Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə5/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   2   3   4   5   6   7   8   9   ...   191

Misirdə  olmaq  fürsətini əldən  verməyən  Əbülfəz  bəy  canlı  ərəb  dilini daha  yaxĢı öyrənmək,  bu 

ölkənin keçmiĢinə və indisinə incəliklə bələd olmaqçün bütün boĢ vaxtlarını yerli camaat arasında 

keçirdi,  tarixi  mədəniyyət  abidələrini  gəzdi,  məĢhur  ehramların  dəfələrlə  qonağı  oldu,  fironlar 

dövründəki  Misir  əhalisinin  yadigarları  sayılan  qədim  qibtilərin  çağdaĢ  durumu,  adət-ənənəsi, 

onların  türklərlə  tarixi  əlaqələriylə  yaxından  maraqlandı.  Bu  ölkədə  yaĢadığı  müddətdə  o, 

türklərin ərəb tarixindəki rolunu da öyrənməyə can atdı və bu məqsədlə ərəb dilində çıxmıĢ çoxlu 

kitablar əldə etdi. 

Təbiətcə  hədsiz  əliaçıq  olan,  heç  vaxt  pul  yığmaq  həvəsində  bulunmayan  Bəy  Misirdə 

qazandıqlarını  Azərbaycanın  təbliğinə  həsr  etdi,  öz  ölkəsini,  xalqını  burada  tanıtmaq  istədi.  Bu 

iĢsə  sovet  rejiminin  ayrılmaz  atributuna  çevrilmiĢ xüsusi idarənin  gözündən  yayınmadı  və  gənc 

tərcüməçiyə  bir-birinin  ardınca  irad  və  xəbərdarlıqlar  edildi.  Ancaq  Sovetlər  Birliyinin  baĢçısı 

Nikita  XruĢĢov  Misrə  gələndə  Əbülfəz  bəyin  onun  ünvanına  kəskin  sözlər  iĢlətməsi  xüsusi 

idarənin səbir kasasını daĢdırdı. Bunun nəticəsində tərcüməçi vaxtından xeyli qabaq - 25 Oktyabr 

1964'də Bakıya dönməli oldu. 



ZĠYA BÜNYADOVUN ASPĠRANTLIĞINDAN BAġ MÜƏLLĠMLĠYƏDƏK 

BirləĢmiĢ  Ərəb  Respublikasından  (Misirdən)  Vətənə  qayıtmalı  olan  Əbülfəz  bəy  Azərbaycan 

Dövlət Universitetinin - indiki BDU'nun əyani aspiranturasına Asiya və Afrika ölkələri tarixi üzrə 

girdi (1 Yanvar 1965) və görkəmli tarixçi Ziya Bünyadov onun elmi rəhbəri oldu.  

Türklərin dünya tarixindəki rolunu elm aləminə tanıtmaqçün gənc aspirant o dövr üçün, demək 

olar  ki,  bütünlüklə  zülmət  içində  qalmıĢ  bir  mövzuya  üz  tutdu  -  çağdaĢ  Misir,  Suriya,  Livan, 

Ġordaniya  və  Fələstini  bütünlüklə  öz  ağalığı  altında  birləĢdirib  müstəqil  bir  dövlət  qurmuĢ,  36 

ildən artıq hökmdarlıq etmiĢ türk köklü Tulunilər dövlətinin tarixini öyrənməyə giriĢdi. Sovet tarix 

elmində  olduqca  qısqanclıqla  yanaĢılmıĢ,  haqqında  yalnız  bəzi  dodaqucu  abzaslar  yazılmıĢ  bu 

dövlətin keçmiĢini öyrənməyə çalıĢmaq doğrudan-doğruya oğul istəyirdi. Misirdən gətirdiyi, Bakı, 

Moskva,  Leninqrad  və  Tiflis  kitabxanalarında  oxuduğu  yüzlərcə  kitab  və  əlyazmadan  əsl 

gerçəkliyi ortaya qoyanda aradan gecəsi-gündüzü bilinməyən üç gərgin il keçmiĢdi. Tarix elmləri 

namizədi  alimlik  dərəcəsi  almaqçün  26  Fevral  1970'də  müdafiə  etdiyi  “Tulunilər  dövləti 

(868-905)”  adlı  dissertasiya  iĢiylə  (elmi  rəhbər:  Ziya  Bünyadov,  opponentlər:  Cəfər  Ġbrahimov, 

Məmməd  Azərlu)  tanıĢ olan  tarixçi  yoldaĢları gənc  araĢdırıcının  zəkasının  geniĢliyinə,  enerjisinə 

və alimlik bacarığına heyran qalaraq bu əsəri doktorluq iĢinə bərabər tutdular. Beləliklə, dünya 

tarixĢünaslığında  bu  türk  xanədanı  haqqında  ilk  sanballı  elmi  əsər  Azərbaycanda  yaradıldı  və 

onun  yaradıcısı  31  yaĢlı  Azərbaycan  ĢərqĢünası  Əbülfəz  Əliyev  oldu!  (Həmin  dissertasiyanı 

Ə.Elçibəyin  silahdaĢı  Fazil  Qəzənfəroğlu  1997'də  Ġstanbulun  “Ötüken”  nəĢriyyatında 

“Tolunoğulları dövləti (868-905)” adı altında kitab Ģəklində nəĢr etdirib). 

Aspirantlıq müddəti baĢa çatanda (1 Yanvar 1968) onu ADU'nun “Asiya və Afrika ölkələri tarixi” 

kafedrasına  müəllim  götürdülər.  BaĢlıca  olaraq  ĢərqĢünaslıq  (II,  III,  V  kurslar),  tarix  (II,  III 

kurslar) və kitabxanaçılıq (II kurs) fakültələrində dərs deyirdi.   

Bu  vaxt  artıq  gizli  təĢkilatın  üzvləri  yenidən  Bakıya  dönmüĢ  və  çoxdan  öz  fəaliyyətlərini  bərpa 




etmiĢdilər.  Malik  Mahmudov  iĢlədiyi  ərəb  dövlətindən  gələrkən  oradan  Müsavat  Partiyasının 

proqramını  da  taparaq  özüylə  gətirmiĢdi.  (O,  bu proqramı  ərəb  dilindəki  materialların  arasında 

ərəb əlifbasıyla türkcə köçürmüĢdü). TəĢkilatın proqramının əsasında məhz Müsavatın proqramı 

dururdu. 

Müəllimliyə  “baĢ  saxlamaq”  vasitəsi  kimi  yox,  millətin  azadlığına  xidmət  edəcək  gənclər 

yetiĢdirmək  missiyası  kimi  baxan  Əbülfəz  bəyin  davranıĢı  tezliklə  fakültə  dekanlığının,  partiya 

təĢkilatının,  kafedra  rəhbərliyinin  diqqətini  cəlb  etdi.  Ġlk  dəfə  onun  fəaliyyəti  hələ  1969'da 

dekanlıqda  müzakirə  olunmuĢ,  ona  xəbərdarlıqlar  edilmiĢdi.  Bu,  o  vaxtdı  ki,  Azərbaycan  KP 

MK'nın  yeni  I  katibi  H.Əliyev  onun  elmi  rəhbəri  Ziya  Bünyadovu  1969'un  Avqust  plenumunda 

xalqlar dostluğunun sütununu uçuran millətçi alim adlandırmıĢdı.   

30  Sentyabr  1970'də  SSRĠ  Ali  Attestasiya  Komitəsi  Əbülfəz  bəyə  tarix  elmləri  namizədi  alimlik 

dərəcəsi  verilməsini  təsdiq  etdi.  Artıq  rəsmən  qazandığı  alimlik  statusu  onu,  təbii  ki,  bir  sıra 

maddi və mənəvi imtiyazlara yiyələndirdi, hər Ģeydən qabaq, baĢ müəllim olmasını sürətləndirdi.   

“Ə.ƏLĠYEV AZƏRBAYCAN GƏNCLƏRĠNĠN QEYRĠ-RƏSMĠ LĠDERĠDĠR” 

O,  universitetdəki  müəllim  yoldaĢlarının  əksərindən  bir  sıra keyfiyyətlərinə  görə  kəskin  seçilirdi. 

Bu dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə göndərilən gizli ərizə və məlumatlar 

bu fərqin mahiyyətini açıqlayan, Bəyin müəllimlik fəaliyyətini güzgü kimi doğru-düzgün göstərən 

ən inanmalı qaynaqlardır.   

DTK'nın  universitetdəki dayaqlarından  sayılan,  “Dosent”  Ģərti  adı  verdiyimiz  müəllim  bu orqana 

yazırdı: 

“Qeyd etməliyəm ki, Əbülfəzin tələbələrlə münasibəti müəllim Ģəxsiyyətinə yaraĢmayan 

tərzdə qurulub. O, tələbələrlə öz yaĢıdları, dostları kimi rəftar edir. Mən dəfələrlə bunu ona irad 

tutmuĢam”.

 

Evlənmə  yaĢı  çoxdan  ötmüĢ,  ancaq  həyatını  mübarizəyə  həsr  etdiyindən  bunu  ağlına  belə 



gətirməyən,  kirayə  mənzillərdə  yaĢayan  (Hərbi  xəstəxananın,  Bakı  Sovetinin,  Hökumət  evinin, 

Nərimanov  abidəsinin,  Mərkəzi  Univermağın...  yaxınlığındakı  evlərdə  və  b.  yerlərdə  kirayədə 

qalıb)  Əbülfəz  bəy  tələbələrin  ürək  dostuna  çevrilmiĢdi.  Onun  istər  auditoriyada,  istər 

çayxanalarda,  istərsə  də  öz  mənzilində  tələbələriylə  apardığı  söhbətlərdə  Azərbaycanın 

müstəmləkə  durumu,  Moskvanın  milli  əritmə  (assimilyasiya)  siyasəti,  Vətənimizin  ikiyə 

parçalanması, ümumtürk mədəniyyətinin təbliği daimi mövzular olmuĢdur. 

DTK'ya yazılanlardan: 

“Ə.Əliyevin tələbələrə danıĢdığı bəzi cümlələri olduğu kimi sizə çatdırıram:

 

Vahid Azərbaycan dövlətini yaratmaq lazımdır. Hal-hazırda Azərbaycanın və Azərbaycan xalqının 



bir  hissəsi  Ġranda  və  Ġraqda,  bir  hissəsi  də  SSRĠ'nin  tərkibindədir.  Buna  görə  də  onları 

birləĢdirməyə çalıĢmalıyıq.

 

Əliyevin  fikrincə,  Stalin  Tehran  konfransının  qərarı  ilə  Sovet  qüvvələrini Cənubi  Azərbaycandan 



çıxarmaqla səhvə yol verib”.

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə