Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
1   2   3   4   5   6   7   8   9   10

 

 

 



18 

5.  Ehramda  olan  öz  paltarını  çirkdən  və  s.  təmizləmək  üçün  yuya 

bilər.  Həmçinin  ehram  paltarını  da  başqa  icazəli  paltar  ilə 

dəyişə bilər. 

6.  Gözə tibbi yaxud günəş eynəyi taxmaq olar. 

7.  Qola saat taxmaq və həmçinin saatı boyundan asmaq olar. 

8.  Ehramda  olan  adam  ehticam  edə  yəni,  qan  aldıra  bilər.  Çünki 

Peyğəmbər (s.a.s) "Ehramda olarkən ehticam edib" (Buxari). 

9.  Sərinlənmək  üçün  çətirlərdən,  kölgəli  yerlərdən,  maşının 

damından,  çadırdan,  ağacdan  və  sairələrdən  başa  birləşməmək 

şərti ilə istifadə etmək olar. 

10. Ehram  paltarını  düyünləmək  yaxud  sancaq  ilə  bağlamaq  olar. 

Bu haqda bunu yasaqlayan bir dəlil yoxdur. 

11. Qadın  niqab  və  əlcəkdən  başqa  istədiyi  tikili  paltarı  geyinə 

bilər.  Lazım  olduqda  baş  örtüyünü  də  üzünə  çəkə  bilər.  Yad 

kişilərin  yanında  baş  örtüyünü  üzünə  çəkməsi  daha  yaxşıdır. 

Həmçinin qadınlar xüff də geyinə bilərlər. 

12. Həmçinin bel kəmərlərindən də istifadə etmək olar. 

13. Ehramın  cırılmış  yerlərini  də  tikmək  olar.  Bu,  tikili  paltar 

geyinməkdən  fərqlidir.  Yasaq  olunan  tikili  paltar  bədənin 

formasında tikilmiş paltarlardır. 

 

Həccin rüknləri və vacibləri! 

A.  Həccin rüknləri dörddür: 

1.  Ehram:  həccə  girməyi  niyyət  etməkdir.  Bu  niyyəti  tərk  edən 

adamın  həcci  yoxdur.  Peyğəmbər  (s.a.s)  buyurub:  "Əməllər 

niyyətlərə  görədir.  Hər  kəsə  onun  niyyət  etdiyi  qalır"  (Buxari 

və Müslim). 

2.  Ərəfada  dayanmaq.  Peyğəmbər  (s.a.s)  buyurub:  "Ərafa 

Həccdəndir" (Müslim). 

3.  Ifada  təvafı.  Allah  təalə  buyurur:  "...qədim  evi  (Kəbəni)  təvaf 

etsinlər!" (əl-Həcc: 29). 

4.  Səfa  və  Mərva  arasında  səy etmək. Peyğəmbər (s.a.s) buyurub: 

"Səy  edin!  Allah  sizə  səy  etməyi  vacib  edib"  (Albani  hədisin 

etibarlı olduğunu qeyd edib). 

 

 



 

 

 



19 

B.  Həccin vacibləri. 

1.  Miqatdan  çıxarkən  ehram  paltarını  geyinmək.  Peyğəmbər 

(s.a.s)  buyurub:  "...  bu  miqatlar  həmin  yerlərdə  yaşayanlar, 

həmçinin oradan həcc və ümrə niyyəti ilə keçənlər üçündür....". 

2.  Gündüz  vaxtı  ərəfaya  gələnlərin  gün  batana  qədər  Ərəfada 

dayanmaları.  Çünki  Peyğəmbər  (s.a.s)  gün  batana  qədər 

Ərəfada dayanıb (Müslim). 

3.  Müzdəlifədə  gecələmək.  Peyğəmbər  (s.a.s)  müzdəlifədə 

gecələyib  və  zəiflərə  və  qocalara  gecəyarısı  Müzdəlifədən 

çıxmağa icazə verib. 

4.  Təşriq  günləri  (Zül-hiccə  ayının  11,  12  və  13)  Minada 

gecələmək.  Peyğəmbər  (s.a.s)  bu  günləri  Minada  gecələyib. 

Lakin  İbn  Abbasa  t  və  dəvə  otaran  çobanlara  Təşriq  günləri 

Minada  gecələməməyə  də  icazə  vermişdir.  (Buxari  və 

Müslim).  Peyğəmbərin  (s.a.s)  belə  etməsi,  bu  günlər  Minada 

gecələməyin rükn deyil, vacib olmasına dəlildir. 

5.  Cəməratları  (şeytana  daş  atmağı)  tərtiblə  etmək.  Cəmrətul-

əqəbəni  bayram  günü,  digər  üç  cəməratı  isə  Təşriq  günlərində 

tərtiblə  etmək  lazımdır.  Çünki  Peyğəmbər  (s.a.s)  ilk  olaraq 

Cəmrətul-əqəbə  ilə  başlamış,  digər  cəməratları  isə  Təşriq 

günləri  etmişdir.  Bu  haqda  Allah təalə buyurur: "Sayı bəlli olan 

günlərdə  Allahı  yada  salın.  Tələsərək  iki  gündə  (zül-hiccənin 

on  birinci  və  on  ikinci  günlərində  Minadan Məkkəyə) qayıdana 

heç  bir  günah  gəlməz.  Eləcə  də  yubanana (zül-hiccənin  on  üçü 

Minada qalana) heç bir günah tutulmaz. Bu müttəqilərə aiddir." 

(əl-Bəqərə: 203). 

6.  Saçı  qırxmaq  və  ya  qısaltmaq.  Peyğəmbər  (s.a.s)  belə  etməyi 

əmr  etmiş  və  buyurmuşdur:  "...Saçını  kəssin  və  ehramdan 

çıxsın."  (Buxari  və  Müslim).  Həmçinin  Peyğəmbər  (s.a.s) 

saçlarını  qırxanlar  üçün  üç  dəfə,  qısaldanlar  üçün  isə  bir  dəfə 

dua etmişdir (Buxari və Müslim). 

7.  Vida  təvafı.  Peyğəmbər  (s.a.s)  vida  təvafını  etməyi  əmr  etmiş 

və  buyurmuşdur:  "Sizlərdən  birinizin  edəcəyi  son  əməl  Kəbəni 

təvaf etmək olsun. Həmin şəxs bunu etmədən oradan çıxmasın" 

(Müslim).  Həmçinin  Ibn  Abbas  t  demişdir:  "Insanlara 



 

 

 



20 

sonuncu  olaraq  Kəbəni  təvaf  etmək  əmr  olunmuşdur.  Yalnız 

heyzli qadınlar müstəsnadır" (Buxari və Müslim). 

***Həccin  rüknlərindən  birini  tərk  edənin  həcci  batildir. 

Həccin  vaciblərindən  birini  tərk  edən  bir  qoyun  kəsməlidir.  Həccin 

sünnələrindən  birini  tərk  edən  heç  bir  kəffarə  ödəmir.  Vacibi  tərk 

edənin  heyvan  kəsməsinə  dəlil  Ibn  Abbasın  t  bu  sözüdür:  "Kim 

həccindən  bir  şeyi  etməyi  unudarsa  yaxud  tərk  edərsə  heyvan 

kəssin"  (Malik,  Darəqutni  və  Beyhəqi  rəvayət  ediblər.  Albani  bu 

rəvayətin məvquf olduğunu bildirib). 



 

Ümrənin rüknləri və vaciblərı! 

Ümrənin üç rüknü var. 

1.  Ehram: Ümrəyə daxil olmağı niyyət etmək. 

2.  Təvaf etmək. 

3.  Səy etmək.  

Ümrənin vacibləri ikidir: 

1.  Miqatdan çıxarkən niyyət etmək. 

2.  Saçı  qırxmaq  və  ya  qısaltmaq.  Peyğəmbər  (s.a.s)  buyurub: 

"Saçını kəssin və ehramdan çıxsın" (Buxari və Müslim). 

***Ümrənin  rüknlərindən  birini  tərk  edənin  ümrəsi  batildir. 

Vacibi  tərk  edən  isə  heyvan  kəsməlidir.  Saçını  qırxmamış  və  ya 

qısaltmamış  cinsi  əlaqədə  olan  qoyun  kəsməlidir.  Belə  edən 

adamın  ümrəsi  doğrudur.  Bu,  Ibn  Abbasın  t fətvasıdır (Albani bu 

məvquf rəvayətin səhih olduğunu qeyd edib). 

Ümrə  təvafını  etmədən  öncə  cinsi  əlaqədə  olan  şəxsin  ümrəsi 

batildir.  Bu  barədə  ixtilaf  yoxdur.  Həmçinin  təvafla  səyin  arasında 

cinsi  əlaqədə  olan  şəxsin  ümrəsi  də  batildir.  Bu  əksər  alimlərin 

fikridir.  Hər  iki  halda  o  ümrəsini  davam  edərək  qurban  kəsir  və 

onu qəza edir. 

 

Məkkəyə daxil olmağın vəsfi! 

Həcc  və  ya  ümrə  edən  Məkkəyə  çatdıqda  aşağdakıları  etməsi 

müstəhəbdir: 

1.  Təvafdan  oncə  təmizlənmək  və  gümrah  olmaq  niyyəti  ilə 

münasib yerdə istirahət etmək. 



Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə