H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
21 
2.6.  İdarəetmə və monitorinq 
Bu  ƏMTQ  hesabatına  Ətraf  Mühiti  İdarəetmə  Planı  (ƏMİP)  daxildir.  ƏMİP  yumşaldılma,  idarəetmə, 
monitorinq  və  institusional  tədbirlərinin  bütün  aspektlərini  Layihə  üzrə  idarəetmə  planının  çərçivəsinə 
inteqrasiya etməlidir (Fəsil 8). 
2.6.1. Ətraf mühiti idarəetmə planı (ƏMİP) 
Layihənin  hazırlanması  və  işləməsi  bu  hesabatın  8-ci  Fəslinə  daxil  edilmiş  ümumi  təsvir  çərçivəsinə 
əsaslanacaq  Ətraf  Mühiti  İdarəetmə  Planı  (ƏMİP)  ilə  dəstəklənəcəkdir.  ƏMTQ  və  ƏMİP  Sağlamlıq, 
Təhlükəsizlik, Sosial və Ekologiya planının bir hissəsini təşkil edəcəkdir ki, onun vasitəsilə Layihənin riskləri 
və təsirləri idarə ediləcəkdir. 
ƏMİP  idarəetmənin  əsas  alətidir,  onun  vasitəsilə  əksəriyyəti  ƏMTQ  prosesinin  bir  hissəsi  kimi  həyata 
keçirilmiş yumşaldılma və idarəetmə tədbirlərinin vəzifələri yerinə yetiriləcəkdir. ƏMİP-ə planlar və işlər, o 
cümlədən dövri nəzarət daxil olacaqdır ki, onlar Layihənin müəyyən olunmuş ekoloji və sosial risklərinin 
ünvanlanmasını və ekoloji və sosial fəaliyyət standartlarını əldə olunmasını təmin etmək üçün zəruridir. 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
22 
FƏSİL
 
3
 
3.  LAYIHƏNIN TƏSVIRI 
 
3.1.  Giriş 
Məlumdur  ki,  zavodda  neftin  ilkin  emalı  üzrə  ED-AV-6  qurğusu  (istismara  verildiyi  il  -  1976),  katalitik 
riforminq qurğusu (1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) 
kimi yüksək texnoloji gücləri fəaliyyət göstərir. 
Uzun illər ərzində istifadə olunan qurğuların fiziki və mənəvi cəhətdən köhnəlməsi, onların bir sıra müasir 
norma  və  standartlara  cavab  verməməsi,  istehsal  olunan  məhsullara  olan  tələbatın  artması  zavodun 
yenidən  qurulması,  daha  müasir  qurğuların  quraşdırılması  zərurətini  meydana  çıxarmışdır.  Eləcə  də 
ölkəmizdə ətraf mühitin yaxşılaşdırılması yönümündə aparılan tədbirlər də ekologiyaya zərər vurmadan, 
insan sağlamlığına və ətraf mühitə təsirlər baxımından beynəlxalq standartlara cavab verən yeni qurğuların 
quraşdırılmasını tələb edir. Bu səbəbdən H.Əliyev adına NEZ-də modenləşdirilməsi layihəsi həyata keçirilir: 
Məqsəd: 

  Növbəti 15-20 il üçün ölkənin yanacaq tələbatının ödənilməsi, ixrac potensialının artırılması; 

  Yeni Bitum istehsalatının təşkili; 

  Avro-5 standartlarına cavab verən Dizel və Benzin yanacağının istehsalı; 

  Ətraf mühit məsələlərinin həll olunması;  

  “Azərneftyağ”  neft  emalı  zavodunun  tədrici  olaraq  istismardan  çıxarılması  və  torpağın 
təmizlənməsi; 
H.Əliyev adına NEZ-də Yenidənqurma işlərinin nəticəsi olaraq: 

  Zavodun İlkin emal gücü 6 mln. Tondan 7.5 mln. tona qədər artırılacaq; 

  Katalitik Krekinq qurğusunun gücü ildə 2 mln. Tondan 2.5 tona qədər artırılacaq; 

  Yeni Bitum qurğusu inşa olunacaq

  Avro 5 standartlara cavab verən Dizel və Benzin istehsal olunacaq

  Ümumi Zavod Təsərrüfatı yenidən qurulacaq; 

  Zavodun istismar xərcləri optimallaşdırılacaq; 

  “Azərikimya” İB qaz xammalı (LPG) ilə təmin olunacaq; 

  “Azərneftyağ” NEZ-in infrastrukturu istismardan çıxarılacaq və ərazi boşaldılacaq; 
Layinənin əsas mərhələləri: 
İyul 2018: Yeni Bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatının istismara verilməsi 
İyul 2019: Avro-5 dizel istehsalatının təmin edilməsi: 

  atmosfer/vakuum distillə qurğusu, 

  katalitik krekinq qurğusu (FKK), 

  SAF kükürdün alınması qurğusu, 

  Turş suların emalı qurğusu, 

  Dizelin hidrotəmizlənməsi qurğusu, 

  Hidrogenin alınması qurğusu və köməkçi obyektlərin istismara verilməsi 
May 2020: Avro-5 benzin istehsalatının təmin edilməsi: 

  izomerləşmə qurğusu, 

  naftanın hidrotəmizlənməsi qurğusu, 

  metiltretbutilefirinin (MTBE) istehsalı, 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
23 
 
 
Şəkil 3. 1. Yeni qurğular 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
24 
3.2.  Atmosfer/Vakuum distillə qurğusu (CDU/VDU - 21) 
Hal-hazırda mövcud olan Atmosfer/Vakuum distillə qurğusu (CDU/VDU - 21) SOCAR H.Əliyev adına NEZ-
nun Modernizasiyası və Yenidənqurulması layihəsi çərçivəsində aşağıdakı sxem üzrə yenilənəcəkdir.  
Qurğuya daxil olan xam neft Qaz emalı zavodundan gələn C
5
+ saxlama çənindən gələn yüngül vakuum 
qazoylu ilə qarışır. Xammal bu əlavə axınlarla qarışır və qızdırılır. Bu ilkin qızdırılma prosesindən sonra, 
xam  neft  iki  fazalı  dörd  paralel  xətdən  ibarət  duzsuzlaşdırma  sistemində  duzsuzlaşdırılır,  aralıq  isitmə 
sisteminə göndərilir ki, ilkin yuma kolonuna daxil olur.  
İlkin  yuma  qülləsində  nafta  ayrılır  təmizlənməmiş  hissələrdən,  kolonun  alt  hissəsindən  çıxaraq  yenidən 
qızdırılma üçün göndərilir, daha sonra atmosfer xam neft sobasına göndərilir ki, lazım olan temperatura 
qədər qızdırılsın. 
Atmosfer qızdırıcısından sonra ilkin olaraq təmizlənmiş xam neft əsas fraksion kolona daxil olur və burada 
əsas məhsulların ayrılması baş verir. Əsas kolonda Dizelin hidrotəmizlənməsi qurğusundan daxil olan ilkin 
nafta məhsullara inyeksiya vasitəsilə əlavə olunur. 
Ağır qazoyl və əsas fraksion kolonun atmosfer qalığı vakuum kolonuna yönəlir. Ağır qazoyl yüngül qazoylun 
əks axını ilə qarışır, bu zaman atmosfer qalığı vakuum sobasına gedir, vakuum qülləsinə daxil olmamışdan 
əvvəl isidilir və burada ağır məhsulların ayrılması baş verir.  
İlkin yuma kolonundan gələn nafta xam neftin distilləsi kolonundan daxil olan nafta ilə və stabilləşdirilmiş 
yenidən dövr edən nafta ilə qarışır, beləcə vahid axın yaradan nafta ayırma kolonundan çıxan qaz üçün 
süngər yağı kimi istifadə edilən nafta bir axını yaradır. Bu qüllədən gələn aşağı axın stabilizatora yönlənir, 
burada maye qazı ayrılır. 
Stabilizatorun barabanından çıxan qaz ilkin yuma kolonundan çıxan qazla və benzinin emalından çıxan 
qazla qarışır və yenidən kontakt üçün göndərilir.  
Bu qurğunun digər əsas qurğuları aşağıdakılardır: 

  Kerosin 

  Qazoyl 

  Vakuum qazoylu 

  Vakuum qalığı 
Qurğunun dizaynı 
Atmosfer/Vakuum distillə qurğusunun rekonstruksiyası 7,5 mln. xam neftin emal gücünə hesablanmışdır 
və aşağıdakı komponentlərdən ibarət olacaqdır: 

  Suraxanı – 13% 

  Şirvan – 18% 

  Neft Daşları – 69% 
Atmosfer/Vakuum distillə qurğusuna daxil olan xam neftdən başqa aşağıdakı axınlar daxil olacaq: 
C
5
+ axını.  
25 kiloton/il C
5
+ axını mövcud Qaz emalı qurğusundan daxil olacaqdır.  
Cədvəl 3. 
Katalitik krekinq qurğusundan gələn çıxış qazı
 
Tərkib
 
mol/mol
 
Methane 
 
0
 
Ethane 
 
0
 
Propane 
 
0.000000002
 
i-Butane 
 
0.0003929
 
n-Butane 
 
0.010270888
 
i-Pentane 
 
0.349231461
 
n-Pentane 
 
0.249680279
 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə