Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
1   2   3   4   5   6   7   8   9   10

 

 

 



21 

2.  Imkan  olduqda  çimmək.  Çünki  Ibn  Ömər  t  Məkkəyə  daxil 

olmadan  öncə  Zi-tuva  deyilən  yerdə  gecələyər,  təmizlənər  və 

sonra  Məkkəyə  daxil  olardı.  O  bunu  Peyğəmbərin  (s.a.s)  də 

belə etdiyini deyərdi. 

3.  Məkkəyə onun yüksək yerlərindən daxil olmaq. 

4.  Həram  məscidinə  daxil  olduqda  sağ  ayağı  ilə  daxil  olur  və  bu 

duanı  deyir:  "Əuzu  billəhil  əzim,  və  bi  vəchihil  kərim,  və 

sultanihil  qədim,  minəş  şeytanir  rəcim.  Bismilləh  vəs-salatu 

vəs-səlamu  alə  rasulilləh,  Allahummə  iftəh  li  əbvabə  rəhmətik" 

(Müslim).  Məsciddən  çıxdıqda  isə  bu  duanı  deyir:  "Bismilləh 

vəs-salatu  vəs-səlamu  alə  rasulilləh,  Allahummə  inni  əsəlukə 

min  fadlikə,  Allahummə  asimni  minəş  şeytanir  rəcim" 

(Müslim).  Bu  duaları  nəinki  Haram  məscidinə,  həmçinin  bütün 

məscidlərə  girərkən  oxumaq  olar.  Məscidə  girərkən  bu  duaları 

oxumayana bir günah yoxdur. 

5.  Məscidə  girmədən  öncə  çimməyə  imkanı  olmayan  adam 

məscidə girərkən dəstəmazlı olmalıdır. 

6.  Haram  məscidinə  daxil  olan  şəxsin  etdiyi  təvaf  onun  Təhiyyət 

(Məscid haqqı) namazını əvəz edir. Əgər təvaf etmirsə onda iki 

rükət namaz qılmalı sonra oturmalıdır. 

7.  Təvafda  və  ya  səydə  üzürlü  səbəblərə  məsələn,  xəstəlik  və 

sairəyə görə minik minmək olar. 

 

Kəbəni təvaf etmək! 

Ümrə  və  ya  həcc  edən 

Kəbəyə 

yaxınlaşarkən 



aşağıdakıları etməlidir: 

1.  Təlbiyəni: 



"Ləbbeykə 

Allahummə 

Ləbbeyk, 

Ləbbeykə 

lə 

şərikə  ləkə 

ləbbeyk.  Innəl  həmdə  vən-

nimətə  ləkə  vəl  mulk.  Lə 

şərikə  lək."  -    dayandırır  və 

təvaf  etməyə  başlayır.  Təvafı 

qara  daşdan  başlayır.  Ilkin 

olaraq 


üzünü  qara  daşa 


 

 

 



22 

tutaraq  əli  ilə  ona  işarə  edir  və  "Allahu  Əkbər"  yaxud 

"Bismilləh  val-lahu  əkbər"  deyir.  Insanlara  əziyyət  verməmək 

şərti ilə qara daşı öpmək yaxşıdır. 

2.  Sonra Kəbəni  sol  tərəfində  tutaraq  onun ətrafında dövrə vurur. 

Təvafın  əvvəlində  bu  duanı  demək  yaxşıdır:  "Allahummə 

iymənən  bikə  və  təsdiqən  bi  kitəbikə  və  vafəən  bi  əhdikə  və 

ittibaən  lisunnəti  nəbiyyikə  Muhəmməd  (s.a.s)"  (Beyhəqi  və 

Əbdürrəzzaq). 

3.  Təvafın  ilk  üç  dövrəsini  iti  yerişlə  yeriyir.  Qalan  dörd  dövrəni 

isə  adi  yerişlə  yeriyir.  O,  təvafını  qara  daşdan başlayıb  onda  da 

bitirir. 

4.  Kişilər  birinci  təvafda  ehram  paltarının  üst  parçasını 

qoltuqlarının  altından  keçirərək  sağ  çiyinlərini  açıq  tuturlar. 

Onların sol çiyinləri isə örtülü olur (bax! şəkil: 3). 

5.  Rüknul-yəməniyə  yetişdikdə  onu  öpməyərək sağ  əli ilə toxunur 

və  "Bismilləh  vallahu  əkbər"  deyir.  Əgər  əlini  izdiham  səbəbi 

ilə  ona  sürtə  bilməsə  əli  ilə  işarə  etməyir.  Həmçinin  "Bismilləh 

vallahu  əkbər"  deməyir.  Çünki  belə  etmək  Peyğəmbərdən 

(s.a.s)  rəvayət  edilməyib.  Yuxarıda  sadalananlar  təvafın  hər 

dövrəsində tətbiq edilir. 

6.  Rüknul-yəməni  və  qara  daş  arasında  olan  məsafədə  bu  duanı 

demək  müstəhəbdir:  "Rabbənə  ətinə  fid  dünyə  hasənətən  va  fil 

axirəti  həsənətən  va  qinə  azəbən-nər"  ("Bəzləri  isə:  -  Ey 

Rəbbimiz,  bizə  dünyada  da,  axirətdə  də  gözəl  nemətlər  ver, 

bizi cəhənnəm əzabından qoru! – deyirlər" əl-Bəqərə: 201). 




 

 

 



23 

7.  Hər  dəfə  qara  daşa  yetişdikdə  onu  öpür,  əlini  ona  sürtür  və 

"Allahu  əkbər"  deyirsən.  Əgər  onu  öpmək  və  ya  əl  sürtmək 

mümkün  olmazsa,  aralıdan  işarə  edir  və  "Allahu  əkbər" 

deyirsən.  Təvaf  zamanı  çoxlu  zikr,  dua  edir  və  bağışlanma 

diləyirsən.  Həmçinin  təvaf  əsnasında  Quran  oxumaq  olar. 

Lakin  bunları  səssiz  etmək  lazımdır.  Ümumiyyətlə  təvafda 

müəyyən  bir  duanın  oxunması  əsassızdır.  Təvafın  hər 

dövrəsinin  bir  duası  var  deyənlərin,  şəriətdən  heç  bir  dəlili 

yoxdur.  Həmçinin  təvaf  edərkən  Hicri-İsmayılın  içindən 

keçmək olmaz. 

8.  Yeddi  dəfə  dövrə  etdikdən  sonra  ehram  paltarını  çiyinlərinə 

ataraq  düzəldərək  Məqami  Ibrahimə  yaxınlaşır  və  aşağıdakı 

ayəni  oxuyur:  "Vət-təxizu  min  məqami  İbrahimə  musallə" 

("...İbrahimin  durduğu  yeri  özünüzə  namazgah  edin"  əl-

Bəqərə:  125).  Imkan  olsa  Məqami  İbrahimin  arxasında,  əgər 

imkan  olmasa  məscidin  hər  hansı  bir  yerində  iki  rükət  namaz 

qılır.  Yaxşı  olar  ki,  birinci  rükətdə  Fatihədən  sonra  "Kafirun" 

(Qul  yə  əyyuhəl  kafirun...)  surəsini,  ikinci  rükətdə  isə  "Ixlas" 

(Qul huvəllahu əhəd...) surəsini oxusun. 

Namaz  qılmaqla  təvaf  edənlərin  yolunu  kəsərək  onlara  əziyyət 

vermək olmaz. 

9.  Zəm-zəm  quyusundan  su  içmək  və  bu  sudan  başa  tökmək 

müstəhəbdir. 

10. Bundan  sonra  imkan  olarsa  qayıdıb  qara  daşa  əl  sürtmək  də 

müstəhəbdir. 



 

Səfa və Mərva arasında səy etmək! 

1.  Sonra  səy  edilən  yerə  çıxır  və  Səfaya  tərəf  gedir.  Oraya 

çatdıqda  bu  ayəni  oxuyur:  "İnnəs  səfa  vəl  mərvətə  min 

şəairilləh" 

("Həqiqətən 

Səfa 


və 

Mərva 


Allahın 

əlamətlərindəndir ..." əl-Bəqərə: 158). Sonra belə deyir: "əbdəu 

bimə  bədəəllahu  bihi"  (Mən  Allahın  başladığı  ilə  başlayıram) 

(Müslim). 

 

 



Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə