Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
1   2   3   4   5   6   7   8   9   10

 

 

 



24 

 

2.  Sonra  Səfanın  üzərinə  çıxaraq  üzünü  qibləyə  tutur.  Allaha 



həmdi  səna  söyləyib  bu  duanı  oxuyur:  "Allahu  əkbər,  Allahu 

əkbər,  Allahu  əkbər.  Lə  iləhə  illəllah  vəhdəhu  lə  şərikə  ləhu 

ləhul  mulku  və  ləhul  həmdu  yuhyi  və  yumit  və  huvə  alə  kulli 

şeyin  qadir.  Lə  iləhə  illəllah  vəhdəhu  lə  şərikə  ləhu  əncəzə 

vədəhu  və  nəsərə  abdəhu  və  həzəməl  əhzabə  vəhdəhu".  Sonra 

əllərini  qaldıraraq  istədiyi  duanı  edir.  Allahdan  bağışlanma, 

dünya  və  axirətin  xeyrini  istəyir.  Bunu  üç  dəfə  təkrar  edir. 

(bax! şəkil: 5) 

3.  Sonra  Səfadan  enib  qarşısına  yaşıl  xətt  çıxana  qədər  Mərvaya 

tərəf  gedir.  Kişilər  birinci  yaşıl  xəttə  çatandan  sonra  ikinci 

yaşıl  xəttə  qədər  başqalarına  əziyyət  verməmək  şərti  ilə 

bacardığı  sürətdə  qaçırlar.  Ikinci  xətdən  sonra  Mərvaya  qədər 

adi  yerişlə  yeriyirlər.  Mərvaya  çatandan  sonra  onun  üzərinə 

çıxır, üzünü qibləyə tutur və əllərini açaraq Səfada etdiyi duanı 

burada da oxuyur. 

4.  Sonra  Mərvadan  Səfaya  tərəf gedir. Birinci yaşıl xəttə çatarkən 

ikinci  yaşıl  xəttə  qədər  qaçır.  Sonra  Səfaya  qədər  adi  yerişlə 

gəlir.  Sonra  Səfanın  üzərinə  çıxaraq  ilk  dəfə  etdiyi  duanı 

yenidən  təkrarlayır.  Bu  minvalla  yeddi  səy  edir. Səyini  Səfadan 

başlayıb  Mərvada  bitirir.  Səfadan  Mərvaya  tərəf  getmək  bir 

səy,  Mərvadan  da  Səfaya  gəlmək  başqa  bir  səy  sayılır.  Səy 

edən  zaman  istədiyi  duanı  və  zikri  oxuya  bilər.  Həmcinin  İbni 




 

 

 



25 

Məsud  və  Abdullah  ibn  Ömərin  dediyi:  "Rabbiğfir  vərhəm 

innəkə əntəl-əazzul  əkrəm" - duasını söyləyə bilər. Səy edərkən 

dəstəmazlı  olmaq  daha  yaxşıdır.  Lakin  dəstəmazsız  edilən  səy 

də  doğrudur.  Həmçinin  təvafdan  sonra  səy  edərkən  qadın  heyz 

(aybaşı)  olarsa  onun  səyini  davam  edə  bilər. Çünki səydə təmiz 

olmaq şərt deyil, sadəcə olaraq müstəhəbdir. 

5.  Təməttu  həcci  və  ya  ümrə  edən  şəxs  yeddi  səyi  edəndən  sonra 

saçını  qırxır  yaxud  qısaldır.  Qadınlar  isə  saçlarının  ucundan 

bir-iki  s-metr  kəsirlər.  Əgər  həccə  az  qalıbsa  kişilər  saçlarını 

qısaldır  və  həcc  günü  saçlarını  qırxırlar.  Saçın  bütün 

tərəflərindən  eyni  qaydada  qırxmaq  lazımdır.  Qadınlar  isə 

saçlarını yalnız qısaldırlar. 

Deyilənləri  edən  ehramlı  adama,  ehramda  olarkən  qadağan  edilən 

bütün  işləri  etməyə  icazə  verilir.  Lakin  ifrad  yaxud  qiran  həcci 

edənlər,  bayram  günü  birinci  təhəllülə  qədər  ehramlarında  qalırlar. 

Qarin  və  ifrad  həcci  edənlər  etdikləri  təvaf  və  səydən  sonra 

başlarını  qırxaraq  ehramdan  çıxıb  niyyətlərini  təməttu  həccinə 

çevirə  bilərlər  və  bunu  etmək  daha  yaxşı  olar.  Çünki  Peyğəmbər 

(s.a.s)  həcc  edərkən  buyurmuşdur:  "Əgər  mən  özümlə  qurbanlıq 

heyvan  gətirməsəydim,  onu  ümrəyə  çevirərdim.  Sizlərdən 

qurbanlıq  gətirməyənlər  də  belə  etsinlər"  (Buxari  və  Müslim). 

Qadın  ümrəyə  niyyət  edəndən  sonra  təvafa  başlamamış  heyz 

(aybaşı)  olarsa  və  bu  səkkizinci  günə  qədər  davam  edərsə  onda 

olduğu  yerdən  həccə  niyyət  edir.  O,  təvaf  müstəsna  olmaqla  həcc 

edənlərin  etdikləri  bütün  əməlləri  icra  edir.  Təvafı  təmizləndikdən 

və  çimdikdən  sonra  yerinə  yetirir.  Heyzdən  təmizlənəndən  sonra 

bir  təvaf  və  bir  səy  edir.  Bu  onun  üçün  həm  həcc,  həm  də  ümrə 

təvafı və səyi sayılır. 

 

Səkkizinci gün ediləcək həcc əməlləri! 

1.  Tərviyə  (yəni,  zilhiccə  ayının  səkkizinci)  günü  təməttu  həcci 

edənlər  yaxşı  olar  ki,  duha  vaxtı  (zöhr  namazından  əvvəl)  həcc 

ehramına  girsinlər.  Həmçinin  Məkkə  əhli  də  bu  gündə  öz 

evlərindən  ehrama  girir  və  həccə  niyyət  edirlər.  Qiran  və  ifrad 

həcci edənlər isə öz ehramlarında qalırlar. 




 

 

 



26 

2.  Bu  gün  çimmək,  təmizlənmək  və  ətirlənmək  müstəhəbdir. 

Sonra miqatda etdiklərini etməlidir. 

3.  O,  həccə  niyyətlənərək  deyir:  "Ləbbeykə  həccən".  Əgər 

həccini  sona  çatdıra  bilməyəcəyindən  qorxarsa  bu  duanı  etsin: 

"Fəin  həbəsəni  habisun  fəməhilli  heysu  həbəstəni".  Əgər 

başqasının  yerinə  həcc  edirsə  onda  qəlbində  niyyət  edir  və  dili 

ilə  deyir:  "Ləbbeykə  həccən  an  .....  (o  adamın  adını  çəkir)". 

Sonra  təlbiyə  deməkdə  davam  edir:  "Ləbbeykə  Allahummə 

Ləbbeyk,  Ləbbeykə  lə  şərikə  ləkə  ləbbeyk.  Innəl  həmdə  vən-

nimətə  ləkə  vəl  mulk.  Lə  şərikə  lək".    Həmçinin bunu da  əlavə 

edə  bilər:  "Ləbbeykə  iləhəl  haqqi  ləbbeyk"  (Albani  bu 

rəvayətin səhih olduğunu qeyd edib). 

4.  Zöhrdən qabaq Minaya getmək və təlbiyə demək müstəhəbdir. 

5.  Zöhr,  Əsr,  Məğrib,  Işa  və  Fəcr  namazlarını  Minada  qılır. 

Məğrib  və  Fəcr  müstəsna  olmaqla  digər  üç  namazı  qısaldır. 

Bütün namazlar öz vaxtlarında qılınır. 

6.  Ərəfa gecəsi  (doqquzuncu  günün  gecəsi)  Minada  qalmaq daha 

yaxşıdır. Çünki Peyğəmbər (s.a.s) səkkizinci gün Minaya gəlib 

və  həmin  gün  axşam  ertəsi  günə  qədər  Minada  qalıb.  Sonra 

təlbiyə  və  təkbir  edərək  Ərəfata  üz  tutub. Lakin  yalnız təlbiyə 

etmək daha yaxşıdır. 



 

 


Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə