilər. 


Ehrama 

girdikdən  sonra  qalan  ətir 

iyinin 

heç 


bir 

zərəri 


yoxdur.  Lakin  geyindiyi 

ehram  paltarına  isə  ətir 

sürtməsin. 

4.  Kişilər  iki  hissədən  ibarət 

xüsusi 

paltar 


"Ehram 

paltarı" 

geyinməlidirlər. 

Paltarın 

ağ 

olması 


bəyənilir. 

Həmçinin 

ayaqqabı  da  geyinilə  bilər 

(bax!  şəkil:  2).  Qadınlar 

isə 

kişilərə  oxşamamaq 



şərti  ilə  istədikləri  paltarı 

geyinə bilərlər. 

5.  Fərz  namazından  sonra 

ehrama 


girmək 

daha 



 

 

 



13 

yaxşıdır.  Lakin  başqa  vaxtlarda  ehrama  girərsə  onda  iki  rükət 

dəstəmaz  namazı  niyyəti  ilə  namaz  qılsın.  Bunu  etmək 

müstəhəbdir. 

6.  Bunlardan  sonra  icra  etmək  istədiyi  ibadətə  niyyət  edir.  Əgər 

ümrə  etmək  istəyirsə,  deyir:  "Ləbbeykə  umratən"  və  ya 

"Allahummə  ləbbeykə  umratən",  əgər  ifrad  (İfrad,  Qiran  və 

Təməttu  -  həccin  növləridir.  Onlar  haqda  irəlidə  ətraflı 

məlumat  veriləcək.)  həcci  etmək  istəyirsə  onda  "Ləbbeykə 

həccən"  yaxud  "Allahummə  ləbbeykə  həccən"  deyir.  Əgər 

qiran  həcci  etmək  istəyirsə  niyyəti  belə  deyir:  "Ləbbeykə 

umrətən  və  həccən"  yaxud  "Allahummə  ləbbeykə  umrətən  və 

həccən".  Əgər  başqasının  yerinə  həcc  və  ya  ümrə  edirsə  onda 

onun  adından  niyyət  edib  belə  desin:  "Ləbbeykə  an  ...  (adını 

çəkir)". Yaxşı olar ki, niyyət miniyin üzərində olarkən deyilsin. 

Çünki  Peyğəmbər  (s.a.s)  belə  edərdi.  Həmçinin  niyyətdən 

sonra  təlbiyə  duasını  yəni,  "Ləbbeykə  Allahummə  Ləbbeyk, 

Ləbbeykə  lə  şərikə  ləkə  ləbbeyk.  Innəl  həmdə  vən  nimətə  ləkə 

vəl  mulk.  Lə  şərikə  lək."  (Buxari  və  Müslim)  demək  lazımdır. 

Həcc  və  ya  ümrə  edən  yolda  qalacağından  qorxarsa  bu  duanı 

edə  bilər.  "Fə  in  həbəsəni  habisun  fəməhilli  heysu  həbəstəni" 

(Buxari  və  Müslim).  Üşaqlarla  həcc  və  ya  ümrə  etmək 

istəyənlər  aşağıdakıları  yerinə  yetirməlidirlər:  Ağlı  kəsən 

uşaqlar  ehram  niyyətini  valideyinlərinin  icazəsi  ilə  etməlidirlər. 

Ehrama 

girdikdə 



onların 

görəcəkləri 

işlər 

böyüklərin 



əməllərinə  uyğun  olmalıdır.  Əgər  uşaqlar  ağlıkəsən  deyillərsə 

onda  ata-anaları  onların  əvəzinə  niyyət  edirlər.  Böyüklərə 

qadağan  edilən  əməllər  onlara  da  aiddir.  Təvaf  etdikdə  uşağın 

bədəni  və  paltarları  təmiz  olmalıdır.  Ağlıkəsən  uşaqlar  isə  təvaf 

zamanı təharətli olmalıdırlar. 

 

Həccin üç növünün vəsfi! 

Bildiyimiz kimi həccin üç növü var. 

1.  Təməttu həcci. 

2.  Qiran həcci. 

3.  Ifrad həcci. 



 

 

 



14 

Həcc  aylarında  yəni,  Şəvval,  Zil-qədə  və  Zil-hiccənin  ilk  on 

günündə,  miqata  həmin  ildə  həcc  etmək  niyyəti  ilə  gələn  adam  bu 

üç növdən birini seçə bilər. 

1.  Təməttu  həcci.  Bu  həcci  etmək  istəyən  adam,  miqatda  niyyət 

edərkən  yalnız  ümrəyə  niyyət  etməlidir.  Niyyəti  belə  deyir: 

"Ləbbeykə  umrətən".  Sonra  Məkkəyə  çatana  qədər  təlbiyəni 

"Ləbbeykə  Allahummə  Ləbbeyk,  Ləbbeykə  lə  şərikə  ləkə 

ləbbeyk.  Innəl  həmdə  vən-nimətə  ləkə  vəl-mulk.  Lə  şərikə 

lək." təkrarlayır. Məkkəyə çatandan sonra Kəbə ətrafında təvaf 

edərək  Səfa  və  Mərva  arasında  səy  edir.  Bundan  sonra  saçını 

qısalda  və  ya  qırxa  bilər.  Yalnız  belə  etdikdə  ehramda  ona 

qadağan  olanların  icrasına  icazə  verilir.  Zilhiccə  ayının 

səkkizində  (yəni,  tərviyə  günü  –  tər.)  olduğu  yerdən  yeni 

ehrama  girir.  Bu  dəfə  isə  həccə  niyyət  edərək  onun  icrasına 

başlayır.  Təməttu  həcci,  özü  ilə  qurban  aparmayanlar  üçün  ən 

yaxşı həcdir. 



2.  Qiran həcci. Bu həcci etmək istəyən adam həcc aylarında həcc 

və  ümrəyə  birlikdə  niyyət  edərək  deyir:  "Ləbbeykə  umratən  və 

həccən".  Yaxud  da  miqatda  olarkən  ümrəyə  niyyətlənərək 

yolda  həcci  də  niyyətinə  daxil  edir.  Bunu  təvafa  başlamadan 

öncə  mütləq  etməlidir.  Məkkəyə  çatanda  Təvaful-qudum  yəni, 

ilk  təvafı  yerinə  yetirir.  Bundan  sonra  həcc  səyini  (Səfa  və 

Mərva  arasında)  edir.  Həcc  səyini  Ifada  təvafından  sonra  da 

icra  etmək  olar.  Qiran  həccini  edən  saçını  qısaltmır  və 

ehramını  əynindən  çıxartmır.  Bayram  günü  təhəlluldan  (İzahı 

irəlidə veriləcək.) sonra ehramı çıxardır. 



3.  Ifrad  həcci.  Bu  həcci  etmək  istəyən  adam  miqatda  yalnız 

həccə niyyət edir və deyir: "Ləbbeykə həccən". 

Ifrad  həccinin  əməlləri  ilə  Qarin  həccinin  əməlləri  eynidir. 

Fərq  yalnız  qarin  həcci  edənin  qurban  kəsməsindədir.  Ifrad  həcci 

edən  isə  qurban  kəsmir.  Qiran  və  ya  İfrad  həcci  edən  adam  yaxşı 

olar  ki,  təvafı  və  səyi  edəndən  sonra  saçını  kəsərək yaxud  qırxaraq 

ehramdan  çıxsın.  Bu  zaman  etdiyi  təvaf  və  səy  onun  üçün  ümrə 

sayılacaq.  Sonra  səkkizinci  gün  yenidən  həccə  niyyət  edir  və 

beləliklə həccini Ifrad və ya Qirandan Təməttuya çevirmiş olur. 



Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə