Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə6/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   2   3   4   5   6   7   8   9   ...   191

“O, Lenin milli siyasətini düzgün baĢa düĢmür”.

 

“O,  danıĢığında  rus  sözü  iĢlədən  adamları  xoĢlamırdı,  deyirdi  ki,  azərbaycanca  təmiz  danıĢmaq 



lazımdır”.

 

“...Əbülfəz  öz  əhatəsində  olanlara  özünü  türk  kimi  təqdim  edir  və  deyirmiĢ  ki,  azərbaycanlılar 



türkdürlər.  ...  Azərbaycanlıların  türk  olduğunu  iddia etməklə  o,  tarixi faktları  saxtalaĢdırır, səhv 

edir”.


 

“Əbülfəz  islam  dinini  dinlərin  ən  gözəli,  ən  insanpərvəri  hesab  edirdi  və  bizi  də  onu  müdafiə 

etməyə çağırırdı”.

 

“Müəllim  dostu  Rafiq  Ġsmayılov  bir  sıra  erməni  müəlliflərinin  öz  məqalələrində  Azərbaycan 



ərazisinin  xeyli  hissəsinin  Ermənistana  aid olduğunu  iddia  etdiklərini söyləyəndə  Əbülfəz  Əliyev 

onu  müdafiə  etməyə  çalıĢdı.  Lakin  kafedra  müdiri  ...  onun  sözünü  yarımçıq  kəsdi...  Mən 

Əbülfəzin diqqətini bir də ona yönəltdim ki, partiya yığıncağında Sov.ĠKP üzvü olan tələbələr də 

iĢtirak  edirdi  və  həmin  çıxıĢlar  onların  dünyagörüĢünə  və  baĢqa  millətlərə  (

ermənilərə  -  Ə.T.

münasibətinə mənfi təsir göstərə bilər”.



 

Əbülfəz müəllimin dostları içərisində əqidəcə ona ən yaxın olanı məhz adı çəkilən Rafiq Ġsmayılov 

idi.  Onlar  hələ  on  beĢ  il  öncə  eyni  mübarizə  yolunu  seçmiĢdilər  və  eyni  gizli  təĢkilatda  da 

çalıĢırdılar. Ona görə universitetdə də eyni mövqedən çıxıĢ edirdilər. Bu dostluqla bağlı baĢqa bir 

maraqlı fakt da DTK sənədlərində əksini tapıb. 

1974'də kafedrada, rəyçilərinin Əbülfəz Əliyev və Rafiq Ġsmayılov olduğu bir diplom iĢi müzakirə 

edilir.  R.Ġsmayılov  ġərqdə  yerləĢən  sovet  respublikalarını  “müsəlman  respublikaları” 

adlandırdıqda A.A. adlı birisi onun sözünü kəsərək buna etiraz edir, onun elmi və siyasi səhvə yol 

verdiyini  söyləyir,  “xarici  mətbuatın  yabançı  və  ziyanlı  təsirinə”  uymamağı  tələb  edir.  “Bundan 

sonra  R.Ġsmayılov  və  onunla  həmrəy  olan  Əbülfəz  Əliyev  nümayiĢkaranə  Ģəkildə  yığıncağı  tərk 

etdilər”. 

Məhz bu hadisədən sonra Əbülfəz bəyin Ģəxsiyyəti haqqında ilk böhtan irəli sürüldü: 

“Əbülfəzin 

hərəkətlərindəki  qəribəlikləri,  kollektivin  tənqidini  nəzərə  almamasını,  bu  və  ya  digər  məsələyə 

münasibətdə  Ģəxsi  fikirlərini,  kafedra  yığıncağını  nümayiĢkaranə  Ģəkildə  tərk  etməsini,  ailə 

qurmamasını nəzərə alaraq belə qənaətə gəlirəm ki, ola bilər ki, onda psixi çatıĢmazlıqlar olsun”. 

 

Buraya çatanda dahi Mirzə  Cəlilin  “Dəli yığıncağı”ndakı doktor  Lalbyuzun “kim  dali?”  soruĢması 



yada  düĢür.  Sonralar  -  siyasi  mübarizəsi  daha  sistemli  və  barıĢmaz  olduqca  ən  müxtəlif 

iqtidarların  və  siyasi  rəqiblərinin  yaratdığı  “iradəsiz”,  “qətiyyətsiz”,  “bacarıqsız”,  “özünə  gün 

ağlaya  bilməyən”,  “cinayətkar”,  “xuliqan”,  “türemĢik”,  “içkibaz”,  “erməni”...  kimi  ən  çeĢidli,  ən 

allahsız böhtan-epitetlər ünvanına dolu kimi yağacaq. (Onların ən amansızları və imansızları Bəyə 

hələ 1974'dən çox gözəl tanıĢ olan 1993'dən sonrakı iqtidarın dövrünə düĢdü. Zabitəli dirijorun 

çubuğu tərpənən kimi böhtançılar xorunun səsi televiziya, radio və mətbuatı baĢına götürdü...). 

Universitetin  təkcə  vəzifəcə  yox,  mənəviyyatca  da  baĢ  müəllimi  olan  Əbülfəz  bəyi  bir  pedaqoq 



kimi  ən  dolğun,  ən  düzgün  səciyyələndirən  sənəd  dostu  Rafiq  Ġsmayılovun  DTK'ya  verdiyi  bu 

izahatdır: 

“O,  Vətənini,  xalqını  sevəndir.  Əliəyrilərin,  rüĢvətxorların  düĢmənidir.  Hamını  doğru,  təmiz  və 

sadə  görmək  istəyir.  [...]  Əbülfəzin  mühazirələri  maraqlı,  geniĢ  və  hərtərəfli  olduğundan 

kafedrada onu həmiĢə müəllimlərə nümunə gətirmiĢ və mühazirələrə onun kimi hazırlıqlı gəlməyi 

tələb etmiĢlər. Əbülfəz sənətinin vurğunudur.

 

Yaxın  yoldaĢ  kimi  onun  maddi  vəziyyətindən  də  yaxĢı  xəbərim  vardır.  Maddi  cəhətdən  çox 



çətinlik  çəkirdi.  Baxmayaraq  ki,  240  manata  kimi  maaĢ  alırdı,  aldığı  pul  onu  görmürdü.  Bir 

tərəfdən  tez-tez  ev  kirayə  etməsi,  daimi  yaĢayıĢ  yerinin  olmaması,  ailə  qura  bilməməsi,  hətta 

maddi cəhətdən çətinlik çəkən tələbələrin bəzilərinə aldığı maaĢdan kömək etməsi onun maddi 

cəhətdən  çətinlik  çəkməsinə  səbəb  olurdu.  O  hətta  əyninə  kostyum  ala  bilmirdi.  1974'cü  dərs 

ilinin baĢlanmasına az qalmıĢ oynadığı lotereya pulu ilə özünə bir dəst kostyum ala bildi. Həmin 

kostyumun ucbatından bir neçə nəfərə pul borcludur”.

 

Müəllimliyi  baĢqa  cür  düĢünənlər  Əbülfəz  müəllimi  hətta  rüĢvət  almamaqda  da  suçlandırırdılar. 



1974'ün  23  Dekabrında birisi DTK'ya  elə  belə  də  yazırdı: 

“Sonra  mən  Əbülfəz  Əliyev  haqqında 

danıĢdım.  Göstərdim  ki,  o,  düzgün  taktika  yürütmür,  ona  görə  də  yerli  komitəyə  seçilmədi. 

Özünü  tez  nüfuzdan  saldı.  O  gərək  qəbul  imtahanlarında  iĢtirak  edəydi,  abituriyentdən  rüĢvət 

alaydı. Onda həm özünü iqtisadi cəhətdən düzəldərdi, həm də özünün millətçilik fikirlərini yaya 

bilərdi”.

 

Özünün  kəskin  ehtiyacı  olduğuna  baxmayaraq  o,  Ģəxsi  evini  keçmiĢ  tələbə  yoldaĢı  Malik 



Mahmudova  bağıĢlamıĢdı.  Bunu  M.Mahmudovun  18  Fevral  1975'də  DTK'ya  verdiyi  izahat  da 

təsdiqləyir:  “1969'cu  ildə  mən  evləndiyimə  görə  Əbülfəz  mənim  ailə  vəziyyətimi  nəzərə  alıb 

könüllü olaraq evi mənə verdi, özü isə baĢqa yerdə kirayə ev tutdu”. 

Gizli millətçi təĢkilatın öz fəaliyyətini gücləndirməsiylə Əbülfəz bəyin tələbələr arasında təbliğatı 

da  1970'dən  sistemli  Ģəkil  aldı.  O,  gizli  tələbə  qrupları  yaratmağa  baĢladı.  Həmin  qruplardan 

birinin  baĢçısı  olmuĢ  keçmiĢ  tələbəsi  Ələsgər  Siyablı  bildirir  ki,  gizli  iĢimiz  əsasən  ayrı-ayrı 

mövzular  (məsələn,  Quzey  Azərbaycandakı  müstəmləkə  siyasəti,  Güney  Azərbaycandakı  fars 

əsarəti,  türk  dünyasının  geosiyasi  vəziyyəti,  türk  millətçiliyi  məsələləri  və  b.)  haqqında  xüsusi 

mə‟ruzələr  hazırlayaraq  onların  ətrafında  fikir  mübadiləsi  aparmaq,  Azərbaycanın,  türk-islam 

dünyasındakı  qəhrəman  Ģəxsiyyətlərin  fotoĢəkillərini,  onlar  haqqında  mə‟lumatları  çoxaldıb 

yaymaq,  Azərbaycanın  bütövlüyü  problemini,  türk  millətçiliyi  ideyasını  geniĢ  kütlələrə  təbliğ 

etməkdən ibarətdi. 

Gizli təĢkilatı DTK'nın bütünlükdə aĢkarlaya bilməməsiyçün Əbülfəz bəyin yaratdığı üçlük, beĢlik, 

yeddilik,  doqquzluq  qrupların  yalnız  baĢçıları  onu  tanıyırdı  və  heç  birinin,  baĢqasından  xəbəri 

yoxdu. (Bu taktika sonralar təcrübədə özünü doğrultdu - DTK qurumu bütünlüklə aça bilmədi). 

[Yeri gəlmiĢkən, Əbülfəz bəy Ankarada 1998'də çıxan “Bütöv Azərbaycan yolunda” kitabının “Nə 

deyəsən?!  Belə  qalmaz!”  adlı  bölməsində  (161-216'cı  səh.)  gizli  təĢkilatı  yaratması  və  DTK  ilə 

mübarizəsi haqqında ətraflı yazıb]. 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə