H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   2   3   4   5   6   7   8   9   10   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
11 
FƏSİL
 
1
 
1.  Giriş 
 
1.1.  Ümumi məlumat 
Heydər  Əliyev  adına  Neft  Emalı  Zavodu  (keçmiş  Yeni  Bakı  neftayırma  zavodu,  ‹Azərneftyanacaq› 
İstehsalat Birliyi, «Azərneftyanacaq» neft emalı zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 
29 iyul tarixli əmri ilə yaradılmışdır. 
Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl 
müəssisəyə çevrilmişdir. 
50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft 
emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal 
edilmişdir. 
Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal 
olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya 
kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına 
olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir. 
Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu (istismara verildiyi il - 1976), katalitik riforminq qurğusu 
(1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji 
gücləri fəaliyyət göstərir. 
Zavodun  əsas  texnoloji  qurğusu  1976-cı  ildə  istismara  buraxılmış  ED-AV-6  elektrik  duzsuzlaşdırma  və 
mazutun  vakuum  distillə  edilməsi  blokları  ilə  birlikdə  neftin  ilkin  emalı  qurğusudur.  Neft  məhsullarının 
keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə «Merikem» (ABŞ) şirkətinin lisenziyası 
ilə həmin qurğuda yanacağın qələvi ilə təmizlənməsi və naften turşuları xammalının istehsalı üzrə lahiyə 
həyata keçirilmişdir. 
1993-cü ildə tikilib istifadəyə verilmiş avtobenzinlərin yüksək oktanlı komponentlərinin istehsalı üzrə katalitik 
krekinq qurğusu 1980-ci ildə istismara daxil edilmiş katalitik riforminq qurğusu ilə yanaşı istehsal edilən 
avtobenzinlərin və dizel yanacaqlarının keyfiyyətini yüksəltməyə imkan vermişdir. 
22 aprel 2004-cü ildə Azərbaycanın neft emalı sənayesinin flaqmanı olan "Azərneftyanacaq" NEZ-ə 50 illik 
yubileyi ilə əlaqədar və istehsal fəaliyyətində nail olduğu göstəriciləri nəzərə alaraq Azərbaycan xalqının 
ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. 
Uzun illər ərzində istifadə olunan qurğuların fiziki və mənəvi cəhətdən köhnəlməsi, onların bir sıra müasir 
norma  və  standartlara  cavab  verməməsi,  istehsal  olunan  məhsullara  olan  tələbatın  artması  zavodun 
yenidən  qurulması,  daha  müasir  qurğuların  quraşdırılması  zərurətini  meydana  çıxarmışdır.  Eləcə  də 
ölkəmizdə ətraf mühitin yaxşılaşdırılması yönümündə aparılan tədbirlər də ekologiyaya zərər vurmadan, 
insan sağlamlığına və ətraf mühitə təsirlər baxımından beynəlxalq standartlara cavab verən yeni qurğuların 
quraşdırılmasını tələb edir. 
1.2.  Layihələndirmə üçün ilkin verilənlər 
Hal-hazırda  SOCAR mövcud H.Əliyev  adına Neft  Emalı Zavodunun (NEZ)  istehsal gücünün artırılması 
məqsədi ilə onun yenidən qurulması və modernləşdirilməsi layihəsini həyata keçirir. Bu layihə yeni texnoloji 
qurğuların  tikintisini,  mövcud  qurğuların  rekonstruksiya  olunması  və  zavodun  digər  mühəndis 
kommunikasiya  qurğularının  modernləşdirilməsini  nəzərdə  tutur.  Bu  layihə  mərhələli  şəkildə  həyata 
keçiriləcəkdir və aşağıdakı əsas etaplardan ibarətdir: 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
12 
Faza 1 - Bitum fazası: Yeni Bitum qurğusunun tikintisi və bitum istehsalı. NEZ həmçinin Azərkimya İB-nin 
buxar krekinq qurğusunu ilkin xammal ilə təmin edəcəkdir ki, bu da öz növbəsində Azərkimya İB-də SOCAR 
Polimer MMC üçün etilen və propilenin polimerlərinin minimal istehsal gücünü təmin edəcəkdir. 
Faza 2 - Dizel Fazası: Avro-5 dizel yanacağının istehsalı. Bu mərhələdə yanacağın lazımi keyfiyyət həddinə 
çatdırılması  üçün  və  məhsuldarlığın  artırılması  üçün  aşağıdakı  yeni  qurğuların  quraşdırılması  nəzərdə 
tutulur: 
• 
Nafta Ayırıcı (NAS) 
• 
Kükürdün Ayrılması Qurğusu (SRU) 
• 
Turş suların Emalı Qurğusu (SWS) 
• 
Dizelin Hidrotəmizlənməsi (DHT) 
• 
C4 Hidrogenləşdirmə Qurğusu (C4H) 
• 
Hidrogenin Alınması Qurğusu (HPU) – tikintisi və istismarı digərləri tərəfindən 
• 
Mövcud Katalitik Krekinq Qurğusundan gələn təmiz qazın zənginləşdirilməsi bloku (PSA) 
Aşağıdakı qurğular rekonstruksiya olunacaq: 
• 
Xam Neftin İlkin Emalı və Vakuum Distillə Qurğusu (CDU/VDU) 
• 
Maye Katalitik Krekinq (FCC) 
• 
Davamlı Katalitik Riforminq (CCR) – xlorid təmizləyicilərinin dəyişdirilməsi 
• 
Yavaşıdılmış Kokslaşma Qurğusunun Qaz Bloku (DCU) 
Faza 3 – Benzin Fazası: Avro 5 markalı benzinin istehsalı. Bu mərhələdə istehsal olunacaq yanacağın tələb 
olunan keyfiyyət həddinə çatdırılması üçün aşağıdakı qurğuların tikintisi həyata keçiriləcək: 
• 
İzomerizasiya Qurğusu (İSO) 
• 
Ezermaks Emal Qurğusu (MTBE) 
• 
Mövcud Vakuum Qazoyl Hidrotəmizləyicisinin (VGO  HDT) Koks Naftasının Hidrotəmizləyicisinə 
çevrilməsi  
• 
Davamlı Katalitik Riforminq Qurğusunun (CCR)  – qızdırıcıların dəyişdirilməsi və təkrar qoşulma 
bölməsinin təkmilləşdirilməsi 
 
1.3.  Layihənin məqsədi 
ƏMTQ aşağıdakı məqsədləri nəzərə alır: 
 
layihənin planlaşdırma və tərtibatı mərhələsində ətraf mühitlə bağlı problemlərin nəzərə alınmasını 
təmin etmək; 
 
layihənin icrasında ətraf mühit üzrə yüksək standartlara cavab verən tələblərin nəzərə alınmasını 
və yerinə yetirilməsini təmin etmək; 
 
ətraf mühit və sosial sahə üzrə təsirlərin aşkar edilməsini, həmçinin uyğun hallarda onların sayının 
müəyyən olunmasını, qiymətləndirilməsini və azaldılması üzrə təklif olunan tədbirləri təmin etmək; 
 
qanunvericiliklə bağlı şərt və tələblərin nəzərə alınmasını təmin etmək; 
 
layihə ilə bağlı bütün maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması, onların fikir və təkliflərinin 
nəzərə alınması;  
 
layihənin  ətraf  mühit  və  sosial-iqtisadi  məsələləri  nəzərə  almaqla  həyata  keçirildiyini  nümayiş 
etdirmək. 
 
Potensial təsirlər aşağıdakı meyarlar üzrə qiymətləndirilir: 
 
ətraf mühit üzrə tətbiq olunan müvafiq yerli və beynəlxalq standart, qayda və təlimatlar
 
mövcud ekoloji şərait və problemlər; 
 
layihə üzrə maraqlı tərəflərin qaldırdığı məsələ və narahatlıqlar.  
Layihədən yaranacaq ətraf mühit üzrə potensial təsirlərin müəyyən edilməsinə mövcud və planlaşdırılmış 
nəzarət,  monitorinq  və  təsirlərin  azaldılması  işlərinin  yerinə  yetirilməsi,  keyfiyyət  və  səmərəliliyin 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə