“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
verməlidir. Bu, mütləq yazılı şəkildə olmalıdır.
 

  SƏTƏM  üzrə  Nümayəndə  podratçının  audit  nəticəsində  ortaya  çıxmış  hər  hansı  problemi  həll 
etmək və düzəltmək üçün nə etmək lazım olduğunu başa düşdüyünə əmin olmalıdır.
 
Layihənin icra dövründə H.Əliyev adına NEZ-nin nəzdində SƏTƏM üzrə idarəetmə qrupu yaradılmalıdır. 
 
8.2.5  Ekoloji yumşaltma/idarəetmə planı 
Təklif  olunan  layihəyə  xüsusi  olaraq  Texniki  Xarakteristikalara  əlavə  olunacaq  Yumşaltma  Planı  daxil 
ediləcəkdir. 
Hesabatın  bu  bölməsi  təsirlərin  ‘məqbul/əhəmiyyətsiz’  və  ya  ‘əhəmiyyətlilik  həddindən  aşağı’  və  ya 
‘yumşaltma tədbirləri görülməklə əhəmiyyətlilik həddindən aşağı’ səviyyələrədək (bax Fəsil 7) azaldılması, 
məhdudlaşdırılması, aradan qaldırılması, yaxud əvəzinin ödənilməsi üçün yumşaltma tədbirlərini təsvir edir. 
Yumşaltma  tədbirlərini  görən  zaman  bu  tədbirlərin  yerinə  yetirilməsinin  praktiki  nəticələri  mütləq  göz 
önündə saxlanılmalıdır. Əvvəlcədən planlaşdırmaqla həm xərclər, həm də təsirlər minimuma endirilə bilər. 
1.  Ekologiya ilə əlaqədar səlahiyyətləndirmələr, icazələr və lisenziyalar, 
2.  ƏMİP təlimi, 
3.  Müqavilə əraziləri, 
4.  Həssas ətraf mühit, 
5.  İrs əraziləri, 
6.  Materialların daşınması, istifadəsi və saxlanması, 
7.  Elektrik enerjisi təchizatı, 
8.  Maye tullantılar, 
9.  Nəqliyyat vasitələrinin girişi və hərəkəti 
10. İşçi heyətin və avadanlıqlarının hərəkəti 
11. Heyvanat aləminin qorunması, 
12. Mədəni irs və/və ya arxeologiya əraziləri, 
13. Avadanlıqlara xidmət göstərilməsi və yanacaqla doldurulması, 
14. Bərk tullantıların idarə edilməsi, 
15. Təhlükəli material, 
16. Yanğın, 
17. Atmosfer havası və toz, 
18. Səs-küy, 
19. Vizual, 
20. Ərazinin təmizlənməsi və bərpa edilməsi. 
 
8.3  Ekoloji monitorinq 
Layihə üzrə Ətraf mühitin monitorinqi obyektləri H.Əliyev adına NEZ-in modernləşdirilməsi layihəsi, FAZA-
1 Bitum qurğularının layihəsinin tikintisi işlərin potensial təsir mənbələridir (nəqliyyat vasitələri, personal və 
s.). 
Hazırda təcrübədə müxtəlif monitorinq fəaliyyəti növləri vardır və onların hər biri müəyyən dərəcədə ƏMTQ 
araşdırmasına uyğundur. Əsas növlər aşağıda qısaca təsvir olunur: 

 
İlkin Vəziyyətin Monitorinqi: İşlərə başlamazdan əvvəl (auditdən əvvəlki araşdırma) təklif olunan 
layihə ərazisini əhatəsində ilkin ekoloji parametrlər üzrə araşdırma aparılmalıdır. Bunun ardınca 
aparılan müşahidələr  vaxt  keçdikcə bu parametrlərdə baş verən dəyişiklikləri ilkin məlumatlarla 
müqayisə etməklə qiymətləndirə bilər. İlkin vəziyyətin monitorinqi ARDNŞ-nin  Ekologiya İdarəsi 
tərəfindən artıq yerinə yetirilmişdir. 
 
EKOLOGİYA İDARƏSİ 
82 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

 
Təsirlərin Monitorinqi: Podratçı və Sifarişçi tərəfindən ƏMTQ-nin yerinə yetirilməsini nəzarətdə 
saxlanılacaqdır. Bunu Sifarişçi və ya razılıq əsasında podratçı təşkil edir. 

 
Uyğunluğun  Monitorinqi:  Monitorinqin  bu  forması  layihənin  tövsiyə  edilən  ekoloji  mühafizə 
standartlarına  uyğun  olmasını  təmin  etmək  üçün müntəzəm müşahidələr  aparılır,  yaxud  xüsusi 
ekoloji  keyfiyyət  göstəricilərini  və  ya  çirklənmə  səviyyələrini  fasiləsiz  olaraq  qeydə  alınması 
metodundan istifadə edir. 
Monitorinq müntəzəm olmalı və layihənin icra müddətində aparılmalıdır.  
Layihə üzrə Ekoloji Monitorinq keçirilməsinin məqsədlərinə aşağıdakılar daxildir: 

  Layihənin hər hansı qısa və ya uzun müddətli ekoloji və sosial təsirlərinin müəyyən edilməsi üçün 
məlumat bazasının yaradılması.  

  Ekoloji nəzarət tədbirləri və ya təcrübələrindən hər hansı biri qəbul olunmuş standartlara nail ola 
bilməzsə, erkən göstəricinin təmin edilməsi.  

  Layihənin yerinə yetirilməsinin və yumşaltma tədbirlərinin səmərəliliyinin müşahidə olunması. 

  ƏMTQ tədqiqatında fərz olunmuş ekoloji təsirləri dəqiqləşdirmək.  

  Layihənin normativ tələblərə, standartlara və hökumət siyasətlərinə uyğunluğunu müəyyən etmək.  

  Gözlənilməz problemlər və ya qeyri-məqbul təsirlər ortaya çıxarsa düzəldici tədbirlər görmək.  

  Ekoloji yoxlamanı mümkün etmək üçün məlumatlar təmin edilməsi.  

  Müəyyən olunmuş internet saytı vasitəsilə müşahidə məlumatlarının real zaman rejimində təmin 
olunması. 

  Yerli icma nümayəndələri ilə görüşlər və əməliyyatların inkişafı barədə məlumatlandırma. 

  Şikayətlərin qeydiyyatı və cavabların verilməsi, razılılaşma yollarının müəyyən edilməsi. 
 
8.3.1  Hesabat vermə 
Layihə dövründə H.Əliyev adına NEZ-in modernləşdirilməsi layihəsi, FAZA-1 Bitum qurğunun tikintisi və 
istismarı-nin podratçısının Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə Nümayəndəsi 
cari və yekun Ekoloji Monitorinq hesabatı hazırlayıb təqdim edir. Hesabat H.Əliyev adına NEZ-nə təqdim 
edilir. Yekun Hesabatın surəti ETSN-də təqdim edilir. 
Ekoloji Keyfiyyət Hədlərinin Aşılması barədə Aralıq Bildirişlər 
Tədbirlər  planına  uyğun  olaraq,  ekoloji  keyfiyyət  hədləri  aşıldıqda  SƏTƏM  Nümayəndəsi  “NEZ”-ni  və 
Azərbaycan  ETSN-ni  dərhal  müvafiq  qaydada  xəbərdar  etməlidir.  Bildirişin  ardınca  “NEZ”--nə  və 
Azərbaycan  ETSN-nə  araşdırmaların  nəticələri,  təklif  olunan  tədbirlər  və  görülmüş  tədbirlərin 
müvəffəqiyyəti barədə məlumatlar və lazım olan izləmə təklifləri verilməlidir. 
 
8.3.2  Ekoloji və sosial şikayətlər 
Şikayətlər  tədbir  görülmək  üçün  Sağlamlıq,  Əməyin  Təhlükəsizliyi  və  Ətraf  Mühit  (SƏTƏM)  üzrə 
Nümayəndəyə ünvanlanmalıdır. (SƏTƏM) üzrə Nümayəndə hər hansı şikayət  qəbul  olunduqdan sonra 
aşağıdakı proseduraları tətbiq etməlidir: 
1.  Şikayəti  qeydiyyata  almalı  və  qəbul  olunduğu  tarixi  şikayət  məlumatları  bazasına  daxil  etməli, 
həmçinin NEZ-i dərhal məlumatlandırmalıdır, 
2.  Şikayətin  doğruluğunu  araşdırmalı  və  onun  görülən  layihə  işlərindən  qaynaqlandığını 
qiymətləndirməlidir, 
3.  Şikayət doğrudursa və işlərlə əlaqədardırsa, NEZ ilə məsləhətləşmə əsasında yumşaltma tədbiri 
müəyyən etməlidir, 
4.  Podratçının  müəyyən  olunmuş  yumşaltma  tədbir(lər)i  ilə  bağlı  cavabını  və  yenilənmiş  vəziyyəti 
nəzərdən keçirməli, 
5.  Əgər lazım olarsa, vəziyyəti dəqiqləşdirmək üçün əlavə monitorinq və  yoxlama aparılmalıdır və 
şikayətə səbəb olan vəziyyətlərin yenidən yaranmamasını nəzərdən keçirilməlidir.
 
EKOLOGİYA İDARƏSİ 
83 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə