Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə191/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   183   184   185   186   187   188   189   190   191

Ģəxsiyyətin itir, xalqın vahid ruhunda əriyir. Doğrudan da qətiyyətlisənsə sənin haqqında hər Ģey 

deyiləcəyini gözünün qarĢısına alıb özünü ümumi məqsəd yolunda qurban verməyi bacarmalısan.

 

Məsələn, götürək sufiləri. Onların qətiyyəti olmayıb? Nə qədər əzablara, iĢgəncələrə dözərək bir 



tikə  çörəklə  yaĢayıblar,  "rizq  Allahdandır"  deyiblər.  Əksinə,  dünyanın  ən  qətiyyətli  adamları 

onlardı  -  haqqın  yoluyla  gediblər.  Onlar  öz  Ģəxsiyyətlərini  önə  çəkməyiblər.  Kimdi  onlar? 

Təsəvvür  edin  ki,  bir  sufi  dərviĢ  bütün  ölkəni  gecə-gündüz  gəzərək  oxuyur:  "Ya  haqq",  "ya 

haqq", "ya haqq"... Onun özünün heç nəyi yoxdur - çöldə gəzir, xarabalarda yatır, ac-susuz qalır, 

ancaq dönmədən haqqı insanların beyninə yeridir. Ġndi demək olarmı ki, o, qətiyyətsiz adamdır?! 

Əksinə,  çox  qətiyyətlidir.  O,  baĢ  kəsmək  yox,  haqqı  anlatmaq  istəyir.  Kim  də  haqqı  çox 



sevirsə, haqqı daha çox müdafiə edirsə qətiyyətli adam odur! 

 

Qətiyyətli adamlar imperatorlar deyil. Mənə ordu verin, gedim kimisə əzim. Buna nə var ki, hamı 



edər. Qətiyyət qan tökməklə ölçülməz. Gəncədə tərksilah edilməli 500 adam - bir batalyon vardı. 

Onları  topla  elə  yatdıqları  yerdəcə  batırmaq  olardı.  Bəs  sonra  bunu  hansı  haqqa  yazacaqdıq? 

Xalqa necə izah edəcəkdik? Bu 500 adamın içərisində, deyək ki, 30-u günahkardı. Qalanları əmrə 

tabe  olub.  Onları  qırandan  sonra  özümüzə  necə,  hansı  adla  haqq  qazandıra  bilərdik?!  Mən, 

doğrusu, buna cavab tapa bilmirəm. 

 

Cinayətkarı tapıb onun özünə cəza vermək lazımdır. Surət Hüseynovu həbs etməkçün gərək bir 



300 nəfəri qıraydıq; axı o 300 nəfərin günahı yoxdu! Bəs bu qiyam sonradan böyüyüb vətədaĢ 

müharibəsinə çevriləndə nə etməli? Mən,  Qamsaxurdianı  bacarıqlı  adam  sayıram.  Böyük 



Ģəxsiyyətdi  -  gürcü  xalqının  azadlığı  uğrunda  dönmədən  mübarizə  aparıb.  Amma 

vətəndaĢ  müharibəsində  qətiyyətli  ola  bilməzsən.  VətəndaĢ  müharibəsində 

qətiyyətlilik  dəlilikdir.  Öz  əsgərini  öldürmək,  öz  vətəndaĢını  öz  vətəndaĢına 

qırdırmaq,  üstəlik,  qıran  vətəndaĢa  Milli  Qəhrəman  adı  da  vermək  xəstə  insanın 

psixologiyasıdır.

 

Tutaq ki, mən lap əmr verdim, deyək 500 nəfər 500 nəfərlə vuruĢdu. 100 nəfər bu tərəfdən, 200 



də  o  tərəfdən  qırıldı.  Qalib  gəldik.  Amma  bu  qırılanın  hamısı  Azərbaycan  xalqının  övladları 

deyilmi?!  Bu,  aksiomdur  -  insan  ağlının,  milli  Ģüurun  ən  inkaredilməz  aksiomudur  ki,  vətəndaĢ 

müharibəsinin  qalibi  olmur,  qurtardı!  Kim  özünü  qalib  sayır  saysın!  VətəndaĢ  müharibəsinin 

qətiyyətlisi olmur! Kim özünü qətiyyətli sayır saysın!..

 

Dövlət  baĢçısı  öz  qətiyyətini  ölkəsinin,  dövlətinin  içində  -  öz  vətəndaĢlarına  yox,  çölündə  - 



düĢmənlərinə göstərməyi bacarmalıdır!

».

 



(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.73-75).  

Qətiyyətlilik mövzusunda yarım il sonra bir də belə söhbət etdik: 

«…Bu, Rusiyanın qabaqcadan diqqətlə hazırladığı geniĢ bir əməliyyat idi. Doğrudur, ola bilsin ki, 

o, iyulda, yaxud sentyabrda baĢ verəydi, ancaq hökmən olmalıydı. Rusiyanın və Ġranın qüvvələri, 

hakimiyyət  hərisliyi  gözlərini  örtmüĢ  içimizdəki  xəyanətkarlar  bizim  əleyhimizə  birlikdə  fəaliyyət 

göstərirdilər. Bu birləĢmiĢ qüvvəyə qarĢı durmaq imkansızdı. Ola bilərdi ki, biz qiyamı yatıraydıq, 




ancaq  bu,  bir  mərhələ  olacaqdı.  Bundan  sonra  qiyamın  daha  təsirli  ikinci  mərhələsi  gələcəkdi. 

[Təsadüfi deyil ki, həmin ərəfədə Ağdama da ciddi hücum gözlənilirdi. Bu, bir]. 

 

Ġkinci  tərəfdən,  Azərbaycanın  tarixində,  təvazökarlıqdan  nə  qədər  uzaq  olsa  da,  deməyə 



məcburam  ki,  özümdən  qətiyyətli  prezident  tanımıram.  Mənədək  heç  bir  dövlət  baĢçısı 

Azərbaycandan  70  minlik  rus  qoĢununu  çıxara  bilməyib.  Qətiyyət  budur!  Heç  bir  prezident 

vəzifəyə keçən kimi millətə, onun dilinə Stalinin yasaq etdiyi öz "türk" adını qaytarmayıb, əlifbanı 

dəyiĢdirməyib,  ən  müxtəlif  sahələrdə  (təhsil,  səhiyyə,  mədəniyyət,  iqtisadiyyat,  maliyyə,  ordu, 

dövlət quruculuğu, xarici siyasət və b.) ciddi islahatlar aparmağa bu cəsarətlə giriĢməyib. 

 

Təkcə  rus  qoĢunlarının  ölkədən  çıxarılması  bir  prezidentin  hakimiyyəti  üçün 



kifayətdir, halbuki biz bu iĢi bircə ildə gördük. Ġndi Qəbələdə əhalini qırıb məhv edən 

RLS var, orada cəmisi 500 rus əsgəri qalıb; buyursun Heydər Əliyev, onu çıxarsın və 

qətiyyətli prezident olduğunu xalqa sübut etsin. Halbuki biz o stansiyanın məsələsini 

artıq  həll  etmiĢdik  və  1993-üncü  ilin  oktyabr  ayında  onu  Azərbaycandan 

götürəcəkdik.  Bəlkə  elə  bilirlər  ki,  biz  bunun  törədəcəyi  nəticələrdən  xəbərsiz  idik?  Qətiyyən 

yox! Çox gözəl bilirdik ki, ruslar bu qətiyyəti bizə bağıĢlamayacaqlar, ancaq bizi hakimiyyətimizi 

yox, istiqlalımızı qorumaq düĢündürürdü!

 

Ümumiyyətlə,  mən  hadisələrə  dar  məhəlli  mövqedən  yanaĢmağın  əleyhinəyəm.  Birdəfəlik  baĢa 



dəĢməliyik  ki,  Surət  Hüseynov  kimi  xırda  adamlar  dövlət  çevriliĢi  edə  bilməzlər.  Bu  cür 

hadisələrin arxasında dünyanın böyük dövlətlərinin maraqları dayanır və onlar istədikləri ölkədə 

qarıĢıqlıq sala bilirlər. Məgər Gürcüstanda Z.Qamsaxurdia, Çeçenistanda C.Dudayev, Tacikistanda 

müxalifət  baĢçıları  məhv  edilmədilərmi?  Gördüyünüz  kimi,  Rusiyadan  yavaĢ-yavaĢ  ABġ-a  üz 

çevirməyə  baĢlayan  Ter-Petrosyan  elə  günə  düĢdü  ki,  bircə  həftə  də  inadkarlıq  göstərsəydi 

hərbçilər onu süpürüb atacaqdılar və ölkədə vətəndaĢ müharibəsi baĢlanacaqdı, ancaq o, bizim 

baĢımıza gələnlərdən ibrət dərsi götürdü. 

 

Hər halda, 1993-üncü il iyun hadisələrinə yenidən boylanarkən mən prezident kimi fəaliyyətimi 



bütünlüklə bəyənir və xalqımı labüd vətəndaĢ müharibəsindən qurtarmağımı həyatımın ən Ģərəfli 

səhifələrindən sayıram. Bir daha təkrarlayıram - mən istiqlalımızı hakimiyyətdən üstün tutdum!». 

 

("Mən istiqlalımızı hakimiyyətdən üstün tutdum!". Əbülfəz Elçibəylə onun mətbuat katibi Ədalət 



Tahirzadənin söhbəti. -“Azadlıq” qəzeti, 20 iyun 1998). 

Elçibəy  qətiyyətliydimi,  qətiyyətsizdimi  -  bütün  bu  oxuduqlarından  sonra  cavab  verməyi 

oxucunun  öz  ixtiyarına  buraxıram.  Ancaq  bu  söhbətləri  professor  Vaqif  Sultanlının  bir  fikriylə 

yekunlaĢdırıram: 

«Elçibəy  adi  bir  insan,  Ģəxsiyyət  deyildi.  O,  Tanrının  bizlərə  göndərdiyi  elçi, 

peyğəmbər  idi.  Tanrı  onu  Yer  üzünə  göndərmiĢdi  ki,  mənəviyyatı  talanmıĢ,  özünü,  kimliyini 

unutmuĢ,  tarixi qürurunu  itirmiĢ,  ikiyə  parçalanaraq  xırdalanmıĢ xalqımıza  yol  göstərsin.  Ancaq 

çox  sevdiyi  bizlər Vətənin  nicatının  Elçibəydə  olduğunu  anlamadıq»

.  («Savalanda görüĢənədək, 

Bəy!». Bakı, 2000, s.121).   

***

 



Bəli, arxasında böyük-böyük dövlətlərin dayandığı düĢmənlərinin ordu-ordu irəli cumduğu, döyüĢ 

meydanında  onu  tək  qoymuĢ  dostlarının  dəstə-dəstə  geri  qaçdığı,  dövləti  qorumağı  tapĢırdığı 

generalların  və  baĢqa dövlət  adamlarının  satqın,  fərsiz və  qorxaq  çıxdığı,  demokratik  dəyərlərə 

və müstəqillik idealına hələ yiyələnməmiĢ və “dəmir əl” eĢqiylə alıĢıb-yanan soydaĢlarının “mənə 

nə?”  deyərək  soyuqqanlılıqla  üz  döndərdiyi  prezident  Əbülfəz  Elçibəy  hakimiyyətdən  getməyə 

məcbur oldu. 

 

«-Xüsusi  sifariĢlə  öncə  Ali  Sovetin  iyundansonrakı  sessiyalarında,  sonra  Nizami  Süleymanovun, 



Karaulovun çıxıĢlarında, Az.TV-nin daha çox Nizami Xuduyev dönəmindəki teleittihamlarında Sizə 

qarĢı  insanın  Ģərəf  və  ləyaqətini  alçaldan,  təhqir  edən  amansız  və  heç  bir  əxlaq  ölçülərinə 

sığmayan  təbliğat  kampaniyası  aparılırdı  (bu  təbliğat  son  vaxtlar  əvvəlki  quduzluğunda  olmasa 

da indi  də kəsilməyib). Sözsüz ki, bunların  hamısından  xəbəriniz  vardı. …Bu  iftira və  təhqirlərə 

necə dözürdünüz...? 

 

-Bu  mübarizə  yolu  çox  ağır  yoldur,  həm  də  Ģərəfli  yoldur.  Ġkisi  də  var.  Ona  görə  ağırdır  ki, 



döyüləcəksən, söyüləcəksən, təhqir olunacaqsan, öləcəksən, asılacaqsan. Ona görə Ģərəflidir ki, 

nə  qədər  incidilsən  də  haqq  yolunda  olduğuna  görə  seviləcəksən.  Əgər  Ģərəfə  yiyələnirsənsə 

zəhmət çəkib o təhqirləri də qəbul etməlisən - onlar da sənindir! ġərəfi, hörməti qazanmısan, on 

minlərcə  adam  səni  salamlayır,  milyonlarca  adam  səni  sevir,  adını  məhəbbətlə  çəkir.  Bəs 

döyüləndə, söyüləndə niyə Ģikayətlənməlisən? 

 

…Bir  də  ki,  bu  dözüm  təkcə  məndə  görünməyib  ki.  …Məgər  mən  Əhməd  Cavaddan,  Hüseyn 



Caviddən artıq oğulam?! Ġndi yox ha, lap tutulmamıĢdan qabaq deyirdim bu sözü. DüĢünürdüm 

ki,  Hüseyn  Cavid  Stalin  kimi  bir  dünya  diktatorunun  qarĢısında  baĢ  əymədi,  hətta  həyatını 

qurtarmaq  naminə  də  varsa  öz  əsərlərində  onun  adını  bir  dəfə  də  çəkmədi,  hamı  neftdən, 

pambıqdan,  kolxozdan  yazan  vaxt  o,  əqidəsini  dəyiĢməyərək  "Əmir  Teymur"u,  "Peyğəmbər"i, 

"SəyavuĢ"u...  qələmə  aldı,  qorxmadan  gözlədiyi  Sibir  buzlaqlarındakı  ölümüsə  Ģirin  bir  Allah 

neməti kimi qəbul elədi! Cavidi gedərgəlməzə yollayaraq ondan sonra da 40-50 il yaĢayıb fəxri 

adlar  alanlar,  döĢlərini  orden-medallarla  dolduran  əqidəsizlər,  hər  əmrə,  göstəriĢə  müti 

fırfıralarsa  cismani  yoxluqlarıyla  eyni  zamanda  mənəvi  ölümə  də  düçar  oldular  -  unuduldular. 

Cavidsə  əqidədən  dönməmək  naminə  cismani  mövcudluğunu  qurban  verərək  əvəzində 

peyğəmbərlərə nəsib olan Ģərəfli əbədiyyət qazandı! 

 

…Mən  də  Hadinin,  Cavidin,  Cavadın  yolunu  seçmiĢdim  deyə  həmiĢə  ağrı-əzaba  düĢəndə  onları 



oxuyurdum, özümə təskinlik tapırdım. 

 

…Bu mübarizə yolu gediləcək - o, ərənlər yoludur, ərənlər gedəcək. Mən də getməsəm minlərcə 



gedən tapılacaq. Bəli, bu yolu gedə bilmirsənsə, getmək istəmirsənsə getmə, çəkil dur qıraqda, 

get  alimliyini  elə,  bir  tikə  çörəyini  qazan,  ancaq  gedəcəksənsə  unutma  ki,  yolun  hökmən  bu 

əzabların  içindən  keçəcək!  Bax,  buna  görə  də  həmin  təhqirləri  təbii  qarĢılayır,  onları 

söyləyənlərdən əsasən incimirəm

». 

 

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.106-107). 



Hakimiyyət  kürsüsünü  paytaxtda  qoyub  gəlmiĢ  Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəy  doğma 


Kələki kəndində düz 4 il 4 ay sürən əzici və üzücü bir hicrət yaĢadı. Bu isə, inĢallah, artıq baĢqa 

kitabın mövzusudur. 

21 mart 1999 - 6 aprel 2001.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə