Хелен сингер каплан



Yüklə 6,43 Kb.
tarix26.09.2017
ölçüsü6,43 Kb.
#2105

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.

1909.
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!
Baği-şəhdə* etdiyin işrət həlal olsun sənə!
Əhlinə şah olduğun dövlət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Oldun ol gündən ki, malik rütbeyi-əcdadına,


Düşmədi el qayğısından başqa bir şey yadına,
Ədlü dadə dad verdin, yetsin allah dadına,
Yaxşı bir şöhrət qazandın adına, övladına!?
Getdiyin yol, tutduğun niyyət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Afərinlər doğru yollu verdiyin peymanlara,


Əhlini ifa üçün sadir olan fərmanlara,
Həftədə bir, ayda bir and içdiyin quranlara,
Aqibət hər səmtdən cəlb etdiyin mehmanlara;
Çəkdiyin bu xani-biminnət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Müstəqillən hökmüranı olduğun İranına


Hankı xidmətdən saqından ta toxunsun qanına?
İndi bir İran deyil, aləm güvənsin şanına,
Namına, namusuna, insafına, vicdanına;
Əhli-vicdan verdiyi qiymət həlal olsun sənə!
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Altı min ildən bəri mövcud olan bir məmləkət


Görməmişdi sən kimi bir şahi-vala- mərtəbət:
Niyyətin saf, etiqadın pak, qəsdin məsədət,
Millətin şad, ölkən abad, ümdə firkin mərhəmət;
Qoyduğun tac, örtdüyün xələt həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Arslanlar boynuna saldırdığın zəncirlər,


Namvərlər qətlinə çəkdirdiyin şəmşirlər,
Atəşi-qəhrü qəzəblə yaxdığın təmirlər,
Bəsfə şayandır, həqiqət, etdiyin tədbirlər;
Ümmi-Xaqan oğlu, bu qeyrət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!



Balalar-Az.Com

Yüklə 6,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə