Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə14/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   10   11   12   13   14   15   16   17   ...   191

dövlətlərinin  yaranmasına  dair”  (1971),  “9'cu  yüzilliyin  2'ci  yarısında  Misirdə  sənətkarlıq  və 

ticarət” (1972) kimi çox dəyərli elmi əsərləriylə burada yaxından tanıĢdılar, ancaq olduqca qəliz 

qədim ərəbcə əlyazmaları asanlıqla oxuması və tərcümə etməsi xüsusi məmnunluqla qarĢılandı. 

Bu üzdən də intellektual bir kollektivə uyğunlaĢma mərhələsi uzun sürmədi. 

Yenidən  alimlik  həyatına  baĢlayan  Bəyə öncə  ərəb  dilindəki  əlyazmaların  elmi təsviriylə  məĢğul 

olmaq tapĢırıldı. Əslində yaradıcılıqdan, axtarıĢlardan uzaq olan və daha çox laborantlara həvalə 

edilən bu iĢ Bəyin imkanlarına yaraĢmasa da etiraz etmədi. Ancaq etirazını elmi çalıĢmalarıyla çox 

mədəni Ģəkildə bildirdi - Fondda iĢlədiyinin elə ilk iki ilində 5 ümumittifaq səviyyəli elmi yığıncağa 

qatılaraq  bir-birindən  dəyərli  və  orijinal  elmi  məruzələr  oxudu:  «“Vəfayat  əl-ə‟yan”ın  bir 

əlyazması  haqqında»  (Bakı,  1977),  “9'cu  əsrdə  Misir  əhalisinin  sinfi-ictimai  quruluĢu”  (Moskva, 

Ġyun  1977),  “Ġbn  Xəlliqanın  elmi  yaradıcılığı”  (Tiflis,  1977),  «“Sührəverdiyyə”  sufi  ordeni 

haqqında»  (Moskva,  1978)  və  b.  Sonuncu  məruzənin  dinlənildiyi  SSRĠ  EA  ġərqĢünaslıq 

Ġnstitutunun rəhbərliyi 18 Dekabr 1978'də Respublika Əlyazmalar Fondunun direktoru, professor 

Cahangir  Qəhrəmanova  məktub  göndərərək  buradakı  “Ġslam  və  cəmiyyət”  konfransında  fəal 

iĢtirakına və maraqlı məruzəsinə görə Əbülfəz Əliyevə təĢəkkürünü bildirdi. Məhz bu məktubdan 

bir qədər sonra alimin institutda mükafatlandırılması qərara alındı və 24 Aprel 1979'da o, iĢlədiyi 

Ģöbədə baĢ elmi iĢçi vəzifəsinə keçirildi.   

Əlyazmalar Fondunun kollektivi arasındakı səmimi mühit, özünə qarĢı duyduğu olduqca məhrəm 

münasibət Əbülfəz bəyin əhval-ruhiyyəsində ciddi dönüĢ yaratdı. Bu dönüĢ o qədər köklü oldu ki, 

onu hətta evlənməyə də razı sala bildilər, halbuki indiyədək bundan qəti Ģəkildə imtina edirdi. Bu 

imtinanın  səbəbini dostu  Vaqif  Bayatlıya sonralar belə  anlatmıĢdı: 

Mübarizə  yoldaĢlarımla  birgə 

ĢərtləĢmiĢdik  ki,  ailə  qurmayaq,  çünki  tutulacaqdıq.  Elə  də  oldu  -  tutulduq.  “Sonra  məsələnin 

kökü çöndü. Bəzi adamlar meydandan qaçmaq üçün özlərinə bəraət qazandırırdılar. Deyirdilər ki, 

Əbülfəzə nə var, subaydır, ailəsi yox, uĢağı yox. Onun üçün asandır, sənin axı ailən, uĢağın var. 

Belə deyib çox adamlar meydandan çəkilirdi. Ona görə də fikirləĢdim ki, biz də ailə qurmalıyıq. 

Əgər bu yolda gediriksə ailə də qurban olsun, uĢaq da qurban olsun. Bunu tək biz eləməmiĢik, 

bizdən qabaq yüzləri eləyib.

 

Məmmədəmin  Rəsulzadənin  yanında  biz  kimik?  Yəni  bu  yol  millətimizin  böyüklərinin  Ģəxsində 



keçilib”.

 

Beləliklə, 41 yaĢlı Əbülfəz bəy 28 Sentyabr 1979'da özünün Kələkidəki yaxın qohumu - Ordubad 



mahalında böyük nüfuz yiyəsi olan din xadimi Mir Yəhya ağanın nəvəsi və Mirbaba ağanın qızı 

Həlimə  xanımla  ailə  qurdu.  Kələkidə  keçirilən  məclisin  toybəyi  tanınmıĢ  ĢərqĢünas  Vasim 

Məmmədəliyevdi.  Təbii  ki,  bu  əlamətdar  hadisə  Bəyin  sonrakı  yaĢamında  özünün  müsbət  izini 

buraxdı.  Övladlarının:  qızı  Çilənay  və  oğlu  Ərturqutun  dünyaya  gəlməsiyləsə  Bəyin  Ģəxsi 

həyatında bütünlüklə yeni dönəm baĢlandı. 

Əlyazmalarla iĢin özünəməxsus çətinlikləri çoxdur; burada bəzən hətta dili çox gözəl bilmək də 

dada  yetmir  -  gərək  bir  sıra  xətləri,  dövrün  katiblik  ənənələrini  və  b.  da  yaxĢı  biləsən.  Artıq 

əlyazmalarla bağlı istənilən elmi problemi nəinki özü həll edən, hətta baĢqalarını da öyrətməyə 

baĢlayan  Əbülfəz  bəyin təcrübəsindən  daha  ciddi  iĢlərdə  yararlanmaq  qərara  alındı  -  8 Dekabr 



1980'də  o,  iĢlədiyi  Ģöbənin  müdiri  vəzifəsinə  keçirildi  və  Fonddakı  ərəbcə  əlyazmaların 

kataloqlarının hazırlanmasına rəhbərlik ona həvalə edildi. Bu iĢə o, xeyli əmək sərf etdi və həmin 

kataloqun ikinci cildinin nəĢrə hazırlanmasında həlledici rolu oldu. 

Ġxtisasca tarixçi olan Əbülfəz bəyi orta əsrlərdə Yaxın və Orta ġərqdə elmlərin təsnifatı daha çox 

maraqlandırırdı.  O,  əlyazmalarla  iĢlədiyi  vaxt  bu  mövzuyla  bağlı  çoxlu  qeydlər  etmiĢ, 

ümumiləĢdirmələr aparmıĢ,  nəticələr çıxarmıĢdı. Doğrudur,  hələ  30 May 1973'də  ADU'nun  tarix 

fakültəsinin  elmi  Ģurası  ona  doktorluq  dissertasiyası  kimi  “Abbasilər  xilafətində  daxili  siyasi 

mübarizə  (9'cu  əsr)”  mövzusunu  təsdiqləmiĢdi,  ancaq  həbsindən  sonra  bu  mövzuyla  məĢğul 

olmadı.  Əlyazmalarla  iĢ  zamanı  o  məhz  elm  tarixiylə  məĢğul  olmağı  qərarlaĢdırdı  və  doktorluq 

dissertasiyası  mövzusu  olaraq  orta  əsrlərdə  elmlərin  təsnifatı  tarixini  seçdi,  bu  sahədə  ciddi 

araĢdırmalar aparmağa giriĢdi.   

Bəy savadlı alim olduğu qədər də qəlibəsığmaz iĢçiydi. Belə ki, heç bir inzibati cəza ona tələbəlik 

və  aspirantlıq  dövründən  alıĢdığı  gecələr  yazıb-oxumaq  vərdiĢini  tərgitdirə  bilmirdi;  nəticədə  o, 

səhərə  yaxın  yatır  və  iĢə  həmiĢə  günorta  gəlirdi.  Dəfələrlə  edilən  xəbərdarlıqlar  bir  nəticə 

vermədikdə 26 Dekabr 1981'də (SSRĠ'də ciddi əmək intizamı yaratmaq istəyən Yuri Andropovun 

dövründə) ona “sistematik iĢə gecikməyə görə” töhmət verildi. Ancaq Fond rəhbərliyi çox tezliklə 

inandı ki, onun iĢ rejimini dəyiĢməyə çalıĢmaqdan əbəs iĢ yoxdur və buna görə də artıq onunla 

bu  mövzuda  söhbətlər  kəsildi.  Yeri  gəlmiĢkən,  bu  həqiqətən  imtiyazlı  münasibətə  Əbülfəz  bəy 

Fondda  qazandığı  müstəsna  Ģəxsi  nüfuzu  sayəsində  nail  olmuĢdu;  belə  ki,  hətta  Cahangir 

müəllimin özü də onunla son dərəcə ehtiramla rəftar edirdi.   

1985'in Oktyabrında Əbülfəz bəy bir illiyə Moskvaya - SSRĠ EA ġərqĢünaslıq Ġnstitutuna “Elmlərin 

təsnifatı  tarixi  (Yaxın  və  Orta  ġərq.  10-17'ci  əsrlər)”  mövzusu  üzrə  stajkeçməyə  göndərildi.  O, 

1986'nın Oktyabrınadək bu Ģəhərdə araĢdırmalar apardı. Moskvadan qayıdandan sonra da elmi 

tədqiqatını davam etdirdi. Orta əsrlər Azərbaycan alimi Məhəmmədəli ġirvaninin elm tarixinə aid 

“Əl-fəvaid əl-Xaqaniyyə” kitabının təhlili və türkcəmizə tərcüməsiylə məĢğul oldu. 

Moskvada  iĢləməsi  Ģöbəyə  rəhbərliyə  imkan  vermədiyi  üçün  o,  16  Ġyun  1986'da  “ġərq  yazılı 

abidələri” Ģöbəsinin müdiri vəzifəsindən azad edilib “MənbəĢünaslıq və elm tarixi” Ģöbəsinə baĢ 

elmi iĢçiliyə keçirildi. ĠslamĢünaslıq üzrə Azərbaycanda ən savadlı alimlərdən biri sayılan Əbülfəz 

bəy artıq instituta çevrilmiĢ və yeni binaya köçmüĢ bu elm ocağında islam hüququyla da məĢğul 

olur və  bu  sahədə  mütəxəssislər yetiĢdirilməsində  əlindən  gələni edirdi. O,  aspirantlarına  adicə 

elmi  rəhbər  kimi  deyil,  qayğıkeĢ  bir  müəllim  kimi  yanaĢır,  onların,  araĢdırdıqları  mövzunu 

hərtərəfli mənimsəməsiyçün əməlli-baĢlı dərs keçirdi.   

“Qırmızıbayraqlı” durğunluq illərini əlyazmalar arasında keçirən, siyasi fəaliyyətini bütünlüklə gizli 

aparmağa  məcbur  olan  Bəy  bu  10  ili  bir  alim  kimi  də  boĢuna  buraxmadı.  Səksəninci  illərin 

ortalarında Azərbaycan televiziyası əlyazmalarımızın təbliğinə geniĢ yer verməyə baĢladı. Sözsüz 

ki,  onlardan  danıĢacaq  mütəxəssislər  içərisində  ən  ağır  çəkililərdən  biri  də  Əbülfəz  bəydi.  Ġlk 

veriliĢlərdən  sonra  təbliğatçün  yenidən  geniĢ  auditoriya  tapdığını  görən  Bəy  öz  millətçi 

düĢüncələrini  ekrandan  elmi  çıxıĢlarıyla  yaymağa  baĢladı  və  tezliklə  tamaĢaçıların  rəğbətini 

qazandı.  Ġnstitutun  “Əlyazmalar  xəzinəsində”  toplusundasa  onun  “Hənəfilik  və  onun  əsas 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə