“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə41/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   35   36   37   38   39   40   41   42   43

 
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və 
istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
miqdarını, süxurların geoloji-litoloji təsvirini və kəsilişini müəyyən etmək üçün əl burğusu ilə 1,0 – 2.0 m 
dərinliyində nümunə quyuları qazılır və 0 - 0,25 m, 0,25 - 0,50 m, 0,50 - 1,0 m, 1,0 - 1,5 m, 1,5 - 2,0 m 
intervalları üzrə nümunələr götürülür. 
Edelman burğusu Ətraf mühitin monitorinqi zamanı qrunt nümunələri Edelman burğusu vasitəsilə ГОСТ 
28168-89 “Почвы. Отбор проб”, “ГОСТ 17.4.4.02-84:Государственный Стандарт Союза СCP. Охрана 
Природы.  Почвы  “Методы  отбора  и  подготовки  проб  для  химического,  бактериологического, 
гельминтологического анализа” və “ГОСТ17.4.3.01-83 (СТ СЭВ 3847-82) Почвы Общие требования к 
отбору проб .Nature protection. Soils. General requirements for sampling” standartlarına uyğun götürülür. 
Edelman  burğusunun  gövdə  hissəsi  konus  formalıdır.  Torpağa  daxil  edilən  zaman  torpaq  nümunəsi 
ucluqların  gövdə  hissəsində yığılır. O, nəinki  nümunəni götürmək, həmçinin onun qablaşdırılmasını da 
asanlaşdırır. Belə ki, nümunə ağızcıqlar arasında  sıx  halda  yığılaraq  qalır.  Edelman burğusunun müxtəlif 
formalı, lakin  oxşar olan  ucluqları olur.  Bu  ucluqlar bir-birindən kəsicilik qabiliyyəti ilə fərqlənirlər. 

  gil tipli 

  kombinəedilımiş tipli 

  qum tipli 

  daha iri dənəcikli qum tipli. 
 
Şəkil 5.  Edelman burğusu 
 
Edelman burğusunun istifadəsinin iş proseduru: 

  Qazmadan əvvəl həmin yerdən kabel və boru kəmərlərinin olub-olmamasını təyin etmək. 

  Qazma üçün münasib yer seçmək. 

  Əl  buru  ilə  işləyərkən  onun  yalnız  sintetik  dəstəyindən  tutmaq  lazımdır.  Bu  yeraltı  elektrik 
kabellərindən mühafizə üçün çox vacibdir. 

  Əl burunu yerə perpendikulyar istiqamətdə tətbiq edilir. 

  1,20 m-dən sonra uzadıcı qolu əlavə edilir. 

  Burğu, qazılacaq quyu ətrafında duraraq, əl ilə tətbiq edilir.  

  Torpaqda saat əqrəbi istiqamətində fırladaraq qazma aparılır. Üst hissənin 2¼ bölümünün 360º-də 
1 dəfə fırlanması normal torpaqlarda 10 sm qazmaya səbəb ola bilər.  

  Qazma zamanı torpağın zərif hissəsi burğunun xüsusi nümunə yığılan hissəsinə dolur. 

  Torpağın strukturundan asılı olaraq müxtəlif növ burğuların tətbiq olunması vacibdir.  

  Qazmadan  sonra  burğunu  astaca  fırlatmaqla  quyudan  çıxarılır.Yığılmış  nümunəni  burğudan 
 
EKOLOGİYA İDARƏSİ 
95 


 
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və 
istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
götürmək üçün burğunu 180º fırladaraq köndələn tutun və ehmalca yerə vurun. Bu zaman nümunə 
qurğudan qopur. Onu yerdən əl ilə və ya birbaşa burğudan da götürmək olar. 
Götürülmüş nümunələrin kimyəvi analiz üçün hazırlığı Qeyd etmək lazımdır ki, kimyəvi analizə çox vaxt 
nümunənin  düzgün  götürülməsindən  və  nümunənin  analizə  hazırlığından  başlanılır.  Belə  ki,  dəqiqliklə 
götürülmüş  nümunə  müəyyən  edilən  komponentin  tərkibi  haqqında  düzgün  informasiya  verir.  Əksər 
hallarda  məhz  nümunə  götürülməsi  və  nümunənin  kimyəvi  analiz  üçün  hazırlığı,  alınan  nəticələrin 
keyfiyyətini və etibarlılığını artırır və analiz müddətinin və həmçinin iş həcmini azaldır. 
Nümunə hazırlığı və götürülməsi zamanı xəta çox zaman komponentin təyinində ümumi səhvi müəyyən 
edir.  Nümunə  götürülməsinin  qaydası  kimyəvi  analiz  zamanı  çox  vacibdir.  Buna  görə  də  nümunələrin 
götürülməsi zamanı xüsusi Dövlət Standartlarından istifadə olunur. 
Atmosferin  çirklənmə  səviyyəsi  üzərində  müşahidələr  layihə  ərazisində  və  onun  ətrafında,  həmçinin 
meteoroloji parametrlərin ölçülməsi, “MultiRAE” tipli portativ qazanalizator vasitəsi ilə həyata kecirilmışdir.  
 
Şəkil 6.  “MultiRAE” tipli portativ qazanalizator 
Səs-küy ölçmələri ОКТАВА-110А tipli portativ qazanalizator vasitəsi ilə həyata keçirilmışdir.  
 
Şəkil 7.  Səs-küy ölçən ОКТАВА-110А 
 
1.5. Nümunələrin ilkin emalı və konservasiyası 

  Su  nümunələrinin  konservasiyası  və  saxlanılması  ГОСТ  Р  51592-2000  «Вода.  Общие 
требования к отбору проб» metodik göstərişlərə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, biogen 
elementlərin təhlili üçün su nümunələri soyuducuya yerləşdirilir;
 

  neft məhsullarının təhlili üçün su nümunəsi 4-xlorlu karbonla ekstraksiya olunur və soyuducuya 
yerləşdirilir;
 
 
EKOLOGİYA İDARƏSİ 
96 


 
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və 
istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

  fenolların təhlili üçün isə nümunələr natriumlu turşu ilə emal olunur və soyuducuya yerləşdirilir;
 

  ağır metalların təhlili üçün su nümunələri turşu ilə emal olunur və soyuducuya yerləşdirilir.
 
 
1.6. Nümunələrin markirovkası 
Nümunələr  konservasiya  olunduğundan  sonra,  ГОСТ  12997-84  «Изделия  ГСП.  Общие  технические 
условия»-ya uyğun olaraq markirovka olunur. Götürülmüş su və qrunt nümunələri gərəkli olan nümunə 
qablarına  qablaşdırılır.  Nümunələrin  üzərinə  öncə  hazırlanmış  etiketkalar  yapışdırılır.  Hər  etiketkanın 
üzərində yatağın adı, monitorinqin keçirilmə tarixi, stansiyanın nömrəsi, stansiyanın dərinliyi, təhlillərin növü 
və nümunə götürülmənin təkrarlanması (A, B, C) qeyd olunur. 
 
1.7. Nümunələrin qablaşdırılması və daşınması 
Nümunələr markirovka olunduqdan sonra ГОСТ P 51592-2000 «Вода. Общие требования к отбору проб. 
Госстандарт России» uyğun olaraq qablaşdırılır və xüsusi qablara daşınma üçün yığılır. 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
97 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə