Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə7/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   2   3   4   5   6   7   8   9   10   ...   191

Əbülfəz müəllimin siyasi fəaliyyəti universitet rəhbərliyini əməlli-baĢlı narahat etməyə baĢlamıĢdı. 

“Öyüd-nəsihət”in kar etmədiyini gördükdə onun qarĢısında cüni maneələr yaratmağa baĢladılar. 

26  Oktyabr  1972'də  tarix  fakültəsinin  elmi  Ģurası  ona  dosent  adı  verilməsini  müzakirə  edərkən 

“Ģəxsi  keyfiyyətlərini  və  onun  hərəkətlərindəki  bəzi  mənfi  cəhətləri  nəzərə  alaraq”

  ona  dosent 

vəzifəsi verilməsindən imtina etdi. 

Təbii  ki,  universitetdə  baĢ  verənlərdən  DTK'nın  anındaca  xəbəri  olurdu.  Totalitar  rejimin  bel 

sütunu  olan,  heç  vaxt  mürgüləməyən  təhlükəsizlik  orqanları  Əbülfəz  müəllim  haqqında  dosye 

toplamağa baĢladı. 

5 Noyabr 1972'də  tarix  fakültəsinin  bir tələbəsi Azərbaycan  SSR DTK  sədrinin  müavininə  geniĢ 

məlumat  yazaraq  Bəyin  tələbələr  arasında  apardığı  təbliğatın  mahiyyətini  geniĢliklə  açıqladı. 

Burada  Bəyin  özü  haqqında  bunları  oxuyuruq: 

“Ə.Əliyev  Azərbaycan  gənclərinin  qeyri-rəsmi 

lideridir”. “ġəxsən mən Əbülfəz Əliyevin baĢına bir dəstə toplayıb “Sahil” restoranının yanındakı 

çayxanada  oturduğunu  görmüĢəm.  V.F.'nin  dediyinə  görə,  həmin  adamlar  onların  təĢkilatının 

üzvləridir”. “Ə.Əliyev gənclərə, tələbələrə böyük ümidlər bəsləyir”.

 

Həmin  tələbə  bundan  sonra  müntəzəm  olaraq  (20,  28  Fevral,  2  Dekabr  1972;  16,  17  Fevral 



1973) DTK'ya məlumatlar verdi. 

TəĢkilatlanmanın qızğın çağında - 28 Fevral 1973'də DTK'ya S.M.Kirov adına ADU'nun Yaxın ġərq 

xalqları  ədəbiyyatı  kafedrasının  DOSENTindən  bu  tələblə  bir  ərizə  daxil  oldu: 

“Azərbaycanın 

proletar beynəlmiləlçiliyi ənənələrinə sadiq oğul və qızları Əbülfəz Əliyevin təbliğatına uymurlar. 

Lakin mənə elə gəlir ki, nəyin bahasına olursa-olsun Əliyevin tələbələr arasındakı təbliğatına son 

qoyulmalıdır. Əks halda bu, SSRĠ xalqlarının beynəlmiləl dostluğuna böyük ziyan vurar”.

 

1973'ün 16 Sentyabrında müəllim dostlarından biri qızının ali məktəbə girməsi münasibətilə 7'ci 



mikrorayonda qonaqlıq verdi və burada Əbülfəz bəy də qonaqlar qarĢısında sağlıq söylədi. Sovet 

dövlətinin  milli  siyasətinin  kəskin  tənqidinə,  Bütöv  Azərbaycan  ideyasına  həsr  olunmuĢ  həmin 

sağlıq sonralar onun məhkəməsində baĢlıca ittihama çevrildi. Ən mühüm “günah”larından biri də 

o sayıldı ki, “Əbülfəz Əliyev ümumi Azərbaycan xalqının sağlığına badə qaldırdı”. 

Yeri gəlmiĢkən,  “Dosent”  haqqında.  (Onun  ĢərqĢünas Mübariz  Əlizadə  olması bu  gün  heç kəsə 

sirr deyil. Bəyin məhkəməsində də o, sərt mövqe tutaraq, “sovet tələbələrinin tərbiyəsini pozan” 

Bəyin  cəzalandırılmasını  tələb  etmiĢdi).  20  Yanvar  1975  tarixli  dindirilməsində  Əbülfəz  bəy 

onunla yaxĢı münasibətdə olmadığını göstərərək bunun səbəbini belə açıqlayıb ki, o, tələbələrə 

orta  əsrlərdə  ġərqdə  guya  mərkəzləĢmiĢ  dövlət  olmadığını  söyləyib,  mənsə  tələbələrə  tarixi 

qaynaqlara  əsasən  izah  etmiĢəm  ki,  orta  əsrlərdə  ġərqdə  Abbasilər  xilafəti,  Səfəvilər  dövləti, 

Osmanlı imperiyası, Tan imperiyası kimi mərkəzləĢmiĢ dövlətlər olub. Bundan əlavə, ġərq icması 

barədə də onunla mübahisələrim baĢ verib. 

Göründüyü kimi, “Dosent” elmdəki acizliyinin əvəzini qulluq etdiyi DTK'nın əliylə çıxmağa çalıĢırdı.   

Əbülfəz bəyin 1971'dən üzvü olduğu kommunist partiyasının bu ali məktəbdəki təĢkilatı da onu 

cilovlamağı  bacarmadıqda  DTK  özü  birbaĢa  iĢə  qarıĢdı  və  1974'ün  baĢlanğıcında  2-3  dəfə 



Komitəyə çağıraraq xəbərdarlıq etdi, “özünü düzəltmək” üçün altı ay vaxt verdi. Ancaq bunun da 

xeyri olmadı, əksinə, o, təbliğatı və təĢkilatlanmanı daha da gücləndirdi. Tutulacağı haqqında ona 

açıq xəbərdarlıqlar edir, “ağıllanarsa” yüksək vəzifələrlə (hətta MK'nın ideoloji katibi kürsüsüylə!) 

mükafatlandırılacağına boyun olurdular. 

28  Aprel  1974'dəki  kafedra  yığıncağında  Sov.ĠKP  MK'nın  Belorusiya  üzrə  ideoloji  iĢ  və  ideoloji 

cəbhə  kadrlarının  hazırlanması  barədəki  qərarı  müzakirə  edilərkən  Əbülfəz  bəy  xüsusi  tənqid 

obyekti  seçildi  və  ondan  tələb  edildi  ki,  mühazirələrində  partiya  və  hökumətin  irəli  sürdüyü 

vəzifələrin tələblərindən kənara çıxmasın. 

2  ay  sonra  -  28  Ġyunda  keçirilən  kafedra  toplantısındasa  Bauman  adına  Moskva  Ali  Texniki 

Məktəbində  və  ÇernıĢevski  adına  Saratov  Dövlət  Universitetində  aparılan  iĢ  haqqında  Sov.ĠKP 

MK'nın  qərarı  da  müzakirə  olunarkən  artıq  “adı  dəftərə  düĢmüĢ”  Əbülfəz  Əliyev  yenə  “günün 

qəhrəmanı”na  çevrildi.  Yığıncağın  çıxardığı  vur-tut  iki  qərardan  biri  ona  aid  oldu: 

“Bütün 

müəllimlərə,  xüsusilə  Əbülfəz  Əliyevə  tapĢırılsın  ki,  dərslərin  siyasi  səviyyəsinin  yüksəldilməsi 



həmiĢə onların pedaqoji fəaliyyətinin mərkəz xəttini təĢkil etməlidir”.

 

Öz  Ģəxsi  hesablamaları  nəticəsində  Sovetlər  imperiyasının  1985-86'da  dağılacağını 



müəyyənləĢdirən  Bəy  o  dağılan  zaman  xalqın  müstəqilliyə  hazır  olmasıyçün  indidən  güclü 

təĢkilatın  mövcudluğunu  zəruri  sayırdı  ki,  “xalqa  lazım  olanda  üzə  çıxaq,  xalqın  ehtiyacını 

müdafiə  edək”.  Onun  bu  istəyinin  qarĢısını  yalnız  bircə  Ģey  ala  bilərdi  -  ölüm!  Ətrafındakıların 

çoxu onu romantik, Don Kixot, xəyalpərvər adlandırsa da o, heç kimə və heç nəyə baxmadan ÖZ 

YOLU ilə qətiyyətlə gedir, onu gözləyən heç bir təhlükədən çəkinmirdi. 

DTK'ya gələn məlumatlarsa sürətlə artır və onların məzmunu da getdikcə tündləĢirdi... 

3  Ġyul  1974'də  DTK  Əbülfəz  bəyin  ən  yaxın  silahdaĢlarından  biri,  artıq  orduda  xidmət  edən 

keçmiĢ tələbəsi F.V. dindirildi və ondan Bəyin əleyhinə çox geniĢ izahat alındı. F.V. öz izahatında 

yazırdı: 

“Ə.Əliyev deyirdi ki, ətrafımızda nə qədər çox gənc olsa bir o qədər yaxĢıdır.

 

Əsas  ideya  bundan  ibarət  idi  ki,  ġimali  Azərbaycan  SSRĠ  tərkibindən,  Cənubi  Azərbaycan  isə 



Ġranın  tərkibindən  çıxıb  birləĢməli,  müstəqil  Azərbaycan  dövləti  yaranmalıdır”.  “TəĢkilat  necə 

yaranmalıdır və onun vəzifəsi nə olmalıdır?” sualını isə o (

Əbülfəz bəy

 

- Ə.T.



), belə izah edirdi: 

“TəĢkilat  üçlük  qrupları  əsasında  yaranmalıdır.  TəĢkilat  bütün  Azərbaycan  miqyasında  gənclər 

arasında  milli  təbliğat  aparmalı  və  yuxarıda  söylədiyimiz  Azərbaycanın  birliyi  və  bizim  türk 

olmağımız haqqındakı fikirləri aĢılamalıdır...”.

 

Əbülfəz  bəyi  əqidəsindən  döndərmək  üçün  21  Oktyabr  1974'də  kafedra  kommunistləri  onunla 



“xüsusi söhbət” apardılar. Ancaq bu da tam nəticəsiz qaldı. 

“Sahil”  restoranının  yanındakı  çayxanada,  dənizkənarı  “Lalə”  çayxanasında,  ĠçəriĢəhərdəki 

kababxanada (Məmmədəlinin kababxanası) və baĢqa yerlərdə gənclərlə aparılan söhbətlər daha 

da geniĢləndi. 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə