H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   2   3   4   5   6   7   8   9   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 

a.
  Torpaq, su və Yerin atmosferi. 
b.
  Mikroorqanizmlər, bitki və heyvanat aləmi. 
c.
  a  və  b  bəndlərində  göstərilənlərin  hər  hansı  bir  hissəsi  və  ya 
onların kombinasiyası, onlar arasındakı qarşılıqlı münasibətlər. 
d.
  Yuxarıda göstərilənlərin insan sağlamlığına və rifahına təsir edə 
biləcək  fiziki,  kimyəvi,  estetik  və  mədəni  xüsusiyyətləri  və 
şəraitləri. 
Ekoloji 
Qiymətləndirmə 
Əhəmiyyətli ekoloji təsirləri qiymətləndirməklə ekoloji məsələlərin qərar 
qəbul etmə prosesinə inteqrasiyasını ifadə edən ümumi anlayış. 
Ekoloji Təsirlər 
Arzu olunan və ya arzu olunmayan fəaliyyətin ekoloji aspektindən yaranan 
ətraf mühitdə baş verən dəyişiklik. Təsir fəaliyyətin birbaşa və ya dolayı 
nəticəsi ola bilər. 
Ətraf Mühitə 
Təsirlərin 
Qiymətləndirilməsi 
(ƏMTQ) 
Layihə,  plan,  proqram  və  ya  siyasətin  keçmiş,  hazırkı  və  ya  yaxın 
gələcəkdə  nəzərdə  tutulan  planlar  və  tədbirlərlə  birgə  törətdiyi 
dəyişikliklərdən  yaranan  təsirlər.  Layihələrə  tətbiq  olunan  ekoloji 
qiymətləndirmə. 
Ətraf Mühiti 
İdarəetmə Planı 
(ƏMİP): 
Layihənin fəaliyyəti dövründə müsbət təsirlərin genişləndirilməsi və/və ya 
mənfi ekoloji təsirlərin məhdudlaşdırılması və ya qarşısının alınması üzrə 
tövsiyələrin  həyata  keçirilməsini  təmin  etmək  üçün  hazırlanmış  ətraflı 
tədbirlər planı. 
Ümumi 
Ümumi  anlayış  əhəmiyyətli  ekoloji  təsirləri  qiymətləndirməklə  yanaşı 
ekoloji məsələlərin qərar qəbul etmə prosesinə inteqrasiyasını təsvir edən 
anlayışdır. 
Göstərici 
Çox  zaman  məqsədlərə  nail  olmanı  ifadə  etmək  üçün  istifadə  olunan 
dəyişənlərin zaman keçdikcə qiymətləndirilməsi. 
Yumşaltma 
Təsirləri  onların  heç  bir  əks  təsirə  (yəni  qalıq  təsirə)  malik  olmadığı 
səviyyəyədək azaldılmasına yönəlmiş tədbirlər. 
Monitorinq 
Plan,  proqram  və  ya  layihə  qəbul  olunması  barədə  qərar  qəbul 
olunduqdan sonra onun həyata keçirilməsini yoxlamaq üçün görülən işlər. 
Məsələn, monitorinq əhəmiyyətli ekoloji təsirlərin təxmin edildiyi kimi baş 
verdiyini  yoxlamaq,  yaxud  yumşaltma  tədbirlərinin  icra  olunub 
olunmadığını müəyyən etmək üçün aparılır. 
Məqsəd 
Nəyin nəzərdə tutulmasının ifadəsini, tendensiyalarda dəyişikliklərin arzu 
olunan istiqamətini bildirir. 
Balanslaşdırma 
Qalıq təsirlərin neytrallaşdırılması məqsədilə görülə bilən geniş tədbirlər, 
məsələn, təbii yaşayış məskəninin bərpası, ərazinin qorunmasının və idarə 
edilməsinin təkmilləşdirilməsi və bacarıqların yaranması. 
Plan 
Məqsədə  nail  olmaq  üçün  əvvəlcədən  işlənib  hazırlanmış  ətraflı  təklif, 
sxem, proqram və ya metodlar. 
Plan hazırlayan orqan   Plan və ya layihəni işləyib hazırlayan səlahiyyətli qurum. 
Ehtiyatlılıq prinsipi 
Elmi  dəlillərin  bir  nəticəyə  gələ  bilmədiyi,  lakin  potensial  ziyanın 
əhəmiyyətli  ola  biləcəyi  hallarda  ətraf  mühitə  dəyən  ziyanın 
mümkünlüyünü aradan qaldıran ehtiyatlılıq tədbiri. 
Layihə proqramı 
 
“Tikinti işlərinin və ya digər tapşırıqların və ya sxemlərin icra olunması – 
təbii mühitdə və landşaftda, o cümlədən mineral ehtiyatların çıxarılmasını 
nəzərdə  tutan  digər  müdaxilələr”
.  Bəzi  dövlət  və  özəl  layihələrin  ətraf 
mühitə təsirinin qiymətləndirilməsi üzrə 85/337/EEC saylı (97/11/EC saylı 
direktivlə dəyişdirildiyi kimi) Direktivdə müəyyən edilir. 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
10 
Çirklənmə 
Tullantıların və ya maddələrin saxlanması və ya təmizlənməsindən, tikinti 
və xidmət göstərilməsindən yaranan, hər hansı şəxs və ya dövlət orqanı 
tərəfindən icra olunan fəaliyyətin səbəb olduğu ekoloji dəyişikliklərdir ki, 
onlar  da  insan  sağlamlığına,  rifahına,  təbii  və  ya  idarə  edilən 
ekosistemlərin tərkibinə, davamlılığına, məhsuldarlığına, yaxud insanlara 
faydalı  olan  materiallara  əks  təsirlər  göstərir,  yaxud  gələcəkdə  belə 
təsirlər göstərə bilmək potensialı vardır. 
Qalıq təsirlər 
Yumşaltma tədbirləri nəzərə alındıqdan sonra qalan təsirlər 
Nəzərdən keçirmə 
Plan və ya proqramın SEQ, yaxud layihənin ƏMTQ tələb edib etmədiyini 
müəyyən etməsi prosesidir. 
Çərçivənin 
müəyyənləşdirilməsi 
SEQ və ya ƏMTQ-nin hüdudlarının və incələmə səviyyəsinin, o cümlədən 
nəzərə alınmalı olan ekoloji təsirlərin və alternativlərin, istifadə ediləcək 
qiymətləndirmə metodlarının və Hesabatın strukturunun və məzmununun 
müəyyənləşdirilməsi prosesi. 
Bərk tullantı 
Bütün  bərk  tullantılar,  o  cümlədən  tikinti  tullantıları,  kimyəvi  tullantılar, 
artıq  sement/beton,  qablaşdırma  materialları,  ağac,  konserv  qabları, 
çəlləklər,  məftil,  mismar,  ərzaq  və  məişət  tullantıları  (məsələn,  plastik 
paketlər və örtüklər). 
Strateji Ekoloji 
Qiymətləndirmə 
(SEQ) 
Siyasətlərə, planlara və proqramlara aid olan ekoloji qiymətləndirmə üçün 
ümumi anlayış. 
Davamlılıq 
Qiymətləndirməsi 
(DQ) 
Qərarların davamlı inkişaf yönlü verilməsinə şərait yaratmaq üçün hazırlıq 
prosesinin  başlanğıcından  planın  iqtisadi,  ekoloji  və  sosial  təsirlərinin 
müəyyənləşdirilməsi. 
Davamlı İnkişaf 
Davamlı inkişafın beynəlxalq aləmdə geniş istifadə edilən və qəbul olunan 
tərifi  belədir:  “Gələcək  nəsillərin  öz  ehtiyaclarını  ödəmək  qabiliyyətini 
qurban vermədən hazırkı ehtiyacların ödənilməsini təmin edən inkişaf”. 
Təbəqələşmə  
Məntiqi  iyerarxiyaya  nail  olmaq  və  qiymətləndirmə  işinin  lüzumsuz 
duplikasiyasının qarşısını almaq üçün siyasətlərin, planların, proqramların 
və layihələrin qiymətləndirilməsinin əlaqələndirilməsi. 
Çirkab su 
Yaşayış evlərindən, işgüzar binalardan və digər su istifadəçilərindən atılan 
tullantı suları. Kanalizasiya suları. 
Su hövzəsi 
Açıq su hövzələri, o cümlədən suaxarlar, bəndlər, çaylar, göllər və dənizlər 
daxildir. 
Su ekosistemi 
Xüsusi bitki aləminin mövcud ola bildiyi mövsümi, müvəqqəti və ya daimi 
su ilə örtülü olan ərazidir. O, adətən təbiət etibarilə su ekosistemidir. 
 
 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə