Hədis: Bu kəlmə [حَدِيثٌ] lüğətdə hekayə, rəvayət, söhbət, danışıq, yeni və


Allah və peyğəmbər sevgisi, Allah qorxusu haqqında seçmə hədislər



Yüklə 194 Kb.
səhifə2/3
tarix30.10.2018
ölçüsü194 Kb.
#75873
1   2   3

Allah və peyğəmbər sevgisi, Allah qorxusu haqqında seçmə hədislər

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kimdə üç xüsusiyyət olsa, o kimsə bu xüsusiyyətlə imanın ləzzətini dadar: Allah Təala və Rəsulu ona hər şeydən daha sevimli olmaq, sevdiklərini ancaq Allah Təala rizası üçün sevmək, Allah Təala onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Buxari, İman Kitabı, c. 1, səh. 9, 11)

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç biriniz; mən ona uşağından, atasından və bütün insanlardan daha sevimli olmadıqca iman etmiş sayılmaz” (Səhihi-Buxari, İman Kitabı c. 1, səh. 9; Səhihi-Müslim, İman Kitabı, 70)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Sağılan süd, geri qayıdıb məməyə girə bilmədiyi kimi, Allah Təala qorxusundan ağlayan bir kimsə də cəhənnəmə girməz. Allah Təala yolunda meydana gələn tozla cəhənnəmin dumanı bir araya gəlməz.” (Sünəni-Tirmizi Zühd Babı, Hədis: 2413)

•  Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim Allah Təalaya qovuşub onu görməyi sevərsə Allah Təala da ona qovuşub onu görməyi istəyər. Hər kim də Allah Təalaya qovuşmaqdan xoşlanmazsa, Allah Təala da ona qovuşmağı istəməz.” (Səhihi-Buxari, Riqəq Kitabı, c. VII, səh. 191; Səhihi-Müslim, Zikr və Dua Kitabı, Hədis: 2683)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yeddi qrup insan vardır ki, Allah Təala onları ərşin kölgəsindən başqa bir kölgə olmadığı qiyamət günündə öz kölgəsində saxlayacaqdır. Bunlar: 1. Adil imam (yəni idarəçi), 2. Allah Təalaya ibadət edərək böyüyən gənc, 3. Qəlbi məscidlərə bağlı olan insan, 4. Allah Təala üçün bir birini sevən, Allah Təala yolunda birləşən və Allah Təala yolunda ayrılan iki nəfər, 5. Məqam sahibi və gözəl bir qadının əxlaqsız dəvətini rədd edən kişi, 6. Sədəqə verən, ancaq sağ əlinin verdiyi sədəqəni sol əli bilməyəcək şəkildə gizləyən kimsə, 7. Tənha yerdə Allah Təalanı zikr edib və göz yaşı tökən kimsə.” (Səhihi-Buxari, Zəkat Kitabı, 17; Səhihi- Müslim, Zəkat Kitabı, 30)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Məndən (Qurani Kərim xaricində) başqa bir şey yazmayın. Hər kim məndən Qurani-Kərimdən başqa bir şey yazmışsa onu yox etsin. Sözlərimdən istədiklərinizi yazmadan rəvayət edin. Buna icazə var. Hər kim bilə-bilə mənim adıma yalan danışarsa (Hədis uydurarsa), cəhənnəmdəki yerinə hazırlansın” buyurmuşdur. (Əhməd ibn Hənbəl, əl-Müsnəd, c. 3, səh. 12)

•  İrbad ibn Sariyə (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) səhabələrə (r.a.) tövsiyə edərək demişdir: «Sizə Allahdan qorxmağı (təqvalı olmağı), üzərinizdə qəyyum olan rəhbəri dinləyib itaət etməyi tövsiəyə edirəm! Həqiqətən məndən sonra yaşayanlarınız çoxlu ixtilaflar görəcəklər. O zaman mənim və raşidi xəlifələrimin yolu ilə gedin. Bu yoldan azı dişlərinizlə bərk yapışın. (Burada Peyğəmbər - səllallahu aleyhi və səlləm - bu yoldan dönməməyin son dərəcədə vacib olduğunu vurğulamışdır.) Dinə əlavə olunmuş yeniliklərdən (bidətlərdən) çəkinin! Həqiqətən hər bir bidət insanı zəlalətə aparır!» «Əbu Davudun Sünən əsəri, 4607» «Tirmizinin Sünən əsəri, 2676» «Əhmədin Müsnəd əsəri, 4/126-127»

 

Ata ana və qonşu haqqında seçmə hədislər

•  Əbu Hüreyrə (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün”. Kimin Ya Rəsulallah! deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s): “Qocaldığında anasına, atasına; onlardan birinə yaxud ikisinə də yetişən, ancaq onlara yaxşılıq etmədiyi üçün cənnətə girməyən kimsənin...” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2551)

•  Əbu Hüreyrədən (r.a.) rəvayət olunmuşdur: Bir adam: “Ya Rəsulallah! Mənimlə söhbət etməyə ən çox haqqı olan kimdir?” deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də “Anandır, sonra anandır, sonra anandır; sonra atandır. Sonra da dərəcə dərəcə yaxınlarındır.” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2 (2548); Sünəni- Tirmizi, Birr və Sila Babı, Hədis: 1959)

•  Abdullah ibn Məsuddan (r.a) rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s) “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana-ataya yaxşılıq etmək” dedi. “Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Səhihi-Müslim, İman Kitabı, 137)

•  Peyğəmbərdən (s.ə.s) hansı əməlin daha fəzilətli olduğu soruşulduqda: İlk öncə “Allah Təala və Rəsuluna iman etməyi,” sonra “Allah Təala yolunda cihadı,” ondan sonra da “qəbul olunan həcc” buyurmuşdur. (Səhihi-Buxari, İman Kitabı, 19)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah Təalaya və axirət gününə inanan kimsə qonşusuna əziyyət etməsin. Allah Təalaya və axirət gününə inanan kimsə qonağına ikram etsin. Allah Təalaya və axirət gününə inanan kimsə ya xeyir (söz) söyləsin ya da sussun.” (Səhihi-Buxari, Kitabül-Ədəb, c. VII, səh. 78-79)

•  Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) (bir gün üç dəfə arxa arxaya and içərək) “Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz!” buyurdu. (Oradakılar): “Ya Rəsulallah! Bu iman etməyən kimdir?” deyə soruşdular. Rəsulullah (s.ə.s): “Zülmündən və şərindən qonşusunun əmin olmadığı kimsə” deyə cavab verdi. (Səhih-Buxari, Ədəb Kitabı, c. VII, səh. 78)

•  Əbu Hüreyrə (r.a) deyir: «Bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın elçisi! Kimə daha çox qayğı göstərməliyəm?" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kimə?" Peyğəmbər (s.ə.s) dedi: "Anana". Kişi təkrar soruşdu: "Bəs daha sonra kimə?" O yenə cavab verdi: "Anana". Kişi bir daha soruşdu: "Bəs daha sonra kimə?" Peyğəmbər (s.ə.s) Bu dəfə dedi: "Atana"» «əl-Buxari, 5971»

•  Abdullah bin Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin valideynlərini lənətləməsi (söyməsi) böyük günahlardandır" -Səhabələr: "Ey Allahın elçisi! Kişi valideynlərini lənətləyərmi?" - deyə soruşduqda, o dedi: "Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyür"» «əl-Buxari, 5973»

•  Əbu Hüreyrə (r.a) belə rəvayət edir: «Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər (s.ə.s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib, dedim: "Ey Allahın elçisi! Mən anamı islama dəvət edirdim, o bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hüreyrənin anasına hidayət versin! Peyğəmbər (s.ə.s) dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!" Mən Peyğəmbərin (s.ə.s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadət haqqı olan) məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Gözün aydın! Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi» «Müslim, 6346»

 

Birlik bərabərlik və qardaşlıq haqqında seçmə hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir birinizi sevmədikcə də iman etmiş olmazsınız.” (Səhihi-Müslim, İman Kitabı, Hədis: 93)

•  Numan ibn Bəşir (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və lütf etməkdəki misalı, bədən misalıdır. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Hər kim bir müsəlman qardaşının dünya sıxıntılarından bir sıxıntısına kömək edərsə o, qardaşına kömək etdiyi müddətdə Allah Təala da ona yardım edər.”

•  Əbu Musa (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət edir: “Mömin möminə qarşı kərpicləri bir-birinə keçərək hörülən bina kimidir.”

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz, ona yalan söyləməz və onu sahibsiz tərk etməz. Müsəlmanın hər şeyi; namusu, malı və qanı müsəlmana haramdır... Müsəlmanın qardaşına qəliz söz söyləməsi, bir şəxsə pislik olaraq kifayətdir.” (Sünəni-Tirmizi, Birr və Sıla Babı, Hədis: 1992)

•  Əbq Əyyub əl-Ənsaridən (ra) gələn bir rəvayətdə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bir müsəlmanın, (din) qardaşına üç gündən çox küsülü durması halal olmaz.” (Səhihi-Müslim, Kitabul-birr vəs-sila, Hədis № 25)

•  Əbu Musa (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) belə demişdir: «Yaхşı dostla pis dost misalı ətir satanla, körük vuranın misalına bənzəyir. Ətir satanla ünsiyyətdə olduqda ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan, körük vuranla bərabər olduqda isə paltarını yandırmasan da tüstüsündən əziyyət çəkəcəksən» «Buхarinin səhih əsəri, 2101» «Muslimin səhih əsəri, 6635»

•  Abdullah bin Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Müsəlman o kəsdir ki, (onun) əlindən və dilindən başqa müsəlmanlar əziyyət çəkmir» «əl Buxari, 10-cu hədis»

 

Sədəqə və borc vermə haqqında seçmə hədislər

•  İbn Ömər, Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Hər kim din qardaşının bir ehtiyacını görərsə, Allah Təala da ona kömək edər. Kim bir müsəlmandan bir sıxıntını uzaqlaşdırarsa, Allah Təala da qiyamət günü olan sıxıntılardan bir sıxıntını uzaqlaşdırar. Hər kim bir müsəlmanı(n ayıbını) örtərsə, Allah Təala da qiyamət günü onun (ayıbını) örtər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, 58)

•  Əbu Hüreyrədən (r.a.) rəvayət edilmişdir. Rəsulallahın (s.ə.s) yanına bir adam gəldi və ya Rəsulallah! Savab yönündən hansı sədəqə daha böyükdür? deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Savabı böyük olan sədəqə sənin sağlam və paxıl olduğun, fağırlıqdan qorxub, zənginliyi umduğun halda verdiyin bir sədəqədir. Can boğaza gələndə də bu mal buna, bu mal da buna aiddir; bu da bunun oldu deyənə qədər sədəqəni gecikdirmə.” (Səhihi-Müslim, c.IV. səh. 1994)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Sədəqə malı əskiltməz. Allah Təala günah bağışlayanın ancaq şərəfini artırar. Allah rizası üçün təvazökar olanları yüksəldər” (Səhihi-Müslim, Birr Kitabı, 19)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Comərd mömin Allah Təalaya yaxındır, cənnətə yaxındır, insanlara yaxındır, cəhənnəmdən uzaqdır. Paxıl isə Allah Təaladan uzaq, insanlardan uzaq, cəhənnəmə yaxındır.” (Sünəni-Tirmizi, Babül-Birr, 40)

 

Fitnə və fəsad haqqında seçmə hədislər

•  Əbu Hüreyrə (r.a.), Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “İnsanların ən şərlisi, bəzilərinə bir üzlə, bəzilərinə də başqa üzlə gələn iki üzlülərdir.” (Səhihi-Müslim, Birr və Sıla və Ədəb Kitabı, 98)

•  Hz. Ayişə Hz. Peyğəmbərdən (s.ə.s) belə rəvayət etmişdir: “Qiyamət günü Allah Təalanın dərgahında dərəcə yönündən insanların ən pisi, şərindən uzaqlaşmaq üçün insanların tərk etdiyi kimsələrdir.” (Səhihi-Buxari, Ədəb Kitabı, 37)

•  Əbu Bəkir (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “İki müsəlmandan hər biri din qardaşına silahla hücum edərsə hər ikisi də cəhənnəmin kənarında olar. Onlardan biri digərini öldürdüyü zaman hər ikisi birdən cəhənnəmə girərlər.” (Səhihi-Müslim, Fitnələr Kitabı, 16)

•  Abdullah ibn Amr (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Dörd şey vardır ki, kimdə olarsa o, xalis münafiq olar: kimdə bunlardan bir parça olarsa, onu tərk edənə qədər özündə münafiqlikdən bir parça qalmış deməkdir. Bu dörd şey bunlardır: Ona etibar edildiyində xəyanət edər; bir şey söylədiyi zaman yalan söyləyər, əhd etdiyi zaman sözündə durmaz, düşmənçilik etdiyi zaman da haqdan ayrılır.” (Səhihi-Buxari, İman Kitabı, 24)

 

Qohum əqrəba haqqında seçmə hədislər

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ruzisinin çoxaldılmasını istəyən kəs yaxınlarını ziyarət etsin.” (Müslim, Birr və Sila Kitabı, Hədis: 21 (2557)

•  Əbu Əyyubdan (r.a.) rəvayət olunmuşdur: Bir adam Rəsulallaha (s.ə.s): Mənə, məni cənnətə qoyacaq bir əməli bildir. demişdir... Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “...Allah Təalaya ibadət et, ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və silayi-rəhim et.” (Səhihi-Buxari, Zəkat Kitabı, 1)

•  Cubeyr ibn Mutim rəvayət etmişdir. Peyğəmbərimiz (s.ə.s) buyurdu ki: “Əqrəbalıq əlaqələrini kəsib qoparan kimsə cənnətə girə bilməz.” (Səhihi-Müslim, Birr və Sila Kitabı, Hədis: 1974)

 

Əmanət, sidq, ədalət və zülmə aid seçmə hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Sənə əmanət buraxanın əmanətini geri ver. Sənə xəyanət edənə sən xəyanət etmə!” (Sünənü Əbi Davud, Kitabul-Buyu, 3534; Sünənüt-Tirmizi, Babul-Buyu, 1264)

•  Abdullah ibn Ömər rəvayət etmişdir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Hamınız bir çobansınız və hamınız qorumağa məcbur olduğunuz şeyə görə cavabdehsiniz. İnsanların başında idarəçi olan kimsə bir çobandır və o, idarəsi altındakı kimsələrdən məsuldur. Kişi, ailəsi üzərində bir çobandır və o, əli altındakı şəxslərdən (həyat yoldaşından, uşaqlarından məsuldur. Bir şəxsə xidmət edən adam (işçisi), sahibinin (işverən, iş sahibi) malı üstündə bir çobandır və o, özünə əmanət edilən maldan məsuldur. Diqqət edin! Hamınız bir çobansınız və hamınız qorumağa məcbur olduğunuz şeydən məsuliyyət daşıyırsınız.” (Səhihi-Buxari, C. 1, səh.215; Səhihi-Muslim, C. 6, səh. 20)

•  Əbul-Cəvza nəql edir: Həsən ibn Əliyə; “Rəsulullahdan nə əzbərlədin?” deyə soruşdum, mənə bu cavabı verdi: Ondan (Rəsulullahdan) bunu əzbərlədim: “Sənə şübhə verən şeyi tərk et, əmin olduğun şeyə çatana qədər. Çünki sidq, qəlbin əmin olmasıdır; yalan isə şübhədir.” (Sünnəi-Tirmizi, Babül-Qiyamə, 2520; Sünəni-Nəsai, Kitabül-Əşribə, 327)

•  İbn Ömər rəvayət etmişdir. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Kim, haqsız yerə zülmlə bir qarış torpaq ələ keçirirsə, qəsb etdiyi torpaq parçası, onu qiyamət günü yeddi qat yerin dibinə batıracaqdır.” (Səhihi-Buxari, Kitabul-Məzalim, 13.)

•  Əbu Şüreyh rəvayət etmişdir: Peyğəmbər (s.ə.s): “Vallahi iman etmiş olmaz! Vallahi iman etmiş olmaz! Vallahi iman etmiş olmaz!” buyurdu. “Bu (iman etmiş olmayan) kimdir, ya Rəsulallah?” deyə soruşuldu. Peyğəmbər Əfəndimiz: “Şərindən, zülmündən qonşusunun əmin (dinclikdə, hüzurda) olmadığı adam” deyə cavab verdi. (Səhihi-Buxari, Kitabul-Ədəb, C.7, səh.78.)

 

Ticarət hiylə və rüşvətə aid seçmə hədislər

•  Əbu Səid əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Güvənilən və doğruluqdan ayrılmayan ticarət əhli; peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə bərabərdir (axirətdə onlarla birlikdə olacaqdır).” (Sünəni-Tirmizi, Babul-Buyu, 1208, Sünən İbn Mace, Kitabut-Ticarət, 2139.)

•  Hakim ibn Hazim (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Al-ver edən iki insan, bu al-veri doğruluq üzrə edərlər və (əgər malda qüsru varsa o) qüsuru açıqlayarlarsa, alış-verişləri hər ikisi üçün də mübarək qılınır (bərəkətli olur). Əgər yalan söylərlər və (maldakı) qüsuru gizləyərlərsə, müəyyən bir qazanc qazansalar belə alış-verişlərinin bərəkətini itirərlər.” (Səhihi-Buxari, Kitabul-Buyu, 19, 22, 44; Səhihi-Müslim, Kitabul-buyu, 532; Sünənü Əbi Davud, Kitabul-Buyu, 3459.)

•  İbn Ömərdən alınan bir rəvayətdə o, belə demişdir: “Rəsulullah (s.ə.s); satıcının malını tərifləməsini və malın, daha bazara çatmadan (mal bazara gətirilmədən ) yolda satın alınmasını qadağan etdi.” (Səhihi-Buxari, Kitabul-Buyu, 71; Səhihi-Muslim, Kitabul-Buyu, 1518; Sünənü Əbi davud, Kitabul-İcarə, 3436; Sünənün-nəsai, Kitabul-Buyu, 257.)

•  İbn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: «Birinizin satışı üzərinə başqası satış etməsin.» (Səhihi-Buxari, Kitabul-Buyu, 57,64,70; Səhihi-Müslim, kiabul-Buyu, 1412; Sünənü Əbi Davud, Kiabul-buyu 3436.)

•  Əbu Hüreyrə rəvayət edir: Rəsulullah (s.ə.s) belə buyurdu: “(Alıcı olmadığınız halda qiymət qızışdırmaq üçün) müştəri ilə satıcının arasına girməyin” (Səhihi-Buxari, Kitabul-Buyu, 58; Səhihi-Müslim, Kitabul-Buyu, 1515.)

•  Hakim ibn Hazim (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Təharətsiz heç bir namaz, xəyanətlə əldə edilmiş maldan da sədəqə qəbul olunmaz.” (Səhihi-Müslim, Kitabut-Təharə, 224.)

•  Əbu Hüreyrədən rəvayət edilir: (bir gün) Hz. Peyğəmbər (s.ə.s) ərzaq satan bir nəfərin yanına gəldi. Ona; “Bunu necə satırsan?” -deyə soruşdu. O da izah etdi. Bu əsnada Rəsulullaha, əlini satılan ərzağın içinə batırması vəhy edildi. Rəsulullah əlini ora batıranda, qida maddəsinin alt tərəfi nəm idi. Bundan sonra Rəsulullah belə buyurdu: “Alış- verişdə, hər işində) hiylə edib aldadan adam bizdən deyildir.” (Sünəni-Tirmizi, Babul-Buyu, 1315.)

•  Əbul-Hamradan rəvayət edimişdir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Bizi aldadan, bizdən deyildir” (Sünənü İbn Macə, Kitabul Buyu, 2225.)

•  Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: (rüşvət alan bir hakim haqqında) belə buyurdu: Xalq arasında (rüşvət və haqsızlıqla) hökm verən heç bir hakim yoxdur ki, qiyamət günündə bir mələk onu, ənsəsindən tutmuş olaraq gətirməsin. Sonra mələk, başını səmaya (göy üzünə doğru) qaldırar. Əgər mələyə; “Onu at!” deyən olursa mələk onu, cəhənnəmin, dibinə qırx ildə ancaq çata bilən bir çuxura atar” (İbrahim Canan, Hədis Ensiklopediyası, c. 17, səh. 274-275.)

•  Abdullah ibn Əmrdən (r.a) rəvayət olunur: “Hz. Peyğəmbər (s.ə.s), rüşvət alana da verənə də lənət oxudu.” (Sünəni-Tirmizi, Babul-Ahkam, 9)

 

Ədəb, həya və doğruluğa aid seçmə hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Möminlərin iman baxımından ən kamil olanı, əxlaq baxımından ən gözəl olanıdır. Sizin xeyirliniz də ailəsinə xeyirli olanınızdır.” (Sünəni-Tirmizi, Babür-Rada, 1162; Sünəni Əbi Davud, Kitabus-Sünnə, 4682)

•  Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qiyamət günü möminin mizanında gözəl əxlaqdan daha ağır basan bir şey yoxdur.” (Sünəni-Tirmizi, Babul-Birr, 2003; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4799).

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim.(” Əs-Süyuti, əl-Camius-Səğir, C. 1, səh 177.)

•  Hz. Ayişə, Peyğəmbərimizin əxlaqının Quran əxlaqı olduğunu ifadə etmişdir. (Səhihi-Müslim, Kitabul-Müsafirun, 139.)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Uşaqlarınıza, lazımi şəkildə ikram edin. Onları gözəl tərbiyə edin.” (Sünəni İbn Macə, 7091; Hədis Ensiklopediyası (Kütübi-Sittə), C. 17, səh. 488.)

•  Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah Təala çirkin və alçaq söz və davranış sahiblərinə qəlbən düşmənçilik göstərər.” (Sünəni-Tirmizi, Babül-Birr, 2004; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4799.)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ədəbsizlik və çirkin söz, girdiyi şeyi çirkinləşdirir. Həya isə girdiyi şeyi gözəlləşdirir.” (Sünəni-Tirmizi, Babul-Birr, 1975; Sünəni İbn Macə, Kitabuz-Zühd, 4185)

•  Zeyd ibn Talha (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər dinin özünə xas bir əxlaqı vardır. İslamın əxlaqı həyadır.” (Sünəni İbn Mace, Kitabuz-Zühd, 4181.)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İman yetmiş şöbədir; həya da imandan bir şöbədir” (Səhihi-Buxari, Kitabul İman, 3; Səhihi-Müslim, Kitabul-İman, 35,36)

•  Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Doğruluq, insanı (Allahı razı edəcək) yaxşılığa götürər; yaxşılıq da cənnətə götürər. İnsan, daima doğrunu söylər və doğru olanı axtararsa nəticədə Allah qatında siddiq (doğru sözlü) deyə yazılar...” (Səhihi-Buxari, Kitabul-Ədəb, 69; Səhihi-Müslim, Kitabul-Birr, 2606; Sünənü Əbi Davud, Kitabul Ədəb, 4989.)

•  İbn Məsudun (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Həqiqətən doğru danışmaq əməlisalehliyə aparır, əməlisalehlik də Cənnətə. Bir bəndə o vaxta qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar. Həqiqətən yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə. Bir bəndə o vaxta qədər yalan danışar ki, onun adı Allah dərgahında yalançılar siyahısına yazılar» «Buxari, 6094-cü hədis» «Muslim, 6579-cu hədis»

 

Çalışmaq, tənbəllik, israf və təsərrüfə aid seçmə hədislər

•  Miqdam ibn Mədikərbin (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç bir adam, öz əlinin əməyini (çalışaraq, işləyərək qazandığını) yeməkdən daha xeyirli bir şey əsla yeməmişdir. Allahın Peyğəmbəri Davud (ə) da əlinin əməyini (çalışaraq qazandığını) yeyərdi.” (Səhihi-Buxari, Kitabul-Buyu, C. 3, s. 9; Sünəni İbn Mace, Kitabut-Ticarət, 2138)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların hümmət cəhətlə ən ulusu, həm dünya işinə, həm də axirət işinə səy göstərən mömindir” (Sünən-İbn Mace, Ktiabut-Ticarət, 2143.)

•  Abdullah ibn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İşçinin maaşını, təri qurumadan əvvəl verin.” (Sünəni-İbn Mace, Babür-Ruhun, 2143.)

•  Ənəs ibn Malik nəql edir. Hz. Peyğəmbər (s.ə.s) belə deyərdi (dua edərdi): “Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, düşkünlük dərəcəsinə enən ixtiyarlıqda və xəsislikdən sənə sığınıram.” (Səhihi-Buxari, Kitabud-Daavat, 38, 40, 42; Səhihi-Müslim, Kitabuz-Zikr, 2706; 10)

•  Əmr bin As (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İsraf etmədən və kibirlənmədən yeyin, sədəqə verin və geyinin.” (Səhihi-Buxari, Kitabul-Libas, 1.)

•  Muğirə bin Şubə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Allah sizin üçün; dedi-qodunu və faydasız sözləri, çox sual verməyi, malı lazımsız yerə xərcləyib israf etməyi çirkin saydı.” (Səhihi-Buxari, Kitabul-Buyu, c. 3, səh. 87)

•  Muğirə bin Şubə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların çoxunun aldandığı və qiymətini bilmədiyi iki nemət vardır: Səhhət və boş vaxt” (Səhihi-Buxari, Kitabur-Riqaq, c. 7, səh. 170)

•  Abdullah ibn Əmr (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Müsəlman olub da özünə kifayət qədər rizq verilmiş olan və Allahın verdiyinə qənaət edən şəxs mütləq qurtulmuşdur.” (Səhihi-Müslim, Kitabuz-Zəkat, 43)

 

Yalan, iftira, söz gəzdirmək və qeybətə aid seçmə hədislər

•  İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qul, yalan söyləməyə və yalan söyləmə niyyətini daşımağa davam edərsə bir an gələr ki, qəlbində qara bir nöqtə görünür; sonra bu nöqtə böyüyür və qəlbinin tamamı qap-qara olur. Sonunda, Allah qatında yalançılardan yazılır.” (İbrahim Canan, Hədis Ensiklopediyası, C. 14, səh. 363)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, yalan söyləməyi və yalanla iş görməyi tərgitməzsə, o adamın yeməsini, içməsini tərk edib ac qalmasına Allahın ehtiyacı yoxdur.” (Səhihi-Buxari, “Kitabus-Savm”, c. 2, səh. 228; Sünəni Əbu Davud, Kitabu Savm, 2362)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Müsəlman Müsəlmanın qardaşıdır; ona xəyanət etməz, ona yalan söyləməz və onu sahibsiz buraxmaz... Müsəlmanın hər şeyi; namusu, malı və qanı müsəlmana haramdır...” (Səhihi-Müslim, Kitabul-Birr vəs-Sila, 2564; Sünəni-Tirmizi, Babül-Birr vəs-Sila, 1992.)

•  İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yalan, insanı həddi aşmağa götürür; həddi aşmaq da atəşə götürür. İnsan yalan söyləməyə davam edər və daima yalanı araşdırarsa (hər şeydə yalançılıq edərsə) sonunda Allah qatında “yalançı” olaraq qeyd edilir.” (Səhihi-Buxari, Kitabul-Ədəb, 69; Səhihi-Müslim, Kitabul-Birr, 2606; Sünənü Əbi Davud, Kitabul Ədəbi, 4989; Sünənüt-Tirmizi, Babül-Birr, 1972.)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir.” (Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4773.)

•  Səid ibn Zeyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən çox vəbal və günaha səbəb olan şey, Müsəlmanın namusunu (namus və şəxsiyyətini) narahat etməkdir.” (Sünənü Əbi Davud, Kitabul Ədəb, 4876.)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların ən şərlisi, bir qrup insanın yanına bir üzlə, başqa bir qrup insanların yanına isə başqa bir üzlə gələn ikiüzlülərdir.” (Səhihi-Buxari, Kitabul-Ədəb, C. 7, səh. 87.)

•  Əsma Bint Yeziddən rəvayət edildiyinə görə o, belə demişdir: Hz. Peyğəmbər (s.ə.s); “Sizə, ən pislərinizi xəbər verimmi?” dedi. Oradakılar; “Bəli, xəbər ver!” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Dedi-qodu edənlər, bir-birlərini sevən insanların arasını pozanlar, insanları bir-birindən ayrı düşürmək istəyənlər.” (Əxlaqi Hədislər, C. 1, səh. 338)

•  Hüzeyfə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Söz gəzdirən adam cənnətə girə bilməyəcək.” (Səhihi-Buxari, Kitabul-Ədəb, C. 7, səh. 86; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4771; Sünəni-Tirmizi, Babül-Birr, 2027.)

•  Əbu Hüreyrədən rəvayət edilmişdir. Rəsulullah (s.ə.s); “Qeybət nədir, bilirsinizmi?” deyə soruşdu. Oradakılar; “Allah və Rəsulu daha yaxşı bilər” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Qeybət, din qardaşını, onun xoşuna gəlməyəcəyi bir sözlə anmaqdır”. Oradakılardan biri; “Söylədiyim şeyin, qardaşımda mövcud olduğunu görürsəm yenə qeybət olarmı?” deyə soruşanda Rəsulullah belə buyurdu: “Əgər söylədiyin şey, qardaşında varsa qeybət etmiş olarsan. Əgər söylədiyin şey onda yoxsa ona iftira atmış olarsan.” (Səhihi-Müslim, Kitabul-Birr 2589; Sinənü Əbi Davud, Kitabul-Ədəb, 4874; Sünənit-Tirimizi, Babül-Birr, 1935.)

 


Yüklə 194 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə