Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə1/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
  1   2   3   4   5   6   7   8   9   ...   191


Birinci bölüm. ƏBÜLFƏZ 

 

“Hələ uĢaqlIqdan mən qocalmIĢam”   



1938-in  24  Ġyununda  (deyilənə  görə,  seçki  günündə) 

Kələki  kəndinin  “Xəlil  yurdu”  yaylağında

 

Qədirqulu  kiĢinin  oğlu  anadan  oldu.  UĢaq  40  gündən  artıq  adsız  qaldı  -  hamını  razı  salan  ad 



tapılmırdı. Atasının əmisi - kənd camaatının “Baba” adlandırdığı çox hörmətli din adamı, Qarabağ, 

Naxçıvan  və  Təbrizdə  ruhani  təhsili  almıĢ  Mir  Yəhya  baba  kitab  açaraq  ona  Əbülfəzl  Abbasın 

Ģərəfinə Əbülfəz adı qoydu. 

Xərçəng bürcü altında, pələng ilində doğulan uĢağın gələcəyi haqqında hələ neçə yüz illər öncə 

bir türk Ģairi belə yazmıĢdı: 

O ilin baĢında doğulan uĢaq

   

Alihümmət olur, üzüyumuĢaq.



   

Ortasında doğulsa kamil olur...

   

Orta əsrlərin məĢhur yunan münəccimi Əbu Mə‟Ģər əl-Fələki öz əsərində buyurur ki, ulduzu Ay 



olan,  xərçəng  bürcü  altında  doğulan  Ģəxs  xoĢ  görkəmli,  nurani,  ucaboy,  zərif  bədənli  olur.  O, 

özünə vurğundur və tez gözə gələndir. UĢaqlığında hamı onu sevir. Hər Ģeyi tez əldə edəndir. O, 

Ģərəfə nail olur. Ġdmanı, Ģadyanalığı, məclisləri çox xoĢlayır. Böyük mənsəb sahibidir.   

Ümumiyyətlə, bu bürc altında doğulmuĢ adam Allaha və adamlara münasibətində saf niyyətlidir. 

Sirrini,  saxlamayanlara  daha  çox  açır,  yaxın  və  uzaq  adamlara  yaxĢılıq  edir.  Onun  aqibəti 

salamatlıqdır.  YaĢı  artdıqca  ruzisi  çoxalır,  əhvalı  düzəlir.  Ömrünün  əvvəlində  mal-dövləti  az 

olacaq,  çoxlu  əziyyət  və  məĢəqqət  çəkəcəkdir.  Onun  həyatı  üçün  təhlükəli  yaĢ  7,  14,  28  və 

40'dır.  Əgər  40'ı  keçsə  74  il  yaĢayacaqdır.  Çox  yerlərə  səfərə  gedəcək,  peyğəmbərin  (s.ə.s.) 

qəbrini və Kə‟bəni ziyarət edəcəkdir.   

Əbu  Mə‟Ģər  əl-Fələkinin  fikrincə,  bu  bürc  altında  doğulan  Ģəxs  padĢah  yanında  yaxĢı  mənsəb 

sahibi  olacaq,  dövlət  xadimləri  yanında  bəxti  gətirəcəkdir.  Harada  olur-olsun  onun  sözünü 

böyüklər qəbul edəcəkdir. Onun arzuları sabitdir, istədiyinə çatacaq, aqibəti yaxĢı olacaqdır. YaĢıl 

rəngi  və  ağ,  mavi,  göy  paltarları  xoĢlayır.  Sevdiyi  metalı  gümüĢ,  qaĢı  firuzədir.  Onun  çoxlu 

düĢməni  vardır.  Xüsusən  özünü  sarıĢın,  üzündə  xal  olan  adamdan  gözləməlidir,  çünki  həmin 

adam onun ən böyük düĢmənidir.   

Əbu  Mə‟Ģərin  söylədiklərini  hələlik  bir  yana  qoyaraq  bu  uĢağın  SəyavuĢ  təbiətinin  kökünü 

axtaraq; bu köklərsə onun olduqca qədim və Ģərəfli nəslinin iki qolundadır.   

Birinci  qolun  -  ata  nəslinin  tarixi  hicri  qəməri  tarixlə  1172  (miladi  tarixlə:  1758/59)  ilində  10 

mötəbər Ģəxsin, o sıradan babasının ulu babasının ulu babası Mir Məhəmmədin iĢtirakıyla tərtib 

edilmiĢ  və  5  möhürlə  təsdiqlənərək  Mir  Məhəmmədə  təqdim  olunmuĢ  farsca  soyağacında  - 

Ģəcərədə  yazılıb.  Həmin  sənədə,  üstəgəl  ata-babalarının  Ģəhadətlərinə  əsasən  Əbülfəz  bəyin 



bütöv soyağacı incəliklə müəyyənləĢdirilib: 

1) Əbülfəz. 2) Qədirqulu. 3) MəĢədi Mərdan. 4) 

Mir Əli Xoca. 5) Mir Məhəmməd. 6) Mir Yusif. 7) Mir Məhəmməd. 8) Mir Sadıq ağa. 9) 

Mir Məhəmməd. 10) Seyid Mir Mustafa. 11) Seyid Hüseyn. 12) Seyid Saleh. 13) Seyid 

Nurəddin ağa. 14) Seyid ġəmsəddin. 15) Seyid. 16) Seyid Ġsmayıl. 17) Seyid Əli. 18) 

Seyid Abbas. 19) Seyid Fəxrəddin. 20) Seyid HaĢım. 21) Seyid Mir Əli Xoca. 22) Seyid 

Fəxrəddin.  23)  Seyid  ġərəfəddin.  24)  Seyid  ġəmsəddin...

  (Yarımçıq  verdiyimiz  bu 

siyahıdakı hər Ģəxs özündən sonra adı çəkilənin oğludur).   

Seyidlərdən  ibarət  olan  (bu  üzdən  də  onların  adına  “Seyid”  və  “Mir”  dini  titulları  artırılıb)  ata 

tərəfi  Güneydəndi.  Ġlkin  ulu  babaları  kökcə  ġah  Ġsmayıl  Xətayinin  sələflərindən  olan  ġeyx 

Sədrəddin Musanın (1305-1392) uruqlarındandır. Bəzi qaynaqlarda ġeyx Sədrəddinə ġeyx Xoca 

Əli  də  deyildiyi  bildirilir,  bəzi  qaynaqlardasa  ġeyx  Xoca  Əlinin  onun  oğlu  olduğu  göstərilir.  Bu 

fikirlərdən  hansının  doğruluğundan  asılı olmayaraq  Əbülfəz  bəyin  nəsli məhz  həmin  ġeyx  Xoca 

Əlidən  (O,  ġeyx  Əli  Xoca  da  adlanıb)  baĢlanır.  Ancaq  bunu  da  demək  gərəkdir  ki,  ġeyx  Əli 

Xocanın törəmələrinin bu qolunda Ģeyxlik olmayıb.   

Orijinalı  Əbülfəz  bəyin  özündə,  surəti  məndə  olan  həmin  soyağacında  nəslin  davamçıları  olan 

30'dan  artıq  adamın  adı  sadalanır.  Onların  içərisində  adı  çəkilmiĢ  Seyid  ġəmsəddin  Səfəvilər 

çağında “dinin və dövlətin günəĢi”, onun oğlu Seyid ġərəfəddinsə “dinin və dövlətin Ģərəfi” rəsmi 

dövlət  ləqəbi  qazanmıĢdılar  (hər  bir  ləqəbi  dövlət  baĢçısı  verir,  ona  uyğun  da  pul  təminatı  və 

imtiyazlar  müəyyənləĢdirirdi.  Bir  sıra  hallarda  ləqəb  o  qədər  iĢlənirdi  ki,  Ģəxsin  öz  adı 

unudulurdu).   

Bu qədim seyidlər Təbrizlə Zunuz arasındakı Kükəmər (düzgünü: Kür kəmər) qəsəbəsindəndi. Bu 

soyun davamçısı Seyid Mir Əli Xocanın (bunu ġeyx Əli Xocayla qarıĢdırmamalı) övladları Zunuza 

köçmüĢdülər.   

Mir  Yusif  ağanın  nəsli  isə  Qarabağa  gəlib,  ġuĢanın  yaxınlığında  oturaqlaĢıb.  Bir  müddət  sonra 

onlar Zəngəzura köçüb, indiki Qafanın Pirdavdan (açımı: “Ġki Davudun piri”) kəndində yaĢayıblar. 

ġeyxlər  məkanı  sayılan  bu  kənd  iki  Ģeyxin:  baba  və  nəvə  Davudların  adlarını  yaĢadıb.  Əsrin 

baĢlanğıcında  -  1918'də  erməni-müsəlman  qırğınları  düĢəndə  Pirdavdanı  ermənilər  dağıdıb, 

qohumların  bir  bölümü  Zəngilan  -  Qubadlı  tərəflərə,  Əbülfəz  bəyin  atası  və  onun  əmiləri 

Ordubada köçməyə məcbur olublar. Ancaq Ordubadda da çox qala bilməyiblər; əmilərin bəziləri 

(eləcə  də  babası MəĢədi  Mərdanın  qardaĢı Kərbəlayı  Musa) ailəlikcə  MəĢhədə  köçüb,  bəzilərisə 

yenidən Təbriz, Kükəmər və Zunuzdakı köhnə dədə-baba yurdlarına qayıdaraq orada yaĢayıblar. 

Lap  1930'uncu  illərdə  də  MəĢhədə  gedib-gələnlər  MəĢədi  Musayla  görüĢürmüĢ.  O,  bu  Ģəhərdə 

suya baxan cuvarmıĢ, ona görə də “mir əmirab” (“cuvarlar, suçular baĢçısı”) adlanırmıĢ. (Onun 

ölümündən sonra bu vəzifəni oğlu aparıb).   

Əbülfəz  bəyin  babasının  qardaĢları  və  baĢqa  qandaĢları  çox  savadlıymıĢ.  Onların  arasında 

MəĢhəddə təhsil alanlar, müxtəlif sənət yiyələri də vardı. MəĢədi Mərdanın iki əmisinin oğlanları: 

Mir Yəhya və Molla Xanlar (Mir Müfid) el içində sonsuz nüfuz qazanmıĢdılar.   

Ulu  babası  Mir  Əli  Xoca  (Əliyev  soyadı  ondan  qaynaqlanır)  xeyirxahlığıyla  ad  çıxarmıĢ  mələk 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə