“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə17/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi - ölkə ərazisində ölçü avadanlıqlarının 
uyğunluğunu, keyfiyyətin və kəmiyyətin standartlarını təyin edir və bu sahələrdə dövlət siyasətini həyata 
keçirir. 
Yerli  və  regional  QHT

lər  -  ictimai  məsləhətləşmələr,  məlumatların  yayılması,  ictimai  köməklik  və  s. 
sahədə əməkdaşlığın yerinə yetirilməsi ilə məşğul olurlar. 
 
4.3  Beynəlxalq qanunlar və konvensiyalar 
Azərbaycan Respublikasının qoşulduğu təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə Konvensiyalar, 
sazişlər,  müqavilələr  milli  ekoloji  qanunvericiliyin  ayrılmaz  hissəsi  hesab  olunurlar.  Azərbaycan 
Respublikasının hər bir qanununda xüsusi fəsil və ya maddə vardır, orada bəyan edilir ki, əgər beynəlxalq 
müqavilələrdə  milli  qanunvericilikdən  fərqli  qaydalar  nəzərdə  tutulmuşdursa,  bu  zaman  beynəlxalq 
sənədlərin  qaydaları  tətbiq  edilir.  Ətraf  mühit  sahəsində  Azərbaycan  Respublikasının  qəbul  etdiyi 
beynəlxalq qanunvericilik aktları cədvəl 4.2-də verilmişdir.  
Beynəlxalq Konvensiyalardan irəli gələn məsələlərin həllindən ötrü Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı ilə əlaqələndirici dövlət və mərkəzi icra orqanı təyin edilir. Bu təşkilatlar Konvensiyalar üzrə 
Beynəlxalq  təşkilatlarla  əlaqələr  qurur,  onların  ölkə  daxilində  icrası  ilə  bağlı  məsələlərin  həllindən  ötrü 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun fəaliyyəti təşkil edirlər və s. 
Konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərin həlli adətən aidiyyatı üzrə 
müvafiq icra orqanları və ya konkret təşkilata həvalə olunur. Konvensiya və Protokolların bir çoxunun icra 
mexanizmlərinin  faydalanma,  beynəlxalq  və  regional  layihələrdə,  proqramlarda  iştirak,  nou
‐hauların  və 
güzəştli investisiyaların, kreditlərin ölkəyə cəlb edilməsi imkanları mövcuddur. 
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası – 1992-ci ildə qəbul edilmişdir. Konvensiyanın 
ali  orqanı  Tərəflər  Konfransıdır,  Katiblik  Bonn  şəhərində  yerləşir.  Konvensiyanın  məqsədi  atmosferə 
yanacağın yandırılması nəticəsində atılan, istixana effekti yaradan qazların miqdarını azaltmaqla, dünya 
ölkələrində davamlı inkişafa nail olmaq və iqlim sistemini gələcək nəsillərə saxlamaqdır. Konvensiyaya görə 
atmosferə  atılan  qlobal  tullantıların  miqdarı  1990
‐cı  il  səviyyəsində  saxlanılmalı  və  ya  ondan  aşağı 
səviyyədə olmalıdır. Konvensiya inkişaf etmiş ölkələr üçün tullantıların azaldılması üzrə konkret öhdəliklər 
təyin etmişdir. Həmçinin onların qarşısına inkişaf etməkdə olan ölkələrə yardım etmələri barədə vəzifələr 
qoymuşdur.  Azərbaycan  Respublikası  Konvensiyanı  1995
‐ci  ildə  ratifikasiya  etmişdir.  Bu  Konvensiya 
beynəlxalq sistemdə ətraf mühit sahəsində qəbul edilmiş ən iri Konvensiyadır və o ətraf mühit sahəsində 
mövcud  olan 
”Ozon  qatının  qorunması  üzrə  Konvensiya”,  ”Bioloji  müxtəliflik  üzrə  Konvensiya”
”Səhralaşmaya qarşı mübarizə Konvensiyası” ilə sıx əlaqədədir. 
Cədvəl 4.2  Azərbaycan Respublikası Milli Məclisinin ratifikasiya etdiyi Ekoloji Konvensiyalar 
Konvensiyanın adı 
Qəbul olunduğu 
il 
Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya – 1972-ci il 
1993 
BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası – 1992-ci il 
1995 
Beynəlxalq Dəniz Təşkilatı Konvensiyası 
1995 
Ozon qatının qorunması üzrə Konvensiya – 1985-ci il 
1996 
Səhralaşmaya qarşı mübarizə Konvensiyası – 1994-cü il 
1998 
Kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq 
ticarət haqqında Konvensiya (CITES) – 1973-cü il 
1998 
Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası – 
1979-cu il 
1999 
Ətraf muhitə dair məsələlər üzrə qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı və 
informasiyaların alınması barədə Orxus Konvensiyası – 1998-ci il  
1999 
Sərhədlərarası konteksdə ətraf mühitə təsirin qiymətlərdirilməsinə dair Konvensiya – 1991-ci il   1999 
Gəmilərdən çirklənmənin qarşısının alınması haqqında Konvensiya – (MARPOL) (1973/78).  
1999 
Bioloji müxtəliflik üzrə Konvensiya – 1992-ci il  
2000 
Kioto Protokolu – 1997-ci il  
2000 
 
EKOLOGİYA İDARƏSİ 
36 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Konvensiyanın adı 
Qəbul olunduğu 
il 
Bitkilərin qorunması üzrə Roma Konvensiyası – 1951-ci il  
2000 
Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi Konvensiyası – 
1992-ci il  
2000 
Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və zərərsizləşdirilməsinə nəzarət haqqında 
Bazel Konvensiyası – 1989-cu il  
2001 
Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında 
Ramsar Konvensiyası – 1971-ci il 
2001 
Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiyası – 1979-cu il   2002 
Davamlı üzvi birləşmələr üzrə Stokholm Konvensiyası – 2001-ci il  
2003 
Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya – 1992-ci il  
2004 
OPRC, 90 Konvensiyası 
2004 
Xəzər dənizinin su mühitinin qorunması üzrə Çərçivə Konvensiyası  
2006 
 
4.4  Ətraf mühit sahəsində standartlar və normativ sənədlər 
Ətraf mühitin vəziyyətinə nəzarət məqsədilə sanitariya-gigiyena və ekoloji normativlərdən istifadə olunur. 
Bu zaman Yol Verilən Qatılıq Həddi (YVQH), yəni havanın, suyun, ərzaq məhsullarının və torpağın, yaxud 
da dərinin, işlək nəfəs orqanlarının səthinin həcm vahidinə müəyyən vaxt ərzində təsir göstərərkən praktiki 
olaraq insanın sağlamlığına təsir etməyən və onun nəslində xoşagəlməyən nəticələr doğurmayan zərərli 
maddənin konsentrasiyasını müəyyən edən normativlərdən istifadə olunur. 
Yaşayış  və  iş  yerləri,  eləcə  də  istirahət  zonaları  üçün  YVQH  müxtəlifdir.  Atmosferə,  suya  və  torpağa 
tullantıların  atılması  məqsədilə  YVQH  aşağıda  göstərilən  dövlət  standartlarına  və  normalarına  müvafiq 
olaraq müəyyən edilmişdir. Sanitariya-gigiyena və ekoloji normativlər insanın sağlamlığı və ekosistemin 
vəziyyəti ilə münasibətdə ətraf mühitin keyfiyyətini müəyyən edir, lakin onlar təsir mənbəyini göstərməməklə 
onun  fəaliyyətini  tənzimləmirlər.  Xüsusi  olaraq,  təsir  mənbəyinə  dair  irəli  sürülən  tələblər  elmi-texniki 
normativləri əks etdirir.
 
Elmi-texniki normativlərə zərərli maddələrin havaya və suya atılması (YVQH və BBAH), habelə ətraf təbii 
mühitin mühafizəsi üzrə tələbləri özündə cəmləşdirən texnoloji, tikinti, şəhərsalma normaları və qaydaları 
aiddir. 
Elmi-texniki normativlərin müəyyən edilməsinin əsasında aşağıdakı prinsip durur: 

  Bütün müəssisələr tərəfindən suda, havada və torpaqda istənilən tullantıların miqdarı sanitariya-
gigiyena normaları tələblərini təmin etməlidir. 

  AYVH  və  BBAH-ın  işlənib  hazırlanması  ətraf  mühitin  çirklənməsi  ilə  bağlı  olaraq  müəssisələrin 
fəaliyyətində məhdudiyyətlərinin tətbiq edilməsini nəzərdə tutur.  

  Müəssisələrdən bütövlükdə obyekt və ya onun tərkibinə daxil olan konkret mənbələr üçün müəyyən 
olunmuş, zərərli maddə tullantılarının son həddinə əməl olunması tələb olunur. 

  Atmosferə tullantılar, su və torpağa atılan tullantılar üçün AYVH və BBAH-lar hər bir mənbə üçün 
hesablanır və səlahiyyətli orqanlar tərəfindən təsdiq olunur. 

  Təbii mühitdən istifadəyə görə ödəmələr təsdiq olunmuş AYVH və BBAH parametrləri əsasında 
müəyyən edilərək yerinə yetirilir. 
Aşağıda  çirkləndirici  vasitə  və  elementlərin  parametrləri  nəzərə  alınmaqla  Azərbaycanda  və  MDB 
ölkələrində qüvvədə olan standartların və normativ sənədlərin siyahısı verilmişdir: 

  «Yerüstü  suların  tullantı  sularla  çirklənməsindən  mühafizə  qaydaları».  Dövlət  Ekologiya  və 
Təbiətdən İstifadəyə Nəzarət Komitəsi. Bakı, 1994. 

  «Sudan  istifadə limitlərinin  hazırlanması və həyata keçirilməsi qaydaları haqqında» AR Nazirlər 
Kabinetinin 1998-ci il 15 oktyabr 206 saylı Qərarı. 

  «Su  obyektlərinin  istifadəsi  və  mühafizəsi  sahəsində  normalaşdırma  qaydaları»  AR  Nazirlər 
Kabinetinin 15 oktyabr 1988-ci il 2006 saylı Qərarı, Maddə 8: 
 
EKOLOGİYA İDARƏSİ 
37 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə