“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
2.5.2  Yumşaldılma və qalıq təsirlər 
Təsirlərin  qiymətləndirilməsi  prosesi  Layihə  üzrə  qərarların,  onların  ətraf mühitə  və  cəmiyyətə  mümkün 
təsirləri  barədə  tam  biliklərə  malik  olmaqla  qəbul  edilməsinə  əmin  olmaq  üçün  hazırlanmışdır.  ƏMTQ 
prosesi əslində layihənin hazırlanması və planlaşdırılmasına daxil edilmiş mövcud idarəetmə tədbirlərini 
nəzərə alır. Əhəmiyyətli təsiri yumşaltmaq üzrə istənilən əlavə idarəetmə (nəzarət) tədbirləri yumşaltma 
tədbirləri  kimi  başa  düşülür.  ƏMTQ  prosesinə  əhəmiyyətli  təsirlərin  harada  meydana  çıxa  bilməsinin 
müəyyənləşdirilməsi və Layihə qrupu  ilə birlikdə həmin təsirlərin məqbul hesab  edilən səviyyəyə  qədər 
azaldılması üçün texniki və maliyyə cəhətdən əsaslandırılmış və rentabelli vasitələrin işlənib hazırlanması 
daxildir. 
Əhəmiyyətli  təsir  müəyyənləşdirildikdə,  yumşaldılma  üzrə  variantların  iyerarxiyası,  bir  qayda  olaraq, 
aşağıdakı kimi müəyyən olunmuşdur. 

  Mənbədə ləğv etmək – təsirin mənbəyini kənarlaşdırmaq; 

  Mənbədə zəiflətmək - təsirin mənbəyini azaltmaq; 

  Yumşaltma – mənbə ilə qəbuledici arasında təsiri azaltmaq; 

  Qəbuledicidə zəiflətmək - qəbuledicidə təsiri azaltmaq; 

  Əlac – zədələnməni baş verdikdən sonra təmir etmək; və 

  Əvəzini vermək / Yerini vermək – natura şəklində və ya eyni dəyərli fərqli ehtiyatla əvəz etmək. 
Əvəzini vermək / Yerini verməyə bir qayda olaraq, son vasitə kimi baxılır, lakin Yerli qanunvericiliyə əsasən 
tələb oluna bilər (bəzən hətta təsirin əhəmiyyətindən asılı olmayaraq). Lakin əvəzini vermək / yerini vermək 
təsiri  avtomatik  olaraq  “məqbul”  etmir  və  ya  iyerarxiyada  müzakirə  olunan  digər  yumşaldıcı  formaların 
nəzərdən keçirilməsinə ehtiyacın olmasını istisna etmir. 
Bütün təklif olunan yumşaldıcı tədbirlərin görülməsindən sonra qalacağı qabaqcadan gözlənilən təsirlərin 
səviyyəsinin (qalıq təsirlərin) qiymətləndirilməsi yerinə yetirilmişdir. Qabaqcadan gözlənilən təsirlərin təbiəti 
(əsas xüsusiyyətləri) təsvir olunmuş və onun əhəmiyyəti müvafiq standartlara və ya normativlərə əsasən 
müəyyən olunmuşdur. 
 
2.5.3  Planlaşdırılmamış hadisələrin əhəmiyyətinin müəyyənləşdirilməsi  
Planlaşdırılmamış hadisələrə ekoloji və sosial təsir göstərə biləcək bütün təsadüfi hadisələr daxildir. ƏMTQ-
ya elə mümkün olan təsirlər daxildir ki, onların əhəmiyyəti hadisənin növünə və hadisənin baş verdiyi yerə 
görə kəmiyyətcə qiymətləndirilə bilsin. 
 
2.5.4  Ümumi təsirlərin əhəmiyyətinin müəyyənləşdirilməsi 
Ümumi  təsirlər  Layihənin  istənilən  qalıq  təsirləri  (məsələn,  yumşaldılmadan  sonra)  və  ərazidə  digər 
fəaliyyətlərin və ya hadisələrin təsirləri arasında qarşılıqlı təsirlərin nəticəsində meydana çıxa bilər. Başqa 
sözlə,  məcmu  təsirlərin  qiymətləndirilməsi  H.Əliyev  adına  NEZ-nın  modernləşmə  layihəsi,  Bitum 
oksidləşdirici qurğunun tikintisi və istismarı layihəsinin kombinə olunmuş effektlərini ayrı-ayrılıqda və  ya 
birgə  (yəni  məcmu  şəkildə)  əhəmiyyətli  təsir  göstərə  biləcək  digər  layihələr  və  ya  fəaliyyətlərlə 
eyniləşdirəcək. 
Ümumi layihələrə dair daha ətraflı məlumatları Fəsil 7-də tapmaq olar. Ümumi təsirlərin qiymətləndirilməsi, 
ümumiyyətlə,  hazırkı  və  ya  gələcək  fəaliyyətlərə  əsaslanaraq,  ƏMTQ  qrupunun  rəyi  nəzərə  alınmaqla 
keyfiyyətcə yerinə yetirilir. 
 
2.5.5  Transsərhəd təsirlərin müəyyənləşdirilməsi 
Transsərhəd təsir beynəlxalq sərhədlərdən keçməklə ekoloji, sosial-iqtisadi və  mədəni irsə transsərhəd 
təsiri  kimi  təyin  olunur.  Təsirin  qiymətləndirilməsi  məqsədləri  üçün  Azərbaycanın  dövlət  sərhədləri 
transsərhəd təsirlərinin sərhəddini müəyyən edəcəkdir. 
Transsərhəd təsirlərinin mümkün olan əhəmiyyətinin qiymətləndirilməsi üçün istifadə olunan metodologiya 
bütün təsir növləri üçün istifadə olunanlarla eyni olacaqdır. 
 
 
EKOLOGİYA İDARƏSİ 
21 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
2.6  İdarəetmə və monitorinq 
Bu  ƏMTQ  hesabatına  Ətraf  Mühiti  İdarəetmə  Planı  (ƏMİP)  daxildir.  ƏMİP  yumşaldılma,  idarəetmə, 
monitorinq  və  institusional  tədbirlərinin  bütün  aspektlərini  Layihə  üzrə  idarəetmə  planının  çərçivəsinə 
inteqrasiya etməlidir (Fəsil 8). 
 
2.6.1  Ətraf mühiti idarəetmə planı (ƏMİP) 
Layihənin  hazırlanması  və  işləməsi  bu  hesabatın  8-ci  Fəslinə  daxil  edilmiş  ümumi  təsvir  çərçivəsinə 
əsaslanacaq  Ətraf  Mühiti  İdarəetmə  Planı  (ƏMİP)  ilə  dəstəklənəcəkdir.  ƏMTQ  və  ƏMİP  Sağlamlıq, 
Təhlükəsizlik, Sosial və Ekologiya planının bir hissəsini təşkil edəcəkdir ki, onun vasitəsilə Layihənin riskləri 
və təsirləri idarə ediləcəkdir. 
ƏMİP  idarəetmənin  əsas  alətidir,  onun  vasitəsilə  əksəriyyəti  ƏMTQ  prosesinin  bir  hissəsi  kimi  həyata 
keçirilmiş yumşaldılma və idarəetmə tədbirlərinin vəzifələri yerinə yetiriləcəkdir. ƏMİP-ə planlar və işlər, o 
cümlədən dövri nəzarət daxil olacaqdır ki, onlar Layihənin müəyyən olunmuş ekoloji və sosial risklərinin 
ünvanlanmasını və ekoloji və sosial fəaliyyət standartlarını əldə olunmasını təmin etmək üçün zəruridir. 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
22 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
3
 
3  LAYİHƏNİN TƏSVİRİ 
 
3.1  Giriş 
Bitum  qurğusunun  tikintisi  layihəsi  “H.Əliyev  adına  NEZ-in  modernləşdirilməsi  layihəsi,  FAZA-1  Bitum 
qurğunun tikintisi və istismarı” layihəsinin bir hissəsi çərçivəsində həyata keçirilir. Bu qurğu bitum istehsalı 
üçün nəzərdə tutulmuşdur və aşağıdakı bölmələrdən ibarətdir: 

  Xammalın saxlanılması bölməsi 

  Bituroks
©
 reaktor bölməsi 

  İstiliyin bərpası (Rekuperasiya) ilə çıxan qaz bölməsi 

  Qaynar yağ sistemi bölməsi 

  Məhsulun saxlanması bölməsi 

  Məhsulun doldurulması bölməsi 
İş Rejimi və Məhsuldarlıq 
Bituroks qurğusunun layihə üzrə məhsuldarlığı xammal üzrə 50 mt/s (metrik ton saat) təşkil edir. Xammal 
kimi vakuum qalığı istifadə olunur. Məhsulun layihə markası PEN40/60. 
İstehsal  qurğusu  sutkada  24  saat,  ildə  7920  iş  saatı  fasiləsiz  işləmək  üçün  layihələndirilir.  Məhsulun 
yüklənməsi  bölməsi  5  gün/həftə,  8  saat/gün  iş  rejiminə  və  1680  ton/gün  (210  ton/saat)  yükləmə 
məhsuldarlığına layihələndirilib. 
Xammalın Xüsusiyyətləri 
Bitum istehsalı üçün xammal kimi, qaynama sərhəddi 550ºC olan vakuum qalığı fraksiyası (Qudron) istifadə 
olunur və Vakuum Distillə qurğusundan gətirilir. 
Məhsulun Xüsusiyyətləri 
Avropa standartları EN12591 uyğun layihələndirilən PEN 40/60 markalı məhsula olan tələbləri əks etdirir. 
Cədvəl 3.1  Məhsulun xüsusiyyətləri 
Məhsulun xüsusiyyətləri – layihə markası 
Xüsusiyyətlər 
Ölçü vahidi 
Təcrübə 
Metodologiyası 
EN 40/60 
Peneterasiya 25°C 
0.1mm 
EN 1426 
40 - 60 
Yumşalma temperaturu 
°C 
EN 1427 
48 - 56 
Alışma temperaturu, açıq tigeldə 
müəyyənləşdirilib 
°C 
EN 22592 
≥ 230 
Həllolma 
% çəkiyə 
görə 
EN 12592 
≥ 99.0 
Peneterasiya indeksi 


-1,5-dən +0,7 
163°C-də bərkiməyə müqavimət 
Çəki itirmə 

EN 12607-1 
≤0,5 
Qalıq peneterasiya 

EN 1426 
≥ 50 
Yumşalma temperaturunun yüksəlməsi 
°C 
EN 1427 
≤ 9 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
23 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə