“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

  Hər bir layihə iştirakçısının ətraf mühit üzrə məsuliyyətləri, 

  Layihə Meneceri və Sahə Mühəndisi, 

  Subagentlər, 

  Sahədə Ətraf Mühit üzrə Menecer

  Bölmənin Ətraf Mühit üzrə Nümayəndəsi

  Maddi təchizat (subpodratçılar, təchizatçılar, istehsalçılar, mütəxəssislər və s.), 

  Bütün layihə müddətində ƏMİP-in müddəalarının tam yerinə yetirilməsinin təmin edilməsinə görə 
ümumi məsuliyyət daşıyan şəxs, 

  Podratçının  öz  səlahiyyətləri  çərçivəsində  olan  işlərin  ekoloji  idarəetməsi  üzrə  necə  məsuliyyət 
daşıyacağı və maddi təchizat işçilərinin ətraf mühitin qorunmasına münasibətdə öz vəzifələrindən 
xəbərdar olduqlarına əmin olmaq. 
Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit üzrə Nümayəndənin Vəzifələri: 
Podratçı özünün Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit üzrə Nümayəndəsinin vəzifələrini təsvir etməli və 
aşağıdakıları tələb olunan qaydada dəyişdirməli və əlavə etməlidir; 

  Layihə qrupuna ekspert dəstəyi göstərmək, 

  Layihənin ekoloji aspektlərinin əlaqələndirilməsi, 

  Aspektlərin və təsirlərin nəzərdən keçirilməsi və məqsəd və hədəflərin müəyyən edilməsi, 

  Ekoloji nizamlayıcılarla razılığın tətbiqi, icazələr və digər xüsusi ekoloji məsələlərdə əməkdaşlıq, 

  Rəhbərliyin təlimatlandırılması və işdən qabaq söhbətlərin aparılması da daxil olmaqla ətraf mühit 
üzrə təlim ehtiyaclarının müəyyən edilməsi, 

  ƏMİP-ə  uyğunluğu  təmin  etmək  və  iş  təcrübələrini,  məsələn,  tullantıların  idarə  edilməsini 
qiymətləndirmək üçün ərazidə və işdə yoxlamalar, auditlər və nəzərdən keçirmələr, 

  Düzəldici tədbirlər üzrə müraciətlərin edilməsi, 

  Ekoloji insidentlərin və şikayətlərin araşdırılmasının və onlara cavab verilməsinin əlaqələndirilməsi, 

  ƏMİP və ya iş təcrübələrinə dəyişikliklər edilməsi üzrə tövsiyələrin verilməsi və TƏMİP-ə edilən 
yeniliklərin əlaqələndirilməsi. 
Maddi Təchizat 
Podratçı maddi təchizatın bütün üzvləri haqqında məlumat verməlidir. Onlar öz maddi təchizat zəncirinin 
bütün üzvlərinin onların konkret fəaliyyətlərinin ƏMİP-in müddəalarına uyğun olduğunu təmin etmək üçün 
necə  məsuliyyət  daşıdıqlarını  və  bunların  onların  işində  necə  uğurla  həyata  keçirilməli  və  saxlanılmalı 
olduğunu nümayiş etdirməlidirlər. 
ƏMİP-ə Baxılması və Yenilənməsi 
Podratçı ƏMİP-i layihə prosesində və şəraitin diktə etdiyi hallarda dəyişdirilmək qabiliyyətində olan “canlı” 
sənəd  kimi  necə  saxlamağı  nəzərdə  tutduğunu  nümayiş  etdirməlidir.  O,  eyni  zamanda  plan  həyata 
keçirildikcə  kimin  bu  sənədə  baxacağını,  yeniləcəyini  və  təkmilləşdirəcəyini  göstərməlidir.  Podratçı 
həmçinin sifarişçi və iclaslar üçün müntəzəm irəliləyiş hesabatları reqlamentləşdirməlidir. 
Görüşlər 
Podratçıdan layihənin icrası ərzində hər ay Sahədə İrəliləyiş (Progess Meeting) İclasları keçirməsi tələb 
olunur. Bu irəliləyiş iclaslarının gündəliyinin mövzuları ümumi olaraq ekoloji yumşaltma və icra, ictimaiyyətlə 
əlaqələr  və  şikayətlərin  baxılması  mexanizmləri  ilə  bağlı  məsələləri,  xüsusi  olaraq  isə  ƏMİP-in  icrası 
olacaqdır. Podratçı həmçinin əməliyyatların gedişi zamanı bir şirkət nümayəndəsinin iştirakı ilə yerli icma 
ilə müntəzəm görüşlər keçirilir. 
Subpodratçılar və Maddi Təchizat 
Podratçı  bütün  subpodratçıların  layihənin  ekoloji  idarəetməsindən  xəbərdar  olduqlarını  və  buna  tabe 
olmalarını  necə  təmin  etmək  niyyətində  olduqlarını  nümayiş  etdirməlidir.  Onlar  subpodratçıların  necə 
seçiləcəyini, nəzarətdə saxlanılacağını və işinin nəzərdən keçiriləcəyini nümayiş etdirməlidirlər. Podratçı 
 
EKOLOGİYA İDARƏSİ 
80 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
həmçinin  bütün  subpodratçıların  xarici  ünsiyyət  strategiyasını  anladıqlarını  və  səmərəli  ünsiyyət 
metodundan istifadə etdiklərinə əmin olmalıdır.  
Təlim 
Podratçı ətraf mühit məsələləri, o cümlədən işçi heyətin ekoloji məsələlər barədə məlumatlandırılması ilə 
bağlı  keçirilməsini  təklif  etdikləri  hər  hansı  təlim  kursunu  müəyyən  etməlidir  (və  həmçinin  bu  kurslarda 
iştirakın qeydiyyatını aparmalıdır). Bu bölməyə aşağıdakılar daxil ola bilər: 

  Ətraf mühit üzrə təlimlər, o cümlədən sahədə ilkin təlimatlandırma, işqabağı söhbətlər və xüsusi 
texniki təlimlər, yerli icma ilə əlaqədar təlimlər üzrə məsul olan şəxslərin adları. 
Ekoloji Qeydiyyatlar 
Podratçı  bu  ekoloji  idarəetmə  prosesinin  tərkib  hissəsi  kimi  hansı  qeydiyyatların  aparılmalı  olduğunu 
nümayiş  etdirməlidir.  Bu  məlumatlar  həmçinin  sənədlərin  harada  saxlanılmalı  olduğunu  və  onların 
saxlanılmasına görə kimin məsuliyyət daşıdığını müəyyən etməlidir. Bu sənədlərə daxil olmalıdır: 

  təlim, monitorinq, layihənin nəzərdən keçirilməsi; 

  iclasların müddəti; 

  metod bəyannamələri, proseduralar; 

  razılıqlar/lisenziyalar və s. 

  Şikayətlər  barədə  məlumatlar  (tarixi),  şikayətlərin  tipi,  cavabların  verilməsi  (tarixi  ilə),  qərarların 
verilməsi təklifləri, razılaşma (tarix və imza). 
 
8.2.4  Vəzifələr və məsuliyyətlər 
Nəzarət və monitorinq ƏMİP-in uğurla həyata keçirilməsi üçün əsasdır. Buna görə də məsləhətçilərin və 
podratçıların  riayət  etdikləri  bu  ƏMİP-in  yumşaltma  tədbirlərinin  hansı  dərəcədə  yerinə  yetirildiyinin 
monitorinqinin aparılması həyati əhəmiyyət kəsb edir.  
Bu  sənəddə  təsvir  edilən  və  müzakirə  olunan  bütün  məsələlər  monitorinq  tələb  edəcəkdir  və  bu 
monitorinqin bu ƏMİP-in müəyyən etdiyi qaydalara uyğun keçirilməsinə məsuliyyət daşıyacaqdır. 

  ƏMİP-ə uyğunluğun qiymətləndirilməsi məqsədilə monitorinq proqramının hazırlanması və həyata 
keçirilməsi. 

  H.Əliyev adına NEZ-in modernləşdirilməsi layihəsi, FAZA-1 Bitum qurğunun tikintisi mərhələlərində 
(Layihənin Mobilizasiya Dövrü, Dislokasiya Olunma və tikinti işləri mərhələsi)  Ekoloji İdarəetmə 
Qrupunun (EİQ) yaradılması. 

  Qurğunun tikintisi işləri mərhələsində əməliyyatların monitorinqini aparmaq. Vəziyyəti düzəltmək 
üçün müvafiq tədbirlər görə bilmək üçün aşkar edilən və ya qarşıya çıxan hər hansı problem “-nə” 
-nə məruzə edilməlidir. 
H.Əliyev adına NEZ–nin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit üzrə Heyyəti 
H.Əliyev  adına  NEZ-in  yerlərdə  ətraf  mühitin  monitorinqini  aparmaq  üçün  lazımı  personalla  təmin 
edəcəkdir. Keçiriləcək təlimlərin əhəmiyyətli hissəsi ƏMİP-in başa düşülməsinə və tətbiq edilməsinə həsr 
ediləcəkdir. Təlimlər personalın tam hazırlanmasına, ƏMİP-in icrasına, podratçı tərəfdən ekoloji tələblərə 
riayət edilməsinə və yumşaltma potensialının yaradılmasına zəmanət verəcəkdir. H.Əliyev adına NEZ-in 
təftiş metodologiyasına uyğun olaraq əlavə personal vasitəsi ilə layihənin necə inkişaf etməsinə nəzarət 
edəcəkdir. 
ƏMİP-də irəli sürülmüş yumşaltma tədbirlərinə və digər tələblərə əməl olunmasını təmin etmək məqsədilə 
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə Nümayəndə təyin olunacaqdır. 
SƏTƏM üzrə Nümayəndənin funksiyalarına aşağıdakı təlimatlar tətbiq olunacaqdır: 

  ƏMİP-in məzmununu başa düşmək və onu podratçıya, ərazidəki işçilərə, Nümayəndələrə və digər 
müvafiq personala izah etmək qabiliyyətində olmalıdır.  

  SƏTƏM üzrə Nümayəndə ƏMİP-i anlamaq, interpretasiya etmək, monitorinqini aparmaq, auditini 
keçirmək və icra etmək qabiliyyətində olmalıdır. Bu, onun ən vacib funksiyasıdır. 

  Sonradan  SƏTƏM üzrə Nümayəndə audit barədə H.Əliyev adına NEZ-nə və  Podratçıya rəylər 
 
EKOLOGİYA İDARƏSİ 
81 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə