Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
1   2   3   4   5   6   7   8   9   10

 

 

 



27 

 

 

Ərafada dayanmaq! 

1.  Günortadan  əvvəl  Ərəfaya  çatan  hacının  Nəmirə  deyilən  yerdə 

dayanması  müstəhəbdir.  Əgər  imkan  olmasa  dayanmamaq 

olar. 


2.  Gün  əyiləndən  sonra  yaxşı  olar  ki,  xütbə  verilsin  və  həcc 

edənlərə  onların  edəcəkləri  əməllər  izah  edilsin.  Xatib  onlara 

Allahdan  qorxmağı,  bütün  əməllərdə  təqvalı  və  ixlaslı  olmağı 

nəsihət  etməli  və  Allaha  asilik  etməkdən  çəkindirməlidir. 

Onlara  Allahın  kitabından  və  Peyğəmbərin  (s.a.s)  sünnəsindən 

bərk  tutmağı,  bütün  işlərdə  hər  ikisini  öz  aralarında  hakim 

etməyi  tövsiyə  etməlidir.  Xütbədən  sonra  Zöhr  və  Əsr 

namazlarını  zöhrün  ilk  vaxtında  bir  azan  və  iki  iqamə  ilə 

qısaldaraq birgə qılırlar. 

3.  Namazı öz camaatı ilə qılmayan başqa camaata qoşulur. 

4.  Günəş  göyün  ortasından  əyilən  sonra  Ərafada  olmayanlar 

Ərəfaya  gəlməli  və  onun  hüdudları  daxilində  olmalıdırlar.  Dua 

edərkən  Rəhmət  dağını  özü  ilə  qiblə  arasında etmək daha yaxşı 

olar.  Əgər  imkan  olmazsa  onda  üzünü  birbaşa  qibləyə  çevirsin 

(bax! şəkil:7). 

5.  Həcc  edən bu  məqamda  Allahı  zikr və dua etməyə çalışmalıdır. 

Dua 

edərkən 


Peyğəmbərin  (s.a.s) 

etdiyi  kimi  əllərini 

göyə  qaldırmalıdır. 

Peyğəmbər 

(s.a.s) 

zöhr 


namazından 

sonra 


Ərafada 

dayanaraq 

əllərini 

göyə  qaldırar  və 

gün  batana  qədər 

dua 


edərdi. 

Peyğəmbər  (s.a.s)  öz  ümmətinə  bu  gündə  dua  etməyi  tövsiyə 

etmiş  və  buyurmuşdur:  "Ən  xeyirli  dua,  Ərəfa  günü  edilən 

duadır.  Mən  və  məndən  öncəki  Peyğəmbərlərin  (s.a.s) 




 

 

 



28 

dedikləri  ən  xeyirli  dua:  "Lə  iləhə  illəllah  vəhdəhu  lə  şərikə 



ləhu ləhul mulku və ləhul həmdu və huvə alə kulli şeyin qadir" 

(Albani 


hədisin 

həsən 


olduğunu 

bildirib). 

Həmçinin 

Peyğəmbər  (s.a.s)  buyurub:  "Ərəfa  günündən  başqa,  Allahın 

bəndələrinin  çoxusunu  cəhənnəmdən  qurtardığı  bir  gün 

yoxdur.  O  gün  Allah  insanlara  daha  yaxın  olaraq  mələklərə 

buyurar:  Bunlar  nə  istəyirlər?!  -  deyərək  soruşar"  (Müslim). 

Buna  görə  həcc  edən  adam  bu  fürsəti  əldən  verməməli  və  gün 

batana  qədər  çoxlu  zikr,  dua,  təsbih  (sübhənəllah),  təhmid 

(əlhəmdulillah),  təhlil  (lə  iləhə  illəllah)  deməli,  tövbə  və 

istiğfar  etməlidir.  Bu  gündə  oruc  tutmamaq  daha  yaxşıdır. 

Çünki  Peyğəmbər  (s.a.s)  Ummul-Fədlin  verdiyi  bir  qab  südü 

dəvəsinin üzərində içmişdir. 

6.  Gün  batandan  sonra  həcc  edənlər,  bir-birinə  əziyyət  vermədən 

təlbiyə edərək Müzdəlifəyə tərəf yollanırlar. 

7.  Ərəfa gününün vaxtı bayram günü fəcr namazına qədərdir. 

8.  Bayram  günü  fəcr  namazına  qədər  Ərafaya  yetişməyənin  həcci 

batil  sayılır.  Əgər  ehrama  niyyət  edərkən:  "Fə  in  həbəsəni 

həbisun    fəməhilli  heysu  həbəstəni"  -  duasını  deyibsə,  sadəcə 

ehramdan  çıxır  və  onun  üzərinə  heç  bir  şey  vacib  olmur.  Bu 

duanı  deməyib  Ərəfaya  gecikənlər  isə  ümrə  ilə  ehramdan 

çıxırlar.  Onlar  təvaf  və  səy  edib  saçlarını  kəsir  və  ya 

qısaldırlar.  Üzərində  qurbanlıq  olanlar  isə  onu  kəsir  və  gələn  il 

yenidən  həcc  edərək  qurban  kəsirlər.  Bu,  Ömər  Ibn  əl-Xəttab 

tərəfindən  Əbu  Əyyuba  və  Hubbar  Ibn  əl-Əsvədə  y  verilən 

fətvadır. 



 

Müzdəlifədə gecələmək! 

1.  Müzdəlifəyə  çatan  kimi  orada  bir  azan  və  iki  iqamə  ilə Məğrib 

namazını  üç,  Işa  namazını  isə  iki  rükət  cəm  edərək  qılır. 

Izdiham  səbəbi  ilə  Müzdəlifəyə  gecikənlər  namazları  gecənin 

yarısından ötürməməli və olduqları yerdə qılmalıdırlar. 

2.  Həcc  edən,  bu  gecəni  Müzdəlifədə  keçirir.  Bayram  günü  həcc 

əməllərini  layiqincə  yerinə  yetirmək  üçün  gecə  tez  yatmaq 

yaxşıdır. 




 

 

 



29 

3.  Zəif  qadın  və  uşaqlar  gecə  yarısı  Müzdəlifədən  Minaya  gedə 

bilərlər. 

4.  Fəcr  namazının  vaxtı  girəndən  sonra  Məşəril-haramda  dayanır, 

üzünü  qibləyə  tutur  və  əllərini  qaldıraraq  dua,  zikr,  təkbir  və 

təhlil  edir.  Bunu  günəş  saralana  qədər  etmək  yaxşıdır. 

Müzdəlifənin hər hansı yerində dayanıb bu duanı etmək olar. 

5.  Hava  tam  işıqlandıqdan  sonra  günəş  çıxmamış  Müzdəlifədən 

Minaya  gedir.  Müzdəlifədən  yeddi  ədəd  dırnaq  boyda  daş 

toplamaq 

sünnədəndir 

(bax!  şəkil:  8).  Lakin  digər 

üç  günün  daşlarını  isə 

Minadan 


toplamaq 

lazımdır. 

6.  Bu  gündə  Müzdəlifədən 

Minaya 


gedərkən 

çoxli 


təlbiyə edilir. 

 

 

Qurban günü edilən həcc əməlləri! 

Qurban  günü  Minaya  yetişənlər  bu  dörd  əmələ  tərtiblə 

riayət etməlidirlər. 

1.  Daş  atan  yerə  "Cəmərətul-əqəbəyə"  çatanda  təlbiyə  deməyi 

dayandırırlar.  Yaxşı  olar  ki,  sağ  tərəfində  Minanı,  sol  tərəfində 

Məkkəni, 

qarşısında 

isə 


Cəmərətul-əqəbəni 

(yəni, 

böyük  daşatan  yeri)  tutsun 

(bax!  şəkil:  9).  Sonra  ardıcıl 

olaraq  yeddi  daş  atsın.  Daşları 

bir-bir  atsın  və  hər  daşı  atanda 

təkbir  (Allahu  əkbər)  desin. 

Cəmrətul-əqəbə 

Məkkə 

tərəfdən  birinci  daş  atılan 



yerdir (bax! şəkil: 9). 

2.  Daş  atan  hacılar  qurbanlarını 

kəsirlər.  Qurban  təməttu  və 

qiran  həcci  edənlərə  vacibdir.  Bu  haqda  Allah  təalə  buyurur: 




Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə