H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə11/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
19 
Əhəmiyyətliliyin qiymətləndirilməsi meyarları aşağıdakılara əsaslanır: 

 
Amplitud: Təsirin amplitudu, ilkin ekoloji vəziyyətdə işlənmə nəticəsində qəbuledicilərə müsbət və 
ya mənfi təsirlərə gətirən  dəyişikliklərin səviyyəsinin  ölçüsüdür. İlkin vəziyyətə  ölçülərin müxtəlif 
diapazonları daxil ola bilər və təsirin amplitudu dəyişə bilər, məsələn: 

  Dəyişikliyin təbiəti – hansı ehtiyatlar/qəbuledicilərə və necə təsir olunur; 

  Təsirə  məruz  qalan  sahənin  miqyası  və  məkan  uzunluğu  və  ya  təsirə  məruz  qalan 
əhalinin/icmanın hissəsi; 

  Təsir müddəti və zaman ölçüsü; və 

  Təsirin növü, məsələn, birbaşa, dolayısı ilə. 

 
Həssaslıq:  Qəbuledicinin  həssaslıq  dərəcəsi  qəbuledicilərin  müəyyən  stress  yaradıcısının 
mövcudluğuna qarşı dayanıqlı olmasına əsaslanır. Həssaslığa həmçinin “qavrama qabiliyyəti” kimi 
də baxmaq olar. Həssaslıq eyni olmur. 
Hadisənin amplitudu və həssaslığı cüzidən yüksəyə qədər qiymətləndirilə bilər və Cədvəl 2.1-də bu terminlərin 
standart  təyinləri  verilmişdir.  Lakin,  hadisənin  standart  təyindən  alınan  amplitud  və  həssaslığının  dəqiq 
təyini hər bir texniki fənn üçün nəzərdə tutulmuş və müvafiq olaraq, 7-ci Fəsildə verilmişdir. 
Cədvəl 2.1. Təsirlərin Əhəmiyyətinin Müəyyənləşdirilməsi 
Proqnozlaşdırılan Təsirlərin Əhəmiyyəti (dərəcəsi) 
Son dərəcə 
kəskin (4) 
Məqbul  limit  və  standartları  aşır,  yüksək  və  ya  orta  qiymətə  təsir  edən  yüksək 
amplitudlu/ həssaslıq ehtiyatları/ qəbuledicilər və ya yüksək qiymətə təsir edən orta 
amplitudlu/ həssaslıq ehtiyatları/ qəbuledicilər. 
Yüksək (3) 
Standartların daxilində geniş kateqoriya, lakin yüksək qiymətə təsir edən aşağı və 
orta  amplitudlu  təsir/  həssaslıq  ehtiyatları/  qəbuledicilər  və  ya  orta  həssaslıq 
ehtiyatları/ qəbuledicilərə təsir edən yüksək amplitudlu. 
Orta (2) 
Aşağı amplitudlu təsirlər, standartlar daxilində, və/və ya aşağı və ya orta qiymətlə 
bağlı/  həssaslıq  ehtiyatları/  qəbuledicilər,  və  ya  aşağı  qiymətə  təsir  edən  orta 
amplitudlu təsirlər/ həssaslıq ehtiyatları/ qəbuledicilər. 
Aşağı (1) 
Təsirlər ekoloji və sosial/sosial-iqtisadi dəyişikliklərin fonundan/təbii səviyyəsindən 
ayırd edilə bilinmir. 
Hadisənin amplitudu və qəbuledicinin həssaslığına əsasən tam əhəmiyyət Şəkil 2.3-də verilən matrisdən 
istifadə edilməklə tapıla bilər. 
 
Şəkil 2.3. Təsirlərin Səviyyəsi və Əhəmiyyəti
1
 
                                                      
1
 
Environmental  Impact  Assessment  Handbook:  A  Practical  Guide  for  Planners,  Developers  and  Communities  [B. 
Carroll (Author), Trevor Turpin (Author). 2009
 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
20 
2.5.2. Yumşaldılma və qalıq təsirlər 
Təsirlərin  qiymətləndirilməsi  prosesi  Layihə  üzrə  qərarların,  onların  ətraf mühitə  və  cəmiyyətə  mümkün 
təsirləri  barədə  tam  biliklərə  malik  olmaqla  qəbul  edilməsinə  əmin  olmaq  üçün  hazırlanmışdır.  ƏMTQ 
prosesi əslində layihənin hazırlanması və planlaşdırılmasına daxil edilmiş mövcud idarəetmə tədbirlərini 
nəzərə alır. Əhəmiyyətli təsiri yumşaltmaq üzrə istənilən əlavə idarəetmə (nəzarət) tədbirləri yumşaltma 
tədbirləri  kimi  başa  düşülür.  ƏMTQ  prosesinə  əhəmiyyətli  təsirlərin  harada  meydana  çıxa  bilməsinin 
müəyyənləşdirilməsi və  Layihə qrupu  ilə birlikdə həmin təsirlərin məqbul hesab  edilən səviyyəyə  qədər 
azaldılması üçün texniki və maliyyə cəhətdən əsaslandırılmış və rentabelli vasitələrin işlənib hazırlanması 
daxildir. 
Əhəmiyyətli  təsir  müəyyənləşdirildikdə,  yumşaldılma  üzrə  variantların  iyerarxiyası,  bir  qayda  olaraq, 
aşağıdakı kimi müəyyən olunmuşdur. 
• 
Mənbədə ləğv etmək – təsirin mənbəyini kənarlaşdırmaq; 
• 
Mənbədə zəiflətmək - təsirin mənbəyini azaltmaq; 
• 
Yumşaltma – mənbə ilə qəbuledici arasında təsiri azaltmaq; 
• 
Qəbuledicidə zəiflətmək - qəbuledicidə təsiri azaltmaq; 
• 
Əlac – zədələnməni baş verdikdən sonra təmir etmək; və 
• 
Əvəzini vermək / Yerini vermək – natura şəklində və ya eyni dəyərli fərqli ehtiyatla əvəz etmək. 
Əvəzini vermək / Yerini verməyə bir qayda olaraq, son vasitə kimi baxılır, lakin Yerli qanunvericiliyə əsasən 
tələb oluna bilər (bəzən hətta təsirin əhəmiyyətindən asılı olmayaraq). Lakin əvəzini vermək / yerini vermək 
təsiri  avtomatik  olaraq  “məqbul”  etmir  və  ya  iyerarxiyada  müzakirə  olunan  digər  yumşaldıcı  formaların 
nəzərdən keçirilməsinə ehtiyacın olmasını istisna etmir. 
Bütün təklif olunan yumşaldıcı tədbirlərin görülməsindən sonra qalacağı qabaqcadan gözlənilən təsirlərin 
səviyyəsinin (qalıq təsirlərin) qiymətləndirilməsi yerinə yetirilmişdir. Qabaqcadan gözlənilən təsirlərin təbiəti 
(əsas xüsusiyyətləri) təsvir olunmuş və onun əhəmiyyəti müvafiq standartlara və ya normativlərə əsasən 
müəyyən olunmuşdur. 
2.5.3. Planlaşdırılmamış hadisələrin əhəmiyyətinin müəyyənləşdirilməsi  
Planlaşdırılmamış hadisələrə ekoloji və sosial təsir göstərə biləcək bütün təsadüfi hadisələr daxildir. ƏMTQ-
ya elə mümkün olan təsirlər daxildir ki, onların əhəmiyyəti hadisənin növünə və hadisənin baş verdiyi yerə 
görə kəmiyyətcə qiymətləndirilə bilsin. 
2.5.4. Ümumi təsirlərin əhəmiyyətinin müəyyənləşdirilməsi 
Ümumi  təsirlər  Layihənin  istənilən  qalıq  təsirləri  (məsələn,  yumşaldılmadan  sonra)  və  ərazidə  digər 
fəaliyyətlərin və ya hadisələrin təsirləri arasında qarşılıqlı təsirlərin nəticəsində meydana çıxa bilər. Başqa 
sözlə,  məcmu  təsirlərin  qiymətləndirilməsi  H.Əliyev  adına  NEZ-nın  modernləşmə  layihəsi,  Bitum 
oksidləşdirici qurğunun tikintisi və istismarı layihəsinin kombinə olunmuş effektlərini ayrı-ayrılıqda və  ya 
birgə  (yəni  məcmu  şəkildə)  əhəmiyyətli  təsir  göstərə  biləcək  digər  layihələr  və  ya  fəaliyyətlərlə 
eyniləşdirəcək. 
Ümumi layihələrə dair daha ətraflı məlumatları Fəsil 7-də tapmaq olar. Ümumi təsirlərin qiymətləndirilməsi, 
ümumiyyətlə,  hazırkı  və  ya  gələcək  fəaliyyətlərə  əsaslanaraq,  ƏMTQ  qrupunun  rəyi  nəzərə  alınmaqla 
keyfiyyətcə yerinə yetirilir. 
2.5.5. Transsərhəd təsirlərin müəyyənləşdirilməsi 
Transsərhəd təsir beynəlxalq sərhədlərdən keçməklə ekoloji, sosial-iqtisadi və  mədəni irsə transsərhəd 
təsiri  kimi  təyin  olunur.  Təsirin  qiymətləndirilməsi  məqsədləri  üçün  Azərbaycanın  dövlət  sərhədləri 
transsərhəd təsirlərinin sərhəddini müəyyən edəcəkdir. 
Transsərhəd təsirlərinin mümkün olan əhəmiyyətinin qiymətləndirilməsi üçün istifadə olunan metodologiya 
bütün təsir növləri üçün istifadə olunanlarla eyni olacaqdır. 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə