Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə9/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   5   6   7   8   9   10   11   12   ...   191

Mənim öyüdlərimi qulağında sırğa elə. YaxĢı türk ol! Kommunizm bizim düĢmənimizdir.

 

Görürsən  bizim  nə  çox  düĢmənlərimiz  var?  DöyüĢə  hazır  ol.  Qoy  Allah  sənə  yar  olsun!”



(Məhkəmədə bu yazının müəllifinin baĢqa adam olduğu aydınlaĢdı). 

DTK  əməkdaĢları  evdən  “Birliyin  üzvlərinə.  Ġlk  söz”,  “Azərbaycanın  birləĢdirilməsi  üzərində 

düĢüncələr”,  “Yurdun  azadlığı  nə  deməkdir?”  adlı  sənədlər  və  bir  çox  Ģerlər  də  götürdülər. 

Sonralar  həm  ibtidai  istintaqda,  həm  də  məhkəmədə  Əbülfəz  bəy  bu  yazıların  hamısının  onun 

qələmindən çıxdığını boynuna aldı. 

“Birliyin  üzvlərinə”  adlı  yazı  özünün  yaratdığı,  bütün  qurumu  yalnız  onun  özünə  bəlli  olan  gizli 

birliyin üzvlərinə ünvanlanmıĢdı. Burada oxuyuruq:   

“Yurdun,  topluluğun,  elin  birlik,  dirçəliĢ  və  yüksəliĢi  uğrunda  çarpıĢmağa  hər  an  hazır  olan 

namuslu, qorxmaz, siyasətcil ərlər, ƏRƏNLƏR, ĠGĠDLƏR!!!

 

Bir  neçə  tikəyə  ayrılmıĢ,  bölük-bölük  olmuĢ  yurdumuz,  varlığı  tapdanmıĢ,  mənliyi  çeynənmiĢ 



elimiz özünün saya salınmayan, hesaba alınmayan dili, ağzı, sözü ilə köməyə, yardıma çağırır. 

 

BaĢ  alıb  gedən  yüzilliklərin  arxasınca  sürünmək,  yüksələn  dünyanın  quyruğunca  təngnəfəs 



yüyürmək  yurdumuza,  elimizə,  onun  biz  tək  oğullarına,  qızlarına  yaraĢmaz.  Sabahın  öz-özünə 

dəyiĢməz  olduğunu  bildiyimiz  halda  yalançı,  yanlıĢ,  boĢ  ümidlərə  bilərəkdən  aldanmaq,  bu 

ümidsiz ümidlərlə kimdənsə dilənçi payı ummaq bizə yaraĢmaz!”.

 

Ərəb-fars  sözlərindən  arınmıĢ,  təmizlənmiĢ  bu  kiçicik  mətndə  millətçi  bir  müəllimin  öz 



tələbələrinə  öz  milli  ləyaqətlərini  qorumaq  çağırıĢı  əks  olunub.  Bu  parça  “Azərbaycanın 

birləĢdirilməsi  üzərində  düĢüncələr”ə  giriĢdir.  Azərbaycanın  birləĢdirilməsini  özünə  həyat  idealı 

seçmiĢ Bəy 1998'də yaratdığı Bütöv Azərbaycan Birliyinin 1974'dəki sələflərinə üz tutaraq bunları 

deyirdi:   

“XVIII yüzildə elimiz, yurdumuz ağır bir siyasi və ictimai durum içərisinə yuvarlanıb müstəqil və 

yarımmüstəqil  xanlıqlara,  dərəbəyliklərə  bölündü.  Bununla  da  Azərbaycan  xalqının  gələcək 

məĢəqqət,  əzab-əziyyət  və  tarixin  təkərləri  altında  əzilməsinin  özülü  qoyulmuĢ  oldu.  Belə  ki, 

sonucda xalqımız rus və Ġran hakimlərinin hücumuna qarĢı birlikdə çıxıĢ etmək gücünü, imkanını 

itirib iki imperiya arasında bölüĢdürülən yağlı tikə oldu.

 

Bu,  orta  məktəb  uĢaqlarından  tutmuĢ  savadsız,  ancaq  anlayıĢlı,  dünyagörüĢlü  qocalaradək 



insanların hamısı üçün bir həqiqətdir ki, hər hansı bir elin, yurdun, xalqın iki yerə parçalanması 

toplum halında ən ağır müstəmləkə Ģəraitində yaĢamaqdan daha ağır, acınacaqlı və dözülməzdir. 

Bu  baxımdan  da  Azərbaycan  xalqı  hansı  Ģəraitdə  olursa-olsun  ilk  öncə  BĠRLƏġMƏK  UĞRUNDA 

MÜBARĠZƏ APARMALIDIR”. 

 

Gənc  alim  yalnız  emosional  çağırıĢlarla  kifayətlənməyərək  birləĢmənin  yollarını  da  göstərməyə 



çalıĢırdı: 

“Bəs xalqımızın birləĢməsi üçün hansı yollar vardır?

 



Bəlli olduğu kimi, bu vaxta qədər bir çox xalqlar və millətlər öz birliklərini silahlı mübarizə yolu ilə 

həll etmiĢlər. Bu yol hələ də öz əhəmiyyətini, az da olsa, saxlamaqdadır.

 

Müasir  dünyanın  siyasi-ictimai  durumu,  mütərəqqi  beynəlxalq  ictimaiyyətin  gücü  və  fəaliyyəti, 



insanların  Ģüuru  və  bir-birini  anlamaq  səviyyəsi  elə  bir  hala  gəlib  çatmıĢdır  ki,  sülh  yolu  ilə 

birləĢmək  ön  xəttə  keçmiĢ,  bir  növ,  yeganə  vasitəyə  çevrilmiĢdir.  Azərbaycanın  da  birləĢməsi 

üçün bu sonuncusu tayı-bərabəri olmayan əvəzsiz bir yoldur. Bunda Koreya məsələsi bizim üçün 

də bir örnək ola bilər. 

 

Azərbaycanın  birləĢməsi  düzgün  həll  edilərsə  bu,  XX  əsrin  ən  böyük  nailiyyətlərindən  biri  olar, 



bəĢər  zəkasının  doğru  yola  inkiĢafı  sayılar.  Çünki  Asiya,  Avropa  və  Afrikaya  gedəcək  ən  yaxın 

yolların  kəsiĢdiyi,  çulğaĢdığı  Azərbaycan  yüz  milyonlarla,  milyardlarla  bəĢər  övladının  rahatlığı, 

fəaliyyəti və yaĢayıĢında əvəzsiz yer tutacaqdır. 

 

Bəs Azərbaycanın birliyini necə yaratmaq olar?



 

Bunun  üçün  ilkin  və  ağır  vəzifə  Azərbaycan  xalqının  öz  üzərinə  düĢür.  Azərbaycan  xalqı  bütün 

gücü,  varlığı,  qeyrəti  və  namusu  ilə  ġĠMALLA  CƏNUB  ARASINDA  ƏLAQƏLƏR  YARADILMASINA 

çalıĢmalıdır.

 

Azərbaycanın  birliyi  məsələsində  ikinci  böyük  vəzifə  onun  qonĢuları  üzərinə  düĢür.  Bu,  onların 



vicdan, Ģərəf, qardaĢlıq və qonĢuluq borcudur. 

 

Üçüncü böyük vəzifə isə beynəlxalq ictimaiyyətin, mütərəqqi qüvvələrin, BMT'nin üzərinə düĢür. 



Bu qüvvələr düzgün, günün qanunauyğun tələblərindən doğan, bəĢəriyyətin xeyrinə olan Ģərəfli, 

xeyirli bir iĢin həllinə biganə baxa bilməzlər və baxmayacaqlar”.

 

Oxucuların yadına salmaq istərdik ki, bu sözlər yazılan vaxt, demək olar ki, Bəyin ətrafındakıların 



yüzdə doxsan beĢi onu ən yaxĢı halda “xəyalpərvər romantik” adlandırırdı... 

“Yurdun  azadlığı  nə  deməkdir?”  qeydlərindəsə  Bəy  ona  inanan  gənclərə  YURDUN  AZADLIĞI 

haqqında öz görüĢlərini açıqlayır:   

“[...] Bizim də milli azadlığımızın qalası YURDUMUZUN BĠRLĠYĠ üzərində qurulmalıdır. Bəs bunu 

necə etməli?!   

Bunun üçün xalqımız öz keçmiĢinə, gələcəyinə bugünkü anlayıĢı ilə yanaĢıb baxmamalı, onu yeni 

anlayıĢla araĢdırıb yeni baxımla göz önünə almalıdır.   

Yurdumuzun  azadlığına  bizi  aparacaq  yollar  hansılardır?  Mən  öz  baxımıma  görə  bunun  bir 

neçəsini yığcam da olsa göstərməyi özümə borc sayıram. 

1. YURDUMUZU milli torpaqlarımızın sərhədləri içərisində BĠRLƏġDĠRMƏLĠYĠK. 

[...]  4.  Xalqımızın  dünyaya  səpələnmiĢ  bütün  nümayəndələrinin  öz  yurdlarına  qayıtmasına 

çalıĢmalıyıq.   




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə